Cümə axşamı, Oktyabr 30, 2014 Bakı vaxtı 22:55

Siyasət

İsa Qəmbər prezidentliyə namizəddir

İsa Qəmbər
İsa Qəmbər

Bunu da oxu

Vahid namizəd probleminin həlli varmı?

Bu vaxta qədər hakimiyyət bu məsələ ilə bağlı birmənalı şərhlərdən yan keçirdi, məsələyə ümumi ifadələrlə münasibət izhar edirdi. Amma görünür artıq səbir tükənib.

2013-cü ilin siyasəti necə təsəvvür edilir?

... İndi məlum olur ki, ATƏT-in və Avropa Şurasının üzvü olmaqla da ölkəni avtoritar üsullarla idarə etmək olar. Avropada «Şərq incə məsələdir» deməyi sevirlər.

Siyasi ittifaqlar niyə seçki ərəfəsində dağılır?

Özünün bütün sələfləri kimi, İctimai Palata seçki ərəfəsində böhran yaşayır və istisna deyil ki, o, da əvvəlki qurumlar kimi özünün fəaliyyətinə ən həlledici məqamda – seçki ərəfəsində xitam versin
-
«16 oktyabr 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Müsavat Partiyasının prezidentliyə namizədi kimi İsa Yunis oğlu Qəmbərin namizədliyi təsdiq edilsin...».

Yanvarın 4-də Müsavat Partiyasının Məclisində həmin sözlər alqışlarla qarşılandı və beləcə, İsa Qəmbərin prezidentliyə namizədliyi təsdiqləndi. İsa Qəmbər alqışlara seçkidən sonra gərək duyulacağına işarə etdi:

«İnanıram ki, bu alqışlar 2013-cü ilin oktyabrın 16-17-də bizim qələbəmiz gerçəkləşəndən sonra çox yerinə düşəcək».

O, 2013-cü ildə köklü demokratik dəyişikliklərin başlanacağına inandığını bildirdi:

«Ölkənin, xalqın problemlərinin həll edilməsinin yolu ölkədə hakimiyyət dəyişikliyindən keçir. Opponentlərimiz bir neçə fikri tez-tez təkrarlayırlar. Deyirlər ki, namizədliyi irəli sürmək zamanı deyil. Ölkədə demokratik mühit yaradılmalıdır. Seçki üçün demokratik şərait yaradılmalıdır, bundan sonra namizədlik barədə danışmaq olar. Guya biz 20 ildir ölkədə demokratik şərait yaratmaq uğrunda mübarizə aparmırıq? Əgər, xüsusilə son iki ildə heç bir müsbət dəyişiklik əldə edilməyibsə, deməli, mübarizəyə yeni ideyalar verilməlidir. Prezident seçkilərində iştirak qərarının özü də ölkədə demokratik seçki uğrunda mübarizəyə əlavə təkan verəcək».

NORMAL SEÇKİ KAMPANİYASI APARMAQ İMKANI YOXDUR...

Müsavat başqanı  seçkilərdən çəkilmək ehtimalına da toxundu: «Prosesin gedişində baxacağıq, əgər hansısa qüvvə bizdən daha şanslı, daha güclü olacaqsa, həmin qüvvəyə dəstək verəcəyik».

Fuad QəhrəmanlıFuad Qəhrəmanlı
x
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ölkədə demokratik seçki mühitinin və müxalifətin birliyinin yaradılmasını daha önəmli saydıqlarını vurğuladı:

«İndiki halda seçkidə iştirakla, namizədliklə bağlı qərarın verilməsi ölkədə real dəyişikliklərə xidmət etməyəcək. Çünki normal demokratik şərtlər olmadığına görə, indiki reallıqlar çərçivəsində normal seçki kampaniyası aparmaq imkanı da yoxdur. Seçki ərəfəsində şərtləri dəyərləndirib, şəraiti nəzərə alandan sonra seçki ilə bağlı qərar verilə bilər. Əgər bu şərtlər nəzərə alınmırsa, indidən seçkidə iştirak qərarı verilirsə, bu o qədər də doğru deyil».

«İLHAM ƏLİYEVƏ HEÇ BİR RƏQİB YOXDUR»

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Trend agentliyinə müsahibəsində  bildirib ki, «Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib yoxdur».

O, İsa Qəmbərin namizədliyinin irəli sürülməsini Müsavat başqanının müxalifətin vahid namizədi kimi qəbul edilməməsinin sübutu sayır:

«Müsavatın qərarı bir daha onu göstərdi ki, İsa Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir».

