çərşənbə, Oktyabr 22, 2014 Bakı vaxtı 20:23

Verilişlər / Korrupsiometr

15 dəqiqəyə sürücülük vəsiqəsi, bu dəfə Azərbaycanda...

«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir
x
«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir
«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir

Bunu da oxu

Fuad Ələsgərov: «Gələn ildən korrupsiya hallarına videonəzarət olacaq»

«...mənfi hallar barədə prezidentə daim məlumat veriləcək»
-
Biri var müxtəlif yerlərdə min cür quruma gedib sənədləri toplayasan, biri də var girirsən bir binaya, lazım olan sənədləri toplayıb, gərəkli xidmətə üz tutasan və yekun sənədi götürüb çıxasan. Fərqi gördünüz? Bütün bunlar bircə günə deyil, ən çoxu 2-3 saata başa gəlirsə, necə? Yanvarda açılışı olmuş «ASAN xidmət» mərkəzi vaxt itkisinin qarşısını almaq üçün yaradılıb deyənlər, yəqin ki, yanılmırlar:

«Televizorda elan verirdilər, eşidib gəldim. Rüsum normal oldu, bir şəxsiyyət vəsiqəsinin dəyişməsi 16 manata başa gəldi, halbuki əvvəllər 100-200 manata idi».

Bu, 50 yaşlı Tapdıq Əliyevin sözləridir. O deyir ki, buraya gəlmək çox rahatdır, həm şəkli, həm tibbi arayışı elə binanın içindəcə alıb və 3 günə şəxsiyyət vəsiqəsinin köhnəsini yenisi ilə əvəzləyib.

15 DƏQİQƏYƏ YENİ SÜRÜCÜLÜK VƏSİQƏSİ

«ASAN xidmət» mərkəzinin 3 mərtəbəsi sırf vətəndaşlara xidmət göstərir. Alt mərtəbədə ilkin müraciətlərə baxılır, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə növbəyə alınır və üz tutmaq istədikləri dövlət orqanına yönləndirilirlər. Birinci və ikinci mərtəbələr buraya yerləşmiş 9 dövlət qurumunun iş yeridir. Mərkəzdə təlim və çağrı mərkəzi də var.

Şakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdiribŞakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdirib
x
Şakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdirib
Şakir Məmmədxan 19 manata sürücülük vəsiqəsini dəyişdirib
2012-ci ildə prezident fərmanı ilə yaradılmış bu mərkəzdə şəxsiyyət vəsiqəsinin, xarici pasportların verilməsi, dəyişdirilməsi, pensiyaların təyin edilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, notariat və s. xidmətlər də daxil olmaqla, 23 sayda xidmət göstərilir. Ancaq bundan, hələ ki, Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlana bilir.

ASAN mərkəzdən arxiv arayışı almaq istəyən Şirinbala Məmmədovun mərkəzə baş vurub-çıxması 10-15 dəqiqə vaxtını alır. Həmin xidmət ödənişsiz olduğu üçün, sadəcə, ərizə formasını doldurur.

Nəsimi rayon sakini Şakir Məmmədxan isə sürücülük vəsiqəsini dəyişdirib:

«15 dəqiqəyə aldım. 18 manat 20 qəpiyə başa gəldi».

Zakir SəfərovZakir Səfərov
x
Zakir Səfərov
Zakir Səfərov
TƏRCÜMƏÇİ TAPILMIR

Müəssisə yaratmaq üçün müraciət edən Zakir Səfərov deyir ki, indi bu işi 1 saata görsə də, əvvəllər sənədlərə görə ora-bura qaçmalı olurdu:

«Sənədləri verdim, çatışmayanlara da özləri kömək elədilər. Yaxşı ki bir yerdə bütün işləri görürsən – rüsumu da ödəyirsən, notarius da burdadır. Hələ deyirlər, möhürü də alırsan. Rüsuma da 11 manat ödədik». 

Valeh NəsibovValeh Nəsibov
x
Valeh Nəsibov
Valeh Nəsibov
Bir başqa vətəndaşın – Valeh Nəsibovun fikrincə, işlərin tam yoluna qoyulduğunu demək hələ tezdir. O, arayışın tərcüməsi üçün gəlsə də, tərcüməçi olmadığından istəyi baş tutmayıb. Halbuki mərkəzin göstərdiyi xidmətlərə sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi də daxildir:

«Notarial kontor tam xidmət göstərmir. Rus dilindən Azərbaycan dilinə tərcümə etmişdim arayışı, təsdiq etmədilər. Dedilər, tərcüməçi yoxdur, deyirəm nə vaxt olacaq, deyirlər bu yaxınlarda olacaq».

BİR AYDA 16 MİN MÜRACİƏT

«ASAN xidmət» mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Azad CəfərliAzad Cəfərli
x
Azad Cəfərli
Azad Cəfərli
Agentliyin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli deyir ki, 15 yanvardan fevralın 18-dək mərkəzə 16 mindən çox müraciət olub:

«Gündə 600-700 civarında vətəndaş müraciət edir. Mərkəz, əsasən, 4 prinsipə uyğun çalışır. Söhbət operativlik, rahatlıq, etik davranış və şəffaflıqdan gedir. Şəffaflıq prinsipinə söykənərək, burda birbaşa ödəniş qəbul olunmur. Xidmətlər yalnız qəbz əsasında edilir, xidmət kameralarla çəkilir, ofislər isə şüşə materialından quraşdırılıb ki, vətəndaşlar bütün bu proseslərin şahidi ola bilsinlər».

İqtisadçı-ekspert Nazim Məmmədov ölkədə şəffaflığın artırılması yönündə alət kimi qiymətləndirilən «ASAN xidmət» mərkəzinin vətəndaşların vaxtını, pulunu və əsəblərini korlamağa xidmət göstərməyəcəyinə ümid edir.
Nazim MəmmədovNazim Məmmədov
x
Nazim Məmmədov
Nazim Məmmədov
«Ümid edək ki, bu reklamdan daha çox vətəndaşlara real xidmət göstərəcək, qanunlarla müəyyən olunmuş xidmətləri almağa, əlavə vaxt sərf etmədən, vəsaiti şəffaf olaraq birbaşa büdcəyə ödəməsinə, məmurların korrupsiyaya meylliliyini aradan qaldırmağa xidmət edəcək. Mən müsbət baxıram bu mərkəzin yaradılmasına. Hər halda, qonşu Gürcüstanın 4-5 il əvvəl apardığı islahatlar, hökumətin atdığı addımlar müsbət imic formalaşdırmışdı». 

DÖVLƏT ORQANLARI İLƏ VƏTƏNDAŞ ARASINDA ƏLAQƏÇİ

Xidmətlərin sayının nə vaxt artırılacağı ancaq yeni fərmandan asılıdır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Azad Cəfərli deyir ki, dövlət orqanlarının xidmətləri onların öz əməkdaşları tərəfindən həyata keçirilir.
«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq
x
«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq
«ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq
«ASAN xidmət» mərkəzi bu işin təşkili və əlaqələndirməsi, nəzarət və qiymətləndirməsinin həyata keçirilməsinə, xidmətlərlə bağlı məlumat bazalarının elektronlaşdırılması səlahiyyətinə malikdir. Qısası, ASAN, sadəcə, dövlət orqanları ilə vətəndaş arasında əlaqəçidir. Mərkəzin göstərdiyi xidmətlərə nələrin daxil olduğunu bilməyənlər 108 nömrəsinə zəng edə bilərlər.

Nəzərdə tutulur ki, «ASAN xidmət»i ilin sonunadək Bakının bütün rayonlarında, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Anonim
21.02.2013 22:00
Bu yaxınlarda DYP-də sürücülük vəsiqəmi yenilədim. 20 manata və 20 dəqiqəyə başa gəldi. ASAN-la elə bir fərq yoxdur.

Kimdən: CAHİD QILINC Haradan: HƏR ŞEY YALAN
21.02.2013 14:12
Mənə maraqlidirki bu asan xidməti niyə Bakinin ən böyük bir nömrəli rayonu olan Səbail rayonunda acmiblar? Demək hələ rüşvətdən əl cəkmək istəmirlər cünki bütün bahali həyət evlərinin coxu Səbail rayonundadı hərəsindən 30-50min manat arasi rüşvət istəyirlər ki evə sənəd versinlər.Həmdə səbailin kuratoru yəqin cox hakimyətə yaxın adamdı hələ hakimyərin özüdü.İndiyə kimi niyə asan xidməti acmirdınız? Ölkə qarişmaq ərəfsinə gələndə acdininz Yəqin seckilərdən sonra bağlayarlar.Hər şey dələduz imitasiyadır.Dələduzlar bu gün sabah bügün sabah deyə deyə qurbanlarini aldadırlar.Haminiza belə dələduzlar yəqin rast gəlib günü günə sata sata özlərinidə aldatdiqlari adamıda yola verirlər.

Kimdən: İnam Haradan: Bakı
21.02.2013 13:53
Məncə ilk öncə, mövcud qurumlarda olan problemlər həll edilməli sonra yeni qurumlar yaradılaraq vətəndaşların qayğısına qalmaq lazımdır. Örnək ölkənin sərhəd keçid və gömrük qapılarında olan biabırçılıqlara son verilməli, çünki bu rüsvayçılıqla nəinki ölkə vətəndaşları həmçinin ölkəyə gələn əcnəbilərdə rastlaşırlar.

Kimdən: İlqar Haradan: bak
21.02.2013 11:01
Bu ASAN xidməti seçki qabağı hakimiyyətin bir oyunudur. Gəlin düşünəkj bu sənədlərin verilməsi üçün yetərincə İdarə və təşkilatlar var və onların da borcu rüşvərsiz və təcili vətəndaşların problemini həll etmək əgər belə deyilsə həmin idarələri bağlasınlar əlavə maaş verib büdcəni zəiflətməsinlər və yaxud da rüşvət alanları həbs etsinlər. Dövlətin bu addımı xalq kütləsinin gözündən pərdə asmaqdır əgər elə deyilsə Bu ASAN xidmətində bu xırda məsələləri həll etməkdənsə böyük məsələləri həll etsələr yəni sahibkarların torpaqlarının özəlləşdirilməsi, avtomobillərin kömrük sənədləşməsi, xaricdən gətirilən malların kömrük sənədləşməsi və sairə həll etsinlər İnanın ki, Azərbaycanda hər şey ucuzlaşar insanlar yaxşı yaşayar. Bunları hər bir oyunu seçki qabağı İ.Əliyevin prezident seçilməsi üçündür. Belə bir məsəl var
- Ayının min oyunu var bir armudun başında - ))))))))

Kimdən: Saakaşvili Haradan: Gürcüstan
21.02.2013 10:14
Sözün düzü mən bu ASAN adlanan xidmətdən hələki, istifadə etmək şərəfinə nail olmamışam. Çünki, hələ biz tərəflərə qədəm qoymayıb...Şərh yazan yoldaşlardan biri düzgün vurğulayıb ki, bu o zaman ASAN xidmət adlanar ki, hər şey çox sadə üsulla həyata keçirilsin və bir qovluq sənəd yığmağa ehtiyac duyulmasın...
O ki, qaldı gömrük şöbəsinə...bu şöbə niyə fəaliyyət göstərmir ki?
Biabırçılıq məhz elə burdan başlayır...Cənab Abbas Abbasov, bəlkə siz cavab verəsiniz bu suala? Niyə gömrük rüsumunun ödənişini bu xidmətdə həyata keçirmək mümkün deyil? Bu ÇƏTİN xidmətin asan tərəflərini bəlkə izah edəsiniz?

Kimdən: Saakaşvili Haradan: Gürcüstan
21.02.2013 10:07
Sizin ASAN xidmət dediyiniz bu sistem Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi, xalqı bürokratik əngəllərdən qurtarmaq üçün həyata keçirdiyi ilk islahat oldu...Və bu təkcə paytaxt Tbilisidə yox, ölkənin bütün rayonlarında, qəsəbə və mərkəz tipli yaşayış məntəqələrində yaradıldı, özü də çox qısa zaman kəsiyində...Onu deyə bilərəm ki, soydaşlarımızın kompakt məskunlaşdığı Marneuli rayonunda belə xidmət növü göstərən 3 mərkəz fəliyyət göstərir...
Deməli inkişafda analoqu olmayan sürətlə Gürcüstandan ən azı 7-8 il geridə qalırıq...
Bir az yavaşlamaq bizə yaxşı gəlmədi...Bəlkə sürəti yenidən artıraq???

Kimdən: RAFAELDƏN Haradan: BAKI
21.02.2013 00:46
HƏR ŞEY MÜMKÜNDÜR,İSTƏSƏLƏR MONOPOLİYANIDA GÖTÜRƏRLƏR, İSTƏSƏLƏR DÜNYA TİCARƏT MƏRKƏZİNƏDƏ(PALATASINA) DAXİL OLARLAR.

Kimdən: AZER Haradan: BAKIDAN
20.02.2013 23:50
BUNLAR ANCAG CAMAATA SPRAVKA VERMEKLE MESHGULDURLAR

Kimdən: inanan Haradan: Baki
20.02.2013 23:35
Mən hələ bu ASAN xidmətindən istifadə etməmişəm,çünki qeydiyatım Səbail rayonundadır.Səbail rayonun xidmətinə ASAN işə başlayan kimi mən birinci olacağam.60 gündür ARDNŞ bir arayışı ala bilmirəm ki, baq sahəmi özəlləşdirim, Məcburan ikinci dəfə bu haqqda ARDNŞ prezidenti R.Abdullayeva müraciət etdim və hələdə ümüdüm yoxdur.Çünki, məmurlar uydurma yollarla vətəndaşın işini çətinləşdirirlər.ARDNŞ bir məmuru mənə məktubla bildirir ki, xüsusi komissiya təşkil olunub və bu komissiya araşdırma aparır. Araşdırma qurtarandan sonra mənə cavab veriləcək.Yəni bir 24 il öncə bizə verilən baq sahələri kim isə indi araşdıra bilər.Biz ömrümüzün 24 ilini bu baqlara sərf etmişik indi kimlərsə bunu araşdırır.Məni istədiyim arayış vaxtı ilə bizə verilən sənədlərin təstiqi üçün lazımdır ki, Baqların özəlləşdirmə idarəsinə sənədlərimizi təqdim edək,bunu onlar tələb edir.ASANxidməti bizi bu əziyyətlərdən qurtarar.Mən buna inanıram.

Kimdən: Bayram Haradan: Baki
20.02.2013 22:11
Gurcustanda bu xidmetden istifade etmishem. Esas ferq ondadir ki, bir meselenin helli ucun orada cox az sened teleb olunur. Unvana qeydiyyat cox sadedir, migrasiya ucun bizdeki kimi bir kitab arayish teleb olunmur ve saire. sade ve asan o vaxt adlana bilerdi ki minumum senedler teleb olunsun. ne ise cox geride qalmishiq
Səhifə (2)
    Növbəti