Cümə axşamı, Oktyabr 30, 2014 Bakı vaxtı 19:53

Siyasət

Elşad Abdullayev daha bir video yaydı

Videodan kadrVideodan kadr
x
Videodan kadr
Videodan kadr

Bunu da oxu

Video «Cinayət işinin açılması Elşad Abdullayevi susdurmağa hesablanıb»

Elşad Abdullayevin qanuni nümayəndəsi: «Prokurorluq çox ciddi səhvə yol verib»

Elşad Abdullayevə cinayət işi açılıb

O, Cinayət Məcəlləsinin 29, 312.2-ci maddəsi ilə rüşvət verməyə cəhd etməkdə ittiham edilir.

Rasim İldırımzadə: «Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb»

«Özü cinayətkardır, ölkəyə qayıdıb istintaqa ifadə versin. Minlərlə insandan pul yığıb qaçıb. Qayıdıb gəlib cavab versin. Gəlib dediklərini öz ifadələri ilə təsdiqləsin. Sonra biz də ifadə verərik»

Yeni Elşad Abdullayev videosunda Ramil Usubovun qohumlarının adı hallanır

Videonun təqdimatında Elşad Abdullayevin müsahibinin Rasim İldırımzadə olduğu yazılıb. Onun Bakı Hava limanı polis şöbəsinin rəis müavini, Daxili işlər naziri Ramil Usubovun qohumu olduğu bildirilir.

Gülər Əhmədova həbs edildi - [Video]

Səbail rayon məhkəməsi sabiq deputat Gülər Əhmədova barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
-
Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yeni video yayıb.

Videoda Elşad Abdullayevin MTN əməkdaşı Rəsul Rəsulov olduğu deyilən şəxslə söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. [Video burada]

Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin qaytarılması vədləri ilə ondan pul almış şəxslər barədə materialları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulov E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.

E.Abdullayev videonu müşayiət edən arayışında qeyd edir ki, R.Rəsulov Mahir Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.

PREZİDENTƏ MƏKTUB

Əlavə olaraq Elşad Abdullayev «Azadlıq» qəzetinə prezident İlham Əliyevə yazdığı məktubu da göndərib. Məktubda o, qardaşı Mahir Abdullayevin işi ilə bağlı gedən istintaqın obyektivliyinə şübhə etdiyini bildirir. Prezidentdən həqiqi müstəqil istintaq komissiyasının yarılmasını xahiş edir:

«Belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma, həyatıma Sizin tərəfinizdən təminat veriləcəksə, mən Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, sərəncamımda olan videomaterialların ictimailəşməsinin respublikamızın imicinə vurduğu ziyanın fövqündəyəm və şəxsən mən onların ictimailəşməsinin əleyhinə olmuşam. İndiyə kimi video görüntülər yalnız bir məqsədlə yayılıb, mən qardaşım Mahir Abdullayevin oğurlanmasında bu və ya başqa formada əli olan, bu cinayətdən məlumatı olan şəxsləri ifşa etmək məqsədi güdmüşəm».

Keçmiş rektor məktubunda bildirib ki, qardaşına qarşı törədilmiş cinayətin açılması üçün axıra qədər mübarizə aparacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qerib Haradan: Avropa
30.03.2013 15:44
Azerbaycanda rüsvet almayan memurlari barmaqla saymaq olar. Qaldi Elsada, onun xidmeti ondan ibaretdir ki, milleti az-cox ayiltdi.

Kimdən: ELDEN
13.03.2013 03:40
Elshad ve onun vidiolari olmasaydi,hakimiyyetin dili cox uzun olacaqdi,Bunlari, kim bu seviyyede ifsha edecekdi,kim Gulere ve bashqalarina gozun uste qashin var deyecekdi,,kim bunlarin afiristliyinin ustunu subutlarla uze cixardacaqdi?.Vidiolar peyda olanda, millet Elshada nece teshekkur edirdi.Butun guler kimilerin canina velvele dushmushdu.Evezin nahaq tutulmasini kim bilecekdi?Ne tez unudub adileshdirirsiniz.Elshad qardashina gore bunlari ifsha edirse,xalq da bundan xeyir gorecek.Elshadin etdiyylerinin qiymetini kim bilmirse,kim onu ifsha etmeye calishirsa,yaxud ifsha edenleri destekliyirse onlarda millete dushmendir.Bu gun memurlarin balalari kesdikleri basha sorqu sual yoxdur,her bir icra hakimi oznu xan sayir,her bir deputat ozunu bashbilen alim, professor sayir,mehkeme yalniz yetimyesiri cezalandirir.Rauf kimi icra hakimleri yenede pullu vezifededir turme evezine,haqsizliq,edaletsizlik quldurluq bash alib gedir.Haqqini teleb edeni,xalqin qaygisina qalani ya unsur adlandirirlar,yada sher atib tuturlar.Kendlerde nisye corekle valideyinler balalarini saxlayirlar.Ali savad alan insanlar bazarlarda alver edib eve corek pulu aparirlar.Esker geden sade insanlarin evladlaridir,olende onlardir.Hakimiyyet millet tanimir,onlara unsur deyir.Seyavush kimilerde ziyalinida xalqida dolayir barmagina.Bu ozbashnaligin,xaosun sebabkari, milletin yeralti yerustu allah veren servetini dushmene yedirdir miletine yox.Dushunun bu millete hal hazirda Elshad kimilerden bir necesi lazimdirki,bunlari dunya seviyyesinde ifsha edsin,belke millet ayila xalqin haqqini yeyib milleti aciq aydin axmaq sayanlari taniya.Hakimiyyete Elshadin meglubiyyeti hava ve su kimi lazimdir.Ko kor gor gor ELSHAD goren boyuk ishi hec kim gore bilmez.O,ozu tehluke ile uzbeuz qalsada qacmir,sade xalqa,menliyi tapdanmishlarin xeyrine ish gorur.Onu yadlashdirmaq, xalqi bu gune salanlara komek etmekdir Allah onu ozu bu ishe qoshub ki,daxili vampirleri taniyaq.

Kimdən: Xanımdan Haradan: Bakıdan
12.03.2013 23:33
Menim oglum hemin ABU da oxuyurdu Bir manatda rüşvet vermirdi Oxuyurdu qiymetinide alırdı Oxumayan talebede rüşvet verirdi O rüşvetde başqa unversitetlerden çox az olurdu

Kimdən: rewad Haradan: mow
12.03.2013 19:26
ewi gosterceyin ne xeyri onsuzda hechkimi tutmurlar ki.

Kimdən: Emil Haradan: Moskva
12.03.2013 18:25
Elsadin ozune ele omurluk hebs cezasi dusur,yuz minlerle kasibin pulunu yeyib diplomda verilmeyib,caamatin pulunu meniseyib.Vicdani sizlamirmi bu adamin? Ozude utanmadan gunde bir video yayir guyaki ozu vicdanli ve edaletlidir...
Cavab

Kimdən: Rashad Haradan: yaxindan
30.03.2013 22:32
Beli, o vicdanli adam deyildir ve butun gunahkarlarla birlikde cezalandirilmalidir. O ki qaldi pul ve diplom meselesine lap yaxsi eleyib yeyib! Camaat bir yannan deyir ki acinnan oluruk, pis yasayiriq o biri terefden de rusvet verir. Ele sen ozun. Pul vermisen "leviy" yolnan qebul olmusan, indi de diplom isteyirsen.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
12.03.2013 21:19
Emil, o artıq pulu yeməyib, yeyirdilər yuxarıda oturanlar, o da baş götürüb qaçdı ölkədən. Bildiyinidə danışırsan bilmədiyinidə. Heydər Əliyevin qardaşı həmin Unidə kafedra müdiri olub.
Cavab

Kimdən: Emil Haradan: Moskva
13.03.2013 15:11
Elsadin ozude,yuxaridakilarda yeyib.Elsadin universitetidi ve esas mesuluyyet onun uzerine dusur! Men hemise bildiyimi danisiram,mene oyretme ne yazdigimi!
Cavab

Kimdən: cavid Haradan: london
12.03.2013 19:31
ne vaxt yedi kimin pulunu?men ABU bitirmishem diplomumda cibimde ozum oxuyurdum qiymetimi alirdim.lap Siyavush Novruzxan kimi danishdin elebil bashqa universitetler hamsi rushvetsiz dolanir.ne edibse duz edib Abudaki telebeleri hec kim pul vermeye mecbur elemiyib konullu shekilde daxil olublar ora.danishanda birinci fikirlesh sora danish
Cavab

Kimdən: Emil Haradan: Moskva
13.03.2013 15:21
Biri menim dostum ve men sexsen tanidigim bir nece neferin diplomu bu gune qeder verilmeyib.Men ozum kimi danisiram Novruzxani onu bunu qatma ortaya.O biri univerler rusvetde alsalar diplom veribler nahaq yere pulu menimsemeyibler.Qaldiki konullu sekilde daxil olmaga,onlar konullu sekilde daxil olub rusvet verende valideyinlere dedilerki tehsil yuksek seviyyededir,diplomda verilecek ve s.Bes hani o vedler? Her bir valideyin isteyerki ovladi ali tehsilli olsun baxmayaraqki hansi yolla univere qebul olub konullu yadaki oz biliyinde.Mene oyretme ne yazmagimi men cox yaxsi bilirem ne yaziram.
Cavab

Kimdən: Dilşad Haradan: Fransa
12.03.2013 19:30
o bu videolarnan özünün rüşvətə bulaşdığını da sübut edir,amma yazıq deyir axı qardaşımın işini həll edin günahkarları tapın qayıdıb cəza çəkməyə razıdır.söhbəti başqa tərəfə çəkib onu hər şeydə günahlandırıb Mahirin işini də ört basdır etməyə çalışırlar.
Cavab

Kimdən: Emil Haradan: Moskva
13.03.2013 15:22
xanim bu videodaki insanlarda Elsadla beraber hebse getmelidirler

Oxuyan gərək...