çərşənbə axşamı, Sentyabr 30, 2014 Bakı vaxtı 20:50

Siyasət

Daha bir gizli video yayıldı [VIDEO]

Daha bir gizli video yayıldı

x
Daha bir gizli video yayıldıi
|| 0:00:00
X
22.10.2012
Hazırda Fransada yaşayan Elşad Abdullayevin çəkdiyi ehtimal olunan yeni videoda Araz adlı şəxsi rüşvətlə Daxili İşlər Nazirliyinə işə düzəlməkdən və Elşad Abdullayevin itkin düşmüş qardaşının harda saxlanmasından söhbət gedir.

Daha bir gizli video yayıldı

-

Həftəsonu Azərbaycan intenet məkanında nöbvəti gizli video yayıldı. Bu videonun da sabiq rektor, hazırda Fransada yaşayan Elşad Abdullayevin çəkdiyi ehtimal olunur. «Gülər Əhmədova» videosunda olduğu kimi, Elşad Abdullayev yenə də 2 nəfərlə söhbət edir. Lakin bu dəfə söhbət Daxili İşlər Nazirliyi haqqında gedir.
 
Videodan belə nəticə çıxartmaq olar ki, Elşad Abdullayev ilə söhbət edən şəxs Daxili İşlər nazirliyinin 7-ci şöbəsinin əməkdaşıdır. Hər halda, həmin şəxs özünü belə təqdim edir və hər şeydən göründüyü kimi, videoya çəkildiyini bilmir. 
 
13 DƏQİQƏLİK SÖHBƏTDƏ MÜXTƏLİF EPİZODLAR TƏSVİR OLUNUR

 
Diqqət çəkən məqamlardan biri də, Araz adlı şəxsin Daxili İşlər Nazirliyində rüşvətlə işə düzəlmək istəməsi ilə bağlıdır.
 
Gizli videodakı söhbətdə nazir də daxil olmaqla, daxili işlər nazirliyinin yüksək rütbəli şəxslərinin adları çəkilir.
 
Yeni «gizli video» əhavalatında onun məzmunu ilə yanaşı, videonun yayılması tarixi də diqqəti cəlb edir. Belə ki, «Azadlıq» qəzetində yeni videonu anons edən Elşad Abdullayev və özünü onun nümayəndəsi kimi təqdim edən vəkil Adil İsmayılov, sonradan fikirlərini dəyişərək gizli görüntülərin yayılmasının təxirə salınmağını xahiş ediblər.
 
Buna baxmayaraq, video YouTube portalına çıxarılıb. Onu dərc edən şəxs, mühacir bloqqer Həbib Müntəzir bu addımını izah etməkdən boyun qaçırır. Bilinmir ki, görüntüləri Elşad Əliyevin özündən və ya başqasından əldə edib və onun yayılmasına Elşad Abdullayevin özündən razılıq alıb, ya yox.
 
Videoda Elşad Abdullayevin 2003-cü ildə oğurlandığını iddia etdiyi qardaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirmək istəməsindən söhbət gedir. Mahir Abdullayev itkin düşənə qədər Milli Təhlükəsizlik Nazirliyində çalışıb.

Elşad AbdullayevElşad Abdullayev
x
Elşad Abdullayev
Elşad Abdullayev
Daxili İşlər Nazirliyinin ünvanına səslənən ittihamlara aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma istirahət günü olduğu üçün cəhdimiz alınmadı.

BƏS DİN-in 7-Cİ ŞÖBƏSİNİN FƏALİYYƏT İSTİQAMƏTİ NƏDİR?

Nazirliyin rəsmi saytında bu barədə məlumat yoxdur. Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev AzadlıqRadiosuna bildirib ki, 7-ci şöbə məxfi əməliyyat xidmətidir.

Elşad Abdullayevin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektorudur.

Hazırda Fransada mühacirətdə yaşayır. Bir müddət əvvəl keçmiş deputat Gülər Əhmədovanın rüşvət istəməsi iddia olunan video yaymaqla gündəmə gəlib. Həmin videoya görə Bakı şəhər prokurorluğunda cinayət işi açılıb, Gülər Əhmədova isə deputatlıqdan istefa verib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: vetenden Haradan: burdan
24.10.2012 19:27
Var bang ogrusu,var ev ogrusu,bashmqaq ogrusu.DIN bang ogrusunu yox,ev bashmaq ogrisunu tutandi.Birde hakimiyyete satashani..Boyuk ogrulari tutmaq ucun istixare edirler.Dusher dushmemezliyi ola biler.Qaldi Mir Shahine,onun oz agzindan cixan sozu; AY YOLDASH HARA GIRIRSZN? BOYUYUN YANINA GIRMEK ISTEYIREM.GOAMURSEN BOUYUYUN YANI ZANITDI.BES NEYNIYIM GIRMEK ISTIYIREM AXI.ONDA OTUR GOZLE,BOYUYUN YANI BOSHALANDA GIRERSEN BOYUYUN YANINA. deyesen boyuyun yani boshalib.BUMIRANQ i yadindan cixarib Mir Shahin.




Kimdən: anonim Haradan: oradan
23.10.2012 12:30
xalq ozu bele olmagini evvel ozu istedi indi 1 m.verib cagirdilar 1000000000000000.man. verilsede gedesi deyiller deyesen

Kimdən: Elcin Haradan: Baki
22.10.2012 18:39
Olkeda bash veren hadiselere Mir Shahin ANS-de ele absurd sherhler verir ki, lap bishmish toyuq da qeh-qehe ceker. o bu milleti ne yerine sayib?

Kimdən: Xalq Haradan: Azerbaycan
22.10.2012 14:40
Hormetli redaksiya salam! Maraqla vidio goruntularine baxdiq ve size bir dahada teshekkurmizi bildiririk. "Vidio goruntusunde, DIN-nin 7-ci Idaresinin "kurd" emekdasinin sozlerine diqqet ile qulaq astiq. Bu emekdashi DIN-den, hansi gunahina gore ishden chixarilmasini basha dushmedim? Bu emekdash DIN-de olan achiq bazardan danishdi ve reisi polkovnik Vaqif Serifovun adini defelerle chekib, DIN orqanlarina 7-ci Idaresinin ishe duzelmeyin qiymetini 15-20min dollar arasinda oldugunu bildirdi. Polkovnik Vaqif Sherifov DI nazirinin Ramil Usubovun yaxin dostu ve onunla birlikde milis Akademyasini qutariblar. Bu qalmaqaldan sonra, Vaqif Sherifov Rusiya Fedarasiyasinda Azerbaycan respulikasi DIN numayendesi olubdur ve sonra yashi ile elaqedar "pensiyaya" chixmishdir? Hormetli redaksiya sizin chox maraqli bir meqami xatirladim; Ziya Bunyatovun, Rovshen Aliyevin ve bir chox sifarishli olumlerinde 7-ci Idarenin emekdashlarinin ishtraklari ve tedbirleri kechirilib?" Azerbaycanda sifarishli olumlerde ve adam ogurluqlarinda Daxili Ishler Nazirinin Ramil Usubovun ve Prezeden Administrasiyasinin rehberi Ramiz Mextiyevin adlari herzaman hallanir?

Kimdən: Ilqar Haradan: BAK
22.10.2012 10:44
Bir məsəl var "İt hürər karvan keçər" Bu iqtidar xalqı it yerinə qoyub. bu qədər qalmaqalda hələ heç kəs həbs olunmayıb. Mən xalqı qınamıram xalq ayağa qalxmağa qorxur çünki göz qabağındadır qanun işləmir istənilən vətəndaşı istədikləri formada cinayyət işi açarlar və itkin düşmüş də hesab edərlər bura belədir... Qaldı ki, Mirşahinə onun adını Cəlal Əliyev demişdi...ANS telekanalı da lap özünü biyabır etdi. Özünü azərbaycanlı sayan yəqinki TV kanalından bu kanalı silər....

Kimdən: İsgəndər
22.10.2012 08:33
Bir çox problemlərimizi yalnız qəhramanlıqla aradan qaldıra bilərik. Sivil yolla onlar həll ediləsi deyillər.

Kimdən: Rauf
22.10.2012 02:02
Əziz Azadlıq radiosunun redaksiyası, Elşad Abdullayevin vəkili ASLAN İsmayılov deyil ADİL İsmayılovdu. Texniki səhvi aradan qaldırsaz bir oxucu kimi minnətdar olardım!

Kimdən: Cəfər Haradan: Bakıdan
22.10.2012 00:17
... dövlət səni orqan işçilərini müşaidə etmək üçün işə götürüb, amma sənin özündən xəbərin yoxdur)))
Bu Azərbaycanın vəziyyəti çox ağırdı, buranın axırı heç yaxşı olası deyil!

Kimdən: baki Haradan: baki
21.10.2012 20:43
https://www.youtube.com/watch?v=_5nJko70f6o

Kimdən: Heyat Haradan: Baki
21.10.2012 20:34
Gulerin videosu yayildi ne oldu ki?
Cavab

Kimdən: Elli Haradan: Rusiya
22.10.2012 00:50
Bu hokumetin uzu padosha donub, bunlara sozle yox bashqa yolla basha salmaq lazimdir. Gulerin cinayetini ort-bastir etdiler ki, oz zibilleri ortaya cixmasin. Guler o pulu ... ucun alir, ozune de 20-30 min qala ya qalmaya...bunu hami bilir...
Səhifə (2)
    Növbəti 

Oxuyan gərək...