Cümə axşamı, Avqust 28, 2014 Bakı vaxtı 14:22

Siyasət

Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajı

Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajıi
|| 0:00:00
...
 
🔇
X
10.05.2013
Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti komissarı bildirir ki, neft naminə insan haqları problemlərinə göz yummaları barədə iddialar həqiqəti əks etdirmir.

Avropa Birliyinin təmsilçisindən İlham Əliyevə azad seçki və siyasi dialoq mesajı

-
Mayın 9-da AzadlıqRadiosunun Praqadakı baş ofisinə baş çəkən Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Štefan Füle əməkdaşlarımızın Azərbaycanla bağlı suallarına da cavab verib. Müsahibənin Azərbaycana aid olan hissələrini təqdim edirik.

- Siz yenicə Azərbaycana səfərdən qayıtmısız. Bu ölkədə xüsusilə də ilin sonunda keçiriləcək prezident seçkisi ərəfəsində hökumətin vətəndaş cəmiyyəti qurumlarına, müstəqil mediaya qarşı təzyiqlərinin davam etdiyini görürük. Tənqidçilər deyirlər ki, ümumilikdə Avropa Birliyi, eləcə də şəxsən Siz Avropanın neft və qaz ehtiyaclarına görə Bakıda rəsmilərlə görüşlərdə bu məsələləri o qədər də diqqət mərkəzində saxlamırsız. Bu barədə nə deyərdiz?

- Bu, doğru deyil. Mənim səfərimin yekunda keçirdiyim mətbuat konfransını izləyənlər, Diplomatik Akademiyada verdiyim bəyanatla tanış olanlar bilirlər ki, bizim dəyərlərimizə bağlı məsələlərə təmaslarımızda son dərəcə mühüm yer verilir. Azərbaycanla əməkdaşlığımızın çox böyük potensialı var, amma hələlik ondan tam istifadə edə bilmirik.

- Üçüncü müddət üçün seçkidə iştirak etmək istəyən prezident İlham Əliyevə seçkiöncəsi mesajınız nədir?

- Mesaj çox aydındır: Bu seçkinin azad və ədalətli keçirilməsini təmin etmək və siyasi dialoqu genişləndirmək.

- Keçən ay Serbiya ilə Kosovo arasında danışıqlarda irəliləyişlər əldə edilməsində Avropa Birliyinin vasitəçiliyinin uğurlu olduğunu gördük. Uzunmüddətli perspektivdə Avropa Birliyinin Qarabağ sülh prosesinə də cəlb edilməsi mümkündürmü?

- Məncə, Avropa Birliyinin yaxından iştirakı hələlik Dağlıq Qarabağdan çox Balkanların o biri problemli bölgələrində mümkündür. Biz artıq Qarabağ danışıqlarına vasitəçilik üçün ATƏT-in Minsk Qrupunu formalaşdırmışıq, danışıqlar üçün «Madrid Prinsipləri» yaradılıb.

Amma bu o demək deyil ki, Avropa Birliyi də danışıqların dəstəklənməsində öz rolunu gücləndirmək istəmir. Bu, birincisi.

İkincisi də biz tərəflər arasında etimadın əldə olunmasına getdikcə daha çox cəlb edilirik. Ümid edirik ki, belə etimad sülh razılaşmasına daha əlverişli mühit yarada bilər.

Həmçinin, «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində, eləcə də Azərbaycan və Ermənistanın tək ikitərəfli yox, çoxtərəfli proqramlara cəlb edilməsi yolu ilə iki ölkə arasında etimadın yaranmasına çalışırıq. Həm də təkcə dövlət təmsilçiləri deyil, iki ölkənin xalqları arasında qarşılıqlı etimadının formalaşmasına cəhd edirik.

Bu, olduqca vacibdir və Avropa Birliyi hələlik tərəflər arasında sülh prosesinin bu mühüm sahəsinə cəlb edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: VUQAR ANTIYAP Haradan: MOSKVA
12.05.2013 19:19
Siz avropalilar mesaj verdikce,Azerbaycanda siyasi dustaqlarin sayi artir.Artiq bu mesajlari kenara qoyub ve bu aliyev rejimine qarshi real herekete kechmek lazimdi,yani sanksiyalara.

Kimdən: Anar Haradan: Baki
10.05.2013 22:47
Bu azad demokratik seçkiler Azerbaycan xalqinin maraqlarna tam uygundu hamida çox isteyir ki, birge Azerbaycanda azad seçkiler olsun ki, birge bu Ilham Eliyevin diktatura monarxiya hakimiyyetinden cani qutarsin bir ag gün görsün. Avropa birliyi ve basqa böyük-böyük teskilatlarda Ilham Eliyevden azad ve demokratik seçki keçirmek telebide tek sözle ve mesaj vermekle heç bir sey düzelen deyil. Yalniz bir yol var Ilham Eliyev hakimiyyetine çox güclü terziqler etmek lazimdi birinci qazla neftle bütün alverleri baglayib dayandirmaq lazimdi, Ikinci bütün siyasi iqtisadi elaqeleri baglayib dayandirmaq lazimdi, ve nahayet üçüncü Avropa surasindan hakimiyyetin yerni elinden almaq lazimdi ve bütün beynalxalq teskilatlardan bu hakimiyyetin yerlerni elinden almaq lazimdi. Ve nahayet ondan sonra Azerbaycanda azad demokratik seçkiler olar. Ve Ilham Eliyevin diktatura kriminal hakimiyyeti dagilib Azerbaycandan yox olar...

Kimdən: Adəm Haradan: Bakı
10.05.2013 18:08
Məsələnin qoyuluşu kökündən səhvdir.Elə fikir formalaşdırılıb ki,sanki YAP iqtidarı olmasa Avropaya neft və qaz satılmayacaq.Hakimiyyətdə kim olursa olsun neft və qaz satılacaq.Ola bilsin ki,hər iki tərəf üçün - həm Avropa həm də AZƏRBAYCAN XALQI üçün daha əlverişli şərtlərlə.Yəni bir qrupun mənafeyi üçün deyil.Bunu ABŞ da,Avropa da,Rusiya da yaxşı bilir.Bəs niyə bu iqtidarı dəstəkləyirlər ?? Demək gizli olan bir səbəb var !Belə düşünək ki,bu İqtidarın çox uğurlu siyasətinin nəticəsidir.Başqa ölkələrdə məsələ fərqli ola bilir.Məsələn Qəddafini 40 il durmadan niyə dəstəklədilər ? İndi bəlli olur ki,Qəddafi xalqından oğurladığı milyardları bu ölkələrin banklarında saxlayırmış.Axırda da onu məhv etdilər ki,o pullar həmin banklarda batıb qalsın.İndi pul axını dayanıb.Bu da dünya güclərinin marağı xaricindədir.