Cümə axşamı, Noyabr 27, 2014 Bakı vaxtı 13:15

Verilişlər / Kontekst

Hüseyn Paşayev: «Ramiz Mehdiyevin adı videoda dələduzlar tərəfindən hallandırılır»

Videodan kadrVideodan kadr
x
Videodan kadr
Videodan kadr

Multimedia

Səs
-
Ötən həftəsonu sabiq deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb. İlkin məlumatda deyilirdi ki, Gülər Əhmədovanı YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatından çıxarıblar. Qanunla qadağan olunsa da, BDU-da hakim partiyanın özək təşkilatımı var?

Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna deyir ki, xəbərə sonradan düzəliş edilib: Gülər Əhmədova Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb:
 
«O, daha deputat deyil. İş yerinə görə də deyiblər Bakı Dövlət Universiteti. O, Zahid Xəlilov ərazi ilk təşkilatından çıxarılıb. Bütün partiyaların rayon təşkilatları var. Rayon təşkilatlarının da özək təşkilatları olur. Biz «özək təşkilatları» adlandırmırıq, sadəcə «ərazi ilk təşkilatı» deyirik. Zahid Xəlilov ərazi ilk təşkilatı Bakı Dövlət Universitetinin ərazisindən başlayaraq keçmiş «Qələbə» kinoteatrına qədərki ərazini əhatə edir».

HÜSEYN PAŞAYEV: «BİR VAR KİMSƏ VİDEODA GÖRÜNÜR, BİR DƏ VAR ADI HALLANDIRILIR»
 
O ki qaldı, Gülər Əhmədovanın partiyadan çıxarılmasına, Hüseyn Paşayevə görə, bəlkə də bu, gecikmiş qərardır. Hakim partiyanın sözçüsü deyir ki, Gülər Əhmədovanı YAP üzvlüyündən mərkəzi təşkilat çıxara bilməzdi. Qərar ərazi ilk təşkilatında verilməliydi. Ola bilsin, ərazi təşkilatı bu müddətdə toplana və qərar verə bilməyib.

- Bunu kimisi vaxtında atılmış qərar adlandıra bilər, kimi də gecikmiş qərar. Ancaq ilk videogörüntülər yayıldıqdan az sonra YAP-ın sədr müavini Əli Əhmədov bəyanat verdi. Və qeyd olundu ki, Gülər Əhmədovanın hərəkətləri onun mənsub olduğu partiyanın məram və prinsipləri ilə daban-dabana ziddir. Buna görə də YAP-ı Milli Məclisdə təmsil edə bilməz. Bu gün də Gülər Əhmədovanın partiyadan çıxarılması həmən prosesin davamı kimi qiymətləndirməlidirlər.

- Amma istintaq indilik davam edir...

- Biz onu cinayətkar elan etmirik ki. Biz sadəcə hesab edirik ki, onun bu addımları, videogörüntüdəki söhbətlərdə iştirakı YAP-ın məramı ilə ziddir.

- O videogörüntülərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir. O da partiyadan çıxarılmalıdır?

Gülər ƏhmədovaGülər Əhmədova
x
Gülər Əhmədova
Gülər Əhmədova
- Xeyr, Ramiz Mehdiyevin adı hansısa dələduzlar tərəfindən hallandırılır. Bir var konkret videoda kimsə görünür, bir də var kiminsə adı hallandırılır. Bu o demək deyil ki, adı hallandırılan şəxs həmən hadisələrdə iştirak edir. Son videogörüntü sübut edir ki, oradakı müzakirələr, söhbətlər sadəcə gülməlidir.

GÜLƏR ƏHMƏDOVA SUSUR

Eks-deputat Gülər Əhmədova isə uzun illərdir üzv olduğu partiyadan uzaqlaşdırılmasını şərh etmir:

- Mən münasibət bildirmirəm.

- YAP-ın bu davranışından incimirsiz?

- Suallara cavab verməyəcəm.

- Bakı Dövlət Universitetində işləməyə davam edəcəksizmi?

- Suallara cavab vermirəm...

«SON VİDEOLAR HAKİMİYYƏTİ BUNA VADAR ETDİ»

Hüquqşünas Hafiz Həsənov bu fikirdədir ki, YAP bu qərarı çoxdan, videogörüntüdəki qadının Gülər Əhmədova olduğu ekspertiza tərəfindən sübut ediləndən dərhal sonra da verə bilərdi. Hüquqşünasın bir ehtimalı var: bəlkə də partiya Gülər Əhmədovanı qorumaq istəyirdi. Ancaq son videogörüntülərin yayılması vəziyyəti dəyişdi:
 
«Açığı, gözləmirəm onu sərt cəzalandırsınlar. Amma görünür, bu addımlarla ictimai fikirdə nəyisə dəyişmək istəyirlər».

Zəfər QuliyevZəfər Quliyev
x
Zəfər Quliyev
Zəfər Quliyev
Politoloq Zəfər Quliyev güman edir ki, ola bilsin, Elşad Abdullayevin yaydığı son videolar Gülər Əhmədovanın partiyadan uzaqlaşdırılması ilə bağlı qərarın verilməsinə təkan oldu:

«Hakimiyyət dairələri, YAP başa düşdü ki, bu videogörüntülərə reaksiya verməmək düz deyil. Birinci dəfə videolar yayılanda, hakimiyyət Gülər Əhmədovanı deputat mandatından məhrum etdi. Bununla da kifayətləndilər. Ancaq son videolar hakimiyyəti növbəti addıma vadar etdi, onu partiyadan uzaqlaşdırdılar. Ola bilsin ki, bu təzyiqlər hakimiyyəti üçüncü addım atmağa məcbur etsin. Prokurorluq daha ciddi araşdırmalara başlaya bilər. Ancaq istəməzdim bu işlər tək Gülər Əhmədova ilə yekunlaşsın. Onun hərəkətində cinayət varsa, videoda adı çəkilən başqa nüfuzlu məmurlarla bağlı da araşdırmalar getməlidir. Gülər Əhmədovanı qurban verməklə iş bitməməlidir».

NÖVBƏTİ KİMDİR?

Zəfər Quliyev istisna etmir ki, prezident seçkiləri ərəfəsində partiyadan və hakimiyyətdən daha bir neçə nəfər uzaqlaşdırıla bilər.

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, indi Fransada yaşayan Elşad Abdullayev sentyabrda Gülər Əhmədova ilə bağlı videogörüntü yayıb. Oradakı söhbətdən deputat seçilmək istəyən rektordan bir milyon dollar istənildiyi və bu pulun Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə çatacağı anlaşılır. Bu video yayıldıqdan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Faktla bağlı cinayət işi açılıb.

Elşad Abdullayev ötən həftə buna oxşar söhbətin təkrarlandığı daha bir video yayıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Nadiroglu Haradan: RF
27.12.2012 22:55
Huseyn Pasayev, Ramiz Mehdiyevin BAS korrupsioner olmasi bu gun kar ve korlara da bellidir. Sen ona qehmar clxmaqla meneviyyatsizlarla bir sirada oldugunu tesdiqleyirsen. Bedbextcilik ordadir ki, YAPda meramlna uygun bir nefer bele tapllmaz. Ona gore yaYAPl ya da YAPcllarl legv etmek lazlmdlr. Azerbaycan ve onun geleceyi namine. Yoxsa mehve mehkumuq. Abrlnlz olsun,

Kimdən: asad Haradan: baki
24.12.2012 12:01
Cənablar kimə bu iş təcüblü görünürsə, təcüblənməsin.Sadəcə MM oturanların iteliktual səviyələrini araşdırın və kimlərin diplomları qırmızıdırsa deməli məktəbi N qurtarıb və bu gündə MM oturub.Mən uzağa getməyəcəyəm Ağacan Əbiyev boksdan başqa heçə bilməyib.Bu adam i daimə dalaşmağı dərindən öyrənmək olub. Bu gün o profesor, Elmlər doktoru.MM deputatı və nə bilim daha hansı titullar.Soruşmaq istərdim bu hansı elmin doktorudur.Yumruq vurmağın.Ən yaxş yumruq vura Məhəmməd Əli idi heç elimdən danışmadı, ƏN yaxşı fudbol oyniyan Pele idi oda bir elmin sahibi olmadı.Mən bunu nümuna kimi misal getirdim.Əgər belələri parlamentin deputatı olurlarsa daha nə istəyirsiniz PA dələduzda olarda.Əgər yuxarı rüşvət almasa aşağının nə ağzı var ki, kimdənsə nəsə istəsin.Deməli bu rüşvət kompaniyası yuxarıdan aşağı gedir.Sizlər niyə təcüblənirsiniz Şadlıq evləri kimlərindir?,bu bahalı bahalı restoranlar kimlərindir?Bu bazar iqtisadiyatı deyil, bu çəngəlikdir.Eşad Abdullayev özüdə düz adam olmayıb,düz, əqidəli insan rüşvət verib deputat olunmasına çalışmazdı.Mən həfslənirəm ki, Mircəlalın övladları bunlarla əlbir olub, Əgər olmayıblarsada bu yırtıcılardan özlərini qurtara bilmirlərsə Demoktatiya uğrunda mübarizə qoşulsunlar.Onlar bu bəladn ancaq Haqq ,Ədalət uğrunda mübarizə saflığa çıxarda bilər.

Kimdən: Azerbaycan Vetenim menim Haradan: urusetden
22.12.2012 22:57
sexsi torpaqimda ev tikmek istedim her 1kv metre 20manat istediler...CAN VETENIM MENIM.......
Cavab

Kimdən: Veten Haradan: Urusetden
23.12.2012 14:41
Derdimizi kime deyek kimden destek alaq, kimden- kime wikayet edek ALLAHIM ozun nizama sal.............

Kimdən: Odlar yurdu
19.12.2012 00:54
Allahshukur Pashazade 33 uc il,Ramiz Mehdiyev 40 il. Biri, sheyxulislam,o biri sheyxul hakimiyyet,Allahli ile allahsiz. Her ikisinin meqsedi eynidir .Sheyxi vicdan maraqlandirsaydi,xalqa destek olardi,GULER RAMIZ barede sozunu deyerdi,muxalifetde gucsuz,aciz.Dinimizin rehberi Allashukur,hokuumetin rehderi Ramiz Anverovic,muxalifetin Isa Qenber,milli meclisde bu gunde.Allah size rehmet elesin oluler.Kefli IIskender demishken.
Cavab

Kimdən: Nurlu Haradan: Baku
25.12.2012 00:44
Odlar yurdu bir meqami unutmayaq: Milli Meclisin tehlukesizlik komissiyasının uzvu:zahid oruc Gelecekde meddahliq uzre elmi ishlerde gozel eyani vesait olacaq. Dunyanin sonudur deyesen,zahid oruc qazetlerde koshe yazi ile cixish edir,millete aqil oyredir.Sonunda da yazir:Bu setirleri Hollandiyaya ucarken teyyarede qelem aliram.Az qalib meddahliq uzre elmler doktoru,xalq seni ele gozel yerlere ucurdacaq ki!

Kimdən: Qambay Haradan: absurdistan
18.12.2012 17:03
Yox əşşi, siz nə danışırsınız, R.Mehdiyev hara, korrupsiya hara?Heç elə iş olar? Nücə deyərlər, nə olursan ol, kim olursan ol, dilin olsun! Normal adam belə şeylərə söz tapa bilmir. Bütün bu biabırçılıqlardan sonra da bunlar yenə də öz ampulalarındadırlar. Hamı yalan danışır, hamı saxtakardır, təkcə bunlar təmizdirlər, təkcə bunlar düz danışır. YOXXX cənab YAP-çı! Bu korrupsioner hakimiyyətin iç üzü, mahiyyəti adi deletanta da bəllidir. 19 ildir sizlər bu millərin sərvətlərini talamaqla, səslərini satmaqla, haqqını taptalamaqla, mənən alçaltmaqla, sındırmaqla məşğul olmusunuz. Darıxmayın, yaxınlaşır məşhər günü.

Kimdən: Sabiq Haradan: Bakı
18.12.2012 11:21
Siz bir kənardan özünüzə baxın, çox gülünc görünürsünüz. Başdan ayağa çirkab içindəsiniz. Başa düşməlisiniz ki, H.Əliyevdən sonra YAP artıq tarixin arxivinə göndərilməlidir, o bataqlıq təşkilatı heç kəsə lazım deyil. Bu nə qədər tez başa gəlsə sizin üçün də bir o qədər yaxşı olar.

Kimdən: Səid Şirvanskiy
18.12.2012 10:42
Dələduzun lap yekəsinin adı videoda dələduzlar tərəfindən hallandırılır. Hesab edirəm ki, bu boyda rüsvayçılıqdan sonra Azərbaycanda nədənsə utanası, xəcalət çəkəsi bir şey olmamalıdır. Ramiz Mehdiyevlə, Gülər Əhmədova rüsvayçı hərəkətləri ilə biabırçılığın etalonunu yaratdılar. Düşünürəm ki, yaxın onilliklərdə onların rekordunu heç kim qıra bilməyəcək. Bu iki nəfərin Azərbaycanı elə bir çirkaba batırıblarki üfunətləri hər yeri götürüb. Onları təcili cəmiyyətdən uzaq, tənha, "qapalı" bir yerdə saxlamaq lazımdırki millət xilas ola bilsin. Özüdə təcili, bu saat, bu dəqiqə, indi.

Kimdən: Anonim
18.12.2012 01:20
o ne sözdür ishledilir, sechki hara, Azerb. hara. Bu bir nonsens-dir bu ölke üchün. Özünüzü hech kime güldürmeyin.

