Bazar, May 19, 2013 Bakı vaxtı 01:23

Siyasət

«Mükafatı həyatını riskə qoyan jurnalistlərin adından qəbul edirəm»

ABŞ-ın Xarici Yayım Xidmətindən Lesley Stahl jurnalist Xədicə İsmayılla bağlı danışır
ABŞ-ın Xarici Yayım Xidmətindən Lesley Stahl jurnalist Xədicə İsmayılla bağlı danışır

Əlaqədar yazılar

Baku Crystal Hall-un sirləri

Sənədlərə görə “Baku Crystal Hall”un inşasında iştirak edən şirkətlərdən birinin Azərbaycanın birinci ailəsi ilə bağlılığı var. Bu, OCCRP və AzadlıqRadiosunun yeni araşdırması zamanı meydana çıxıb.

Video Qızıl mədənlərində Əliyevlərin payı

Hökumətin yataqları güzəştli şərtlərlə verdiyi xarici şirkətlərin kökü Panamaya, Leyla və Arzu Əliyevaların adına olan ofşor qurumlara çıxır.

"Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

AzadlıqRadiosunun əldə etdiyi sənədlər bunu göstərir.
Şriftin ölçüsünü dəyiş - +
-

AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılova «Jurnalizm cəsarəti-2012» mükafatına layiq görülüb. Beynəlxalq Qadın Media fondunun (IWMF) təsis etdiyi mükafat oktyabrın 24-də New Yorkda təqdim olunur. Xədicə İsmayılova mükafatı aldıqdan sonra AzadlıqRadiosuna müsahibə verib:

 
- Beynəlxalq Qadın Media fondu Birləşmiş Ştatlarda ən böyük təşkilatlardan biridir. Bu təşkilatın verdiyi mükafat mənim işimə verilən çox böyük qiymətdir. Mən bu mükafatı alarkən də orada qeyd etdim ki, bu mükafatı tək öz adımdan deyil, Azərbaycanda araşdırma jurnalistikası ilə məşğul olan, çətin mövzulara toxunan, həyatını, sağlamlığını riskə qoyan jurnalistlərin adından qəbul edirəm. Mərasimə jurnalistlərdən biri – Efiopiyalı qadın jurnalist gələ bilməmişdi, çünki o indi həbsdədir. Dünyanın bir çox ölkəsində jurnalistlərin rahat işləməsi üçün şərait yoxdur. Birləşmiş Ştatlarda jurnalistlər daha rahat şəraitdə işləyirlər və bu çox əlamətdardır ki, Birləşmiş Ştatlarda çalışan jurnalistlər başqa ölkələrdə olan jurnalistlərin problemləri haqqında düşünürlər və onların problemlərinin həllinə çalışırlar. Əslində bu mükafat da o məqsədlə verilir ki, öz cəsarətli jurnalistika işlərinə görə hökumətləri və yaxud hər hansı maraq qrupları tərəfindən təzyiqlərə məruz qalan adamlara dünyanın diqqətini cəlb etsinlər. IWMF - Beynəlxalq Media Qadın fondu bu sahədə xüsusi iş təcrübəsinə malikdir. Təşkilatın bütün yaradıcıları və idarə heyətində olan insanlar Amerikanın və dünyanın ən tanınmış jurnalistləridir. Yəni jurnalistika sahəsində ən ünlü isimlər orada idi. Cristian Amanpoor həmin mükafat mərasiminin aparıcısı idi. Mənə mükafatı təqdim edən Leslie Stahl uzun illər CBS telekanalinda «60 dəqiqə» verilişinin aparıcısı olub.
 
- Sizcə bu cür mükafatlar Azərbaycanda jurnalisti təhlükədən sığortalaya bilirmi, hansı köməyi və ya dəstəyi olur?
 
- Mənə burada da belə sual verdilər, soruşdular ki, bu sənə yardım edəcəkmi. Həqiqətən də belədir. Yəni dünyanın diqqətini təzyiqlərə məruz qalan jurnalistlərə yönəltməklə onlar məhz ona nail olmaq istəyirlər ki, bu jurnalistlərə bundan sonra təzyiq göstərmək hökumətlər və ya başqa maraq qrupları üçün bir qədər çətinləşsin. Bu baxımdan bu mükafatın rolu böyükdür. Bu həm də bizim haqqında yazdığımız məsələlərə dünyanın diqqətini cəlb etməkdir.
 
Qaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılovaQaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılova
x
Qaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılova
Qaliblər: (Soldan) Pakistanlı jurnalist Asmaa al-Ghoul, Efiopiyadan olan və hazırda həbsdə olan jurnalist Reeyot Alemu-nun adına onun mükafatı qəbul edən dostu, Pakistandan olan redaktor və bloqqer Zubeida Mustafa və Azərbaycandan Xədicə İsmayılova
- Sizə bu mükafatı konkret nəyə görə verdilər, diqqət hansı məsələyə yönəldi?
 
- Leslie Stahl mükafatı mənə təqdim edəndə korrupsiya araşdırmaları barədə danışdı. Biz zatən yazıları yazarkən ictimaiyyətin diqqətini bu problemlərə cəlb etməyə çalışırıq. Bu mükafat təqdim olunanda da yenidən dünyanın diqqəti bu məsələlərə yönəlir. Jurnalistlər, xüsusilə gənc jurnalistlər xəyal qırıqlığına uğrayırlar ki, biz yazı yazırıq, amma bunun ardınca hökumətlər araşdırma aparmır, məsələn, elə deyək ki, bizim araşdırmalarımızın nəticəsində prokurorluq cinayət işləri açmır, cinayətlər araşdırılmır, heç kim cəzasına çatdırılmır. Bu cür mükafatlar da ona yönəlib ki, o ölkələrdəki ki, jurnalistlər öz işlərini görürlər, amma gözlənilən effektə nail olmurlar, dünyanın diqqətini bu məsələlərə bir daha yönəltsinlər.

- Mükafatı alan zaman çıxışınızda əsasən hansı məqamlara toxunduz?
 
- Bu mükafatlar peşəkarlar tərəfindən müəyyənləşdirilir və təşkilata təqdim olunur. Təşkilatın idarə heyəti də digərlərindən fərqli olaraq jurnalistlərdir. Öz həmkarların tərəfindən mükafatlandırılmaq çox böyük uğurdur. Təqdimatda onu da qeyd etdim ki, bizim ölkənin problemlərinə qarşı həm də diplomatların daha diqqətli olması vacibdir. Bəzən təkcə jurnalistlərin danışmasına yox, həm də diplomatların, siyasətçilərin  danışmasına ehtiyac var və onlardan bu addımlar gözlənilir. «Ərəb baharı» göstərdi ki, indiyə kimi Birləşmiş Ştatların stabillik uğrunda rejimlərlə münasibətləri qoruyub saxlamaq cəhdləri - bu siyasət uğursuzluğa uğradı. İndi Suriyada baş verənlər də, bundan əvvəl başqa Ərəb ölkələrində baş verən hadisələr də göstərdi ki, bu siyasət doğru olmayıb. Mən bu barədə də danışdım. Məqsəd təkcə Azərbaycandakı problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq deyil, həm də dünya ictimaiyyətinin diqqətini bu problemləri yaradan, jurnalistlərə təzyiq edən rejimlərlə münasibətlərə çəkməkdir. Mən çalışdım ki, bu mükafat mərasimində Amerika mediasının bu mərasimə diqqətindən istifadə edərək bu mesajı çatdırım. Çalışdır ki, Birləşmiş Ştatların stabillik xətrinə avtokratik rejimlərlə münasibətləri məsələsi bir daha gündəmə gəlsin.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mübariz Haradan: Almaniya
26.10.2012 17:59
Azadlıq/Radiosu-nun emekdaşı Xedicə İsmayılovanı tebrik edirem ishinde ve gelecek fealiyyetlerinde uğurlar arzulayıram.

Kimdən: Azad Haradan: Baki
26.10.2012 00:26
Xedice xanim. Azerbaijan xalqi Sizinle fexr edir. Siz bu hokumetin guc strukturlarinin size qarshi teshkil etdiyi chirkin provokasiyadan qalib chixdiniz. Vaxt gelecek bu ishi teskil etmish shexsler mehkeme qarshisinda cavab verecek. Siz ise bu dovrun fedakar shexsiyeti kimi tarixe dusheceksiniz

Kimdən: lilit
25.10.2012 19:24
cox boyuk ugurdur dogurdan men mat kaldim gizletmeyejem
ama hem yari fars olan amanpoor hanim , hem de vurgunu oldugum Lesley Stahl her 2 sinin bir nece problematik olkelerin 1 ci sexsleri ile cox nefes dermeden gulag asajak kadar reportajlari var
Amanpoorun Ahmadi Nijat, kaddafi ile
Stahlin Yeltsinle ( men utandim o reportajda yeltsinin ozunu aparma terzine onun evezine) ilahir yani
ama Hadice hanim olkenin icinde o boyda international tutullari olan, "democratic" olkenin hec bir 1-5 ci adamini mikrafon garssisina getire bilmedi
bu dehsetli derejede suretlle inkisafda olan "elita" anjak bigli Gusmana, kecelliyini gizletib de yaltag jurnalist uslubunu gozumuze soxan rus jurnalistlerinden esigemediler ne yaziklar; ama Hadice hanim yolu acdi daha, cox baha giymete butun olke sessiz galirken

Kimdən: demadim Haradan: SSRI
25.10.2012 13:55
Xadica xaninmin Azarbaycan va dunya azad fikir harakati ucun etdiyini layiqinca qiymatlandira bilacak mukafat movcud deyil. Tabrik ediram!! Manim hec vaxt yadimdan cixmaz. Prezidentimiz Ilham Aliyev Xadica xanimi isdan cixartdirmaq, lakalamak ucun ABS-in safirina ondan sikayat edir. Tassavur edirsiz oz olkasinin vatandasinin sasini bogmaq, onu lakalamak ucun olka bascisi xarici olkanin dovlat. Ilham muallim haqiqatanda analoqu olmayan olka yaradib. Gorasan Ilham muallim bilirmi ki, o oz olka vatandaslarinin qeydina qalmaq va onlari mudafiya etmak ucun and icib. Balka o fikirlasir ki, prezidentlik arkoyun usaqlar ucun yaradilmis kompyuter oyunudu. Butun bunlara baxmayaraq man Xadica xanimdan xahis edardim ki, o oz vatanini dahada cox sevsin an aziindan ona goraki, bu olkada onu basa dusan va qiymatlandiran insanlar var va onu bela istedadli edan onun damarlarindan axan asil azarbaycanli qanidi.