Cümə, Dekabr 19, 2014 Bakı vaxtı 17:34

Siyasət

Amnesty International Eynulla Fətullayevlə əməkdaşlığı bitirir

Eynulla FətullayevEynulla Fətullayev
x
Eynulla Fətullayev
Eynulla Fətullayev

Bunu da oxu

Amnesty International: «Azərbaycanda 18 vicdan məhbusu var»

Qurumun «Azərbaycan hakimiyyəti «Eurovision»ın uğurlu keçməsi üçün narazıların səsini kəsməkdə qərarlıdır» adlı hesabatı çıxıb.
Amnesty Internaational təşkilatının nümayəndəsi Natalia  Nozadze Azadlıq radiosuna bildirib ki, Amnesty INt. Eynualla Fətullayevi uzun müddət vicdan məhbusu kimi müdafiə edib və onun azad edilməsi üçün kampaniya aparıb.

Amma bu günlərdə o Brüsseldə Almaniya ilə bağlı keçirdiyi tədbirdə bizim razılığımız olmadan bizim təşkilatın adından istifadə etməyə çalışıb.

Biz buna rəsmi etiraz etdikdən sonra bele o bunu etməkdən çəkinməyib.
Biz buna təəssüf bildiririk.

Eynulla Fətullayev isə Strasburgda kecirdiyi tədbirdə təşkilatın bu mövqeyine təəccüb bildirib.

“Amnestynin mövqeyi ikili standartlardan xəbər verir. Bizim təqdim etdiyimiz film
Almaniyadakı insan haqlarının vəziyyəti  barədədir.
Filmdə bu təşkilatın nümayəndəsi ekspert qismində danışıb və musahibə verib.
Biz bundan nə üçün istifadə etmeyek.
Biz azad dunyada yaşayırıq.
Amnestynin buna qarşı çıxmasını anlamaq olmur.
Təhlükəli tendensiya yaranır.
Bir çox ölkələr toxunulmazlıq imuniteti iddiasındadır."-deyə o vurğulayır.

***
Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Eynulla Fətullayevlə əməkdaşlığı dayandırır. Bu barədə qurum bəyanat yayıb. 

Aİ-nin Qafqaz və Ukrayna üzrə kampaniyaçısı Max Tucker yazır ki, qurum vaxtilə vicdan məhbusu olmuş Eynulla Fətullayev üçün 4 il kampaniya aparıb: 

«Bir müddət əvvəl, o, Amnesty International-ın Almaniya ofisindən Almaniyada insan haqları pozuntuları barədə Brüsseldə özünün təşkil etdiyi tədbirə qatılmaq üçün bir spiker ayrılmasını xahiş etdi. O, bu tədbirin Alman Marşal Fondu (German Marshall Fund) və Qara Dəniz Fondunun (Black Sea Trust)  maliyyələşdirdiyini bildirdi. Aİ-nin Beynəlxalq Katibliyi (International Secretariat), Almaniyadan xahiş etdi ki, bu tədbirə spiker göndərməkdən boyun qaçırsın. Qara Dəniz çevrəsindəki ölkələr üçün təsis edildiyindən, Qara Dəniz Fondunun həmin ölkələrin əvəzinə Almaniya üzrə bir layihəyə onlarca min avro xərcləməsi də şübhəli göründüyünə görə, onlarla əlaqə saxlamaq qərarına gəldik...  İştirakdan imtinamıza baxmayaraq, Eynulla Fətullayev Aİ spikerinin də daxil edildiyi tədbir gündəmini yaymağa başladı. O, həmçinin Aİ-nin iştirakını iddia edərək, tədbirə dəstək qazanmağa çalışdı. Daha sonra Qara Dəniz Fondunun bu tədbiri maliyyələşdirmədiyini müəyyənləşdirdik. Bu səbəbdən Eynulla Fətullayev və onun «İnsan Hüquqları Uğrunda» Azərbaycan İctimai Birliyi təşkilatı ilə hər hansı əməkdaşlığı dayandırmaq qərarına gəldik. Eynulla Fətullayevin bizi dəstəkçi və ya tərəfdaş təşkilat kimi təqdim edən hər hansı iddiasına əhəmiyyət verilməməlidir. Onun sayt və videosunu (thedecline.info dan izlənə bilər) artıq hökümətyönlü xəbər agentlikləri təşviq edir. Bu sayt, adətən, Azərbaycanda üzə çıxarılan insan haqları pozuntularına eyni dərəcədə Almaniyada da rastlanması barədə yanlış təsəvvür yaratmağa çalışır və bu iddianı dəstəkləmək üçün Amnesty International-ın Almaniyadakı insan haqları pozuntularına qarşı tənqidlərindən yararlanır».  

Amnesty International bildirir ki, görünür, bu çox təəssüfləndirici haldan Azərbaycan hökuməti öz ölkəsində insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün istifadə edir.

«BELƏ ÇIXIR Kİ, QƏRB DÖVLƏTLƏRİNİ TƏNQİD ETMƏK OLMAZ»

Eynulla Fətullayev isə Facebook səhifəsində Amnesty International-a cavab verib. Onun fikrincə, bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu, beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır.

«Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və Alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi?

Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq: Siz niyə Almaniyada monitorinq aparılmasının əleyhinəsiniz? Onda bizi niyə yoxlayırsız?».

Yanvarın 22-də Eynulla Fətullayev Strasburqda Avropa Şurasının binasında siyasi məhbuslar mövzusunda açıq tədbir keçirir.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Göydələn Haradan: Azərbaycan
23.01.2013 22:38
vedalı, şamanlı, bütpərəstli və sairli bütün dühya görür! (ARDI VAR)
ÖNCƏ VƏTƏNDİR
(ikinci yazı)


(ARDI əvvəli öncəki şərhdə) Balam qulağınızın dibində Avropa dağılır—iğtişaşlar, tətillər, polislə qarşıdurmalar, həbslər, etirazlar və başqa bu kimi hadisələr bütün Avropa qitəsini bürüyüb, insan hüquqları bütün Avropada ayaq altında tapdalanır siz isə, ay Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı ağzınıza su alıb durmusuz, bir şey demirsiz, hüquqları pozulan insanlara yardım eləmirsiniz…. Bax elə Fransada hüquqları pozulan tələbələr bu yaxınlarda Parisi alt-üst edəndə siz harda idindiz?
Gözünüzün önündə Yunanıstan, İtaliya, İspaniya və başqa Avropa ölkələrində işsizlik, tətillər, tələbə etirazları və sair buna bənzər hadisələr baş alıb gedir. Bütün bunları nə üçün sizin gözləriniz görmür, qulaqlarınız eşitmir? Nə üçün?
Eynualla Fətullayev sizin görmədiyiniz (va ya görmək istəmədiyiniz), sizin eşitmədiyiniz (və ya eşitmək istəmədiyiniz) olayları görüb də, eşidib də və bir hüquq müdafiəçisi kimi Avropada insan hüquqlarının pozulmasına qarşı bir etiraz tədbiri keçirib. Burada yaxşı olmayan, xoşa gəlməyən nə var ki…? Əslində o sizin, yəni Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatının eləməli olduğu, lakin avropa təəssübkeşliyindən eləmədiyiniz bir işi həyata keçirib. Onun bu aktiv fəaliyyətini alqışlamaq və gördüyü işə görə təşəkkür elan etmək əvəzinə, əksinə onu cəzalandırırsınız?! Amma danılmaz həqiqətdir ki, Eynualla Fətullayev bu işi Avropada deyil, dünyanın istənilən başqa bir ölkəsində, Türkiyədə, Türkmənistanda, Çində, Hindistanda, Misirdə, Sudanda, lap elə Azərbaycanda həyata keçirsəydi heç şübhəsiz ki, Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı ona mükafat da verərdi, təşəkkür də elan eləyərdi və sair…..
Eynualla Fətullayev də bunları duydu, gördü və gərəkən sonucu buldu, sonda başa düşdü ki, bütün bu Beynəlxalq təşkilatlar, o cümlədən bu Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı ikili standartlardan çıxış eləyirlər, ayrı-seçkilik salırlar, onun Vətəninə şər-böhtan atıb beynəlxalq aləmdə nüfuzunu aşağlayırlar, Azərbaycanın beynəlxalq mövqeyinə xələl gətirirlər. O bunu kəşf elədi. Bildi ki əsl həqiqət elə Vətəndədir, Vətənin özüdür. Ona görə də o belə ikiüzlü təşkilatlara inamını itirdi və sonda haqq yoluna qayıtdı. Qayıtdı ki, bundan sonar öz doğma Vətəninə—Azərbaycana xidmət eləsin. Çünki Vətəndən şirin, Vətəndən gözəl, Vətəndən, əziz, yalnız uca Tanrıdır!
Haqqa və Vətəninə dönüşün uğurlu olsun Vətən oğlu. Azərbaycan həqiqətini dühyaya çatdırmaqda yolun açıq olsun! İnşaallah!

Kimdən: Göydələn Haradan: Azərbaycan
23.01.2013 22:33
ÖNCƏ VƏTƏNDİR
(birinci yazı)

(ƏVVƏLİ) Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Eynualla Fətullayevə yaman qəzəblənib, özü də elə qəzəblənib ki, hətta onunla əməkdaşlığı dayandırmaq barədə bəyanat da yayıb. Bn təşkilat həmin o təşkilatdır ki, bir zamanlar Eynualla Fətullayevi uzun müddət vicdan məhbusu kimi müdafiə etmişdi və bu haqda da bütün dünyaya səs salmışdı. Bəs görəsən indi nə oldu ki, Eynualla Fətullayev bu təşkilatın xoşuna gəlmədi? Görəsən nə baş verdi? Günəş haradan doğdu? Bu Eynualla Fətullayev nə elədi, nə iş tutdu ki, bu təşkilatın qəzəbinə tuş gəldi?
Bu sualların cavabını tapmaq üçün çox baş sındırmaq gərək olmadı.
Sən demə Eynualla Fətullayev bir hüquq müdafiəçisi kimi bu günlərdə Belçikanın baş şəhəri Brüsseldə Almaniyada baş verən olaylaria bağlı bir tədbir keçirib. Bu tədbirin kçirilməsi isə Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatının xoşuna gəlməyib. Ona görə xoşuna gəlməyib ki, Eynualla Fətullayev bu tədbiri düz Avropanın mərkəzundə keçirib?! Bəs necə axı ora Avropadır. Orda da heç insan hüquqları pozularmı? İnsan hüquqları yalnız və yalnız Avropadan kənarda pozulur. Avropa və avropalılar isə ancaq pozulmuş insan hüquqlarını qorumaq üçün yaranıblar. Ona görə də Eynualla Fətullayev belə tədbirləri Avropada deyil dünyanın başqa qitələrində, başqa ölkələrdə, ya da Azərbaycanda keçirməlidir.
Hə, bax, elə burdaca xoruzun quyruğu görünməyə başladı, özü də necə?! Açıq-aysın, lap çılpaq şəkildə.
Burada yadıma Azərbaycan turklərinin gözəl bir atalar sözü düşdü. Atalar deyib ki, öz gözündəki tiri görmür, özgə gözündə tük axtarır.
Axı niyə Avropada baş verən hüquq pozuntularına qarşı tədbir keçirmək olmaz, amma dünyanın başqa bölgələrində olar?! Məgər Avropada yaşayanlar insan deyil? Onların hüquqları yoxdur? Yoxsa onlarda hüquq anlayişı yoxdur? Bəlkə onlar hüququn nə olduğunu hələ bilmirlər? Bəlkə Bu Avropa toxubulmazdır və nə zamandan belə toxunulmaz olub? Bu immuniteti bu qitəyə kim verib?
Adam istəyir ki, hayqırıb desin ki, ay Amnesty International, ay beynəlxalq hüquq-müdafiə təşkilatı siz bu Azərbaycana axı nə vermisiz ki, geri ala bilmirsiz? Axı nə istəyirsiz? Nə yapışmısız bu Azərbaycanın yaxasından? Əgər Siz belə ədalət sevənsizsə, hüquq müdafiəçisinizsə, həqiqət tərəfdarısınızsa Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, bir milyondan çox əhalisini qaçqın edərək onları adi yaşamaq hüququndan, mənzil hüququndan, əmlak hüququndan, tarixi ata-baba yurdunda yaşamaq hüququndan və bir sıra özəl insan hüquqlarından məhrum etmiş Ermənistan barəsində niyə həqiqi bir qərar çıxarmırsiniz? Nə üçün? Deməli torbada pişik var! O pişiyi təkcə Avropa görmür—o pişiyi xristianlı, islamlı, buddistli, vedalı, şamanlı, bütpərəstli və sairli bütün dühya görür! (ARDI VAR)

Kimdən: Cindar Haradan: Baki
23.01.2013 12:36
Sırf anti Azərbaycan təbliğatı aparan və Azərbaycana qarşı düşmən mövqeyində olan Amnesty Internationalın Eynulla Fətullayevlə qarşı gedəcəyi heç də təsadüfü sayılmamalıdır. Eynulla Fətullayevə qarşı hay-küy salan bəzi fərdlərin adları azərbaycanlı olsa da , əməlləri heç də ermənilərin əməllərindən geri qalmır, çünki bu şəxsiyyətin ünvanına dedikləri sözlər ermənilərin sözlərindən fərqlənmir.
Eynulla Fətullayevin necə mübariz bala olduğundan danışmaq artıqdır, zindan görmüş və dediyindən dönməmiş bu şəxsiyyətin öz Vətənini müdafiə etməsi nə üçün Amnesty Internationalı təşvişə salıb? Eynulla Fətullayevin məgər düz söz deməyə haqqı yoxdur?
Özünü azərbaycanlı adlandıran yaxşını pisdən ayırmağı bacarmalıdır, çünki Azərbaycan düşmən əhatəsindədir və onun torpaqları işğal olunub. Amnesty International əgər dəyərli təşkilat olsaydı, ermənilərə qarşı iddia ilə çıxış edərdi. 20% torpaqların zəbti, bir milyondan artıq qaçqın, Xocalı genosidi bütün bunlar beynəlxalq hüquq nöqteyi-nəzərindən insanlığa qarşı hərbi cinayətdir. Amnesty International erməni cinayətkarlarına qarşı bir dəfə olsun belə iddia qaldırmayıb. Bu necə hüquq müdafiəçi təşkilatdır ki, bir milyon hüququ pozulmuş xalqın səsini eşitmir.
Eynulla Fətullayev bir azərbaycanlı kimi bunları tələb edən kimi Amnesty International öz erməni simasını göstərdi.
Belə təşkilatlar ümumilikdə anti müsəlman mövqeyindədirlər. Onların əliylə ərəb ölkələrində indi qırğın törədilir. Dünyada hamıdan yaxşı yaşayan Liviyadan əsər-əlamət qalmayıb, Misir, Əlcəzair, Suriya, Livan, İordaniya və s. dağılır. İnsan hüquqları adıyla bu təşkilatlar bu və ya digər ölkələrə öz siyasi davranışlarını diktə etmək istəyirlər. Onların dediklərinə əməl etsək, gərək Qarabağı ermənilərə verək. Eynulla Fətullayev nə qədər belə təşkilatlardan uzaq olsa, özünə şərəf gətirər.

Kimdən: Mahmud
23.01.2013 12:19
Kim deyirki, eynulla eqidesini deyishib, sef edir. Onun ele edidesi evvelden bele olub. Sadece o artislik edirdi, idi maskasi kohneldiyi uchun deshildi ve esli sifeti gorundu. Allah seni bildiyi kimi etsin.

Kimdən: demadim Haradan: SSRI
23.01.2013 11:44
Man Eynulla mullimin Xocali faciyasi ila bagli tutdugu movqeya gora ona hec vaxt hormat etmamisam. Bu adam danisanda mahsuliyyat hissini itirir. Amma bu masalad qeyri adi hec na yoxdu Eynulla muallim kim pul verirsa onun havasini calir. Anara 50 min manat verdilar ki, Anar-Liberal olsun bunu niya qinayirsiz. Amma bu cox ciddi masaladi.Qarbda emiqrantlar va discriminasiya uzra beynalxalq huquqi yardim taskilati yaransa onda bizim tarifladiyimiz Avropanin dahsatlarini hami gorar. Iki dana dunya muharibasi tasdufan Avropada olmayib ki.

Kimdən: ali Haradan: kurdaxani krugu
23.01.2013 00:17
Biy! Necede "gozlenilmez" hadise bash verib. Eynulla Fetullayev vetenimizin igid oglu, azadliq ezabkeshi, solchu, heyderchi, monitorchu, yapchi, gopchu ve s. Eliyevler zindanindan chixib, evvelki ezmkarligi ve qehramanligi ile Almaniyanin totalitar rejimine mehvedici zerbesini endirdi. ... Deme bunlar Berlinin duz ortasinda muxalifetchileri carmixa chekib onlardan bifshteks qayirirmishlar. Men ele bilirdim ki bu toremeleri ve kriminal elementleri Eynulla ifsha edecek! He, bes ne oldu? Gordunuz bizim nece suqut pardon huquq mudafiechilerimiz var?

Kimdən: inqilab
23.01.2013 00:15
...Birde xahish edirem danishanda ozunu professor kimi gosterme....!
Bunada bir qush.

Kimdən: Musa Haradan: ABŞ
23.01.2013 00:13
Eynulla, mən səni başa düşürəm! Sən çox əzablar çəkmisən. Sənin çəkdiyin istirabları heç kim dərindən anlaya bilməz! Səni sındırıblar! ... Sənin yerinə kim olsa idi sınardı. Səni qınamıram. Amma sən Allah, zülmün və qara qüvələrin alətinə çevrilmə. Heç olmasa sus, danışma! Get rayonda yer al, torpağ ək! Əkin becər qoy biz vuruşaq Əliyevlər ilə! Amma gəlib onların əlində alət olma.

Kimdən: sadam Haradan: baki
23.01.2013 00:04
Nə E.Fətullayev nə dəki AŞPA heç kimi maraqlandirmir...hər ikisinə inam çoxdan yoxdu...

Kimdən: emin Haradan: baki
22.01.2013 23:48
eynulla kimi insanlar her bir cemiyyet ucun tehlukelidir. onun uzdeniraq hesabati qalsin bir yana, ...
Səhifə (2)
    Növbəti 

Oxumaq məsləhətdir...