bazar, Oktyabr 26, 2014 Bakı vaxtı 09:56

Verilişlər / Korrupsiometr

Elşad Abdullayev 5-ci videosunu yaydı

Elşad AbdullayevElşad Abdullayev
x
Elşad Abdullayev
Elşad Abdullayev

Bunu da oxu

Elşad Abdullayevin videosundakı hakimlə bağlı araşdırma başladı

Bu barədə qərar Məhkəmə-Hüquq Şurasının noyabrın 28-də keçirilən iclasında qəbul edilib.

Azər Qasımov: «Ramiz Mehdiyev iş başındadır»

«Bu, mənasız, heç bir əsası olmayan sualdır. Ramiz Mehdiyev fəaliyyətindədir, iş başındadır».

Dinlə Fəzail Ağamalı: «Gülər Əhmədova sıradan bir insan deyil»

«Araşdırma qurtarsın. Hər kəsə hər şey bəlli olacaq. Bir az səbir etmək lazımdır».

Dinlə Parlament Gülər Əhmədovanı niyə müzakirə etmədi?

«Hakimiyyət Gülər Əhmədovanı bu yolla qorumaq istəyir. Çünki onun da deyəcəkləri var»

Video «Bu biabırçılıqdır, DİN dərhal izahat verməlidir» [VIDEO]

«Görürsən ki, gəlirlər, maşına basıb aparırlar, yiyəsi bir neçə gündən sonra xəbər tutur ki, adamı «bandotdel»dədir»

Elşad Abdullayevin qardaşının işi üzrə 3 nəfər saxlanıb

Saxlananlar Elşad Abdullayevin qardaşını oğurlamaqda deyil, onu tapmaq üçün keçmiş rektordan pul almaqda ittiham olunurlar.
-

Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayev daha bir video yayıb. [Videoya burada bax]

Videoda Rövşanə adlı bir qadınla Elşad Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevin tapılması barədə söhbət gedir.

Söhbət zamanı videodakı qadının telefonuna zəng gəlir. Həmin zəngin Zaur adlı şəxsdən gəldiyini deyən qadın telefonu Elşad Abdullayevə verir. Elşad Abdullayev həmin şəxslə danışaraq qardaşı Mahirin tapılıb gətirilməsini xahiş edir.

“Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Bu video da Elşad Abdullayevin apardığı çirkin kampaniyanın bir parçasıdır”.

Bu sözləri isə “Qafqazinfo”ya açıqlamasında Elşad Abdullayevin yeni yaydığı videoda görüntülənən Rövşanə Əliyeva (Arzu Kazımovun köməkçisi) deyib.

Rövşanə Əliyeva bildirib ki, onun nə hansısa səlahiyyəti, nə arxasında duran adamı var: “Allahdan başqa heç kimim yoxdur. Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Arzu Kazımov və Zahid Dünyamalıyevlə mənim heç bir əlaqəm yoxdur. Mən nə Gülər Əhmədovayam, nə də Sevinc Babayeva. Məni heç kimlə səhv salmasın”.

Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub. 

BUNA QƏDƏR DÖRD VİDEO YAYIB

Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Azərbaycanda deputat mandatının pulla satıldığını iddia edən yeni video yayıb. Dekabrın 13-də yayılan videoda Elşad Abdullayev Sevinc Babayeva olduğu iddia olunan qadın arasında söhbət əks olunur.

Elşad Abdullayevlə keçmiş millət vəkili Gülər Əhmədova arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayeva videoda israrla həmsöhbətini əmin etməyə çalışır ki, verdiyi 1 milyon dolların əvəzinə ona deputat mandatı verilir və bu yaxın vaxtlarda elan ediləcək. Seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib. (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir – red.)

Sevinc Babayeva kimi təqdim olunan bu qadın videoda keçmiş millət vəkili Gülər Əhmədovanı Prezident Administrasiyasının pulla bağlı işlərini görən adam kimi təqdim edir.

Elşad Abdullayev bu il sentyabrın 25-də bu məzmunda daha bir video yaymışdı. Həmin videoda Gülər Əhmədova kimi təqdim olunan xanımla Elşad Abdullayev onun deputat seçilməsi üçün Prezident Administrasiyasının rəhbərinə 1 milyon dollar verilməsi məzmununda söhbət müzakirə edilir.

Bu video yayılandan sonra sonra Gülər Əhmədova onu montaj adlandırıb və deputat mandatından imtina edib. Respublika Prokurorluğundan verilən məlumata görə hazırda müstəntiqlər bu videonun həqiqiliyini araşdırırlar.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bir neçə dəfə jurnalistlərə Elşad Abdullayevin iddialarının yalan olduğunu bildirib.

Elşad Abdullayev isə iddia edir ki, oğurlanmış qardaşının tapılması üçün də ondan külli miqdarda pul alınıb. O, hər dəfə də Ramiz Mehdiyevin adını çəkir.

Bir neçə gün əvvəl Ramiz Mehdiyev yenə də APA informasiya agentliyi vasitəsilə yaydığı mesajında Elşad Abdullayevi ona böhtan atmaqda ittiham edib.

Hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin təsisçisi və rektoru olduğu Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə bağlanıb. Təhsil Nazirliyi Universiteti ciddi qanun pozuntularında ittiham edib. 

Tənqidçiləri Elşad Abdullayevin rəhbərliyi dövründə bu Universitetdə rüşvətxorluğun geniş yayıldığını deyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: yekxan Haradan: baki
02.01.2013 13:11
BELE COBAN OLARMI?indi neyise bole bilmeyende dava edirler amma hamisi milletin qanini ,omrunu servetini talayanlardir.mil;yonlarla rusvet verib deputat olsa idi elsad da camaati soyardi.azerbaycan balaca bir olkedir ele bil bbir aile kimidir.ailenin bascisi yeyir icir gezir kef edir ancaq usaqlari yari ac yari tox...ele bilki coban qoyunlari buraxib meseye yarisi nese tapib yeyir yarisini canavar yeyir.,bele coban olarmi?

Kimdən: Ilqar Haradan: BAK
26.12.2012 19:39
Azərbaycanın bütün sərvətini satırlar, 9 milyonluq müştərisi olan bütün biznesləri ələ alıblar bunlar nə istəyirlər niyə cinayyət edib adam oğurluğundanda pul qazanmaq istəyirlər. Bu sadəcə xəstəlikdir necəki həkimlər deyir azərbaycanlılar pisxoloji xəstəliklə bağlı həkimə müraciət etməkdən utanırlar. Mən əminliklə bilirəm ki, bu hadisələrdən ölkə rəhbərliyinin çox gözəl xəbəri var. Əgər xəbəri yoxdursa bu lap pis.

Kimdən: Nata Haradan: Baki
26.12.2012 03:02
Werhimi niye vermirsiniz tehqir yoxdur axi

Kimdən: Nata Haradan: Baki
26.12.2012 02:39
Bu rovwane stolun ustunde yox stolun altinda oynamaga layiqdir ... daniwigina baxanda adam lap irgenir

Kimdən: Milletden Haradan: Bakidan
25.12.2012 23:19
Men burda yazilanlara inaniram inaniram ki,Ramiz Mehdiyevinde burda eli var!Inaniram ki prizidentinde her sheyden xeberi var!

Kimdən: uzag sahillerden
25.12.2012 21:12
Elsad Abdullayev prodaksen tegdim edir:,,..Multiplikasiya ølkesi..
Bu gadinda birazda aradan cixasaq...interpola verilecek...
Cavab

Kimdən: dunyamali Haradan: evraziya
26.12.2012 02:38
Elşad Abdullayev Beynəlxalq Universitetdən videoteka müdirliyinə gedən şanlı yolun yolçusu kimi (Ardı)
Qayıdaq FANTASTİK Beynəlxalq Universitetə. Bu Universitet o qədər universallaşmışdı ki, hər bir “ali” təhsil almaq istəyən sırf Azərbaycan hörmətcilliyi ilə “ver-keç” prinsipini əsas tutub, küçələrdə veyillənə, barları gəzə, lap pinəçi işləyib, istənilən kursda “oxuya” bilər, dərs auditoriyasının nə olduğunu bilmədən, lap çox istəsə, Beynəlxalq Univermaqda (pardon:Universitetdə)BAZAR İQTİSADİYYATINA əsasən verilən pulun qədərindən asılı olaraq, həmin an diplom ala bilərdi. Təsəvvürünüzə gətirirsinizmi, bizim nə qədər savadlı balamız gələcəyimizin işığını yandıracaqdı. Bərəkallah belə pullu qeyrətə, geydirmə vicdana, millətinə “atış”gələn ALİ SAVAD yiyələrinə - rektorlara, direktorlara...
Adam az qalır ki, göz yaşları içində boğulsun – HIRSINDƏN. Bu, insaniyyətdən uzaq bir şey deyilmi? Gəncləri intellektual etməkdənsə qoyun sürüsünə döndərmək millətə düşmənçilikdən başqa bir şey deyilmi ? Bu cür kadrlar düşmən üçün tapıntıdır. Çünki belələrinə çoxlu pul təklif edilsə, özlərinin manqurt düşüncəsi ilə lap analarına qəsd edərlər. Bizim üçün belə gələcək quran göbələk universitetlərdən uzaq! Uşaqlara savad vermək istəməyən orta məktəblərdən uzaq!
Allah Azərbaycanı insan cildində olan yırtıcı məmurlardan qorusun!
Allah Prezidentimizin ətrafını təmiz etsin ki, o, canavar sürüsü ilə deyil, insanları başa düşənlərlə işləyə bilsin ! Belə məmurları gözəl gül-çiçəyə mane olan alağa bənzətmək olar. Alağı isə ancaq və ancaq alaqlamaq lazımdır ki, həmin gözəllik nəfəs alıb yaşasın, öz gözəlliyini göstərə bilsin.
Fürsətdən istifadə edərək Prezidentimiz cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və işıqlı işlərində böyük uğur və qələbələr arzulayırıq!
Elşad müəllim kimilərə isə belə müraciət etmək olar:”Ay Elşad müəllim! Bəs illər boyu savadsız kadrlar kombinatı açanda nə üçün belə vicdanlı deyildin? Mütləq qardaşını oğurlamalı idilər ki, açaydın sandığı, tökəydin pambığı”?
Allah sənin kimilərə rəhm(ət) eləsin! Heç olmasa indi bu dünyada günahlarını yumağa başlamısansa, o da böyük işdir. Adətən deyirlər ki, günahını boynuna alanların cəzası yüngül olur. Qalanı Allahın işidir! Yaşayarıq, görərik.
Cavab