Azərbaycanda prezident seçkiləri oktyabr ayında keçiriləcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Adəm Haradan: Bakı
05.01.2013 22:28
Seçkilər üçün lazımi demokratik şərait yaradılmayınca YAP-ın namizədindən başqasının prezident seçilməsi heç cür və heç bir vəchlə mümkün deyil!!!!!!Biz bunu nə vaxt anlayacayıq görəsən?Özümüzü niyə aldadırıq?Daha neçə 20 il keçməlidi ki,kor tutduğunu buraxsın?Allah Mirzə Cəlilə rəhmət eləsin.Elə kefli İsgəndərə də.

Kimdən: İlqar Haradan: BAK
05.01.2013 13:34
Müxalifət partiyaları nəqədər ki,özlərini müstəqil olaraq prezident görür birləşərək vahid namizət seçib seçkiyə getmir belə müxalifət iqtidara gəlməsə yaxşıdır. Buların ağlı kəsib birləşə bilmirlər gəlib dövləti necə idarə edəcəklər. Bunları təzədən məktəbə qoyub dərs keçmək lazımdır sonra prezidentliyə namizəd olsunlar. Mən ümüdümü 2013-cü ilə bağlamışdım görünür yanılmışam . Bütün müxalifət partiyalarının sədirlərinə... mən məktəbdə oxuduğum 2 atalar sözü yadımda qalıb.. Deyirəm sizdə bilin.. Güc birlikdədir! Tək əldən səs çıxmaz!

Kimdən: Anar Haradan: Baki
05.01.2013 13:33
Yap adamlari çox deyirler ilham eliyeve heç bir reqib yoxdu. Sadece olaraq men o savadsiz yap adamlarna demek isterdim ki, ilham eliyev ne vaxtdin bir qehramani olub ki, ve ne vaxt xalq onu isteyib prezident keçib ki, indide savadsiz-savadsiz, yalan-yalan deyirsiniz ilham eliyeve heç bir reqib yoxdu.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
05.01.2013 17:00
Anar bəy, onlar hər şeyi düz deyirlər. Bu məlumat köhnədə olsa xatırlatmaq istəyirəm.

Dövlət Statistika Komitəsi 2012-ci ilin I yarısında Azərbaycanda işsizlik səviyyəsi barədə məlumatları açıqlayıb. Rəsmi işsizlik səviyyəsi ilin əvvəli ilə müqayisədə 0.14% azalaraq 5,59% olub. Ekspertlər Beynəlxalq Əmək Təşkilatının metodologiyası ilə hazırlanan bu rəqəmlərə inanmır.
DSK-ya görə, iyulun əvvəli üçün işsiz sayı 245,5 min nəfər olub.

O zaman belə çıxır ki, Azərbaycanda işsizlik səviyyəsi 2012-ci ilin II yarsında tamamən yox olub. Bunları oxuyanda əsəbimdən partlayıram.
Belə yalan məlumatları insanlara çatdıran dövlət orqanlarından daha hansı doğrunu gözləyə bilərsən?
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
28.01.2013 18:45
Anar, o yalanlarına görə əlbətdə ki, vaxtı çatanda cavabını alacaqlar.
Cavab

Kimdən: Anar Haradan: Baki
05.01.2013 19:49
Onlar artiq yalan danismagda bütün dünyada lider olublar. Günlerin bir günü yalanlarnin qeza paylarni alacaglar.

Kimdən: vetendash
05.01.2013 12:32
Isa bey siz artiq qelbimizde prezidentsiniz!
Xahish edirem yazilan fikirleri nezere alin , dashi tokun eteyinizden xalqin size qalan 1% hormetini itirmeyin!!!!!
Vallah sizin fikirleriniz cox gulunc seslenir.
Her defe deyirsiniz dunya deyishib , ay size qurban olum siz niye deyishmirsiniz?
Deyirsiniz seckiler saxtalashdirilir , onda namized olmaqin ne menasi var?
Deyirsen muxalifet birleshmelidi , bes sen niye hamidan tek qerar verirsen?
Deyirsiniz iqtidarda siyasi irade yoxdu , xalqi dinlemir , bes siz niye siyasi irade gosterib xalqin sozunu dinlemirsiniz?
Isa bey yaxshi dushunun , inadkarliq hamimizin meqlubiyyetine getirib cixarar. Artiq xalq yorulub her sheyden!

Kimdən: demadim Haradan: SSRI
05.01.2013 11:33
Isa bay siz oz zaif yalanci muxalifatinizla Azarbaycani mahv edirsiniz sizin siyasi fealiyyatiniz coxdan bitib amma siz ozunuzsa casarat tapib bunu qabul eda bilmirsiniz. Xalq sizin va Elchibayin azadliq harakatina etdiyi xayanati hec vaxt unitmaz....

Kimdən: Ali Haradan: Baku
05.01.2013 10:11
Prezidentliya namizad Etibar Mammadovda olacaq o Isa Qambardan farqli olaraq qusursuz va hakimiyyatda tamsil olunmamiw bir waxsdir duwunuram onun prezident olmasi realdir siza uqurlar ETIBAR MAMMADOV
Cavab

Kimdən: kasib ELIYEV Haradan: BAKI
12.01.2013 02:30
inwallah gelecey prezdentimiz Isa Bey olacaq .......besdirinde camaati aldadirsiniz ....Simali KOREYA rejimini fikirlewirsiniz ? alinmaz .....ne yuksekdi ? bu dovletdi tehsil berbat ordu detefwina ayib di ayib neqliyyat iscileri naxcivan yeraz essekleri besdirinde ...ama etiraf edim ki bizim millet pullsuz yawaya bilmez .....ordu superdi komandirin sagilan ineyi cavusun tupurduyu sifet acko temizleyen olan esger mars ireli (

Kimdən: kimsəsiz Haradan: Bakı
05.01.2013 09:10
Ataların bir misalı var"Utanmasan oynamaqa nə var."

Kimdən: DD Haradan: Bakidan
05.01.2013 08:58
bu hakimiyyetden onsuz da bir xeyir gormedik,gormeyi hec xeyal bele ede bilmirem,bes bu muxalifetden ne goreceyik?(yaxsi sey oyrenibler,sehvlerini deyen kimi de deyirler hokumetin oyretdiyidi,)bunlara deyen lazimdi ki,a bala hele sizi prezident secmeyibler,ne bir birinizi didirsiniz,kime xidmet etdiyinizi daha qabariq ve kobud suretde gosterirsiniz,hem deyirsiniz ki,secki saxtalasdirilir,hem de bele istekle,canfesanliqla namizedliyinizi verirsiniz?bu ne mentiq?demek secilmeyeceyinizi bile bile bu seckilerde istirak etmeyiniz bu rejime xidmet ve bu xalqi aldatmaqdir!(cox vaxt ozlerini agilli gostermek ucun de deyirler:siz cox seyi bilmirsiniz,a balam neyi bilmirik,deyin bilek da,kim satqindir acin deyin da biz de bilek,bunlari gizlemekle milletin geleceyi ile oynamaq haqqini kim verib size?belke qorxursunuz ki,sizin de gizlinlerinizi acarlar?adi bir jurnalist xanimin gizli goruntulerini cekib yayanlar,gor sizin nelerinizi cekibler ya toplayiblar?)neyse,xalq ucun aglayan gozler kor olar,bu xalqi dusunen heqiqi bir AZERBAYCANLI balasina,heqiqi bir lidere,gozlerinden bele kecmeye hazir olan lidere ehtiyac var,bu hakimiyyetin ve bu muxalifetin sayesinde bu xalq lideri hele ki bogulur,cixa bilmir bunlarin yaratdigi bataqliqdan,(bir seyi deqiq bilirem ki,haminizi bu xalq ne vaxtsa supurub atacaq tarixin zibilliklerine,oralar sizin kimi xalqini ve vetenini satanlarla doludur,men arzu edirem ki,o gun tez gelsin ki,bari hec olmasa biz de o gunu gore bilek)ozunuzden mugayat olun,her bir vetendas ozu teklikde de etiraz ede biler teki qorxmayin!!!

Kimdən: Avropadan
05.01.2013 06:32
Isa Qember hakimiyyetde oldugu devri getirin gozunuzun qabagina,o kifayetdiki onu prezident kimi gormek olar ya yox.Rusiyada Putini hec kim tanimirdi.Muxalif partiyalarin gozunun qabaginda qalib cixdi.Cunki xalq muxalifetede inanmir,uzun iller fealiyyetde olmaqlarina baxmayaraq xalqin etimadini dogrulda bilmiyibler Azerbaycan muxalifeti bu gundedir.Xalq onlari yaxshi taniyir minusdular.Hakimiyyetin deyishilmesi mutleq olmalidir,prezident ya xalqin mueyyen tebeqesinin tanidigi heqiqi ziyali insan,yada haminin tanidigi Eli Kerimli.Isaya etibar yoxdur.

Kimdən: Ramin Haradan: Baki
05.01.2013 02:28
Isa bey, genc olmagima baxmayaraq, Men sizi prizident kimi gormurem!!! Dusunmuremki bunu aciqlamaga ehtiyac var... lazim olanlardan da artigi burda yazilib... Men daha cox Eli beye inaniram!..
Səhifə (4)
    Növbəti 

Oxuyan gərək...