Bazar ertəsi, Dekabr 22, 2014 Bakı vaxtı 19:32

Siyasət

Gülər Əhmədovanın "Xoruz baba" şeiri ilə qalmaqal qızışır

Keçmiş millət vəkili Gülər ƏhmədovaKeçmiş millət vəkili Gülər Əhmədova
x
Keçmiş millət vəkili Gülər Əhmədova
Keçmiş millət vəkili Gülər Əhmədova
-

YAP-ın icra katibi Əli Əhmədov Gülər Əhmədovanın Facebookda yazdığı “Xoruz baba” şerinə münasibət açıqlayıb. O deyib ki, şeir barədə oğlundan eşidib və buna gülüb:

- Belə bir şey eşidəndə, sözün düzü heç onunla maraqlanmadım da. Bilmədim ki, heç nə yazıb. Bir gün keçəndən sonra bildim ki, belə şeylər yazılıb. Səhəri günü axşamüstü oğlumdan eşitdim. O, gülə-gülə dedi ki, belə deyiblər. Güldük, qurtardı-getdi. Deyib-deyib də... Təbii ki, bu onun mənəviyyatının, əxlaqının göstəricisidir.

Əli Əhmədov APA-ya müsahibədə deyib ki, istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyil: “Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq. Məsələnin digər tərəfi var ki, əgər insanın sözü qurtarırsa və o, təhqirlərə keçirsə, bu onun mənəviyyatının göstəricisinə çevrilmiş olur”.

Şeir kimə ünvanlanmışdı?

Gülər Əhmədova isə öz facebook hesabında belə yazırdı:

“O gün, kefimin pis vaxtında yadıma bir Xoruz Ban Baba düşüb. Nə qədər gülmüşəm, Allah! Elə ağzını təzə açıb bir ağız banladı, nə təhər soxdularsa hinə, heç səsi-zadı gəlmir. Bizim məhəllədə də nə işlər var, nə işlər. Dağlı məhəlləsi belədir də...
Ay pipiyi qan Xoruz,
Gözləri mərcan Xoruz.
Sən nə tezdən durursan,
Cır səslə banlayırsan,
Girməyirsən hininə...
Ay üzü məstan xoruz"

Bu status bir neçə gün öncə keçmiş deputat Gülər Əhmədovanın Facebook statusunda yazılıb. Amma indi bu status Gülər Əhmədovanın hesabından silinib. “Yeni Müsavat” qəzeti isə bu statusu dərc edib və yazıb ki, Gülər Əhmədovanın “Xoruz” şeiri hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova ünvanlanıb.

Sosial şəbəkələrdə hallanan bu söhbətdən sonra Gülər Əhmədova mətbuata bildirib ki, o, bu şeiri zarafatla yazıb və dostları ilə müzakirə etmək istəyib. Mətbuata göndərdiyi açıqlamada keçmiş deputat “Yeni Müsavat” qəzetini ona qarşı qərəzli davranmaqda, hakim partiyanın rəhbər şəxsi ilə münasibətlərini pozmaq cəhdində ittiham edir:

- Mən özümə məxsus Facebook sosial şəbəkəsindəki səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yalnış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır.

Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir.

“Qaynana”, “Xoruz baba”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bu ittihamı rədd edib. Bildirib ki, Gülər Əhmədova müxalifət düşərgəsinin hədəfində olduğu görüntüsünü yaratmaq istəyir: “Biz də, bir qəzet olaraq, olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də, onun “facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin. Bundan belə hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.

YAP-dan Gülər Əhmədovaya hücumlar 

Son iki gündür ki, YAP-ı Milli Məclisdə təmsil edən bəzi deputatlar Gülər Əhmədovanın ünvanına kəskin ifadələr işlədiblər, hətta onun həbs olunması zərurətindən də danışıblar.

