Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:41

Fuad Ələsgərov: «Gələn ildən korrupsiya hallarına videonəzarət olacaq»


İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışında
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışında
-
«...Korrupsiya hallarının qarşısının alınması məqsədilə hər bir xidməti pəncərələrdə prosedur fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaq».

Bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «ASAN xidmət» mərkəzi ilə əlaqədar AzərTAc-a müsahibəsində deyib.

Dekabrın 29-da Bakıda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və 1 nömrəli «ASAN xidmət» mərkəzinin binası istifadəyə verilib.
Prezident İlham Əliyev açılışda iştirak edib.

«ASAN xidmət» mərkəzində 9 dövlət orqanının 23 hüquqi xidməti həyata keçiriləcək.

VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN TƏMİNATI NAMİNƏ

Fuad Ələsgərov deyir ki, bu mərkəzin əsas məqsədi korrupsiya hallarının istisna edilməsi və dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzini təmin etməkdir:

«Yəni, xidmət operativ və şəffaf həyata keçirilməli, etik davranış qaydalarına ciddi əməl edilməlidir. Vəzifələrin icrasına məsuliyyətlə yanaşılmalı və xidmətdən yararlanan vətəndaşın maksimum rahatlığı təmin edilməlidir».

Fuad Ələsgərov
Fuad Ələsgərov
«...MƏNFİ HALLAR BARƏDƏ PREZİDENTƏ DAİM MƏLUMAT VERİLƏCƏK»

Prezident Administrasiyasının rəsmisi deyir ki, mərkəzdə korrupsiya hallarının qarşısının alınması məqsədilə hər bir xidməti pəncərələrdə prosedur fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaq:

«Agentlik mərkəzdə həyata keçirilən xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və qiymətləndirmə aparacaq. Qiymətləndirmələrin nəticələri və aşkar olunan mənfi hallar barədə prezidentə daim məlumat verəcək».

Şöbə müdiri dekabrın 29-da açılışı olan «ASAN xidmət» mərkəzinin yanvarın 15-də fəaliyyətə başlayacağını deyir.

Bakının bir sıra rayonlarında və regionlarda da analoji mərkəzlərin açılması nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG