Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:27

Siyavuş Novruzov fahişəliyi leqallaşdırmağı təklif edir


Siyavuş Novruzov
Siyavuş Novruzov
-

İNSAN ALVERİ İLƏ BAĞLI QANUNVERİCİLİK SƏRTLƏŞDİ

Aprelin 19-da Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər müzakirə edilib. Layihə barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyə Aslanova məlumat verib.

Qanun layihəsinə əsasən, Azərbaycanda insan alveri məqsədilə sənədlər ilə qanunsuz hərəkətlər qanunvericilikdə insan alveri faktı kimi təsbit olunacaq və bununla bağlı ciddi cəzalar müəyyənləşdiriləcək. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir.

İnsan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhəd keçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qələmə alınaraq, 1 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur.

YETKİNLİK YAŞINA ÇATMAYANLARLA BAĞLI SƏRT CƏZA

Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
Bununla yanaşı köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək, müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə, müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Azərbaycanda yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab ediləcək və insan alverinin bu hissəsi ilə bağlı sərt cəzalar tətbiq olunacaq. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə ediləcək əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Deputat Qənirə Paşayeva çıxışı zamanı tətbiq olunacaq sərt tələblərin ölkə daxilində fahişəliyə cəlb edilənlərə də şamil olunmasını təklif edib.

«Biz bir müddət öncə Azərbaycan qadınlarını ölkədən kənarda fahişəliyə cəlb edilməsi ilə bağlı qanunvericiliyi sərtləşdirdik. Yaxşı olmazdımı ki, bunu ölkə daxilində Azərbaycan qadınlarını fahişəliyə cəlb edənlərə də tətbiq edək. Nə fərqi var ki, Azərbaycan qadınını daxildə, ya xaricdə satırlar?!».

SİYAVUŞ NOVRUZOV FAHİŞƏLİYİN LEQALLAŞDIRILMASINI İSTƏYİR

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə qanunların sərtləşdirilməsi ilə bu məsələnin qarşısını almağın mümkün olmayacağını deyib:

Rusiya polisi fahişəni saxlayıb
Rusiya polisi fahişəni saxlayıb
«Biz qanunları sərtləşdiririk, ancaq problemlər bir az da ağırlaşır. Bu işlə məşğul olanlar yenə məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belələri axışır. Keçmiş əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Atatürk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkəsindən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyir. Bu sahədə beynəlxalq təcrübədən istifadə edək».

Deputat çıxışını bitirəndən sonra birinci vitse-spiker Ziyafət Əsgərov Siyavuş Novruzovun fahişəliyi leqallaşdırmağı təklif edib-etmədiyini soruşub:

«Siyavuş Novruzov siz necə istəyirsiz, istəyirsiniz ki, bu məsələ leqallaşdırılsın? Əgər dünya ölkələrində olduğu kimi deyirsinizsə, bu, leqallaşdırma deməkdir. Mən bunun əleyhinəyəm, bu cinayətdir».

Siyavuş Novruzov isə əlavə edib ki, leqallaşma bir çox problemlərin qarşısını ala bilər... Ziyafət Əsgərov isə həmkarına belə cavab verib:

«Siz çıxışınızda milli-mənəvi dəyərlərdən danışdınız, sonra tamamilə onun əleyhinə olan fikirlər söylədiniz. İndi biz fahişəliyi leqallaşdıraq?!».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG