Cümə axşamı, Oktyabr 23, 2014 Bakı vaxtı 06:38

Siyasət

Polis İctimai Palata üzvlərinə xəbərdarlıq edib

Azerbaijan -- Police arrested more than 50 young people who demanded to cancel Flower Holiday in Baku, 10May2009 Azerbaijan -- Police arrested more than 50 young people who demanded to cancel Flower Holiday in Baku, 10May2009
x
Azerbaijan -- Police arrested more than 50 young people who demanded to cancel Flower Holiday in Baku, 10May2009
Azerbaijan -- Police arrested more than 50 young people who demanded to cancel Flower Holiday in Baku, 10May2009
-
İctimai Palatanın üzvləri Bakı Şəhər Baş Polis İdarəsində çağrılıblar.
Buna səbəb palatanın dekabrın 10-a Milli Məclisin qarşısında piket keçirmək istəməsidir.
Bu barədə APA agentliyi İctimai Palatanın katibi və piketin təşkilat komitəsinin üzvü Gülağa Aslanlıya istinadla xəbər verir.

Onları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev qəbul edib və diqqətlərinə çatdırılıb ki, paytaxt rəhbərliyi piketin keçirilməsin əicazə vermədiyindən onun qarşısı alınacaq.
Bu vaxt baş verə biləcək neqativ hallara görə isə aksiya təşkilatçıları məsuliyyət daşıyacaq.

Piketin Təşkilat Komitəsinin üzvləri isə aksiyanı keçirməkdə israrlı olduqlarını və
Bakı Şəhər İcra Hakimiyyətinin cavabının hüquqi əsası olmadığını bildiriblər.

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da Milli Məclisin qarşısında piket keçirmək barədə qərar qəbul edib və bu addımı
İctimai Palata da dəstəklənib.

Bakı Şəhər İcra Hakimiyyəti isə bu ərazidə piketin keçirilməsini məqsədəuyğun saymayıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Səməndər Haradan: Bakı
10.12.2012 12:55

Ultimativ və populist çıxışlarla şüvən qoparmaqda ad çıxarmış Əli Kərimlinin müavini Gözəl Bayramlı bu dəfə də yəqin ayağını zədələmək fikrinə düşəcək. Yəqin ki, bu dəfə də, istədiyi nəticəni alanadək hüquq-mühafizə orqanlarının çağırışlarına məhəl qoymayacaq. G.Bayramlı sol ayağını post-patrul maşınını təkərlərinə çırpıb elə fəryad qoparacaq, eşidənlərin ürəyi göynəyəcək... elə o an fotoqraflar fotoaparatlarını işə salıb şaqqıldadaraq. Gözəl xanımın gözəl ayağını tarixə salacaqlar. Sonra isə mətbuatda isti-isti hadisə yerindən bəd xəbər yayacaqlar ki, başınızı dik tutun. Gözəl xanımın ayağı sınıb. Sonra da əl üstə lap Janna d’Ark kimi gəzdirilər. Neyləməli yəqin bu tip insanlarda yaşamaq üçün stimulu belə hadislərdən alırlar.
Yəni siyasi mübarizədən söhbət belə gedə bilməz. Keçən dəfə sol qolumu burub çıxartdılar, ini də ayaqlarımı sındırmağa çalışırlar. Ola bilməz? Ola bilər! Elə olar ki, niyə də olmasın... bu tip adamlara haladır. Axı deyirlər utanmasan oynamağa nə var ki...)) Pah, indi birazdan başlayacaq şou..)))) Hətta ilk dəfə süftə edən arvad-uşağın, qız-gəlinin dalında gizlənərək "Azadlıq", "İstefa" şüarları çağıran da icazəsiz aksiyanın səhəri günü çıxacaqlar mətbuata və bar-bar bağıracaqlar ki, "mülki geyimli şəxslər" bunların başlarına filan oyunu açdı və s. G.Bayramlıya gəlincə isə "İP"-in bu çağırışına çoxlu insanlar qoşulacaq" iddiası ilə bir daha təsdiq edir ki, müxalifətin məqsədi keyfiyyətli siyasət üzərində hakimiyytə gəlmək iddiası ortaya qoymaq deyil, bunların məqsədləri sadəcə kəmiyyətdir. Yəni icazəsiz aksiyalara çoxlu adam gətizdirmək. Ancaq bu da onlarda alınmır. Ona görə də siz inanmağınızda olun... hər halda 100 eşitməkdən, danışmaqdan, bir görmək yaxşıdır. Mən getdim şounu öz gözlərimlə izləməyə... orda gördüklərimi gəib sizlərlə bölüşəcəm. Özü də mütləq.)))))

Kimdən: Cavid Quliyev Haradan: Baki
10.12.2012 12:19

Müxalifətin dekabrın 10-na təyin etdiyi növbəti icazəsiz aksiyası bundan əvvəl keçirməyə cəhd göstərdiklərindən heç nə ilə fərqlənməyəcək. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də "lider" və funksionerlər ağızdolusu möhtəşəm yürüş keçirdiklərini gah bu, gah da digər formada cəmiyyətə sırımağa çalışacaqlar. Amma bunun "faydasını" ictimaiyyət yəqin ki, görəcək. Məsələn, həmin hadisələri izləyənlər bir daha görəcəklər ki, küçələrə çıxanların sıralarında bir dənə də olsun ağızdolusu danışan "lider" yoxdur, bundan sonra da olmayacaq. Bir sözlə, yenə də pafos, yenə də populizmdən uzaq get məyən lovgalıqlar. Bu gün heç bir mahiyyət kəsb etməyən aksiyaların nədən qaynaqlanmasını xatırlasaq, bir daha bəlli olacaq ki, ötən icazəsiz aksiyada qolu zədələnmiş Gözəl Bayramlının qolunun burxulmasına, qızların yubka-koftalarını başlarına çəkib, həmin əməllərini hüquq-mühafizə orqanları işçilərinin əməlləri kimi təqdim etmələrinə ehtiyac qalmır. Yəni mahiyyət etibarilə aksiyaların keçirilməsinə şərt, lüzum yoxdur. Deyirlər ki, parlament buraxılsın. Axı niyə parlament bunların ucuz təfəkkürlərinə görə buraxılmalıdır? Nədi, nədi Gülər Əhmədova kimi dələduzun fırıldaqları faş olub, videoçarx yayımlanıb və həmin videoçarxın yayılması parlamentin legitimliyini "şübhə" altına alıb. Məzəniz olsun.... Adama deyərlər ki, AXC-Müsavat hakimiyyəti dövründə parlamentdə oturan saqqallı, ağızlarından nəşə-siqaret düşməyən deputatlarınızın hamısı bir cənnətdən qçmış "mələk"imişlər, xəbərimiz olmayıb. Millətin də başına ip salıb oynadanda bundan xəbəri-filanı olmayıb. Elə ki, hakimiyyətdən getdiniz, hər şey döndü oldu qeyri-legitim? Məgər hər hansı fərdin cinayət əməlini bu gün legitim parlamentdə oturan deputatların üzərinə yıxmaq ədələtlilik rəmzidirmi? Təbiidoğru deyil düşüncə tərzi. Bu, sadəcə, fürsətdən istifadə edib, aranı qarışdırmaq, ajiotaj yaratmaq və dədə-baba dili ilə desək, boş haray şüvənlikdən başqa heç nə də deyil. Yenə 5-3 manata satın alınan bir qrup gənci qabağa verib özləri evdə qarşılarında kofe, ləbləbi küçədə baş verəcəklərin “nəticə”sini gözləyəcəklər. Əlüstü qrant ayıran mərkəzlərə ötürmək üçün 105-ni də üstünə qoyacaqlar.

Kimdən: molla nəsrəddin Haradan: azepolisdən
09.12.2012 19:46
raziyam polisin başına gətirilən qanunsuzluq heç bir orqanda yoxdur. belədəki millətin üçündən biri polisdi.

Kimdən: asad Haradan: Baki
09.12.2012 13:46
Birincisi bu daş binanin qabağında süpürgəçidən vəqarolçudan başqa heç kim olmayacaq,orada piketi kimin üçün keçirirlər və tələblərini kimə verəcəklər? İkinci ay hakimiyyət yəni siz bu qədər qorxaqsınız ki, bu Azadlıq istiyənləri daş binala danışmağa qoymursunuz.Əgər TV üçün qorxursunuz ora əsgər düzün.Niyə imkan verirsiniz Sizi provokasiyaya çəkirlər,icazə verin 1 saat qışqırsinlar,yorulub gedəcəklər evlərinə.Məncə bunda ötəri hay kü qoparmaq özü zəiflikdir.Onsuzda bu hakimiyyət gözəl bilir ki, nəvaxt isə bu kürsünü kimə isə verməlidir.Bundan ötürü cavan uşaqları döymək,asvaltda süründürmək kişilikdən deyil.Ay DİN sən get xalqı qarət edən, insanları oğruturan,narkotik alverini idarə edən,insan alverilə məşqul olanları tap.Bir sözlə öz işinlə məşqul ol.Erməni ana vətənində at oynadır Sən beş kişini asvaltda süründürürsə, tutub qadının qolunu burursa.Utanım boyunçun.

