bazar, Dekabr 21, 2014 Bakı vaxtı 00:44

Verilişlər / Kontekst

Uşaqlar Şaxta Babadan İlham Əliyev haqqında nələri öyrəndi?

Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012
x
Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012
Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012
-

Qar Qız: 

– Uşaqlar, siz gözəl bağçalarda, gözəl məktəblərdə oxuyursunuz. Buna görə də Azərbaycanın Birinci xanımı olan Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk, gurultulu alqışlar!.


2013-cü il ilk həftəsini bitirir. Yeni il ab-havası öz yerini adi günlərin ovqatına buraxır. Amma uşaqlar hələ də bu bayramın dadını çıxarmaqda, Şaxtababanı, Qar Qızı alqış tufanına tutmaqdadırlar... Ancaq uşaqlar üçün keçirilən Yeni il şənliklərində ilk alqış Şaxtababanın payına düşməyə də bilər:

– Uşaqlar, gəlin, prezidentimizi alqışlayaq!..

– Azərbaycanın Birinci xanımı olan Mehriban Əliyevaya minnətdarlığımızı bildirək!..
 
Bu mənzərənin canlı səslərini dinlə: 

 
Əl Oyunları İdman Sarayında keçirilən Yeni il şənliyinin açılışı prezidentin tərifi ilə başladı. Aparıcı xanım saraya toplaşan uşaqlara və valideynlərə İlham Əliyevin daxili və xarici siyasətindən danışıb çıxışını sualla bitirdi:

– Bütün bunlar prezidentin apardığı məqsədyönlü siyasətin nəticəsindədir. Elə deyilmi, uşaqlar?

Uşaqlar xorla: – Bəli!..

Prezident İlham Əliyevin ad günü də unudulmadı:

– Prezidentimiz, 51 yaşı tamam olan prezidentimiz cənab İlham Əliyevə bu şərəfli işdə uzun ömür, cansağlığı və böyük-böyük uğurlar arzulayaq, uşaqlar! Bir alqışlayaq öz prezidentimizi!..

Axır ki, tamaşa zalına Qar Qız da gəldi, daha doğrusu, ənənəyə görə alqışlarla gətirdildi və... Sevimli Qar Qız dedi ki:

– Uşaqlar, siz gözəl bağçalarda, gözəl məktəblərdə oxuyursunuz. Buna görə də Azərbaycanın Birinci xanımı olan Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk, gurultulu alqışlar!..

Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.
x
Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.
Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.
YOLKANIN İŞIQLARI NİYƏ YANMIR?

Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü. 

Şaxtababa: – Buzlardan sürüşərək meşələrdə dincəldim, sizlə görüşə gəldim!..

Aparıcı: – Alqışlayaq Şaxtababanı, uşaqlar!..

Şaxtababa da alqışlandı. Bundan sonra Zuzu adlı Klounla Şaxtababanın arasında işıqpulu haqqında dialoq başladı:

Şaxtababa: – Bəs bu yolkanın işıqları niyə yanmır?

Kloun: – Həəə, gəldin əsas məsələyə... Ona görə yanmır ki, sən keçən il bu qapıdan çıxan kimi işıq idarəsi gəlib işıqları xırp kəsib getdi.

Şaxtababa: – Yox, mənim əzizlərim, özüm bilərəkdən bu sualı sizə verdim. Bu yolkanın işıqlarını yalnız və yalnız babanın söylədiyi sehrli sözün gücü və bu çomağın təsiri ilə yandırmaq mümkündür.

Kloun: –Ay Baba, Ay ağsaqqal, ay Şaxtababa, o söhbətlərin hamısı nağıldır. Bu dəqiqə pulunu ver, işığın olsun.

Şaxtababa yolkanın işıqlarını yandırandan sonra Kloun ona deyir:

– Qurban olum sənə, gedək bizə, düz bir ildir işıqları söndürüb gediblər. Onları da yandır gəl də, nə olar. Axı sənin işıq idarəsindən icazən var.

Şaxtababa: – Sənin işıqlarını ona görə söndürüblər ki, mənim balam, sən işıqpulu ödəmirsən, vergidən yayınırsan... 
Elmir ƏkbərElmir Əkbər

SSRİ DAĞILIB, ANCAQ...

Psixoloq Elmir Əkbər bütün bunları postsovet ölkələrin Yeni il ənənəsinə tam uyğun sayır:

«O dövrlərdə uşaqlar Şaxtababadan çox Stalini sevdiklərini deməliydilər. SSRİ dağılıb, ancaq postsovet respublikalarında bayramın siyasiləşdirilməsi məqamı hələ yaddan çıxmayıb. Yenə o ənənələr qalır. Bu da qətiyyən arzulanan şey deyil, çünki bayramlar dindən, siyasətdən uzaq olmalıdır. Ona görə bayrama digər elementlərin gətirilməsi artıqdır. Mən düşünmürəm ki, bu, nədəsə rol oynaya bilər. Bəyəm SSRİ-yə qarşı çıxanlar Lenin baba haqqında şeir əzbərləyənlər olmadı? Guya o şeirlər keçmiş Sovetlər Birliyini xilas etdi?».

