Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:43

Heydər Əliyev küçəsinin adının dəyişdirilməsini tələb edirlər


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 8-də Dərbənddə bir qrup «Sadval» («Birlik») üzvü şəhərdəki küçələrdən birinə Heydər Əliyevin adının verilməsinə etiraz olaraq aksiyaya cəhd edib.

Aksiyaçılar əvvəlcə «Nizami» parkı ətrafına toplaşsa da, polis və xüsusi təyinatlılar aksiyanın qarşısını alıb. Bundan sonra etirazçılar Dərbəndin mərkəzi meydanına üz tutublar.

Etirazçılar Dərbənddəki keçmiş «Sovetski» küçəsinin adının özünə qaytarılmasını tələb edirlər.

«Sadval» nümayəndəsi Albert Asadov AzadlıqRadiosuna deyib ki, küçənin adının dəyişdirilməsi çoxmillətli Dərbənd şəhər sakinləri ilə razılaşdırılmayıb.

2013-cü il mayın 8-də Dərbəndin mərkəzi küçələrdən birinə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin adı verilib, Dərbənd rayonunun Cemikent kəndində abidəsi ucaldılıb. Buna etiraz əlaməti olaraq «Sadval» bəyanat verərək Heydər Əliyevin Dağıstan tarixinə heç bir aidiyyəti olmadığını bildirib.

Separatçı «Sadval» - Ləzgi Milli Hərəkatı 1990-cı ildə Dərbənddə yaradılıb.

Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG