Bazar ertəsi, May 30, 2016 Bakı vaxtı 02:55

    Rubrikalar / Media icmalı

    Şadlıq sarayları ilə mübarizə aparmağın çətinliyi

    Mətbuat icmalıMətbuat icmalı
    x
    Mətbuat icmalı
    Mətbuat icmalı
    -

    «SEVİNC BABAYEVA ÖLÜB YA QƏTLƏ YETİRİLİB?»

    Dekabrın 28-də çıxan qəzetlərin əksəriyyətinin manşeti təxminən eynidir: video qalmaqala görə barəsində cinayət işi qaldırılan Sevinc Babayevanın ölüm xəbəri yayılıb. 

    «Azadlıq» qəzeti «Sevinc Babayevanın müəmmalı ölümü»ndən yazır:

    «Mandat alveri»ndə vasitəçi olan qadın öz əcəli ilə ölüb, yoxsa qətlə yetirilib?».
    «Azadlıq» onu da yazır ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev Sevinc Babayevaya ölümü haqda xəbərdarlıq edibmiş. O qəzetə deyib ki, ölüm xəbəri doğrudursa, Türkiyənin hüquq-mühafizə orqanları mütləq bunun səbəblərini araşdırmalı, həqiqəti üzə çıxarmalıdırlar.

    «ADAM YOXDUR, PROBLEM YOXDUR»

    «Bizim yol» da eyni məsələyə toxunub. Köşə yazarı Məmməd Süleymanoğlu yazır: «Bu qadının yox olması onun xidmətində durduğu hakimiyyətə də, elə özünə də sərf edir. Adam yoxdur, problem də yoxdur». Ancaq qəzet daha sonra yazır: «Bəlkə də belə deyil? Belə olmadığını sübut etmək çox çətin olacaq».

    ƏLİ HƏSƏNOB B. BRİTANİYA HAQDA...

    «Yeni Azərbaycan» qəzeti Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib. O, yenə beynəlxalq qurumları Azərbaycana qarşı qərəzli olmaqda günahlandırıb. «Əgər onlar üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, o zaman Avropa ölkələrində polisin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Nəyə görə 2011-ci ildə Böyük Britaniyada 2000-ə yaxın insanın həbsi, bloqqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demirlər?...».

    ŞADLIQ SARAYLARI İLƏ MÜBARİZƏNİN ÇƏTİNLİYİ

    «Yeni Müsavat» qəzeti yazır: «Şadlıq evlərinə qoyulan «standart haqq» etirazla qarşılandı». Söhbət Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqlədiyi «Şadlıq saraylarının təsnifatı və qaydalar»dan gedir. Restoranlardan birinin inzibatçısı deyib ki, bu qaydaları reallaşdırmaq mümkün deyil, bu sadəcə, «haqq qoparmaq üçündür». Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şadlıq sarayları ilə mübarizə aparmaq çətindir, çünki onların əksəriyyəti məmurlara məxsusdur.
    Bu forum dayandırılıb
    Şərhlər
         
    Heç bir şərh yoxdur. Birinci sən yaz
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb

    "Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik, dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin”.

    19 şərh

    Sonya: Heç də düzgün deyil iyun ayında dərslərin bitməsi. Dərs keyfiyyəti artmıraq üçün keyfiyyətli ... davamı

    Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

    AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şərti cəza ilə azad edildi.

    18 şərh

    наджибулла: Tarixi sexsiyyet mehz bele yaranir. davamı

    Cümhuriyyət qurucularına dövlətin münasibəti səni qane edirmi?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz.

    12 şərh

    ELÇİ Bey-eskeri: Cümhuriyyetin qurucularına iqtidarın münasibeti bizi nece qane ede biler?
    Quzey Azerbaycan hakimiyyetini 23 ildir ... davamı

    Ən çox...