Kimdən: dunyamali Haradan: evraziya
26.12.2012 02:36
Elşad Abdullayev Beynəlxalq Universitetdən videoteka müdirliyinə gedən şanlı yolun yolçusu kimi
Elşad Abdullayev artıq Respublikamızın baş videoteka müdiri adlanmalıdır. Maşallah! Kimi görüb, yazıb, yığıb bir yana. Beləsinə demək olar ki, saxla samanı, gələr zamanı.Sanki Elşad müəllim KQB işçisi kimi, hadisələrin hayana cərəyan edəcəyini bildiyindən bütün hadisələri qabaqlayıb, əyani vəsait hazırlayıb. Kaş onun qardaşını çoxdan oğurlaya idilər ki, Azərbaycan xalqı şirin yuxudan ayılaydı. Çünki professional korrupsionerlərin dillərindən süzülən şipşirin, çox milli duyğulu, məstedici sözlər hər cür yuxu dərmanından güclüdür. Belələri rüşvətdən nifrətlə danışanda sadə adamlar özlərindən şübhələnərək fikirləşirlər ki, yəqin bu gün mənə verilən bir qutu şokoladlı konfet güclü rüşvətdir. Əlbəttə, 1000000 manata ayı əti yeyənlərə bu barədə desən, səni mütləq təqsirkar tutar ki,onun eyibini görməyəsən. Yada gülməli ifadə düşür. Birini rüşvətdə günahlandıranda deyir ki, xah orda dəvə əti yeyir, mənsə burda bircə dənə toyuq budu yeyirəm, səs yayılır aləmə. Rüşvətxorlar da paxıl olur. Biri o birisindən çox rüşvət “qazananda” biri-biriləri üçün “o, rüşvətxorun yekəsidir, mən yazıq nə edirəm ki, adım çıxıb?” deyirlər.
1988-ci il hadisələrində deyirdilər ki, qeyrətlilərdə savad yoxdur, savadlılarda isə qeyrət. Bu ifadə ondan irəli gəlirdi ki, fəhlə-kəndlilər,adi kütlə ayağa qalxıb ermənilərin azərbaycanlıları qovma siyasətinə qarşı qalxdığı halda, dərindən düşünən, elm adamları susurdular. Tək-tük universitet, akademiya alimləri mitinqlərə başçılıq etdi. Buna bir neçə səbəb var idi: bir qisim beynəlmiləlçilik xəstəliyindən gözü açılmayanlar, erməni ””” bacı””” -qardaşlarından ayrılmaq istəməyənlər düşünürdü ki, hər şey tez ötüşüb-keçəcək, digərləri isə nəinki rus təhsilli, həm də rus düşüncəli olduğundan özlərini yüksək düşüncə sahibi olduqlarına görə KÜTləyə qoşulmağı ar bilirdilər. Onlar üçün bu,“bir ağıllı fikirləşincə dəli vurub çayı keçdi” dövrü idi. Bəziləri isə rus təhsilli olsa da, çox milli, amma dil qabiliyyəti olmadığından əllərini başlarına çırpıb deyirdilər ki, axı mən nə edim ki, ürək sözümü öz dilimdə deyə bilmirəm.
Bağımsızlıq dövrünün üstünlüyü o oldu ki, artıq cəmiyyətin bütün qatları öz sözünü deyə bilir. Çatışmayan tərəf isə rus dilini zəif bilməkdir.Deyirlər ki, düşmənin dilini bilmək lazımdır. Lakin bu cür bilikli cəmiyyətdə hər addımda doğma xalqını soyan məmurlara məəttəl qalırsan. Elə bil ki belələri acgözlüyü üzündən millətə düşmən kəsilir, onun əlindən çörək qırıntılarını da qapazlamaq istəyir.(Ardı var)

Kimdən: Xalq Haradan: Azerbaycan
25.12.2012 19:31
Bu iqtidarin qadinlari bele "DELEDUZDUR"-larsa, gor bunlarin "KISHI"-lerine soz tapmaq mumkun deyir? Dogrudanda Azerbaycan Xalqi muteshekkil bir cinayatkar destenin elindedir! Azerbaycanin esirler boyu tarixinde bele bir BIABIRCHI HAKIMYET olmayib? (Gor Azerbaycanda her bir anda ve gundelik hakimyet terefinden nece cinayetler planlashdirilir, hazirlanir, icra olunur ve toredilir) Kriminal Azerbaycan!!!!!!!!!