Başqa bir psixoloq Dəyanət Rzayevin fikrincə, Şərqdə belə şeyləri daha çox sevirlər, Azərbaycan da Şərqdir, axı:

«Bizim ideologiya belə qurulub ki, kiməsə arxalanmaq lazımdır. Uşaqları da belə tərbiyə edirlər. Təbii ki, belə olmamalıdır. Amma necə olmasını insanların özü müəyyənləşdirməlidir».

Adıçəkilən şənliyin sonunda uşaqlar Türkiyənin estrada müğənnisi Serdar Ortaç-ın «Dansöz» (Rəqqasə) mahnısının sədaları altında rəqs etdilər. Aparıcı onu da dedi ki, bəs, yolkadan pul da asmaq lazımdır ki, il bərəkətli olsun. Bunu yəqin çoxları ilk dəfə idi eşidirdi...

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: baba Haradan: baki
18.01.2013 21:21
Həqiqətən, yaltaqlıq insana yaraşmaz. Xüsusən kişiyə! Buna məcbur etmək isə ancaq simasızlıq yaradır. Amma şəxsiyyət görüb onun əməllərinə vecsiz yanaşmaq da simasızlıq kimi bir şeydir. Bu ona bənzər ki, övlad ata-anasının qayğısını, başqalarının xeyirxahlığını itirsin, onlara heç “sağ ol” da deməsin. Bu da simasızlığa yoldaş olan nanəciblik deyilmi? Həyatda kimsə bizim qayğımıza qalırsa, belədə az qalırıq ki, ürəyimizi də çıxarıb ona verək. Yəni elə həmin an yaxşılığa yaxşılıqla cavab vermək istəyir, gücümüz çatmayanda isə ona “ay sağ ol” və ya “səndən yoxdur” kəlmələri işlədir, bir sözlə, yaxşı mənada, o kəsi ürəkdən, sevgidolusu tərifləyirik. Bu psixoloji nəciblik bütün dünyadakı insanlara məxsusdur. Bu cür insani normanın mövcudluğunu biləndən sonra xalqın iradəsini hər bir mühitdə, hər bir cəhətdən nümayiş etdirən Prezidentimiz cənab İlham Əliyev və birinci ledimiz Mehriban xanımın gördükləri xoşməramlı, humanist, maarifpərvər, qurucu işləri görməmək və buna qiymət verməmək, özünü korluğa, karlığa qoymağı necə adlandırmaq olar? Fakt göz qabağındadır: Azərbaycan bütün müstəvilərdə inkişaf edərək, bir çox sahələrdə böyük sıçrayış etmiş və öz milli, mənəvi sərvəti olan muğamın, tarın, həmçinin Nizaminin (bu yaxınlarda İranın yersiz etirazına cavab olaraq) Azərbaycana məxsusluğunu YUNESKO xəttilə təsdiqlətmişdir. Qarşıda isə aşıq musiqisinin dünyaya tanıtdırılması gözlənilir. Bu, əlbəttə ki, Mehriban xanımın əzmi və Prezidentimizin bunu dəstəkləməsi sayəsində baş verir. Cənab İlham Əliyevin göstərişləri hesabına nə qədər zavod, fabrik açılıb, adamlar işlə, qaçqınlar evlərlə təmin olunub, yoxsulluq minimuma endirilib, insanların mənəvi aləmini zənginləşdirən işlər görülüb. Bunları görməmək, heç olmasa, “sağ olsun Prezidentimiz” demək məgər yaltaqlıq olar ?




Kimdən: Emin Haradan: Bakıdan
09.01.2013 09:34
Bu məqalədə yerləşdirilmiş şəkillər sözügedən şənliyin şəkilləri deyil axı...olmaz ki, məqalə yazanda birbaşa əlaqəsi olan şəkillər yerləşdirəsiz?

