bazar, Sentyabr 21, 2014 Bakı vaxtı 17:04

Verilişlər / İz

«Nizami türkcə şeirləri Gəncə ləhcəsində yazıb»

Nizami Gəncəvinin Romada heykəliNizami Gəncəvinin Romada heykəli
x
Nizami Gəncəvinin Romada heykəli
Nizami Gəncəvinin Romada heykəli

Bunu da oxu

Nizaminin Allah və peyğəmbər haqda beytlərinin biabırçı tərcüməsi

"Xəmsə"nin Azərbaycan dilinə tərcüməsi haqda (Xəlil Yusiflinin məqaləsi, 1-ci hissə)

Şah İsmayıl Xətainin yeganə əlyazması olan divanı tapıldı!

Divan 1520-ci ildə yazılıb. 104 səhifədən ibarətdir. Divanda 3 illüstrasiya var.

Dinlə Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam

1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzanin AzadlıqRadiosuna müsahibəsi

Multimedia

Səs
-
«Hələ XV əsrdə Dövlətşah Səmərqəndi «Təzkirətül-şüəra» kitabında Nizaminin türkcə divanı barədə məlumat verib».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına mətnşünas alim, MEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya doktoru Sənan İbrahimov söyləyir.

Onun dediyinə görə, həmin əsərdə Nizaminin türkcə divanı haqqında geniş məlumat verilir:

«Hətta yazır ki, qardaşı da şairlik edirdi – Mütərrizi. Onun haqqında da məlumat verir. Biz elə bilirdik, adi saray şairidir. Təsəvvür edirsinizmi, tarix bunu yazır, amma biz...».

NİZAMİYƏ AİD EDİLƏN TÜRKCƏ DİVAN NECƏ TAPILDI?

Sənan İbrahimov Misirin Xədəviyyə kitabxanasında Nizaminin türkcə divanının tapılıb-tapılmamasına bir daha aydınlıq gətirir:

«2004-cü il idi. Divanı həmin kitabxanadan  Hüseyn Türksoy tapıb gətirdi. Üstündə «Nizami» yazılmış bir qovluğun içindən tapıb. Hüseyn Türksoy Zəncan Universitetinin professorudur və ərəb dilini yaxşı bilir. Deyir, tədqiqat aparanda bu qovluq əlimə keçdi. Baxdım ki, «Nizami» təxəllüsü ilə yazan şairləri bir qovluğa toplayıblar. Gördüm, onlardan biri Nizami Gəncəvidir! Üstündə də Nizaminin bütün ata-babasının, özünün adı. O biri Nizami – Qaraxani Nizamidir. Üçüncüsü məlum deyil».

KOMİSSİYA NƏ QƏRARA GƏLDİ?

«Divanın tapılması Azərbaycan elmi dairələrində necə qarşılandı»  – sualını Sənan İbrahimov belə cavablayır:

«Çox təəssüflər olsun ki, etinasız qarşılandı. Komissiya yaradıldı, bircə mətnşünas da dəvət etmədilər. Mən Azadə xanıma (Azadə Rüstəmovaya) bəzi mülahizələrimi verdim. Dedim müqayisə edin. Onun da fikri qəti deyildi. Həm də, təəssüf ki, tez rəhmətə getdi. Kimsə Tehranda Nizami Qaraxaninin kitabını çap etmişdi. Gəncəli Nizaminin şeirlərini də Qaraxani Nizaminin adına yazıb həmin kitabda vermişdi. Komissiya üzvləri həmin kitaba baxıb gördülər ki, Gəncəvinin şeirləri Qaraxaninin kitabında verilib. Dedilər, bu elə Nizami Qaraxaniyə aiddir».

HÜSEYN TÜRKSOY BƏRK ƏSƏBİLƏŞDİ...

Sənan İbrahimov Hüseyn Türksoyun komissiyanın qərarından çox əsəbiləşdiyini bildirdi:

«Durdu Zəncandan Bakıya gəldi...  «Divani-Nizami Gəncəli» adlı kitab da yazdı. Bu kitabda hər şeyi əsaslandırıb. Gəncəvinin də, Qaraxaninin də divanını ayrıca verib. Deyir, axı burda Məhəmməd Cahan Pəhləvan mədh olunur. Nizami Qaraxani Səfəvilər dövründə yaşamış saray şairidir. O,  XII əsrdə yaşamış Cahan Pəhləvanı niyə mədh eləsin? Bu şeirləri atribusiyadan keçirəndə, görürsən ki, bu Nizami Qaraxani cəmi 24 il yaşayıb, belə şeirlər yaza bilməz...».

Sənan İbrahimovSənan İbrahimov
x
Sənan İbrahimov
Sənan İbrahimov
«BU DİL XVI ƏSRİN DİLİ DEYİL!»

Sənan İbrahimov şeirlərin hər misra və beytinin «Nizaminin qələmindən çıxmışam»—qışqırdığını söyləyir:

«Söhbət ancaq Firdovsinin qəhrəmanlarından gedir. Adətən, Nizami mövzunu ordan götürürdü. Divanın leksikonunda elə sözlər var ki, məsələn, «çətri-siyah». Nizami heç vaxt «ərəb» deməyib – «çətri-siyah» deyib. O biri əsərlərində də, burda da. Onlarca belə söz var ki, farsca və türkcə divanlarda tam üst-üstə düşür. Halbuki, tutalım, «çətri-siyah» sözü  Qaraxani Nizaminin heç bir şeirində yoxdur. Ümumiyyətlə, onun dövründə belə bir söz işlənmirdi. Onların dövründə Cəmşiddən, Daradan, Xosrovdan, Şirindən danışmırdılar. Səfəvilər dövrü idi, dövlət dili Azərbaycan dili idi. Artıq Səfəvilərin tarixindən əsərlər yazılırdı, farsları təbliğ etmək dəbdə deyildi».

«ANADİLLİ ƏDƏBİYYATIMIZ HƏSƏNOĞLUDAN BAŞLAMIR!»

Sənan İbrahimovun anadilli ədəbiyyatımızın Həsənoğludan başladığını deyənlərə də cavabı vardı:

«XI əsrdə Mehranilər sülaləsi vardı, İsa nəhəng poema yazıb... Bəs bunlar necə olsun? Nizami o dövrdə türkcə yazırdı, türkcə danışırdı. Məhəmmədəli Tərbiyyətin «Danişməndani-Azərbaycan» kitabında 1000-dək şairin adı çəkilir, əlyazmaları da var. Sadəcə, əlyazmaları axtarıb tapmaq lazımdır. O dövrdə Səfəvilərin ədəbi irsini ruslar Ərdəbildə öküz arabalarına doldurub Sankt-Peterburqa aparıblar. Öküzlər çəkə bilmirmiş ağırlığı. Töküblər Saltıkov-Şedrin kitabxanasına. İndiyəcən kataloqu da tərtib olunmayıb. Orda türkcə yazan şairlərin əlyazmaları vardı. Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülmüşdü. Onların arasında, yəqin ki, Nizaminin türkcə divanı da varmış».

Nizami GəncəviNizami Gəncəvi
x
Nizami Gəncəvi
Nizami Gəncəvi
NİZAMİNİ GÖRƏN GƏNCƏ ÇİNARLARI...

Sənan İbrahimov maraqlı bir nüansa diqqət çəkdi:

«İkinci tərəfdən də, XII əsr bizdən heç də uzaq deyil. Gəncədə həmin əsrdə əkilən çinar ağacları hələ də yaşayır... Bəyəm XII əsrdə Gəncə əhalisinin hamısı farsca oxuyub-danışırdı ki, Nizami ancaq əsərlərini farsca yazsın? Nizami küçəyə, alış-verişə çıxanda, tutalım, özünə siqaret alanda (gülüşmə) türkcə danışırdı. O, şeyx idi! O, Cümə namazında hədislər danışırdı... O, üç dəfə ziyarətdə olmuşdu. Bəziləri deyir, Nizami Gəncədən kənara çıxmayıb! Gəncədən kənara çıxmayan fars dilini necə öyrənib? Gəncədə farsca danışmırdılar axı, lüğət də yox idi...».

ƏRƏBCƏ-FARSCA BİLMİRLƏR

Sənan İbrahimovun fikrincə, bu divana biganəliyin bir səbəbi də var:

«Bizim qədim-orta əsrlər üzrə mütəxəssislərimiz gərək farsca-ərəbcə bilsinlər. O dövrün mədəniyyətini bilsinlər. Əlyazmaların oxunmasında ciddi problemlər var. Ona görə də, mövzuya ciddi yanaşa bilmirlər. Prinsipial mövqe tuta bilmirlər».

NİZAMİ ŞEİRLƏRİ GƏNCƏ LƏHCƏSİNDƏ YAZIB!

Sənan İbrahimov artıq Nizaminin türkcə divanını transliterasiya etdiklərini dedi:

«Tezliklə işıq üzü görəcək. Özü də, Nizami bu şeirləri Gəncə ləhcəsində yazıb, ey! (Gülüşmə). Hə, Gəncə ləhcəsində! Sözlərdə hiss olunur. Bax, onun «Su», «Nərgiz» , «Səncər ilə Toğrul» qəsidələri qarşımdadır. Azca oxuyum...».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Halaypozan
17.04.2013 11:38
Qulaq asdım o verilişə. Belə gülməli veriliş idi. Aparıcının nitqi kef idi, vurğularından adrenalin tökülürdü, hormon balansını pozurdu adamın )) Amma bu alimin nitqi day bir ayrı aləm idi. Elə bil nağıl danışır. Ləhcəsi-zadı kefdir. Bir qulaq asın, peşman olmazsız.
Yeri gəlmişkən, Nizamidən gətirdiyi sitatlarda təhriflər vardı. "Təvana bovəd hər ke dana bovəd, / Ze daneş dele pir borna bovəd" - bu axı Firdovsinindir, Nizaminin deyil. Sonra orda "Dusti ba mərdome-dana nekust". Onun da qolunu-qanadını sındırdı. Türkcə şeirləri eşitməkdən ötrü qulaq asdım, yaxşı başa düşülmədi heyif ki. Yazılı versəydilər, maraqlı olardı. Mümkünsə, o şeirləri dərc eləyərdiz, hörmətli Azadliq redaksiyası. O vaxt belə bir söz-söhbət çıxmışdı, yadımdadır, sonra təsdiqlənmədi. Burda eşitdiklərim bir az sonrakı dövrün ədəbi dilinə uyğun gəlirdi, material çox olsa, tutuşdurmaq olar.

Kimdən: Zebani Haradan: Cehennem
17.04.2013 02:39
Yazanda bir fikirləşin görün nə yazırsızda, Gəncə ləhcəsində yazıb, yox bir şeirlərini "Ağali" təxəllüsü ilə yazıb.

Kimdən: Əbdülcabbar Haradan: Astara,Kum
17.04.2013 00:26
Məhəmmədhüseyn Şəhriyar türk olsa da,ölkənin ədəbi və dövlət dili olan farsca yazıb-yaratmışdır.Yaxud Cəfər Cabbarlı,Müşfiq tat olsalar da əsərləri Azərbaycan türkcəsində yazmışlar.Nizami Gəncəvi də elə.Onun yaradıcılığında 800 il bundan əvvəlki hər hansı türk ləhcəsini axtarıb tapmaq məntiqə uyğun deyil.

Kimdən: baci Haradan: biganexanadan
17.04.2013 00:03
Indi sere senete qedir qiymet verilmeyen vaxt Seyx Nizami Genceviye qiymet veren kimdir.O böyük sexsiyyetdir tarixe bir defe gelib,hele tarixde yerini tapa bilmeyib.Onun hansi dilde ve hansi lehcede yazmasi hec de ehemiyyet dasimir.Biz hele onun Genceli oldugunu özümüzden basqa hec kime sübut ede bilmemisik.Vikipediyalarda,xarici arxivlerde,kitabxanalarda fars kimi taninir.Hele bir düsünün ki Nizami Gencevini Almanyada düsük seviyyeli biri temsil edir.Nizamini alman filosof hemde müselmanligi qebul etmis Göte bir defe göylere qaldirib,ele orda da qalib.Ne gözel ki Nizami bize göyden asagi baxir,biz ona yerden yuxari.Dünyada edebiyyat deyende yada ingilis Sekspir gelir.hansi ki teatrda artist,dramaturg olarag calisib ve cemi 52 il yasayib,yasadigi müddet yazdigi eserleri 90 il yasasa bele hasil ede bilmezdi ,guya dahi olub,eslinde lotunun biri olub ve eyham da edib ki eserler kopyalardan ibaretdir.Cünki onun janrlari epik ve lirik,komik motivleri bir birine zidd gelir.Cox lirik eserlerin Nizami Gencevi motivlerine paralel ve köcürülme oldugu,artiq avropada cox alime teze teze agah olur.Indi görün Nizami Gencevinin Vatikanda yatan eserlerinden basqa geri qalan eserleri kimlerin eline kecib.Bu barede cesaret edib bir kelme yazmaq bizde senzuradan kecmir.Görün ki bizim senzura kimlere xidmet edir

Kimdən: Yerli Haradan: Cayru
16.04.2013 22:24
Nizami Gencevi seirlerinde doqulduqu yer haqqinda yazir:
"Doqulduqum yer bir terefi deniz bir terefi daqlari olan Kum seheridir".
Tarixde Kum adli 3 yasayis menteqesi olub. Onlardan ancaq birisi denizle daqlarin arasinda yerlesir, bu muasir Astara seherin yerinde olub. Kum adli mehelle Astarada indide saxlanilib.

Kimdən: Anonim
16.04.2013 19:16
Camaatı dolamısız vallah. hanı burda Gəncə ləhcəsi? çətri-siyah Gəncə ləhcəsidi? bir türk sözü tapmadız ki fars sözünü misal çəkirsiz? Türkcə divandısa orda Gəncə ləhcəsinə aid nəsə olmalı idi.