bazar, Avqust 31, 2014 Bakı vaxtı 05:30

Verilişlər / Oxu zalı

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin şərtləri

x

Bunu da oxu

«Ədəbi Azadlıq -2012» Milli Müsabiqəsinin qalibləri elan edildi (Video, Fotolar)

Mükafatçılar arasında İranda həbs edilmiş gənc şair Şəhriyar del Gerani (Hacızadə) də var.

Video Musa Əfəndi «Ədəbi Azadlıq-2011» hekayə müsabiqəsinin qalibidir

Azadlıq Radiosunun təşkil etdiyi və Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən müsabiqə bitdi.

Video «Ədəbi Azadlıq-2010» mükafatını Eyvaz Zeynalov qazandı!

«Üçüncü yer – «Salavat» hekayəsi, Sevinc Pərvanə, ikinci yer – «Dovşan qəfəsi», Aydın Səlimov və nəhayət, müsabiqənin birinci yerinə - «Əli metroda işləyir» hekayəsinə görə, Eyvaz Zeynalov layiq görülür»
-


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin ilk olaraq şeir iyirmiliyi açıqlanacaq.

Yaxın iki həftədə şeir 20-liyi, daha üç həftə sonra isə hekayə 20-liyi elan ediləcək. 

İlk olaraq müsabiqəyə gəlmiş şeirlər münasiflərə təqdim edilmək üçün hazırlanıb.

Müsabiqəyə 154 şair qatılıb.

Onların 10 nəfəri İran Azərbaycanındandır. Rusiya, Gürcüstan, Estoniya və başqa ölkələrdə yaşayan azərbaycanlılardan da müsabiqəyə şeir yollayanlar var.



***


("Ədəbi Azadlıq-2013" Milli Müsabiqəsinə yazı göndərmiş yazarların sayı - 246.

Əsər qəbulu bitib. Müsabiqəyə qəbul edilmiş əsərlər haqda ətraflı məlumat bazar ertəsi oxuzalı.az-da!)



***


Martın 13-də Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da ədəbiyyat müsabiqəsi başlanıb.

Müsabiqə ötən il olduğu kimi şeir və hekayə nominasiyalarında keçiriləcək.

“Ədəbi Azadlıq-2013” adlanan müsabiqənin mükafatları notebook-lar, netbook-lar və e-book readerlər-dir (elektron kitab oxuma qurğuları).

Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla).

Şeir və hekayələr üçün heç bir mövzu və həcm məhdudiyyəti yoxdur.

Hər müəllifdən yalnız 1 hekayə və maksimum 2 şeir qəbul edilir.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

"Ədəbi Azadlıq-2012"nin hekayə nominasiyasında qalibi - İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri"Ədəbi Azadlıq-2012"nin hekayə nominasiyasında qalibi - İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri
x
"Ədəbi Azadlıq-2012"nin hekayə nominasiyasında qalibi - İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri
"Ədəbi Azadlıq-2012"nin hekayə nominasiyasında qalibi - İran Azərbaycanından olan yazar Rüqəyyə Kəbiri
Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə münsiflərin sayı artırılacaq. Onların hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.  

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 50 seçmə hekayə və 50 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az

Əsərlər martın 13-dən aprelin 13-dək (həmin gün də daxil) qəbul ediləcək.

"Ədəbi Azadlıq-2010" seçmə hekayələr kitabı"Ədəbi Azadlıq-2010" seçmə hekayələr kitabı
x
"Ədəbi Azadlıq-2010" seçmə hekayələr kitabı
"Ədəbi Azadlıq-2010" seçmə hekayələr kitabı
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: davud isgenderli Haradan: bakı
11.04.2013 18:36
Man siza Davud İsgandarli imzasıyla iki şer göndardim qabul olunubmu?
Cavab

Kimdən: Oxu zalı
11.04.2013 23:35
Salam, Davud bey, mumkunse yeniden gönderin.

Kimdən: Elşən Sadıqov
08.04.2013 19:25
Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla).

Bunu izah edərdiniz zəhmət olmasa. Sosial şəbəkələrdə (məsələn Facebook-da) paylaşılmış hekayəni göndərmək olar?
Cavab

Kimdən: Oxu zalı
11.04.2013 23:35
Buyurun göndərin.

Kimdən: Вусала Ахмедова Haradan: Москва
07.04.2013 00:04
Здравствуйте, я тоже хочу участвовать в "Ədəbi Azadlıq-2013".Меня зовут Вусала.Я из Москвы.Я хотела бы спросить,можно ли вам отправить стихи на русском языке?
Cavab

Kimdən: Oxu zalı
07.04.2013 06:34
Salam Vusale xanim! Musabiqeye rusca da eser qebul edilir. Buyurun gonderin.
Cavab

Kimdən: Вусала Haradan: Ахмедова
07.04.2013 15:17
Спасибо большое.

Kimdən: coshqun Haradan: baki
05.04.2013 22:35
hekayeni hara gonderim?

Kimdən: Xanim Haradan: Baku
04.04.2013 22:42
salam men tam anlamadime movzu ne olmalidir?ne istesek ?
Cavab

Kimdən: Oxu zalı
05.04.2013 22:11
Mövzu mədudiyyəti yoxdur.

Kimdən: Fetres Huseyn Haradan: Gence
04.04.2013 21:08
Istirak etmek ucun verdiyiniz linke daxil ola bilmirem...
Cavab

Kimdən: Moderator
05.04.2013 00:31
Link açılır:
http://www.azadliq.org/content/article/24927690.html

Kimdən: Fetres Huseyn Haradan: Gence
04.04.2013 21:05
Salam.Bu musabiqe yalniz Baki ucundur?Bir dek ki,biz ozumuz sxsen orada olmaliyiq?Tskler...

Kimdən: Oxucu. Haradan: Bakı
03.04.2013 20:25
Zəhmət olmasa deyərdiz, şeirlər redaktə olunub münsiflərə təqdim olunacaq yoxsa özümüz redaktə edib yollamalıyıq ? Bir də müəllifin yalnız adı familiyası lazımdı ?

Kimdən: İce Haradan: Baku
30.03.2013 15:50
Hekayeni muvafiq unvana gonderdim amma hec bir cavab gelmedi. Qebul olunmasina dair bir melumat verin zehmet olmasa
Cavab

Kimdən: Oxu zalı
31.03.2013 12:33
Məktunuzu aldıq. Müsabiqəyə qatıldığınız üçün təşəkkürlər. Şənbə-bazar günləri cavab bir qədər ləngiyə bilər. Uğurlar!

Kimdən: a Haradan: baki
22.03.2013 18:23
salam..musabiqenin merhelelerinde istirak etdiyimizi nece bilecik?
Cavab

Kimdən: Oxu zalı
23.03.2013 04:39
Salam! Musabiqənin hər bir mərhələsi barədə oxuzali.az-da məlumat verilir, sadəcə saytı izləyin. Uğurlar!
Səhifə (2)
    Növbəti 

Ən çox oxunan