Kimdən: Cindar Haradan: Baki
09.12.2012 10:57
Bəzi adamlar “dahidir”. Elə fikirləşirlər ki, bazar günü Milli Məclis işləyir və deputatlar hətta bazar günü xalqa vəkillik edirlər. Anlaya bilmirik ki, içərisi boş olan MM-nin nəyini piket edirlər və kimi piket edirlər?
Heç olmasa desinlər ki, MM qabağında gəzməyə çıxırıq. Piket sözü Vallah gülməli çıxır.
Nə verəcək? Nəyi göstərəcək? Daha kimin kim olduğunu bilən xalqım anlayır ki, bir dəstə fərd düşüb ortaya Respublikamızda stabilliyi pozmaq, erməni qardaşlarına və Azərbaycana düşmən olan başqa qüvvələrə şərait yaratsınlar ki, ölkəmiz yenidən 1992-93-cü illərin faciələrini yaşasın.
Düzdür bəzi yüksək dövlət məmurları xalqı boğaza yığıb, açıq şəkildə dövlətçiliyimizi dağıtmaqdadırlar, dərinə getsək bu piketi keçirənlərlə əlaqəlidirlər və piketçilər onların zakazını yerinə yetirirlər, bununla belə yenə də stabilliyin olması məqsədə uyğundur, çünki indi xalqımız kimin nə qələt etdiyini və hara xidmət etdiyini bilir. Bir məsələ aydındır: piketçiləri təşkil edib dağıtmaqla yüksək dövlət məmurları öz vacibliklərini göstərmək istəyirlər ki, bizik xalqın qabağın saxlayan, bizsiz Prezident batar. Bu metod iqtidara əla təzyiq vasitəsidir. Nəticədə, xalqı açıqca soyan məmurlar yenə də öz kreslolarında otururlar.
Azərbaycan xalqının başına gələn bütün bəlalar elə onlardandır. Baxın görün piket keçirənlər bir kəlmə Təhsil, DİN, Prokurorluq və başqa idarələrin korrupsiyanerlərinə qarşı güldən ağır söz deyirlər. Qışqırıqları ilə başları ağramasın deyə bazar günü piket keçirirlər.
Əgər xalqı doğrudan istəyirlərsə, qoy gedib adi günlərdə başıbəla məmurların idarələri qarşısında piket keçirtsinlər! İnanmıram etsinlər. Çünki öz adamlarıdır. Odur ki, bakılı diliylə desək: Gedin özünüzə! Daha aldanan deyilik.
Cavab

Kimdən: azeri-turku Haradan: Azerbaycan
09.12.2012 21:48
senin prezidentin o yuksek dovlet memurlarin illerle ohtesinen gele bilmirse getsin istefaya...biz xalqa zeif bide burnunan o yani gore bilmeyen prezident lazim deyil... sen etibar etdiyin bu hokumet bashdan ayaga rushvet batagligindadir hemchinin parlamentde oturanlar...cunki bu sistem kokunen bele qurulubdur bunuda deyishmek mumkun deyil cunki bunlar hamisi zencirvari bir-birlerinen baglidilar herterefli ona gorede bunlari ancaq kokunden atib tullamaq lazimdir ve artiq bu sistem churuyubdur bu churumus ve bir koku qalmish dishe benzeyir cekib atmaq lazimdirki keskin irinleme vermesin ve insanlarin cani bu cinayetkerlerden azad olunsun...ve senin kimi cin darlar guyruq bulandirmasin ortalixlarda .

Kimdən: Yunus Paşa Haradan: Bakı
08.12.2012 21:21
Sayın bəylər, sözümü qəribçiliyə salmayın,görəsən Azərbaycanda polisdən hüquqsuz dövlət quluqçusu varmı?

Oxuyan gərək...