Kimdən: seyid Haradan: evraziya
17.12.2012 22:11
Ramiz Mehdiyev tariximizə ən saxtakar, ən korrupsioner bir şəxs kimi daxil olub. O, xalqdan çox qidalandı. “Az verim, çox götürüm” prinsipini güdən belələri yaxşı ki Elşad Abdullayev tərəfindən əyani ifşa olundu.
Vaxtilə həmin Elşad müəllim deyirdi ki, mən universiteti bitirəndən sonra təmiz işləyəcəyəm. Çalışacağam ki, mən olan yerdə rüşvətin adı çəkilməsin. Amma həyat onu lap rüşvətin içinə sürüklədi. İndi onun videoçarxları dövlətdən oğurlayanların, dövlətin-xalqın malını baltalayıb- yeyənlərin simasını açır. İlahi! Bu dərəcədə də acgözlük olar? ..
Bəs bunlar kimdir: bala yığılan arılar, yoxsa cəmdəyə şığıyan kaftarküstülər, quzğunlar ?
Ən maraqlı tərəf də odur ki Prezidentin etibarı ilə korrupsiya ilə mübarizə professioal
korrupsioner Ramiz Mehdiyevə tapşırıldı. Ömrünü rüşvətlə çürütmüş Ramiz müəllim gözdən pərdə asaraq “korrupsiya ilə mübarizə” oyununa başladı və arada bada gedən həvəskar, əli təzəcə rüşvətə batmış “fərələri” xırda-xırda dənlədilər. Amma balinalar öz fəaliyyətini bir an belə dayandırmadan xalqı da, elə öz məmur yoldaşlarını da soymağı, soyulmuş dərisinə daha çox kisə çəkib piylənməyi özlərinin həyat amalı bilirlər. Görəsən, nə qədər yığmaq olar? Bu, qəbirə yerləşər? Bu məmurlar elə bilirlər ki, onlardan sonra nəsil gəlməyəcək. Hər yeri, hət şeyi, hər kəsi talamağı bacarıq, kişilik bilirlər. ...Görməmiş olasan, xəzinənin üstünə düşəsən. Təbii ki, belə çapaçap olacaq.
Boyca balaca, əməlcə böyük Vətənimizin nə qədər akademiki, alimi, generalı yarandı. İndi hər bir dələduz, oğru çox asanlıqla alim, general ola bilər. Bunları ALmağa nə var ki! Pulun var, alarsan. Müharibəyə komandanlıqda beləmi generallarla düşmən üstünə gedəcəyik? Elmdə beləmi alimlərlə beynəlxalq səviyyədə fikir mübadiləsi aparacağıq? Budurmu bizim potensialımız ? Bax belədə deyirlər: “Hər şey(imiz) var, heç nə(yimiz) yox!”
Doğrudan da, formaca daha nəyimiz yoxdur, ancaq əslinə, mahiyyətinə varanda cüzi nə isə var. Görəsən, qaranlıq keçmişimizdən bugünkü dumanlı günümüzdə “işıqlı” gələcək yapanlar nə barədə düşünür ? Heç olmasa, onlar arada özlərinə sual verirlərmi ki, işıqlı gələcəyimizi evlərdə çürüdüb işsiz saxlamaqla, gələcəyimizin bir qismini narkoman görmək istəyən, bundan faydalanan qaniçənlər əcnəbiləri -“özününküləri” Vətənimizə köçürüb, onlar üçün cənnət-məkan (! qabaqlarında qulluqçular... özləri də ömürlərində görmədikləri villa-saraytipli mülklərdə, bəlkə də əlisilahlı !), Azərbaycan türkləri üçünsə cəhənnəm yaradanlar heç vicdanın nə olduğunu bilirlər? (Heç olmasa, vicdanın nə olduğunu şeyxülislamımız Allahşükür Paşazadədən soruşsunlar. Deyirlər ki, o da bir az çaşqın vəziyyətdədir: vicdan azadlığının nə olduğunu başa düşmür).Yoxsa onların müqəddəsi, səcdə etdikləri puldur, öz iyi verən kəslərdir?
Prezidentimiz belə viruslardan Azərbaycanı xilas etməlidir ! Yoxsa onlar artdıqca cəmiyyətimizin nəfəsi kəsilir. Belə tiplər isə ancaq və ancaq xalqımızın nəfəsini kəsmək üçün vəzifələr tutublar.
Cavab

Kimdən: Vuqar Antiyap Haradan: Moskva
18.12.2012 18:45
Ramiz Mehdiyevi,en boyuk saxtakar adlandiraraq,"ulu onderin" ruhunu incidirsiz ve onun "evez olmaz yadigari" Ilham Aliyevin xetrine deymish olursunuz.Bu dozulmez haldi ve xaish edirem ki birde bele siyasi sehv buraxmayasiniz,chunku onlardan boyuk saxtakar,Azerbaycan tarixinde olmayib!!!!!!
Cavab

Kimdən: Azər Haradan: Moskvadan
18.12.2012 01:15
Hadisələrin gedişatından bəlli olur ki, VİRUSUN YEKƏSİ ELƏ BAŞDA OTURANIN ÖZÜDÜR
Cavab

Kimdən: WE Haradan: WE
11.01.2013 04:37
qardas sende antivirus proqrami yoxdu bunlara yazasan

Kimdən: Qaqash,Lele,Qaqa,Ciim...
17.12.2012 20:34
Bir vaxtlar,daha deqiqi sovetlerin cokushu illerinde, o vaxtlar coxundan demokrat olan Vezirov rusdilli olduguna gore,ana-dilimizde fikirlerini daha yaxshi catdira bilmemeyin goren "qoca qurd"lar bundan istifade ederek,xalq arasinda ona bambili dedizdidiler...Siz olennerinizin goru bu gunku bambiliya daha cox oxshayir,yoxsa o vaxtki... bir sheyi nezerinizden qacirmayin ki,bu bambilinin hendeverinde telxekler coxludu eyyyyy,lap coxludur....