Bazar ertəsi, Dekabr 22, 2014 Bakı vaxtı 01:27

Verilişlər / Korrupsiometr

Elşad Abdullayev parlamentdən məhkəməyə keçir

Arxiv foto: Elşad AbdullayevArxiv foto: Elşad Abdullayev
x
Arxiv foto: Elşad Abdullayev
Arxiv foto: Elşad Abdullayev
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq” qəzetinə yeni gizli video çəkiliş göndərib. Artıq sosial şəbəkələrdə də yayılmış videoda o zaman Bakıda Nərimanov rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayev olduğu iddia olunan şəxslə Elşad Abdullayevin görüşü əks olunur.

Amma hələlik Hacı Ağababa Babayevin bu iddia ilə bağlı hər hansı reaksiyasını öyrənmək mümkün olmayıb.

2007-ci ildə çəkildiyi iddia olunan videoda hakim kimi təqdim edilən adamın Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasına kömək etməsindən söhbət gedir.

Elşad Abdullayev bundan əvvəl də qardaşının oğurlanması və onun tapılması üçün yüksək vəzifəli dövlət rəsmilərinə rüşvət verməsindən bəhs edən videolar yayıb.

Hazırda Fransada mühacirətdə yaşayan keçmiş rektorun ən məşhur videosu isə bu il sentyabrın sonunda millət vəkili Gülər Əhmədova olduğunu dediyi qadınla söhbətin videoyazısıdır.

Elşad Abdullayevin deputat seçilməsi üçün Gülər Əhmədovanın ondan külli miqdarda rüşvət tələb etdiyi iddia olunan bu videonu xanım millət vəkili montaj adlandırdı. Sonra da deputat mandatından imtina etdi. Hazırda həmin qalmaqalla bağlı da istintaq aparılır.

AĞABABA BABAYEV İSTİNTAQA İFADƏ VERİB

Videogörüntüsü yayılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev isə APA-ya açıqlamasında E.Abdullayevin onu şantaj etdiyini bildirib:

«Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işi ilə bağlı ifadə vermişəm. İfadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm».

Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir:

«Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub nədir, bilmirəm».

A.Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib:

«Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. İşə də getmirəm».
 
DAXİLİ İŞLƏR NAZİRLİYİ: «BUNLAR BİZƏ MƏLUM QÜVVƏLƏRİN OYUNUDUR»

Daxili İşlər Nazirliyi Elşad Abdullayevin yaydığı sonuncu videogörüntüdə nazir Ramil Usubov və onun müavini Vilayət Eyvazovun adlarının hallanmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, Vilayət Eyvazov vətəninə, xalqına son dərəcə bağlı, şərəfini hər şeydən üstün tutan ləyaqətli və peşəkar polis generallarından biridir:

«Kimin nə deyib-deməməsindən, hansı nağılı danışıb-danışmamasından asılı olmayaraq, heç kəs onunla hər hansı qanunsuz məsələlərlə bağlı «bazarlıq yapmağa» cəsarət belə edə bilməz. Bir daha bildirirəm ki, bunlar hamısı cəfəngiyatdır və bizə məlum qüvvələrin oyunudur. Hansı məntiqə sığa bilər ki, kimsə iki il, üç il məhkəmənin qərarı olmadan haradasa saxlanılsın, heç kim də bundan xəbər tutmasın? Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq. Bildiyiniz kimi, cənab prezidentin göstərişi ilə Baş Prokurorluqda müstəqil İstintaq Komissiyası yaradılıb və heç şübhəsiz ki, komissiya bu məsələlərə aydınlıq gətirəcək və öz sözünü deyəcək».

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Naile Haradan: Baki
15.12.2012 20:00
Dogrudurmu ki , son goruntulerden sonra R.Mehdiyev istefa verdi?

Kimdən: nazim Haradan: baki
01.12.2012 14:59
TASSUF BIZDA ISTEHFA MADANIYYATI YOXDUR....

Kimdən: olo Haradan: ordan
28.11.2012 12:02
Elshad Abdullayevdə onlar kimi rüşvətxorun yekəsidir. Hardan qazanıb o milyonları? rektor işləyib, rüşvət alanda hakimiyyət yaxşı idi, indi pis? Prosto aldığı pulları düzgün bölməyib, kiminsə haqqına girib. İndi də burnundan tökürlər. Haqq-ədalət axtarır indi. Birinci onun özünü tutmaq lazımdır.

Kimdən: Azad Haradan: Istanbul
23.11.2012 22:04
Men bu cinayetkar YAPcilara onlarin nokerlerine her sheyini itirmishlere hec ne demeyecem!
Menim sozum Elshad Abdullayevedi- her sheyi acin qoyun ortaya , elinizde olan butun videolari gosterin bu camaata !
Onsuzda bu qeder vaxtda her sheyi bile-bile gizletdiniz ve bu cinayetkar hakimiyyetin omrunu uzatdiniz .
Bunlari acmasaniz tarix sizi baqishlamayacaq!
Besdir bu yaziq xalqi mehv edenleri qorudunuz!
Shansinizi duzgun qiymeledirin!
Bu sade insanlar her sheyi bilsinler , belke onda ayaqa qalxdiq !
Elshad bey men sizi vicdaninizla bash - basha buraxiram!
Allah size insaf versin neheyet her sheyi butun cilpaqliqi ile acasiniz.
Allah bizi belalardan qorusun!
Cavab

Kimdən: sevinc Haradan: baki
24.11.2012 22:26
Leyla Yunus demishken, kuceden kecen her bir kes bilir ki Azerbaycanda neler bash verir. Guya Elshad Abdullayevin videolari xalqi ayildacaq? Xalq her sheyi bilir ve xalq her sheye dozur. Cunki biz dozumlu xalqiq. Hec kim de hec yere qalxan deyil. Yalniz ustdeki qonshuya qalxa bilerik, bashimiza su tokseler, vessalam!
Cavab

Kimdən: NAZİM
09.12.2012 20:11
son cumleni yuksek qiymetlendirirem. UStu qonshu vezifeli ve ya qudurgan adam olarsa qalxa da bilmerik.

Kimdən: Zebani Haradan: Cehennem
22.11.2012 20:37
Bunlar nə həyasız adamlardı, at kimi adamın üzünə dururlar, bu qədərdə montaj olar?))). Hansısa rüşvətxor məmurun video görüntüsü çıxan kimi, gah biri insulit keçirir, gah birinin ayağı tutulur, gahda nə isə olur :))

Kimdən: Meqa Haradan: Shimaldan
22.11.2012 18:20
Abdullayevlerin,Agabanin,Insanovun ve bunlar kimilerin sag eli qalanlarin bashina.Hay hay ile gelenler vay vay ile gederler.

Kimdən: Veten dashi Haradan: VETEN
21.11.2012 02:21
Elashad mellim evvel qanunverici ve icraedici orqanlari bir sapanda vurdu(icraedici oraqan rushvet alib ozune serf eden qanunverici orqan yaradir).indi ise dovletin 3-cu sutunun da pultla idare olunduqunu ve rushvetsiz otushmediyini subuta yetirdi.butun bunlara baxmayaraq hakimiyyet temkinini pozmur-BIZ BELE ISHLEYIRIK VE XALQIMIZ DA BUNU BEYENIR

Kimdən: Rasim Haradan: buralardan
19.11.2012 20:07
Hech gor bu meselelere gore bir "hokumet" ishchisinin burnu qanayir, bir nefer cezalandirilir, hech olmasa goruntu uchun?!

Kimdən: Sebine Haradan: UA
19.11.2012 13:36
Bu leqallasdirilmis bazarin metbexini seyr etdikce, ureyimiz bulanir.Bir il erzinde ayda bir defe bele video cekilisler numayis etdirilse,belke ifsa xofu rusvetxorlugu azaldar.Amma yox ede bilmez. Cunki bu, bir neferin gucu catan is deyil.

Kimdən: Ilqar Haradan: BAK
19.11.2012 09:22
Ramil Usubov deyir ki. bizə məlum qüvvələrin oyunudur bəs onda nə dayanıb niyə hərəkətə keçmir niyə xalqa bəyan eləmir. Bəs bu necə nazirdir öhdəsindən gələ bilmirsə niyə istefa vermir. Kənardan təmkinlə məmurları danışıqlarını verdiyi çıxışları izləsən bunları ağıllı bilib bu posta qoyublar görəsən bu dövlətdə dəlilər nə gündədir)))))
Səhifə (3)
    Növbəti