Bazar ertəsi, İyul 28, 2014 Bakı vaxtı 17:20

Verilişlər / AzadlıqFM

Benzinin qiyməti qalxsa... - [Video]

-
Facebook-dan birbaşa şərh yaz

 
 

Yol polisi dayanma-durma qaydalarını pozan avtomobillərin sürücülərini cəzalandırmağa başlayıb.

Yol polisi bununla tıxacların qarşısını almağı düşünür.

Yol qəzalarının qarşısını almaq üçün cərimələr də artıb.
 
Sürücülər isə şəhərdə dayanacaqların azlığından, olanların qiymətinin baha olmasından gileylidir.

Cərimələrin tətbiqi paytaxtda tıxacın qarşısını alacaqmı? Bakıda tikilən dayanacaqlar özünü doğruldacaqmı?
 
Bütün bunları Azadlıq FM-də müzakirə etmişik:
 
Ekspert Aydın Xudiyev:
 
- Azərbaycanda bahalı maşın sürən sürücülər maşınlarını park mərkəzlərində saxlamırlar. Dayanacaqların əksəriyyəti boş qalır. Gərək yeni qanun qəbul edilsin ki, sürücülər maşını dayanacaqlarda saxlasınlar…
- Bakıda maşınları küçələrdə, yollarda saxlayırlar. Bu da nəqliyyatın hərəkətinə problemlər yaradır.
- Tıxacların müxtəlif səbəbləri var. Bunlardan biri yollarda yas mərasimlərinin keçirilməsi üçün çadırların salınmasıdır.
- Biz Azərbaycanda benzinin qiymətinin artırılmasıyla bağlı müraciət etmişik. Əgər benzinin qiyməti qalxsa şəhərdə avtomobillərin sayı azalar. Bunu özəl maşınlara şamil etmək lazımdır. 
 
Ekspert Fuad Cəfərli:

- Avropada, inkişaf etmiş cəmiyyətlərdə avtomobilləşmə stabilləşib. İnsanlar daha çox ictimai nəqliyyatlardan istifadə edirlər. Şəhərin, nəqliyyatın planlaşdırılmasının olmaması yollarda tıxac yaradır. Tixacdan hər kəs əziyyət çəkir. Tıxacın iqtisadiyyata vurduğu zərər milyonlarla hesablanır.
- Əgər maşınların parklanması üçün yer yoxdursa niyə maşınlar mərkəzə buraxılır? Niyə maşınlar satılır?
- Bakıdakı tıxacların səbəbi tədqiqatların, şəhər nəqliyyat sisteminin olmamasıdır.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov:

-  Son günlərdə 200-300 sürücü dayanma-durma qaydalarını pozduğuna görə cəzalandırılıb. Biz çalışacağıq ki, yol sürücüləri arasında nizam- intizamı artıraq.
-  Ölkə ərazisində baş verən yol qəzalarının çoxu yüksək sürətə görə olur. Biz radarları quraşdırmaqla sürücülərin təhlükəsizliyinə çalışırıq.

Verlişi tam dinləmək üçün:

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: ilkin Haradan: 9 mkrn
01.03.2013 21:47
Bizim "Sheher salma" idaresi ,"Shehere salma" ile meshquldu. Bu problemlerin yaranmasina sebeb, bu meselelerle meshqul olan idarelerin oz qanunlarina emel elememesi ve yaxud onlarin ofsaydda qalmasi, bashqa idarelerden asililiq ve s.-dir.Biz sheherimizi boyutmek evezine shishirdirik,day ne qeder ish merkezleri olar. Olmaz ki, Biznes merkezleri ,ofisler sheherde yox ,deniz qiraginda yox,sheher etrafinda olsun? Yeni ki sheher boyusun.Axsham sanki hami sheherden chixir,Seher de ki hami shehere gelir,gelenlerin hamisi beyem istirahet elemeye geliir?Hami ishe gelir de.Bundan da bele chixir ki, sheherden kenarda ele de ish yoxdu.Demeli bu ishin qurulushu duz deyil.mence "Kohne Baki" qalmaliydi yerinde ,"Yeni baki" etrafda qurulmali idi

Kimdən: menden Haradan: ele buradan
01.03.2013 18:33
azerbaycanda 98faiz suruculuk vesiqeleri rusvetle alinib bu hec kim ucun sir deyil bunun ucbatinan olkede dunya miqyasina baxanda yol hadiselerine gore biz liderliyi saxlayiriq bu bedbecilikdi men 40 yasindan asaqi butun suruculuk vesiqelerinin tezeden imtahan goturulmesini ve yaxsi olarki xaricden komisya nezareti altinda imtahan gotursunler bununlada hem tixaclar olmayacaq hem yol hadiseleri 90faiz azalacaq hemde masinlarin qiymeti dusecek mes miletini isteyen bele etmelidi
Cavab

Kimdən: ilkin Haradan: 9 mkrn
01.03.2013 23:07
Bildim... sizin 41 yashiniz var))

Kimdən: Kələntər dayı Haradan: Göycədən
28.02.2013 12:11
Bu özünü ekspert sayan Aydın Xudiyevin fikri ilə qətiyyən razılaşmaq olmaz. Çünki onun fikirləri bir ekspertin fikirlərindən daha çox bir təxribatçının fikirlərinə oxşayır. O ekspert deyil, o təxribatçıdır. Onun fikirlərindən belə çıxır ki, ağrıyan əli və ya ayağı müalicə etmək əvəzinə onları kəsib atmaq lazımdır. Bir zaman Almaniyada faşistlər bu üsuldan istifadə etmişdilər. Alman həkimləri Hitlerin əmri ilə xəstə doğulan uşaqları iynə ilə öldürürdülər. Çünki xəstə doğulan uşaqların müalicəsinə zaman və vəsait sərf eləmək istəmirdilər. Özünü ekspert adlandıran Aydın Xudiyevin fikrincə “əgər benzinin qiyməti qalxsa şəhərdə avtomobillərin sayı azalar və tıxaclar da yarnmaz. Bunu özəl maşınlara şamil etmək lazımdır”. Ağlı başında olan hər hansı bir adamdan soruşsan ki, bu nə deməkdir? Deyəcək ki, bu ən azından absurtdur, normal mənada isə təxribat doğuran fikirlərdir ki, dövlətlə onun vətəndaşları arasına nifaq salmaq üçün hesablanıb. Nörmətli Aydın Xudiyev siz əgər həqiqətən də ekspertsinizsə onda bilməlisiz ki, qiymət siyasəti hər bir ölkədə daxili siyasətin bir tərkib hissəsidir və həm də olduqca çox incə bir məsələdir—dövlətlə əhali arasında münasibətlər sisteminin tənzimləyicilərindən biridir. Bu məsələ çox həssas yanaşma tələb edir.
Benzinin qiymətinin qaldırılması bütün bazar qiymətlərinin-- ərzağın, geyimin, iaşə xidıətlərinin, texniki və nəqliyyat xidmətlərinin və s. qaldırılması deməkdir. Bu barədə heç düşündünüzmü? Siz Azərbaycanı Avropa ölkələri ilə müqaisə edirsiniz, bəs o ölkələrdəki, əhainin aldığı əmək haqqı ilə, Azərbaycandakı əmək haqqını da müqaisə etmisinizmi???


Kimdən: ... sozu olan
28.02.2013 11:36
... qonaginiz, ekspert yox. onu niye yazmamisiniz kimdir, nechidir, "ekspert"ciyinizi niye teqdim elememisiniz?
benzin qalxmaqla her weyin qiymeti qalxacaq amma tixac azalmayacaq, ay savadsiz ozune ekspert deyen, bizde ictimai neqliyyat ne gundedir ki camaat wexsi avtomobilini qoyub kecsin ictimai neqliyyata? metroda tez-tez qeza, sixliq, bogulma, ayaq tapdanma, cibgirlik, paltar cirilma, avtobuslar gunde biri awir, toqquwur, adamlar olur, yaralanir, kimdir onlara minen? baha olacaq teleb eleyecek millet maawi artirsinlar, artmayacaq, mitinqe 500 adam yox, 50 000 min adam cixacaq, amma wexsi mawinini buraxib ictimai neqliyyata kecen hec 5% olmayacaq. ruwvet artacaq ve s.

Kimdən: Haci Dayi Haradan: Baki
28.02.2013 11:06
Adətən sivil ölkələrdə dayanacaqlar tikirlər sonra isə sürücülərdən tələb edirlər. Bizdə hərşey tərsinə, hər addımbaşı ticarət mərkəzləridir.

Kimdən: Rafail Ahmedov Haradan: Baki
28.02.2013 09:48
men 3 gune bakidan tixaci legv ede bilerem.bunun ucun boyuk meblegde mukafat isteyirem.hec bir ixtisar ve genislendirme de lazim deyil. elegedar organlar menimle elega saxlaya bilerler

Kimdən: Nadir Haradan: Baki
28.02.2013 01:56
Size ele qelmir ki, ANS tv estafeti Azadlig radiosuna verib. Artiq men bu sayta wubhe ile yanawmaga bawlamiwam.

Kimdən: Nadir Haradan: Baki
28.02.2013 01:24
Esas sebebler ,bunlardir: 1. Etibarnamelerin muddeti 1 aydan cox olmamalidi. 2. Eyaletlerde qeydiyyatda olanlarin mawinlarinin harada qeydiyyatda olmasi yoxlanilmalidi. 3. Bakida her cur wexsi mawinlarin taksi kimi iwlemesi qadagan olmalidi. 4. Fealiyyetde olan teze qetirilmiw taksilerin xidmet qiymeti simvolik olaraq hec olmasa 1 il cox cuzi olmalidi ki, her yerinden durana taksi xidmeti qostermek serf elemesin. 5. Banklara mawin ucun verilen kreditler dayandirilmalidi. Omru boyu ewwek arabasina hesretle baxanlar indi banklarin hesabina Bakida xaltura ile mewquldurlar. 6. Parkovkalar demek olar ki havayi olmalidi.
Cavab

Kimdən: Miri Haradan: Baki
28.02.2013 13:40
Nadir bey Allahin boyukliyine shukurki, siz selahiyyrt sahibi deyilsiniz. Yoxsa veziyyet lap pis olardi. Sizin sadaladiqiniz bu tixaclara vech bir adiyyeti yoxdu. Yollar baqlanir, gunden- gune kichilir, sheherin merkezinde hundur mertebeli binalar tikilir ve s. Bunlardi sebebler. Dunya inkishaf edir, heyat sheraiti yaxshilashir ve her adamin avtomobili olmalidi. Bu noral bir sheydi. Ancaq onun uchun sherait yaradilmalidi. Yaxshi ARASHDIRILMA aparilmali ve dunya tecurbesi oyrenilmelidi. indi o zaman deyilki amerka keshef etmek lazim olsun...................

Kimdən: Ceyhun Haradan: tixac
27.02.2013 22:11
Aydin Xudiyev tixaclari aradan qaldirmaq uchun benzinin qiymetini qaldirmaqla avtomobillerin sayini azaltmagi teklif edir. Siz lap "alim" adamsiz. Bele chixir ki, agriyan barmagi mualice etmek evezine kesmek lazimdir. Bir agilli chixib deyir Azerbaycan uzunomurluler diyaridir gelin pensiya yashini qaldiraq ve teklif qebul olunur. Bashqa bir agilli metroda gedish haqqinin chox ucuz olmasi meselesini qaldirir ve qonshu olkelerle muqayise edir ve qiymet 4 defe qalxir. Indi deyesen Aydin beyin agli qicqirib ashib dashir. Teklifiniz budur ki orta tebeqe avtomobil surmesin ve onsuz da harinlayan tebeqe rahat gezsin?Nedir xalqin qanina susamisiz???Olmaz ki bir normal, xalqin menafeyini qoruyan teklif ireli suresiz?
Cavab

Kimdən: Elchin Ismayilov Haradan: Qazax rayonu
28.02.2013 11:18
Aydin Xudiyev kimi ekspertlere velosiped alib vermek lazim qoy tixac problemi hell olunsun bir de xahish edirem onsuz da esebi heyat yashayiriq bele ekspertlerin sozlerini yazmayin oxunmayaq seslerini eshitmeyek

Kimdən: namiq Haradan: moscow
27.02.2013 21:14
Ekspert siz kime deyirsiz? Hec benzinin qiymetini qalxizmaqla tixac azalar. Bismis toyugun gulmeyi gelir. Camaati niye azdirirsiz?
Səhifə (2)
    Növbəti