şənbə, Oktyabr 25, 2014 Bakı vaxtı 20:58

Siyasət

Siyavuş Novruzov: «Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil»

Siyavuş NovruzovSiyavuş Novruzov
x
Siyavuş Novruzov
Siyavuş Novruzov
-

«Gülər Əhmədovanın həbsi siyasi məsələ deyil» – hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov «Media forum» saytına belə deyib.

Siyavuş Novruzov bildirib ki, Gülər Əhmədovanın əməlləri ilə bağlı xeyli müddətdir istintaq, araşdırma gedirdi:

«Yəqin ki, hüquq mühafizə orqanları indi məqbul hesab edib həbs qərarı veriblər. Bu, siyasi deyil, hüquqi məsələdir. Ötən ilin sentyabr ayından istintaq gedir. Altı ay davam edən araşdırmalardan, faktlara, videolara baxılandan, ekspertiza rəyləri alınandan sonra belə bir addım atılıb».

Səbail rayon Məhkəməsi frevralın 13-ü axşam keçmiş deputat Gülər Əhmədovanın 3 ay müddətə həbs edilməsi barədə qərar çıxarıb. 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video yayıb.

Gülər Əhmədova həbs edildi - [Video]

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da  videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittiham sübut olunsa, günahklar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: BAKILI Haradan: BAKI
15.02.2013 07:14
Guler Ehmedovanin hebsi anti milli unsur meselesidir SIyavus gor kimlerle bir masa arxasinda oturmusan ve goye bilmirsen ki ne va ne yox

Kimdən: Nata Haradan: Baki
14.02.2013 23:16
Siyasi mesele deyil bes ne meseledi uwaq baxcasi meselesidi

Kimdən: cerxi-felek
14.02.2013 22:05
Zamani elektron texlologiya ve elmi inkiwaf deyiwir amma hele de muasir infiwafdan behrelenib kohne ayamlarla duwunub- davranmaqi isteyenler ucun cetin olacaq bunu anlamalidirlar ....

Kimdən: ELDEN OBADAN
14.02.2013 19:39
Hormetli Seyavush muellim sag olsun. MM miz bir uzukdurse, Seyavush onun cox qiymetli lelidir,cavahiridir,dashidir.Diqqetle baxanda, ne qeder derin dushunceli,saf qelbli,her terefli inkishaf etmish,mudrik ziyzli olmasi cox aydin goze carpir.Goz dedim gozleri yadima dusgu,az qala unutmushdum,menali,siyasi baxishlarini. Onu sevenler bu portretini,bashlangicda gosterilen fotosunu yaninda gezdirmelidir,lap cox isteyenler boyuddurub evlerindede asa bilerler.Amma icaze verse,cunki o cox tevazokardir,alicenabdir.

Kimdən: Adəm Haradan: Bakı
14.02.2013 19:02
Bahalı yəhudi siyasi texnoloqları əvvəlki rus texnoloqlarından daha fərqli və incə yol seçiblər.Əhalinin günbəgün artan qəzəbindən qurtulmaq üçün "peşkaları" qurban verirlər ki,bu seçki oyununu da köhnə qaydalarla uda bilsinlər.Prezidentin məmurlara barmaq silkələməsi də həmin planın bir hissəsi ola bilər.Təki sakitlik olsun və hər şey əvvəlki kimi olsun--"Sürətli inkişaf və sairə..."

Kimdən: BAKILI Haradan: BAKI
14.02.2013 16:37
GulerEhmedovanin razborkalarda staji coxdur qardaslar bir anliqa bu qadinin hansi yollarla gelib deputat olmaqini fikirlesende adam deli olmaqdan beter olur kim idi hardan geldi nece geldi kim getirdi ey milletim bilincinizi ayna kimi aciq ve temiz tutun toz qondurmayin evladlarimiz yaziqdir onlarin geleceyini bu mafiozlarin elinden geri almaqin tam zamanidir AZERBAYCAN hec kimsenin ne atasinin ne de anasinin mirasi deyil bu vetenin varisleri bizik amma biz bu mirasa yeterince sahib cixa bilmirik babalarimizin bize qoyub getdiyi boyuk azerbaycandan bir tike yer qalib biz onlarin mirasina layiqli sekilde yiyelik etmeliyik

Kimdən: azer
14.02.2013 15:57
bu seyavush novruzov deyul Pavlik Morozovdur

Kimdən: qilman Haradan: moskva
14.02.2013 15:52
Ele bir gun gelecek.
Bunlarda 12-il gedecek.

Kimdən: Nata Haradan: Baki
14.02.2013 15:51
Ureyim bulanir yuz defe diyirem bundan intervyu almiyun senin ucunde bu gunlerden olucey deve qanad misali

Kimdən: Ənvər Paşa Haradan: Oğuz Elindən
14.02.2013 15:25
Nəhayət ki iki "insult" keçirmiş, mandat alveri etməsinə baxmayaraq özü dediyi kimi YAP-çı əqidəsini dəyişməyən və Heydər Əliyev kimi ölmək arzusunda (?) olduğunu söyləyən Gülər Əhmədova layiqli cəzasını almaq üzrədir. İçi pulla dolu olan çantaları otvyorka ilə açmaqla adçıxarmış (onu lap medvejatnikdə adlandırmaq olar) şəriki barəsində də həbs qərarının baş prokuror tərəfindən verilməməsi başadüşülən deyil. Cənab Qaralov, prezident demişkən axı kim ona bu statusu veribki mandat alveri etsin? Siz hansı səbəbdən dövlət başçısının dediklərinə reaksiya vermirsiniz? Gülər Əhmədovanın həbsindən sonra kimliyi, tutduğu vəzifəsi Azərbaycanda hər kəsə məlum olan əsas mandat alverçisini niyə həbs etmirsiniz? Belə laqeyid və məsuliyyətsiz addımlarınızla hörmətli prezidentimizin məmurların özbaşnalıq, qudurğanlıq etmələri barədə söylədiyi o "səmimi" sözləri şübhə altına atmağınızın heç fərqindəsinizmi? Bu halda bir daha prezidentin söylədiyi sözləri təkrar etmək istəyirəm: kim verib sizə bu statusu?
Cavab

Kimdən: murad Haradan: baki
14.02.2013 17:59
eyni zamanda, bu heyder eliyevin keyfiyyatinin de dolayisi tesdiqidir YAP-in hamisi Guler ehmedovanin qununde ve keyfiyyetinde ve ondan beter qunde olanlardir. demeli qebilenin ulu onderide keyfiyyetine qore hemin insanlardan ferqlenmir. nece deyerler su axar cukkurun tapar.
Səhifə (2)
    Növbəti 

Oxuyan gərək...