Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Obama Azərbaycan xalqını təbrik edib

Barack Obama
Barack Obama
-
ABŞ prezidenti Barak Obama Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik edib.
Onun prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:
«Hörmətli cənab Prezident!
Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.
Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur.
ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsində Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.
Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram».
This item is part of
XS
SM
MD
LG