Cümə, Oktyabr 31, 2014 Bakı vaxtı 13:01

Verilişlər / Qaynar xətt

Vəfat etmiş müharibə əlili varisinin mənzil tələbi

Asiman Qasımlı Asiman Qasımlı
x
Asiman Qasımlı
Asiman Qasımlı
-
18 yaşlı Asiman Qasımlı «Qaynar xətt»ə Xəzər rayon İcra Hakimiyyətindən şikayət edib. Deməsinə görə, Qarabağ müharibəsi əlili olmuş və 3 il əvvəl vəfat etmiş anasının yeganə varisi olsa da, anasına çatmalı olan mənzili Xəzər rayon İcra Hakimiyyəti varis kimi ona vermək istəmir. Deyir, heç olmasa, əvvəllər icra hakimiyyətinə gedəndə, qəbul edib, dinləyib, vədlər verib yola salırdılar. İndi heç icra hakimiyyətinin qapısından içəri də keçə bilmir:

«Anam uzun illər ev növbəsinə dayanmaq üçün Xəzər rayon İcra Hakimiyyətinə gedib gəlsə də, onu ev növbəsinə götürmək istəməyiblər. 2005-ci ildə prezident iqamətgahında prezidentin qəbulunda olandan sonra onun tapşırığı ilə Xəzər rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, mənzil növbəsinə götürülüb. 2009-cu ildə anam xəstəlikdən vəfat etdi. O, vəfat edəndə, mənim 18 yaşım tamam olmamışdı. Xəzər rayon İcra Hakimiyyətindən deyirdilər ki, ananın mənzil növbəsi çatıb, 18 yaşın tamam olan kimi sənə mənzil veriləcək. 18 yaşım tamam olandan sonra mənə sənədləri toplamağı tapşırdılar. Hansı sənədlər tələb olunurdusa, toplayıb təqdim etdim. Ancaq mənzili verməkdən müxtəlif bəhanələrlə imtina etdilər».

Asiman Qasımlı deyir ki, ondan anasının yeganə varisi olmasını sübuta yetirməsini tələb edirlər. Əks halda, mənzil verməyəcəklərini bildirirlər:

«Mən onlara yeganə varis olmağımla bağlı tələb olunan bütün sənədləri təqdim etmişəm».

Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, Asiman Qasımlının anası Arifə Qasımova 2005-ci ilin iyun ayında sərəncamla 3 nəfər ailə tərkibi ilə 1-ci qrup müharibə əlili kimi mənzil növbəsinə götürülüb. 2009-cu ildə vəfat etdikdən sonra oğlu Asiman Qasımlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə himayəyə verilib. O, himayəçinin ünvanına yaşayış qeydiyyatına düşüb. Mövcud mənzil qanunvericiliyinə görə, yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün Asiman Qasımlının sənədləri hazırda qeydiyyatda olduğu ərazinin icra hakimiyyətinə göndərilməlidir. İkinci tərəfdənsə, araşdırma zamanı Arifə Qasımovanın Asimandan başqa daha bir övladının olduğu müəyyən edilib və hazırda icra hakimiyyəti bu faktı araşdırmaqdadır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zebani Haradan: Cehennem
10.02.2013 17:31
Mən çox gözəl bilirəm ki, Akram Aqulis elə bu hakimiyyətindı. Özü Daş yuxuları yazıb ki seçki qabağı diqqəti özünə cəlb edib, hakimiyyətdə olan nəzərləri üstündən çəksin, gördüyünüz kimi bundan sonra mitinqlər dayandı. Ancaq onu deyim ki, keçəl suya getməz, sənin yazdığın uzağı 1 ay gündəmdə qalacaq, 1 aydan sonra yenə bu hakimiyyət başqa nəsə hazırlamaq üçün bir plan quracaq, ancaq onu deyim ki, nə istəyirsiz yazın əgər Əliyev 3-cü dəfə prezident seçilsə 50% xalq ayağa qalxacaq.
Cavab

Kimdən: oxucu
10.02.2013 22:14
ay zebish, gah buralarda dinbazlig edirsen, gah da Ekrem Eylislini yixib suruyursen. Indi deyirsen ki, xalg 50 faiz ayaga galxacag. Xalg galxirsa goy galxsin, amma sen galxma! Galxib Xomeynini-filani chagirarsan, yagishdan chixib yagmura dusherik. yeni dinbazlarin gara-gura dunyasina dusherik. Sen allahin, mene cavab yazarken, "mini yubkali dunyadan, lut dunyadan" yazma! Bu cheynenmish argumentler lap zehlemi tokub.

Kimdən: realist
08.02.2013 17:07
Indi bu genc oglanin problemini hell etmek uchun 1 nefer memur, idiolog, hekumet temsilchisi bele tapilmayacag. Amma Eylisli ile ugrashmaga, vetenshuvenlik elemeye butun hokumet, memur, yap-ci heyeti novbe gozleyir!
Cavab

Kimdən: vasif Haradan: baku
10.02.2013 16:49
qəşəng... bravo!!!

Oxuyan gərək...