bazar, Noyabr 23, 2014 Bakı vaxtı 22:33

Azadlıq bölgələrdə / Naxçıvan

Azərbaycanda bəbirlərin sayı artır

Naxçıvanda aşkarlanan bəbirNaxçıvanda aşkarlanan bəbir
x
Naxçıvanda aşkarlanan bəbir
Naxçıvanda aşkarlanan bəbir
-
Naxçıvanda yerləşən Zəngəzur Milli Parkında keçirilən monitorinq zamanı fevral-mart aylarında bəbirin daha bir dişi fərdinin fotoşəkli çəkilib.

Fotolar üzərində aparılan analizə görə, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bəbirin Azərbaycanda yaşayıb artmasına, populyasiyasına şərait yaranıb və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı kitab»ına daxil edilib.

Bölgə xəbərləri

Bölgədən multimedia
JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə
Əbülfəz Qarayev Astarada tarixi ləmlərin bərpa olunacağını dedi...i
|| 0:00:00
...  
🔇
X
20.11.2014
Noyabrın 19-da Astarada Heydər Əliyev mərkəzinin yanında bir qrup əlil toplaşmışdı. Öyrəndik ki, onlar Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin qəbuluna gəliblər. Lakin nazirin qəbulunda onları görmədik.
Video

Video Əbülfəz Qarayev Astarada tarixi ləmlərin bərpa olunacağını dedi...

Noyabrın 19-da Astarada Heydər Əliyev mərkəzinin yanında bir qrup əlil toplaşmışdı. Öyrəndik ki, onlar Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin qəbuluna gəliblər. Lakin nazirin qəbulunda onları görmədik.
Video

Video Kənd sakinlərinin Qazaxa gediş-gəlişi bahalaşıb...

Bugünlərdə Qazax rayonundakı kənd marşrutları avtovağzala köçürülüb. Halbuki, hələ sovetlər dönəmindən bu marşrutlar rayon bazarının qarşısından hərəkət edirdilər.Bundan narazı qalan kənd sakinləri avtovağzalda yığışıb problemlərini mətbuat nümayəndələrinə bildiriblər.
Video

Video Suyun ən yaxşı hədiyyə olduğu kənd-Siyavar...

Lənkəran rayonunun Siyavar kəndində hər gün səhər qapı-qapı gəzib içməli su satan tək atlı araba gözə dəyir. Arabaçı, bu kəndin sakini Ələsgər Qasımov deyir ki, içməli su gətirməsə zəng-zəng dalınca gələr.
Video

Video Odun sobası 75 yaşlı qadının evini yandırdı...

Qubanın Amsarqışlaq kəndində qışqabağı 75 yaşlı Lütfiyyə Fərhadovanın başına iş gəlib. Alışdırdığı sobanın alovu 10-15 dəqiqə içərisində ətrafındakı əşyalara keçib və yanğına səbəb olub. Yorğan-döşək, televizor, divan, xalça, pal-paltar... Bir sözlə, evdə salamat heç nə qalmayıb.
Video

Video Astarada dəmirdən belə pul çıxarırlar

Abdulla Tağıyevin həyətində emalatxanası var. O, əmək alətlərini burda hazırlayır, sonra satış üçün bazara aparır. Abdulla Tağıyev deyir ki, əkin-biçin vaxtı alıcıları çox olur....
Video

Video Şəmkir sakini: "Şalvarımızı zorla alırıq"

Müxtəlif rayonlardan Rusiya bazarlarına xurma daşınması davam edir. Xaçmazdan sonra Azadlıqradiosunun kamerası Şəmkirə yönəlib. Seyfəli kəndinin sakinləri indi xurmanı ötən ilkindən bir manat baha satsalar da, gələn gəlir onların gündəlik yaşamında heç bir dəyşiklik etmir.
Video

Video Ana ölümündə həkimlər suçlu sayılır

Qusarın Hil-oba kənd sakini, 36 yaşlı Zərinşah Aslanova doğuşdan sonra ölüb. Hadisə noyabrın 3-də Quba Regional Perinatal Mərkəzində baş verib. Ailə üzvləri qadının ölümündə həkimləri təqsirli bilirlər
Video

Video Qubada əsgər əsgəri güllələyib

Hadisə Daxili Qoşunların Quba rayonunda yerləşən N saylı hərbi hissəsində baş verib. Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Məmmədov Mahir Kərəm oğlu Ağstafa rayonundan olan əsgər Musayev Adil Rüstəm oğluna avtomat silahdan atəş açıb. Adil Musayev hadisə yerində dünyasını dəyişib.
Video

Video Rus rublu Xaçmazı manatsız qoyur

Qərb-Rusiya münasibətlərinin pisləşməsi rublun məzənnəsini aşağı salıb – rubl dəyərsizləşib. Bu Azərbaycan tacirlərinin də alverinə təsirsiz qalmayıb.
Video

Video "Prezident Saracalar kəndinə gələndə yüngül kosmetika etdilər"

- Saracalar stansiyasında dəmiryolçular «SOS» deyir, baş idarə «gözlə» - Stansiya içində ev, ailə içində ailələr... - «Azərbaycan Dəmir Yolları» "şifer" ala bilmir?! AzadlıqRadiosu Saatlı rayonunun Saracalar kəndindəki eyniadlı dəmiryol stansiyasında yaşayanların güzəranını görüntüləyib.

Xüsusi araşdırmalar