Hakim partiyaya yaxın olan “Səs” qəzeti isə oktyabrın 9-u və 10-da çap olunan saylarında Gülər Əhmədovanın ünvanına təhqiramiz ifadələrlə dolu şeirlər çap edib.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Heç kimdən Haradan: Heç haradan
28.10.2012 18:16
Deputat Gülər xanım lap qaranı eylədi ağ
İnanmiyirsən əgər girginən internetə bax

Kimdən: Zəhra Haradan: Tovuz
11.10.2012 10:51

Bu günlərdən yəqin Qənirə Paşayeva üçün də bu olaylardan olacaq. Bir gün kimsə oyanıb deyəcək, ey iqtidar nümayəndələri, özü-özünə aşiq olan millət vəkilin dünyanı hansı pulla dolaşır? Seçicilərini yalan vədlərlə aldadıb sonrada aradan çıxan Qənirə Paşayeva kim olur ki, adını birinci ledidən çox hallandırır. Az qalır ki ayaq yoluna getdiyini də mətbuata sızdırsın ki, bax, Qənirə hələ indi macal tapib ora getmək üçün. Özünü məşgul göstərən bu xanımın deputat olanadək geyinməyə paltarı yox idi, indi hər paltara uygun Şopard brilyantlar taxır. Soruşan yoxdur eee, hansı pulla????? Özüdə məddahları elə sevir ki, təki onu tərifləyən olsun, həmən bir 50lilik basır cibinə)))))))))))))))))Deməyim odur ki vaxtında belə suallar verilsəydi, heç Gülər Əhmədova da belə oyunlarda ilişib qalmazdı. Sualları vaxtında verin ki, sonra heç kim hansısa bəhanə başqa ölkələrdə “ilişib” qalmasın. Bax bunların üstü açılanda Gülərə şükür eləyəcəksiniz, vallah...

Kimdən: Cabrayil
11.10.2012 10:04
Bagda arik var idi,salamaleyk var idi,bagda arik qurtardi,salamaleyk qurtardi.Gular daha yigib bunlara bir sey vera bilmayacayi halda onu sildilar getdi.Hala uzunada duracaqlar.

Kimdən: talib Haradan: baki
10.10.2012 22:44
Guler x sadece xoruz serini yerleshdirib,ad zad cekmeyib.bunlar el qatiblar ozlerine E.ehmedov .Xoruz babaya oxshamagi ozune seref bilmelidir.Meneviyyatsiz Ses qezetidir ki ,Seviyyesine uygun seri oz sehifesinde yerlesdirib.Guler x-in qabaginda ikiqat eyilenler.Guler x,islanmishin yagishdan ne qorxusu,aciqlayin her seyi.Onda xalq sizin arxanizda durar
Cavab

Kimdən: Sevinc Haradan: Bakı, Yasamal
11.10.2012 03:07
Demə siz də cılızlaşacaqdınız....ay Gülər xanım? Əslində Dəllalıq, Fırıldaqçılıq siyasətində sizlər Gülər Ə., Bahar M. Əhəd A. Elşad A....və başqaları (təbii siyahını uzatmaq olar) çox böyük şəxslər sayılırsınız. Hər halda sizlərin "siyasət" dediyiniz budur. Sizin kimilər seçiciləri üçün bir iş görmür, qeydinə qalmır və yalnız təhqir edir. Yadımdadır...Yasamal ray. namizədlik irəli sürdüyünüz zaman, seçicilərlə görüşünüzdə sözünüzün əvvəli və sonu "kişilikdən" dəm vururdu. Məsələn: "Kim kişidi çıxsın qabağıma.... desin belə..." və ya "H.Əliyev kişidir... İ.Əliyev kişi oğlu kişidir..." və ya məhlənizin seçicilərinə "Kişisinizsə gəlin sözünüzü deyin ki mən beləyəm.... Sizin siyasətiniz yalnız budu bir də qadına yaraşmayan "yeddimərtəbəli söyüş". Ola bilsin ki, indiki düşdüyünüz durumdan öüzünüzü "təmiz" çıxara bilərsiniz. Axı sizin yaxın dosluq əlaqəniz genişdi... Amma biz sizlərin "nə mal olduğunuzu" çox yaxşı tanıyırıq. Sizlər xalqın inamını, səsini oğurlayaraq - özünüzə ad qazanan və bu adın altında yaşayışınızı təmin edən, saxta, Parlament Peşkəsisiniz. İndi də siz kişi qızı olun etiraf edin....!

