Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 14:50

Taleh Bağırzadənin evində axtarış aparılıb


Taleh Bağırzadə
Taleh Bağırzadə
-
Aprelin 9-da ilahiyyatçı Taleh Bağırzadənin evində axtarış aparılıb.

Bunu AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı deyib:

«Axtarış vaxtı Taleh Bağırzadənin evindən ərəb əlifbası ilə yazılmış kitablar götürülüb. Həmin kitabları götürən müstəntiq onların məzmunundan xəbərsizdir. Narkotik ittihamı ilə həbs olunan şəxsin evindən kitab götürülməsi də göstərir ki, ona qarşı yeni ittiham sürmək üçün əsas axtarılır».

Vəkilin dediyinə görə, yüksəkvəzifəli şəxslər Taleh Bağırzadə ilə son xütbə haqda söhbət aparıblar. Vəkil həmin yüksək vəzifəli şəxslərin kimliyini açıqlaya bilməyəcəyini söyləyir:

«Ona deyiblər ki, guya həbsinə etiraz olaraq Zeynəb Xanlarovanın, eləcə də hansısa nazir müavininə məxsus Nardarandakı bağ evini yandırıblar. Bundan başqa, guya kimlərsə Bakı şəhər İcra Hakimiyyətini yandırmağa cəhd göstəriblər. Həmin adamların tutulduğu və təşkilatçının da Taleh Bağırzadənin olduğunu etiraf etdikləri bildirilib. Bu da yeni ittihamların verilə biləcəyini göstərir».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni ittihamlar haqda deyilənləri nə təsdiq, nə də təkzib etdilər. Bu haqda dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəklərini söylədilər.

Aprelin 11-də Taleh Bağırzadə ilə bağlı iki məhkəmə iclasının keçirilməsi gözlənir. Vəkilin dediyinə görə, onlardan biri ilahiyyatçının işgəncəyə məruz qalması ilə bağlıdır. Bakı Apelyasiya Məhkəməsində isə Taleh Bağırzadənin həbsindən verilən apellyasiya şikayətinə baxılacaq.

T.Bağırzadə martın 31-də saxlanıb. Onun üstündən 1.026 qram heroin çıxdığı bildirilir. Sabunçu rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan qərarı verib. O, CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur.

T.Bağırzadə həbsindən bir həftə əvvəl Maştağa qəsəbəsindəki «Həzrət Əbülfəzl-Abbas» məscidindəki xütbəsində hakimiyyəti tənqid etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG