çərşənbə axşamı, İyul 29, 2014 Bakı vaxtı 21:47

Siyasət

İlqar Məmmədov və Tofiq Yaqubluya 2 ay həbs verildi [Video]

İlqar Məmmədov və Tofiq Yaqubluya ittiham irəli sürülübi
|| 0:00:00
...
 
🔇
X
04.02.2013
Tofiq Yaqublu və İlqar Məmmədov barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib

İlqar Məmmədov və Tofiq Yaqubluya ittiham irəli sürülüb

-
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, İsmayıllı hadisələri ilə əlaqədar daha 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Bunlar Tofiq Yaqublu ilə İlqar Məmmədovdan başqa, İsmayıllı rayon sakinləri Mirkazım AbdullayevElşən İsmayıllıdır.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Günahları sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs gözləyir.

2 AYLIQ HƏBS

İlqar Məmmədov haqqında da 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

«Tamamilə qanunsuz, heç bir hüquqi əsası olmayan bir qərardır. İnsan Hüquqları və Əsas Azadlıqları Müdafiəsi haqda Konvensiyanın, eləcə də Azərbaycan qanunvericiliyinə zidd bir qərardır. Tamamilə siyasi sifarişlə verilən, siyasi məzmunu olan bir fəaliyyətin nəticəsidir».

                                          ***
Nəsimi rayon Məhkəməsi Müsavat başqanın müavini Tofiq Yaqublu barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bu haqda vəkil Akif Əlizadə məlumat verib.

«İTTİHAMIN HÜQUQİ ƏSASI YOXDUR»

İlqar Məmmədova Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Vəkil Fuad Ağayev AzadlıqRadiosunun «İşdən sonra» proqramına belə deyib:

«Onu ictimai qaydanı pozan qrup hərəkətləri təşkil etməkdə təqsirli bilirlər. İndi onu Nəsimi rayon Məhkəməsinə aparırlar, haqqında həbs-qətimkan tədbiri seçilməlidir».

Fuad Ağayev İlqar Məmmədovun bu ittihamı rədd etdiyini bildirib:

«30 illik təcrübəsi olan hüquqşünas kimi deyirəm ki, bu ittihamın hüquqi əsası yoxdur».

Tofiq YaqubluTofiq Yaqublu
x
Tofiq Yaqublu
Tofiq Yaqublu
«ONU TƏŞKİLATÇILIQDA GÜNAHLANDIRMAQ AĞLASIĞMAZ İŞDİR»

Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli deyib.

O bildirir ki, artıq Tofiq Yaqublu haqqında iki ay həbs-qətimkan tədbiri seçilməsi üçün təqdimat var. Bir azdan o, bununla bağlı məhkəməyə aparılmalıdır.

«Bu, biabırçılıqdır. Tofiq Yaqublunun həbsi hökumətin sifarişidir. Tofiq Yaqublu İsmayıllı hadisələrindən az sonra qəzetdən rayona ezam olunub. Onu təşkilatçılıqda günahlandırmaq ağlasığmaz işdir», deyə vəkil bildirir.

Respublika Prokurorluğundan isə bildiriblər ki, yaxın saatlarda bu haqda məlumat yayacaqlar.

İLQAR MƏMMƏDOV VƏ TOFİQ YAQUBLUYA QARŞI İTTİHAM İRƏLİ SÜRÜLÜB

Fevralın 4-də Real Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədova qarşı ittiham irəli sürülüb.

Bu haqda onun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib:

«Bu gün mənə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən müstəntiq zəng vurdu ki, İlqar Məmmədova qarşı ittiham irəli sürüləcək. O istəyir ki, hüquqlarını siz müdafiə edəsiniz. Mən də artıq həmin idarəyə yaxınlaşmaqdayam».

Tofiq Yaqublu İsmayıllıda saxlanılan zaman

İlqar Məmmədov nədə ittiham olunur? Vəkil deyir ki, o bu haqda hələlik heç nə deyə bilməz:

«Ancaq ehtimal etmək olar ki, İlqar Məmmədov İsmayıllı hadisələrinə görə ittiham edilə bilər. Çünki ötən həftə Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyinin birgə bəyanatında İlqar Məmmədovun da adı çəkilirdi. Təxmin edə bilərik ki, söhbət nədən gedəcək».

Fevralın 4-də Müsavat başqanının müavini Tofiq Yaqublu da Respublika Prokurorluğuna çağırılıb. Onun telefonuna zəng çatmır. Ailə üzvlərinin verdiyi məlumata görə, ona qarşı ittiham irəli sürülüb və Nəsimi rayon Məhkəməsinə aparırlar. Ancaq onlar bu haqda yetərli məlumata malik deyillər.

Ötən həftə DİN ilə Respublika Prokurorluğunun birgə məlumatında deyilirdi:

«Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Onların ölkədə vəziyyətin gərginləşdirilməsinə hesablanmış bu qanunazidd əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılaraq hüquqi qiymətini alacaq».

Bu il yanvarın 23-də İsmayıllıda etirazlar olub. Həbs olunanlar var. Etirazçılar icra başçısının istefasını və həbs olunanların azad edilməsini tələb edirdilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Anar Haradan: Baki
05.02.2013 17:22
Bu monarxiya diktatura hakimiyyetin savadsiz basna agilna ele gelmir ki, bütün xalqi tutub hebs edek ondan sonra belke hakimiyyetde saxta yolla qala bilerik. Bunu heç vaxt savadsiz baslarna agillarna getirmesinler. Sona az qalib...

Kimdən: Tural Haradan: Lenkeran
05.02.2013 12:46
Salam. Lenkeranda kicikbazar mescidinde bas vermis cinayet fakti ile bagli sok fakt. cinayetkar her sheyi etiraf edir.

Kimdən: talib Haradan: baki
05.02.2013 12:21
I.memmedov Az-nin prezidenti olmaga en layiqli namizeddir.Zooparkin ve shexsen prezidenti tenqid etmeyinin qisasini almaq isteyirler.I.Memmedov kimi indi Az-da siyasetchi yoxdur.Men indiye kimi hech bir mitinqde ishtirak etmemishem,Ilqar mudafiesine ise yox yerden 1000 neferden artiq adam etrafima yiga bilerem.Xalqin umudi onadir.Ilqar memmedova azadliq!!!!!!!!!!

Kimdən: rejimşünas Haradan: heydərabad
05.02.2013 11:47
GÖR REJİM NƏ QƏDƏR ZƏLİL OLUB

Kimdən: naranə Haradan: riqa
05.02.2013 11:12
abş höküməti İNSANI NEFTƏ və digər maddi SƏRVƏTLƏRƏ qurban verməməlidi

Kimdən: tervin Haradan: moskva
05.02.2013 09:37
abş azeri rejimine şille vurmalidi

Kimdən: Anar Haradan: Baki
04.02.2013 22:56
Bu kriminal monarxiya hakimiyyet çox böyük kobud sehve yol verdi. Ve hakimiyyetin çox böyük kobud sehvi özüne çox baha, basa gelecek.

Kimdən: Anar HACISOY Haradan: BAKI
04.02.2013 22:02
Bu iqtidar lap ag edib!!!!Milleti bunlarin elinden inqilab xilas edar yalniz!!!

Kimdən: VUQAR ANTIYAP Haradan: MOSKVA
04.02.2013 21:47
Mence hakimyyet numayendeleri,park ve heykel ucaltmaqdansa bir az turmelerin abadlasgdirilmagina diqqet yetirmelidi.Nezere alsaq ki bu rejim(bashda Ilham Aliyev olmaqla) saysiz hesapsiz cinayyetler toredib,onun mutleq sonu turme olacaq.Her gunun oz hokmu var canab rushvetxor yapchiular,omrunuzun son gunlerini kechireceyiniz yerlerin abadligi haqda dusunmeniz lazimdi!!!!!!

Kimdən: Ismaili
04.02.2013 21:39
Bu hebisler neyi deyisecey ay basin itirmis hakimyyet?
Səhifə (2)
    Növbəti