bazar, Avqust 30, 2015 Bakı vaxtı 16:49

Verilişlər / İz

«Maşa və Ayı» bu dəfə «Yalan torbası»nı açıb-tökür…

-
x
«Maşa və Ayı» tamaşası yeni seriya ilə yenidən Azərbaycana gəlir.

Xəbəri Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov AzadlıqRadiosuna verib.

Xəbərdə deyilir ki, bu ilin martında Gürcüstanın «Multi-Pulti dünyası» uşaq teatrı «Maşa və Ayı» tamaşası ilə Azərbaycanda qastrol səfərində oldu. «Maşa və Ayı» cizgi filminin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan tamaşaçısı tərəfindən böyük maraqla qarşılandı. Demək olar ki, bütün teatrlar tamaşaçı qıtlığından gileyləndiyi bir zamanda Gürcüstan teatrının tamaşaları anşlaqla keçdi.

«Arzular çin olur» seriyası gündə 3 seans oynanılmasına baxmayaraq, bilet tapmayanlar da tapıldı.

«Multi-Pulti dünyası» teatrı «Maşa və ayı» tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Xəbərdən aydın olur ki, yeni seriya «Yalan torbası» adlanır. Azərbaycan dilində nümayiş olunacaq tamaşada həm gürcü, həm də azərbaycanlı aktyorlar çıxış edəcək.

Gürcü rejissor Qoça Kviçanın quruluşunda hazırlanan tamaşada 8 personaj var: Maşa, Ayı, Keçi, Donuz, Dovşan, Tülkü, Dələ və Pələng. Bu rollardan beşini azərbaycanlı aktyorlar ifa edəcək.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa meşədə bir torba tapır. Sən demə, bu torba sehrlidir. Torbanın ağzını kim açırsa, yalan danışmağa başlayır. Beləliklə, torbanın ağzını açan bütün personajlar yalan danışmağa başlayır və aləm dəyir bir-birinə. Sonda Pələngin gəlişi ilə hər şey aydınlaşır və bir-birindən inciyən dostlar barışırlar.

Tamaşa Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində - 1 iyun saat 12.00, 15.00, 17.00-da, 2 iyun saat 12.00 və 15.00-da Akademik Opera və Balet Teatrının binasında nümayiş olunacaq.

Biletlər şəhərin mərkəzi kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Inara Haradan: Baki
01.06.2013 16:57
Cox menasız ve mentıqsız bır tamasha idi. Aylardir geden reklamlardan hec de bele maraqsiz tamasha olacagini dushunmemishdim. 3 ushaq aparmisdim 1 iyun saat 12 tamashasina, her birine 16 azn-lik bilet almaga mecbur oldum, cunki ucuzlari satilmisdi. Biletimi ne yoxlayan oldu, ne de yerimi gosteren. Teshkilatciliq sifir seviyyede, insanlarin sesi,hay kuy. Cox pis. Ushaqlar yaridan cixmaq isteyirdiler, cunki cox maraqsiz tertibat idi. Rus dram teatrinda gosterilen tamasha 4aznlik heqiqeten bir tamasha imish. 1,2 iyunda bilet almayanlar almasalar yaxsidir, bunun evezine ushaqlarinizla daha maraqli vaxt kecire bilersiniz.

Kimdən: mikrob Haradan: mikroneziya
30.05.2013 18:30
Mawa torbani indi tapib,amma bizim bawbilenler bu torbani bizim bawimiza 20 il evvel kecirdibler.20 ildir bu torbadan yalan cixir.amma hec tamawaya qoyanda yoxdur.Bizim torbamizi coxdan tikib eliyevler.

FORUMLAR

Ölənin dostu: «Polisdə üstümüzü axtardılar. Heç nə çıxmadı»

Onunla birlikdə olan dostu Azadlıq Radiosuna danışır

26 şərh

Akif: Əgər dediyin həmin qüvvə varsa, onda nə üçün günahsız insanların ölümünə səbəb olan ... davamı

Xədicənin son sözü avqustun 31-nə qaldı

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

23 şərh

Kənan: Bəs Azərbaycanı sevən kimlərdir? davamı

Məhkəməcik

Rəssamın karikaturayla çatdırdığı fikrə münasibətini «Şərhlər» bölümünə yaz!

17 şərh

vetendash: Efsane xanim haqlidi....mehkemecik yox..divanxana davamı

Mehriban Əliyeva - Birinci xanımlığa gedən yol

Azərbaycanın birinci xanımı, həm də hakim partiyada prezidentdən sonrakı pilləyə qədər irəliləmiş Mehriban Əliyevanın həyat yolu infoqrafikada.

16 şərh

Caspi: Hərəviz burda Azərbaycan Azərbaycan deyə bağırırsınız, amma adam kimi Azərbaycan əlifbası kompüterivizdə yoxdur. ... davamı

Monopoliya oyunu

İdarəçilik bəzən məşhur monopoliya oyununa oxşayır. Adların eyni olmağı da, deyəsən, təsadüfi deyil.

14 şərh

Emin: Azərbaycanda çox sayda varlı biznesmenlər, böyük kompaniyalar, firmalar var. Ölkədə çox sayda mülklər ... davamı

Neft erasının bitməyinə ona görə sevinirəm ki...

Bəlkə düz deyirlər, biz vətən xainiyik? Bəlkə xalqımızın düşməniyik? Bəlkə insan deyilik, allah bilir, nəyik?

12 şərh

Mubariz: Mende arzu edirdim ki neft 1 dollara düşsun lakin son iki ayda bir ... davamı

Payızda yeni bahalanma

Bu gözləntini bir çox iqtisadçılar bölüşür. Mərkəzi Bankın addımlarının səmərəsinə isə inanan azdır

8 şərh

Emin: Bahalaşma ilə əlaqədar çox qorxuzdular əhalini. Amma ki malların əksəriyyəti bahalaşmadı, dolların qiymətinin ... davamı

Ən Çox...