Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:49

«N!DA»çılar ifadə verirlər


Arxiv foto
Arxiv foto
-
Üzeyir Məmmədli də sabah - martın 19-da dindiriləcək.

İş gününün sonunda gənc fəalı qəbul edən müstəntiq onu ətraflı dindirə bilməyəcəyi üçün ertəsi gün gəlməli olduğunu söyləyib.

Bu haqda AzadlıqRadiosuna «N!DA» dan deyiblər.

İdarə Heyətinin digər üzvü Aygün Pəncəliyeva və onun bacısı Nazlı Pəncəliyeva da martın 19-da ifadə verməlidirlər.

***

«N!DA» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva martın 19-da ifadə verəcək.

Bu haqda ona Baş Prokurorluqdan deyiblər.

İdarə Heyətinin digər üzvü Üzeyir Məmmədli isə bir saatdan çoxdur ifadə verir. Vəkili Fəxrəddin Mehdiyev də onun yanındadır.

Bu haqda AzadlıqRadiosuna təşkilatın üzvü Zaur Qurbanlı deyib.

ŞAHİD QİSMİNDƏ DİNDİRİLİRLƏR

Martın 18-də «N!DA»Vətəndaş Hərəkatının daha iki üzvü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə şahid qismində ifadə verməyə çağırılıb. Bunlar İdarə Heyətinin üzvləri Aygün PəncəliyevaÜzeyir Məmmədlidir.

Bu haqda AzadlıqRadiosuna «N!DA»Vətəndaş Hərəkatından Zaur Qurbanlı danışıb:

«Üzeyir Məmmədlini saat 14.00-a, Aygün Pəncəliyevanı saat 17.00-a çağırıblar. Deyiblər ki, şahid qismində dindiriləcəklər. Ancaq onlardan hər şey gözləmək olar. Rəşadı da guya dindirməyə çağırmışdılar. Ancaq tutdular».

Zaur Qurbanlının sözlərinə görə, ifadə verməyə çağırılan gənclər İdarə Heyətinin üzvləridir və bunun üçün də narahatdırlar: «İdarə Heyəti üzvləri təhlükədədir. Çünki televiziyaya çıxmağa vadar edilən uşaqlara təzyiq etmişdilər ki, İdarə Heyəti üzvlərinin adlarını çəksinlər. Ona görə bu gün «N!DA»çılar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qarşısına toplaşacaqlar».

SAXLANAN «N!DA»ÇILAR...

Martın 7-də - «Əsgər ölümünə son» etiraz aksiyası ərəfəsində «N!DA»Vətəndaş Hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məmməd ƏzizovŞahin Novruzlu saxlanıb.

Prokurorluq və MTN-nin məlumatına görə, onların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb.

Həmin gənclərin saxlanmasından az sonra onların televiziyalarda etiraz aksiyalarında guya fərqli taktika məqsədilə «Molotov kokteyli»ndən istifadə edəcəkləri haqda etirafları yayıldı.

«N!DA»Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir və gənclərin basqı altında bu cür «etiraflar» etdiklərini bəyan edib.

Martın 14-də saxlanan «N!DA»üzvü Rəşad Həsənova qarşı qanunsuz silah saxlama ittihamı irəli sürülüb və barəsində 3 aylıq həbs qərarı verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG