Çərşənbə, Avqust 20, 2014 Bakı vaxtı 11:49

Siyasət

Respublika Prokurorluğu: «Sevinc Babayeva Gülər Əhmədovanın təklifi ilə ölkədən çıxıb»

Sevinc BabayevaSevinc Babayeva
x
Sevinc Babayeva
Sevinc Babayeva

Bunu da oxu

Gülər Əhmədova: «Qoy hami bilsin ki, Əvəz Zeynallını mənə görə həbs etməyiblər»

«Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Yəni mənim dediklərim təsdiqlənmədisə, lap yaxşı, təsdiqlənməsin, mən bir şey deyə bilmərəm. Bu məsələnin təsdiqlənib-təsdiqlənməməsi mənim səlahiyyətlərim daxilində deyil».

Sevinc Babayevanın oğlu: «Prokurorluq anamın yerini bilirdi»

«Gülər Əhmədovanın əri Fikrət Əhmədov anam rəhmətə getməzdən əvvəl ona 650 manat pul aparıb verib»

Dinlə Elşad Abdullayevin yeni videosu 2005 seçkilərinə hansı aydınlıqlar gətirdi?

Eldar Namazov: «Həqiqətən də səsvermə günü məlum olanda ki məntəqələrin əksəriyyətində mən qalib gəlmişəm, ora polis, qoçu dəstələri tökdülər»

Sevinc Babayevanın oğlu prezidentə müraciət edir

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov AzadlıqRadiosuna deyib ki, anasını 3 günlük səfər adıyla keçmiş millət vəkili İstanbula göndərib.

Ramiz Mehdiyevlə Elşad Abdullayevin söz dueli

«O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim»
-
Türkiyədə vəfat etmiş Sevinc Babayeva Azərbaycanı sabiq deputat Gülər Əhmədovanın təklifi ilə tərk edib.

Respublika Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Açıqlamaya görə, Sevinc Babayevanın ölkədən çıxmasında Gülər Əhmədova və onun ailə üzvlərinin iştirakı və başqa xüsusatlar araşdırılır.

Məlumatda deyilir ki, Sevinc Babayeva ölkədən sentyabrın 26-da (sabiq rektor Elşad Abdullayev videogörüntüləri yaydıqdan bir gün sonra) Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə çıxıb.

Respublika Prokurorluğu bildirir ki, Sevinc Babayevanı İstanbulda Gülər Əhmədovanın tanışı, Türkiyə vətəndaşı Selçuk Ağlayan qarşılayıb. O, «Beynova» otelində öz adına nömrə götürüb, oktyabrın 10-dək Sevinc Babayeva orda tək qalıb.

XƏSTƏXANAYA «MERYEM SOLMAZ» KİMİ GƏTİRİLİB

Daha sonra Babayevanın İstanbulun Esenyurt Atatürk məhəlləsindəki «Ay işığı» yaşayış kompleksində Selçuk Ağlayanın adına kirayələdiyi mənzildə yaşadığı deyilir:

«Orada yaşadığı müddətdə Sevinc Babayeva özünü «Meryem Solmaz» adı ilə təqdim edib. Selçuk Ağlayana məxsus mobil telefonla ailə üzvləri və Gülər Əhmədova ilə əlaqə saxlayıb, «Skype» vasitəsilə danışıb. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da «Meryem Solmaz Muhammed» adı ilə «Cerrahpaşa Tıp Fakültesi» xəstəxanasına müraciət edərək müayinə olunub. Ancaq burda səhiyyə xidməti baha olduğundan müayinə və müalicəsini davam etdirə bilməyib».

Məlumatda daha sonra deyilir ki, dekabrın 26-da Sevinc Babayevanın səhhəti pisləşib və o, təcili tibbi yardımla Esenyurt dövlət xəstəxanasına aparılıb:

«Sevinc Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunub. Selçuk Ağlayan xəstəxanada onu «Meryem Solmaz» adı ilə təqdim etdiyindən, tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə Sevinc  Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi və xəstəyə «ürək çatışmazlığı» diaqnozunun qoyulması göstərilib. Həkimlər daha keyfiyyətli kardioloji müalicə üçün xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsini məsləhət veriblər. Bundan sonra o, «Medicana International İstanbul Hospital» xəstəxanasına aparılıb».

MƏNZİLİNDƏN 10 ADDA DƏRMAN PREPARATI TAPILIB

Respublika Prokurorluğu bildirir ki, burda intensiv müalicəyə baxmayaraq, Sevinc Babayeva saat 19:15-də vəfat edib.

Onun mənzilindən 10 adda müxtəlif dərman preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürüldüyü bildirilir.

Məlumatda deyilir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda da təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib.

Açıqlamada araşdırmaların nəticələri haqda ictimaiyyətə əlavə məlumat veriləcəyi də qeyd olunur.

Ötən ildən etibarən ABU-nun sabiq rektoru Elşad Abdullayev videogörüntülər yayır. Həmin videolara görə, deputat seçilmək istəyən Elşad Abdullayev Gülər Əhmədova və kitabxana müdiri Sevinc Babayevaya bir milyon dollar verib. Videogörüntülərdə bu pulun Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə çatdırıldığı iddia olunur.

Bakı şəhər Prokurorluğunda məsələyə ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə iş açılıb.

Bundan sonra deputat mandatından imtina edən YAP-çı Gülər Əhmədova hazırda polis nəzarətindədir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Head Hunter-den Haradan: Cehennemden
16.01.2013 22:15
Ey qardas-bacilarim bunlarin hamisi onlarin qurmalaridi,yalandan Sevinc bunu etdi,Guler bunu etdi,Elsad bele eledi ve nece nece basqalari.Eger Azerbaycanda demokratiya olsaydi basda prezident olmaqla bunlarin her birine 1000 ilden artiq is dusur ozude cehennemde.Guya Elsad,Guler,Sevinc pis oldu bunlar yaxsi.O,bir mesel var <baliq deyir basindan iylener>,indi bizde de bu islerin baslica sebebkari prezident ve onun etrafindaki qanicenlerdir.Allah milletimize tezlikle komek olsun,bele de deyirik vallah bele baxanda Allah da bezib artiq bizlerden axi bizlerden neyse bir dircelis gormur,bizler agzimizi baglayib oturmusuq sonra da komek isteyirik.Azerbaycan milleti dunyanin en gozel milletidir,cunki Allah teala bizleri istamese hamidan ustun yaratmaz idi sadece olaraq hemise susmagimiz basimiza min cur felaketler getirib.Gelin susmayaq artiq,vaxti catib haqqimizi teleb etmeyin.Sizcede ele deyilmi ezizlerim.Tesekkurler.

Kimdən: İlqar Haradan: BAK
13.01.2013 16:02
E.Abdullayev demişdi MTN-də Elçin Quliyevə prokuror Zakir Qaralova və bir neçə məmurlara cinayətlə bağlı video görüntüləri vermişəm. AR Qanunvericiliyinə əsasən cinayyəti bilib gizlədən şəxs cinayyət məsuliyyətinə cəlb olunmalıdır və yaxud Baş prokurorun borcudur ki, bu kimi halları Prezidentə məruzə eləsin əgər eləməmişdisə nəyə görə Prezident Z. Qaralovu işdən kənarlaşdırmayıb bu düşündürücü haldır. Sanki bir neçə dostun sirri açılmış səhnəyə bənzəyir, indi hansı dost işi öz üzərinə götürəcək xalq bunu gözləməli olacaq)))))))))))

Kimdən: demadim Haradan: SSRI
13.01.2013 11:38
Yaxsi bu Gular xanim na istasa eda bilar amma onu habs etmak olmaz. Sozun dogrusu man Sevinc xanimin bela qisa bir vaxtda urakdan olmuna inanmiram. Bu adamin urayinda hec bir problem olmayib Manca hakimiyyat bu adami itirdi basqa adla hardasa gizlatdi. Gorasan bunlar nayi bastirirlar. Yaqin artiq ogluna da deyiblar anasinin yerin.

Kimdən: bezmish
13.01.2013 01:45
Bu gulik-poshka emeliyyatini bitirmek lazimdir!! Bezdik artig!!

Kimdən: Natavan
12.01.2013 17:04
Yaxshi, tutalim ki, Ramiz Mehdiyeve indi hech ne etmek olmaz, chunki hele mehkeme filan olmayib. Bes Elshad abdullayev deyir axi, men o videolari 2009- da prokurorluga vermishem. qoy bu ish deleduzluq ishi olsun,Nece olur ki, Zakir Qaralov indiye qeder bu ish uzre hech bir hereket etmeye-etmeye, hele de ish basjinda qalir?

Kimdən: baci Haradan: bardaq
12.01.2013 01:38
Qadinlarin yekeler terefinden istismari Az.demokratiyanin tecavüze ugradigini bir daha ictimaiyyete iqtidarin özü terefinden teqdimati gösterir ki.hele arxada ne qeder üfunetli siyasetciler var.Ramiz Mehdiyev lekelenib,ancaq lekeyuyan madde de mövcuddur.Ram-miz Mehdiyev demisken yada Rammstein Pussy düsür<< You have a pussy I have a dick so what's the problem let's do it quick>>yeqin Rammiz Mehdiyev istismar etdiyi qadin-mexluqlara bele deyirdi.Indi isine gelmeyende "Haifische" dönüb,bunun prakuroru da hemin bezin qiragidi.El eli yuyar el de üzü.Biz meselelere onda aydinliq getire bileceyik ki bu "Haifisch-Akulalarin" kökü kesilsin
Cavab

Kimdən: Viktor Haradan: Hollandiya
13.01.2013 17:05
Qaqas duz diyir.Bu Baci nikli sexs Azerbaycanda ingiliz dilinde bilenin tek ozu oldugunu zenn eliyir yada ozun agilli sayir.Demokratya beyem exlaqsizlik demekdi?Bir kisi olaraq bunun sherhin oxuyanda onun yerine men qizardim, utandim..mnece sen qaqasin meslehetine qulaq ver qayit geldiyin yere.Siyaset senliy deyil.
Cavab

Kimdən: Vusal Haradan: Baki
12.01.2013 19:38
Senin kimi bar-daqdan yazanlar oldugu muddetce Mafiyoz Ramiz mehdiyevler basda olacaq.Sen en yaxsisi Bar-daqina geri don otur orda.

Kimdən: Tariyel Haradan: Azərbaycandan
12.01.2013 00:23
Bu cinayətləri ört-basdır etdiyinə görə Azərbaycanın "boş" prokuroru Qaralov birmənalı istefa verməlidir.
Bu cinayətlərin hamısını Qaralov Ramiz Mehtiyevə görə ört-basdır edibdir.
Budur bunların korrupsiyaya qarşı "amansız" mübarizələri ????

Kimdən: haqq Haradan: Baku
11.01.2013 23:56
Axı Ramiz aparat rəhbəridir,baş nazir,MM-in sədri,nazir,ya nazir müavini deyil ki.Statusa görə aparat rəhbəri olan Ramiz,MM-in Səfa Mirzəyevi ilə eyni vəzifədədirlər,fərqi ondadır ki, PA-nin rəhbəri "həqiqi dövlət müşaviri" rütbəsi alıb.
Bu adamı prezident imkan versə ,bu əməllərə görə ittiham da elan edərlər,məhkum da olar.Sadəcə yaşıl işıq yandırmağın vaztıdır!

Kimdən: Kamal
11.01.2013 21:05
Respublika Prokurorluğu Gülər Əhmədova barəsində nəhayətki qismən ifşaedici məlumat veribsə, bizləri yaxın günlərdə daha maraqlı hadisə gözləyir - "kiminsə" istefası. Bu mütləqdir, qaçılmazdır. Cəhənnəmə gedən özünə yoldaş axtarar.

Kimdən: Marko
11.01.2013 20:44
Gulerin torbasini tikdiler oqlunu girov kimi esger apardilar ozunude tutacaqlar oqluna gore sesin cixarda bilmeyecek..nese dese oqluna herbi hissede ishgence verecekler...yukleyecekler butun acilmamish cinayetleri onun Gulerin beline vaxtinda gerek acib danishardi her sheyi indi peshka kimi qurban verdi ramiz onu qeyd edim gozel gedishdi .Elshad Abdullayev bu partiyani uduzdu elinde bashqa vurulmamish dashlar varsa gerek gedish elesin
Səhifə (2)
    Növbəti