Kimdən: Elmir Haradan: Quba
10.10.2012 21:50
Əyər o nə vaxtsa NOBEL mükafatı almaq istəyirsə xoruz baba yox tülkü həccə gedir rəvayətini danışsin, özü də E.Abdullayevlə birlikdə.
Heç olamasa ANS-də bar-bar bağıran qardaşının vicdan əzabı çəkməyə qoymasın.
Xatırladım ki, Mihail Gorbaçovada SSRİ-ni içəridən dağıltdığına görə bu mükafatı vermişdilər. Oyan ey noxud üstündə yatan şahzadə xanım, indi sənin düzgün qərarın həm özünün həm xalqının, həm də bütün ailənin xilasına bir şansdır.

Kimdən: Spartak994 Haradan: Azerxarabazardan
10.10.2012 19:16
Gülerin başıma gelenler YAP-in ''deputatlarına'' (xüsusen de xanım deputatlarına) ders olsun !!! Milletin aclıq ve kasıbçılığına, ezab eziyyetine sebeb olan haram yeyenlerin nece olsa bir gün ''xoruz'' ve ya ''qırt fere'' olduğu ve hansı ''hinlere'' girib-çıxdığı ortaya çıxacaq inşallah!!!

Kimdən: Naile Haradan: Baki
10.10.2012 19:03
Men evvelden demisdim ki , hakimiyyet G.Ehmedovani rahat buraxmayacaq hucumlar lap coxalacaq .

Kimdən: Caqatay Haradan: It döyüşdürülən yerdən
10.10.2012 18:15
Hə, indi didin bir-birinizi. Mənliyinizi, əqidənizi, illərlə insanları çərlədib zəlil gününə saldığınız siyasətinizi, boş-boğaz ideologiyanızı 5-10 manata satmağa hazır olduğunuzu bir daha sübut etdiniz. Söyün, təhqir edin, aşağılayın bir-birinizi. Satira teatrının aktyorlarından bundan artığını gözləməyə dəyməzdi də.Bir-birinizi məsxərəyə qoyub, şəninə şeerlər qoşursunuz, amma xəbəriniz yoxdur ki, millət artıq 20 ildir sizləri məsxərəyə qoyub. Gəmirin, yeyin bir-birinizi. Haynan gələn, vaynan gedər. Vayınıza bir şey qalmayıb.

Kimdən: L.A.
10.10.2012 18:04
Əli Əhmədova şeir qoşmaqla özünü təmizə çıxara bilməyəcək. Məlum məsələdir ki, Gülər Əhmədovanın MM-ə deputat keçirtmək imkanı olmayıb. Yaxşı olar ki, dəllallığı kimin üçün etdiyini açıqlasın. Əgər xalqın gözündə reabilitasiya olmaq istəyirsə, ən başda duran iri kalibrli korrupsioneri ifşa etməlidir. O, bununla Azərbaycan cəmiyyətinə korrupsiya cəhalətindən qurtulmaq üçün yardım etmiş olar.
HAYDI, GÜLƏR, SƏN BUNU ETMƏLİSƏN! AXI ÇOX CƏSARƏTLİSƏN! Heç kimin gözləmədiyi halda Elşad Abdullayev qəti zərbə ilə hər şeyi silkələdi. Sənsə, zəlzələ yarada bilərsən.

Oxumaq məsləhətdir...