Çərşənbə axşamı, İyul 29, 2014 Bakı vaxtı 15:41

Verilişlər / Oxu zalı

İlham Əliyev Əkrəm Əylislini xalq yazıçısı adından məhrum etdi (Yazarın münasibəti)

Əkrəm ƏylisliƏkrəm Əylisli
x
Əkrəm Əylisli
Əkrəm Əylisli

Bunu da oxu

Əkrəm Əylisli romanında Heydər Əliyevin mənfi obrazını yaradıb?

Romanda aktyor Nüvariş Qarabağlının xatirələrindən (ruscadan tərcümə)

Günel Mövlud: “Əkrəm Əylislinin romanı bir qaçqın kimi hisslərimi təhqir etmir”

Elçin Hüseynbəyli: "Əkrəm Əylisli İsa Məsih rolunu oynamaq istəyir". "Pen klub"da debat

Əkrəm Əylisli: “Oğluma deyiblər ərizəni yaz, işdən çıx”

Polkovnik-leytenant Nəcəf Naibov-Əylisli Gömrük Komitəsində şöbə müdiri işləyirdi. “Oxu zalı”na müsahibəsində yazıçı bildirib ki

Əkrəm Əylisli səfirliklərə müraciət etdi: "Münasibət bildirin"

"Bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır".
-
Əkrəm Əylisli: "Mən bunu yalvarıb almamışam. Həm də adı mənə bu əsərimə görə verməyiblər axı".


Azərbaycan prezidenti İlham Əliyev qalmaqallı "Daş yuxular" romanına görə Əkrəm Əylislini "xalq yazıçısı" adından və prezident təqaüdündən məhrum etdi.

"Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir.

Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:

1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.

2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"


Başqa bir sərəncamla İlham Əliyev Əkrəm Əylislini prezident təqaüdündən də məhrum edib. Ə.Əylisli təqaüdü 2002-ci ildən alırdı. 

Əkrəm Əylisli sərəncamlarla bağlı AzadlıqRadiosuna bunu deyib:

Mən bunu yalvarıb almamışam. Həm də adı mənə bu əsərimə görə verməyiblər axı. Onu mənim digər əsərlərimə görə veriblər. İndi demək o əsərləri də ləğv edirlər. Mənim üçün bu gözlənilməz idi. Tutaq ki, “Daş yuxular”ı kimsə yaxşı başa düşməyib, kimsə heç bəyənməyib. Bu başqa məsələdir. Ancaq o mükafatlar mənim xeyli qabaqkı əsərlərimə görə verilib. Onda gərək o əsərləri də götürüb tullasınlar. Bu nə oldu ki... Həsənin adını Vəli qoymaq, Vəlinin adını  Əli qoymaq”. 

DÖVLƏT VERDİ, DÖVLƏT ALDI

Prezident İlham Əliyev qalmaqallı «Daş yuxular» romanına görə Əkrəm Əylislini «Xalq yazıçısı» adından və prezident təqaüdündən məhrum etdi.

«Xalq yazıçısı» adı almaq yəqin bir çox yazıçıların arzusudur. Bəs qazanılan bu addan məhrum edilmək necə? Bu addan məhrum edilməyə Azərbaycanın başqa yazıçılarının münasibəti necədir?

Gənc yazar Aqşin Yenisey Əkrəm Əylislinin «Daş yuxular» romanını oxumayıb. Odur ki, məsələyə münasibəti belə oldu:

«Əsərin nə haqda olduğunu bilmirəm. Ancaq bütün hallarda nə yazıçının, nə də oxucunun xalqı təhqir etməyə haqqı var. Romanda təhqir varsa, Əkrəm müəllimi qınayıram. Yox əsərdə, təhqir yoxdursa, buna görə Əkrəm Əylislini xalq yazıçısı adından məhrum ediblərsə, onda Əkrəm müəllimin tərəfindəyəm».

Yazıçı Seyran Səxavət «Daş yuxular» romanını oxuyub və bu qənaətdədir:

«Əkrəm Əylisli olayı ilə bağlı danışanların, yazanların hamısına demək istəyirəm ki, onun əsərini oxumuşam, amma bəyənməmişəm. Fikrimcə, biz onu tənqid etdikcə, üstünə getdikcə, məsələ beynəlxalq miqyasda daha da böyüyəcək. İstəməzdim belə olsun».

S.Səxavət fəxri adın geri alınması ilə bağlı  bildirdi ki, «Vermisənsə, niyə alırsan? Alacaqdınsa, niyə verirdin?».

Gənc yazar Seymur Baycan o fikirdədir ki, Əkrəm Əylisli bir zamanlar tərəfində olduğu sistemin indi əsl üzünü görür:

«Bir tərəfdən baxanda, Əkrəm Əylisliyə nə ediblərsə, yaxşı ediblər. Çünki özünün əkib-becərdiyi sistemdir. Vaxtilə Cəbhə, Müsavat hakimiyyəti haqqında ağzına gələni danışırdı. Bu sistem onun «İstiqlal ordeni», «Şöhrət ordeni»” aldığı sistemdir. Bu gün Əkrəm Əylisli həmin sistemin əsl üzünü görməklə məşğuldur».

«Həmin mükafatı dövlət verib. Dünən layiq bilib, verib, bu gün layiq bilmir, alır. «Xalq yazıçısı» adı da, prezident təqaüdü də dövlət tərəfindən verilir. Onun tərəfindən də alındı», - bu sözləri də yazıçı Əjdər Ol dedi.

Əkrəm Əylislini xalq yazıçısı adından məhrum edilməsinə münasibətiniz?
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (8)
    Növbəti 
Kimdən: cemile Haradan: baki
14.02.2013 12:25
Salam eziz soydashlar.Hec kim bosh boshuna kimise nedense mehrum etmez.Bizim prezidentimiz ali savadli ,dunya gormush shexsiyyetdir.O bir qerar verdise demeli bu bele de olmalidir.Ne olsun ki,ekrem muellim gorkemli shexs idi.Meger neyinse xatirine duz insanlar donub eyri olmurlarmi?... Axi weytan niye unudursuz? Yoldan cixartmaqda mahir ustadir.Her kes sehv ede biler.Mence Ekrem muellim sehv edibse sonradan onu duzeltmek ucun uzr istemeli,yanlish melumat catdiribsa izahini vermelidir.Eger ozunu haqli sayib ermenilere haqq qazandirirsa basqa olkede yashamaga ustunluk vermelidir. Cunki burada yashamaq artiq mumkun olmayacaq. Amma mene ele gelir ki,bele savadli insan birden bire deyishe bilmez .Burada nese bizim bilmediyimiz nuanslar var...Ya bilerekden ya da tesadufen......Bizi yene oz dashimizla vurmaga calishirlar,ehtiyatli olmaliyiq.Menfur dushmenlerimizin siyaseti beledir.Her halda agilla hereket etmeliyik.
Oxudugunuz ucun teshekkur

Kimdən: Zebani Haradan: Cehennem
10.02.2013 17:35
Akram Aqulis bu hakimiyyətindi, nə üçün mitinqlər olan ərəfədə çıxardılar? çünki diqqəti öz üstünə çəkmək üçün. Aşağıda Qara Qalxan gözəl qeyd elədi.

Məmməd Əmin dəydi bunun "çestinə"
Nə getmədi, nə gəlmədi üstünə
Çiçək qoydu Şaumyanın büstünə,
Qardaş kimi məhəbbətdən danışdı

Şaumyana tərfinamə yazanı niyə yada salmırlar?

Kimdən: consigliori Haradan: baki
09.02.2013 21:30
Yazıçı Əkrəm Əylisli bizim siyasi oyuna alət olmamağımız haqda yazsaydı, onun tərəfindən bu daha anlaşılan olardı. Nəinki əndazədən çıxmış, ifrat humanizm mövqeyi.

Kimdən: vasif Haradan: baku
09.02.2013 01:41
Mənim Əziz, yazıq və sadəlöhv xalqım...
Niyə hər oyuna gəlirsiz axı? Sizə qəribə gəlmirmi QUBA, İSMAYILLI, BAKI hadisələrində pizdentimizin səsi çıxmadı, dəfələrlə əsgərlərimiz boş yerə öldürüldülər - səsi çıxmadı, özünün təyin etdiyi icra başçıları camaatı təhqir elədi yenə səsi çıxmadı.... və sairə, amma hansısa bir yazıçı üçün necə tez "tədbir gördü". BRAVO!!!
Mən şəxsən bu əsəri oxumamışam heç oxumaq fikrim də yoxdu. Amma bircə onu bilirəm ki, bir yox min yazıçı belə öz əsərlərində milləti "pis" göstərsə də bu heç nəyi dəyişməyəcək. Və ya lap erməni yazıçısı, şairi, siyasətçisi, hətta bütün erməni və dünya tarixçiləri durub bizim üçün yaxşı desə belə fakt yenə fakt olaraq qalacaq.- YƏNİ BİZ BÜTÜN DÜNYANIN GÖZÜNDƏ QORXAQ VƏ BƏDBƏXT MİLLƏT OLARAQ QALACAĞIQ TA Kİ TORPAQLARIMIZI QAYTARANA QƏDƏR.- ona görə də mənim əzizlərim belə şeylərə baş qoşmayın. Mən razıyam bütün dünya bizi pis bilsin, qəddar bilsin, ermənilərə zülm edən bilsin- TƏKİ BİQEYRƏT BİLMƏSİN, TƏKİ MƏNİM ƏSGƏRİM TORPAQLARIMIZI ÖZÜ ALSIN. Daha " danışıqlar yolu ilə" "sülh yolu ilə" yox. Heç vaxt kimsə qazancını danışıq yolu ilə kiməsə verməz.
Cavab

Kimdən: Masim Haradan: Baki
15.02.2013 12:13
Qardash Dediklerinle tamami ile raziyam!!!!!!!

Kimdən: Müəllim Haradan: Naxçıvan
08.02.2013 19:26
Ağzınıza gələni yazmayın.Bizim elə bədbəxtliyimiz oradadır ki,burnumuzu hara gəldi soxuruq.Hakimiyyət nümayəndələri nəyin yaxşı,nəyin isə pis olduğunu bizdən şox yaxşı bilirlər.İnkişafımızı gözü götürməyənlərə qoşulmayın.
Cavab

Kimdən: Masim Haradan: Baki
15.02.2013 12:24
Cənab Müəllim heç kim burda aqzına gələni yazmır. hər kəs öz fikirini bildirir. İnkişaf siz nəyə deyirsiniz? Sorusmaq ayıb olmasın sizin bir müəllim kimi maaşınız nəqədərdir? İnkişaf buna deyirsiniz? yox mən höküməti pisləmirəm sadəcə olaraq quruluşla problemim var. Hörmətli yoldaş belke siz bilərsiniz hicabı niyə ləğv etdilər? niyə mecidlərdə Əzan oxumaqa qoymurlar, niyə aşura günü mecidlərdə mərasimlərə icazə vermirlər, niyə məmurlar rüşvət alanda buna hörmət, doxdurun cibinə isə 2 manat qoyanda buna rüşvət deyirlər. mənim sevimli qardaşım bu nə sənlik nədə mənlikdir bunlar hamisi məmurların qudurqanlıqıdır. hökümət gözəl hökümətdir bəli şəhərlər gözəlləşir yeni iş yerləri avropaya ineqrasiya və s. gözəl göstəricilərdir. bəs Qarabağ? fikirləşən var? inanmıram! Bir ozunuze sual vermisiniz adi işci 1000 azn alir polis reisi 800 azn işcinin evi və sadə maşını rəisin isə 2 evi 1 villası evdə hər kəsin ən son model və bahalı maşını var bu necə olra mənim qardaşım?
Bur düşünün bu brədə!

Kimdən: yagmur Haradan: Bakıdan
08.02.2013 18:42
O, erməni xalqının yazıçısıdır. Mən onu heç baxt yazıçı saymamışam, ümumiyyətlə, bu ölkə bir yazıçıdan bir də alimdən məhrumdur.Aranı qızışdırır, adını da qoyur ki, iki xalqı barışdırıram.Barışdırmaq istəyən deyər ki, bax bu sənin filan günündə sənə kömək oldu, sən də onun çərin vaxtında əlindən tutdun, daha deməz ki, bax ha filankəs sənin nəslini-kökünü kəsdi, döydü, öldürdü. O, nəinki yazıçı deyil, heç normal düşüncəyə malik adam da deyil.

Kimdən: Qara Qalxan Haradan: Virtual Alemden
08.02.2013 15:13
"Qeyret chelngi" YAP-chilar göresen minlerle Azerbaycanlinin qetliyaminda sorumlu olan Shaumyana medhiyyeler yazan Heyder Eliyevin oglunu niye qovmurlar Azerbaycandan?

Kimdən: duzgun Haradan: ordan
08.02.2013 11:33
niye menim serhimi vermediniz. bunun neyi azadliq oldu,ay azadliq iscileri
gor kimi mudafie edirsiniz?sade ermeni ucun oz milletine barmaq silkeleyen 1satqini.Bizim qirilan o sehidlerimiz sade azerbaycanlilar deyildi?

Kimdən: azer
08.02.2013 11:11
Vallah ermeniler bizim bu indiki memurlardan yaxshidirlar

Kimdən: Vetendash Haradan: Baki
08.02.2013 11:04
Mende bir defe ermeniler barede qisa bir sherh yazmishdim. Azadliq radiosu onu redakte edib qoymushdu sayta :)))))))) yeni daha yumshaq formada.:)
Səhifə (8)
    Növbəti 

Pen klub

Ən çox oxunan