Bazar ertəsi, Oktyabr 20, 2014 Bakı vaxtı 14:38

Siyasət

Ramiz Mehdiyevlə Elşad Abdullayevin söz dueli

Ramiz MehdiyevRamiz Mehdiyev
x
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Bunu da oxu

«Sona qədər istintaqa kömək edəcəm»

«Bəzi mətbuat vasitələrində əleyhimə yazılar gedir. Bunların hamısı yalandır. Mən heç vaxt ölkədən qaçmaram. Bəzi qüvvələr belə məlumatları yaymaqla istintaqa təzyiq etmək, mənim 16 illik ictimai-siyasi fəaliyyətimə xələl gətirmək istəyirlər».
-
«Elşad Abdullayevin cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır, onun özünü də bir alət kimi istifadə edirlər».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dekabrın 7-də APA-ya verdiyi açıqlamasında belə deyilir.

Administrasiya rəhbəri Elşad Abdullayevin müxalifət mətbuatında dərc olunan son yazısını növbəti cəfəngiyat adlandırıb:

«Görünür, bu adam uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub».

«ELŞAD ABDULLAYEV... KİMDİR Kİ, MƏN ONUNLA BELƏ BİR MƏSƏLƏNİ MÜZAKİRƏ EDİM»

Ramiz Mehdiyev deputatlığa görə Elşad Abdullayevin onunla görüşməsini və digər məsələlərin də yalan olduğunu deyib.

«Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik. Onun cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb» - deyə açıqlamada bildirilir.

«SIZ DEPUTATLIĞINIZDAN KÖNÜLLÜ İMTİNA ETMƏLİSİNİZ»
Elşad AbdullayevElşad Abdullayev
x
Elşad Abdullayev
Elşad Abdullayev

Dekabrın 7-də «Azadlıq» qəzetində dərc olunan məqaləsində Elşad Abdullayev qeyd edir ki, 2005-ci ilin oktyabrında rəsmən deputat elan olunsa da, Ramiz Mehdiyevin təzyiqlərindən sonra deputatlığını geri götürüb:

«Mənə bildirdilər ki, ABŞ səfirliyi bizdən tələb edir ki, (ABŞ səfirliyi bu faktı təsdiq etmədi - red.) Müsavat Partiyasından ya İsa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir. Siz bizim adamsınız, biz İsa Qəmbəri parlamentə buraxa bilmərik, Nərimanov rayonundan Adil Əliyevlə namizəd düşüb, lakin Arzu Səmədbəyli Sizinlə düşüb, bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlığınızdan könüllü imtina etməlisiniz».

Elşad Abdullayev bu təklifdən imtina edərək məhkəməyə müraciət etdiyini yazır. Daha sonra adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin təzyiqi ilə namizədliyinin ləğv olunduğunu bildirir.

DEPUTATLIĞA İKİNCİ CƏHDDƏ ELŞAD ABDULLAYEV KİMİNLƏ GÖRÜŞÜB?

Sabiq rektor ikinci dəfə boş qalmış yerə namizədliyini verəndə, ondan məhkəmə iddialarının geri götürməyi tələb ediblər:

«Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, deputat keçərəmsə, məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı».

Elşad Abdullayev iddia edir ki, o, Ramiz Mehdiyevin yanından çıxanda Gülər Əhmədova və Sevinc Babayeva ilə rastlaşıb:

«Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmü? Mən çox təəccübləndim. Bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram?! Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə etməlisən, əks-təqdirdə yenə də qutuda qalacaqsan».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: obivatel
09.12.2012 12:27
gorasan elshad abdullayevi ramiz mehdiyeva tapshiran va gorushduran o nufuzlu adam kimdir? nadansa bunu arashdiran yoxdur...

Kimdən: Aydin Haradan: Şəki
08.12.2012 23:00
Əşi, bunlar hamısı oyundur, 2013 seçkilərinə qədər davam edəcək, camaatın başını aldatmaq üçündür, xalqı aldatmaq üçün, xalqın diqqətini əsas problemlərdən yayındırmaq üçündür. Yəni camat ağır sosial durumuna (məsələn, Ermənistanda 18 yaşına qədər hər uşağa verilən pul, bizdə orta maaşdır, uşalara da hökumət dirsək göstərir) diqqət yetirmək əvəzinə, oturub gözləyir ki, Elşad Abdullayev sabah nə deyəcək?! Əşi, başını buraxın bu işlərin, Elşad bilər, Ramiz bilər, bizə nə dəxli! Gəlin özümüzdən danışaq, içimizdə İlham əliyevin dediyi orta maaşı -360 manatı kim alır? Niyə Azərbaycanda hər şey qonşu respublikalardan azı 2 dəfə bahadır?

Kimdən: Murad Haradan: Erdebil
08.12.2012 21:28
Elə Elşad da onların tayıdır. Amma onun bir xidməti danılmazdır: Azərbaycanda saxta parlamenti ifşa etdi!!! Hamının bildiyini faktla onların dililə sübut etdi.

Kimdən: Vuqar Antiyap Haradan: Moskva
08.12.2012 21:24
Bu hakimyyeti,yalniz inqlab yixa biler ve bu yolda xalqima ugurlar dileyirem!!!!

Kimdən: Ayaz Haradan: Baki
08.12.2012 20:57
Ramiz Mehdiyev iki kelme sözu ile saxta akademik oldugunu bir daha tesdiq etdi.Dogurdanda sizin kimin saxta insanlar (YAP) da minlerledir.Bu insan sade etika qaydalarini da bilmir,agzina qeleni danishir,tessufler olsun ki,yuksek vezife sahibidir.(Ramiz.M.sözleri Elshad.A.Yaxsi olardi,desin ki,hansi nifuzlu sexishden defelerle yalvar-yaxar edenden sonra bir-iki deqiqelik qebuluma dushub ola bilsin Quler Ehmedovadan) Bes onda sade ve kasib Azerbaycan vetendashi haqqini ve derdini demek ucun kime ve nece desin.Ramiz.M.bir daha tesdiq etdi ki,xalqla indi ki, iqtidar arasinda neqeder derin ucrumlar var,deyin qörek xalqin ve dövletin emlakini talayanlar ne vaxtdan hörmetli ve nifuzlu olublar.Ramiz.M.özunu ele aparir ki,quya bilmir ki,prezident aparati rushvet yuvasidir.
Cavab

Kimdən: qədeş Haradan: Çita
09.12.2012 07:41
Sən də elə bu millətin birisən ,hələ başa düşmək istəmirsənki bunlar kimdirlər,normal insan 20 il əvvəldən bilirki bunlar insan cildinə ğirmis şeytanlardır. Yox bir o orada oturub ,ki sənin dərdinə qulaq assın,avam insanlar.
Ğörmürsən maşınları küçədən keçəndədə 500 metrədən yaxın maşında buraxmırlar.
Səndən fərqli olaraq o bilir kimdir?
Çünki normal əməl sahibi insanlardan qorxmaz.

Kimdən: Hesen MQ
08.12.2012 16:58
Elchibeyin yadigari AXC ve MUSAVATdir.Arzu bey ise onun esgeridir.Eslinde muxalifetde intiriqa yaradanlarin dedesi Ramizin ozudur.Elsad Ramizi ele tentidib ki,muxalifetin derdini cekir.Amma guya chekir.

Kimdən: Vetenperver Haradan: vetenden
08.12.2012 14:36
Ramiz Mehtiyev eslinde oz cixshi ile Azerbaycanda yalniz qanli inqlab yolu qaldiqini bir daha subut etdi!
Eziz qardashlar bacilar - gelin birleshek.......yoxsa gelecek evledmerimizin qarshisinda hec kim ozunu temize cixara bilmeyecek!
Bestir bizi bu cinayetkar , oqru , milletin geleceyini dushunulmush shekilde mehv eden , anti milli destede olan YAPcilardan idare etdi!
Allah bize icimizde olan qorxu hissini boqmaqda komek olsun!
Inshallah biz bunu bacaracaqiq!

Kimdən: inqilab
08.12.2012 12:20
Görəsən Azərbaycanda İnqilab olanda Ramiz Mehdiyev və İlham Əliyev hara qaçacaq? Mən bilən İlham Fransaya, çünki ora yaman isti münasibətlər qurub Ramiz də yəqin Rusiyaya.
Cavab

Kimdən: letife Haradan: salyandan
08.12.2012 16:47
Ne ferqi var hara qachacaqlar? onlarin Azerbaycana vurduglari ziyandan sonra ne ferq eder hara qachacaqlari? Allah burunlarindan getirsin bu milletden yigdiglarini!!! Chox sevinirem ki, hara da qachsalar cehenneme dushecekler!!!
Cavab

Kimdən: memmed Haradan: gence
28.12.2012 18:44
salam eziz Azerbaycanli qardas, bacilarim, Allah (c c) Quranin Enam suresinin 123 cu ayesinde buyurur- Belelike her bir olkede oranin gunahkarlarini bascilar teyin etdik ki, onlar orada (mumkun qeder) yaramaz isler gorsunler. Halbuki onlar o yaramaz isleri ozlerine qarsi edirler ve bunuda hiss etmirler. indi size aydin oldumu, Allah (c c) milletimi dogru yola yoneltsin. Amin

Kimdən: Səid Şirvanskiy
08.12.2012 11:09
Adama deyərlər soğan yeməmisən için niyə göynəyir? Ramiz Mehdiyev artıq lap küncə sıxışdırılıb. Bu adamın özü və ətrafı rüşvət, korrupsiya çirkabına batdıqlarından artıq iy verib iylənməyə başlayıblar. Dünənə kimi Elşad Abdullayevlə görüşməsi barədə olanları heç dilinə belə gətirmirdi. Elşad Abdullayev təzyiq etdikcə yəqin bundan sonra o hələ çox şeylərdən danışaraq özünü batdığı zibildən təmizləməyə çalışacaq. Amma mənasz və prespektivsiz bir işdir. Çünki kim və hansı əməllərin sahibi olmağınız millətə gün kimi aydındır. Bu millət çox yaxınlarda "Nyurinberq" məhkəməsinin şahidi olacaq.

Kimdən: Filankes
08.12.2012 03:02
Ramiz M. boynundan ata bilmezdi ki,Elshad Abdullayevle gorushmeyib cunki prezident aparatina her girenin adi qebul jurnalinda qeyde alinir cunki prezident aparati Karvansaray deyil axi ureyi isteyen girsin cixsin))))))))ona gore mecbur oldu desin ki gelmisdhi gorushduk yoxsa yalani uze cixar sora Qoca yashinda lap rusvay olar)))))..amma ki, firladmaqa calishdi guya bashqa sohbet edibler))))))
Səhifə (2)
    Növbəti 

Oxuyan gərək...