Kimdən: apolyo Haradan: .......
08.01.2013 19:50
Eh gorek ne vaxt bu dovlet duzelecek?eslnde istedymz vaxt duzele bler.oznu pula ruwvete satmw insanlari aramzdan cxarmagi bacarsaq eger.1haldaki dovletn polisi vetendaw ucun yox heqiqetende dovlet ucun calwrsa ve ekecede dger vezifeliler xalq ucun yox sadece oz cbleri qarnlari ucun calwrsa duzeltmek 1az cetndi.her wey asan olsa maragi olmaz axi.evvelce 1az ozmuzu inksaw etdrek sonra ardni hell edek.ama buda problemdihell etmeye iw cox vaxt imkan yox

Kimdən: Ağa Haradan: Bakıdan
08.01.2013 13:25
Ağa.Forumdakı yazıları oxuyub xeyli təəcübləndim. Öz-özümə sual etdim: aya,dili-qafil,nə mənə şeydir ki,bu Zəbanidir nədir, cəhənnəmdə özü kimilərin arasında ola-ola indiyəcən ağı qaradan seçməyi öyrənməyib? Olmaya, onun da yediyi gündə bir xurma olduğundan gözünə ancaq “şərə-şür” şeylər dəyir.Digər tərəfdən fikirləşdim ki,aya ,əgər bu adam tək xurma ilə dolanırsa onda necə olub ki, qılı-qıldan,yəni Zərgəri digərlərindən ayıra bilməyib!Cəhənnəm istisinin təsirinə bax ki, hərifi yaman çaşdırıb. Diqqət etsəydi görərdi ki,bu zərgər kimdisə,elə onun özünə oxşayan bir zatdır. Zərgərdən bir misal gətirim, qoy Zəbani oxuyub feyziyab olsun.”Армяне не должны сидеть сложа руки,они имеют право перевооружаться”,bu zərgərin sözləridir. Əhsən,bərəkallah! Ə,Zəbani ,xumarlandınmı? Necə olub ki, qardaşını tanımamısan?! Burda rəhmətlik M.Ə.Sabirin sözləri yadıma düşdü:”O,it deyil,dəxi bizim birimiz,ona qurban ölümüz,həm dirimiz.” Yazıqlar olsun bizlərə,görün aramızda kimlər var...





Kimdən: Ağa Haradan: Bakıdan
08.01.2013 13:14
Ağa.Forumdakı yazıları oxuyub xeyli təəcübləndim. Öz-özümə sual etdim: aya,dili-qafil,nə mənə şeydir ki,bu Zəbanidir nədir, cəhənnəmdə özü kimilərin arasında ola-ola indiyəcən ağı qaradan seçməyi öyrənməyib? Olmaya, onun da yediyi gündə bir xurma olduğundan gözünə ancaq “şərə-şür” şeylər dəyir.Digər tərəfdən fikirləşdim ki,aya ,əgər bu adam tək xurma ilə dolanırsa onda necə olub ki, qılı-qıldan,yəni Zərgəri digərlərindən ayıra bilməyib! Diqqət etsəydi görərdi ki,bu zərgər kimdisə,elə onun özünə oxşayan bir zatdır. Zərgərdən bir misal gətirim, qoy Zəbani oxuyub feyziyab olsun.”Армяне не должны сидеть сложа руки,они имеют право перевооружаться”,bu zərgərin sözləridir. Əhsən,bərəkallah! Ə,Zəbani ,xumarlandınmı? Necə olub ki, qardaşını tanımamısan?! Burda rəhmətlik M.Ə.Sabirin sözləri yadıma düşdü:”O,it deyil,dəxi bizim birimiz,ona qurban ölümüz,həm dirimiz.” Yazıqlar olsun bizlərə,görün aramızda kimlər var...

Kimdən: Faiq
08.01.2013 10:23
yaltaqnamə bu ölkənin ən böyük ədəbiyyat nümunəsidir. ona görə də sivil dünyada yerimiz yoxdur.

Kimdən: Fuad Haradan: Qatar
08.01.2013 08:42
Ushaqlara Gulergeytden danishmayiblar bes??

Kimdən: Vuqar Antiyap Haradan: Moskva
07.01.2013 23:47
Allah etinizi toksun,ne gundesiniz?Aliyev oz cinayyetlerini boyukler qarshisinda ort basdir ede bilmir,kechib ushaqlarin beynini yaxalamaga.Ilham Aliyev,oz atasi kimi bu xalqin dushmanidi ve INSHALLAH oz cazasina chatacaq!!!!!!

Kimdən: demadim Haradan: SSRI
07.01.2013 22:53
Aslinda bunlar bu korpalari yaltaqliq, mattahliq va riakarliq ruhunda tarbiya edirlar. Agar galacakda dusunmak qabiliyyatini itirmish al calan zombilarin olkasinda yasamali olsaniz tacublanmayin. Bu artiq bash verir.

Kimdən: 2Ral Haradan: UK
07.01.2013 20:59
Shaxta baba ushaqlara heyder eliyevin emellerinden bir az oyretseydi daha yaxhsi olardi. Hech olmasa ushaqlar da ona oxshayardilar, gelecekleri olsun deye.
Səhifə (2)
    Növbəti