bazar, Oktyabr 26, 2014 Bakı vaxtı 02:47

Siyasət

Elşad Abdullayevin təhlükəsizliyinə təminat verildi

Elşad AbdullayevElşad Abdullayev
x
Elşad Abdullayev
Elşad Abdullayev
-
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin qardaşının itkin düşməsi ilə əlaqədar prezident İlham Əliyevə müraciəti üzrə istintaq-əməliyyat qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Elşad Abdullayevin prezidentə müraciəti nəzərə alınıb. Onun qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı cinayət işi üzrə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Qrupa rəhbərlik Baş Prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Məlumatda qeyd olunur ki, E.Abdullayev Azərbaycana gəldiyi təqdirdə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi onun təhlükəsizliyi təmin ediləcək. Bu tədbir «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Qanuna müvafiq olaraq görüləcək.

Baş Prokurorluğun son məlumatına hələlik Elşad Abdullayevdən münasibət öyrənmək mümkün olmayıb.

Amma onun vəkili Adil İsmayılov sabiq rektorun təhlükəsizliyinə təminat verilməsinə «Facebook» statusunda münasibət bildirib:

«Baş prokuror bir dəfə belə təminat verib, mərhum Rafiq Tağını istintaq təcridxanasına salmışdı. Ordan çıxandan sonra Rafiq Tağını öldürdülər».

ELŞAD ABDULLAYEV CİNAYƏT İŞİNİN MADDƏSİ İLƏ RAZI DEYİL

Fransada mühacirətdə olan sabiq universitet rektoru Elşad Abdullayev yaydığı rüşvət qalmaqallı videoya görə «dələduzluq» maddəsi ilə cinayət işinin açılması ilə razılaşmır.

Oktyabrın 3-də «Youtube» sosial şəbəkəsində yerləşdirilən son müsahibəsində E.Abdullayev hesab edir ki, cinayət işi insan oğurluğu faktına görə açılmalıdır:

«Mən deputat seçilmişdim və MSK da bunu elan etmişdi. Sadəcə, buna imkan vermədilər. Deputat olacağım halda adam oğurluğu ilə bağlı mütəşəkkil cinayətkar dəstəni ifşa etmək imkanım yaranacaq idi. İndi bu məsələyə görə dələduzluq maddəsi ilə cinayət işi açılması düzgün deyil. Burda söhbət adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin ifşa olunmasından gedir. Mənim qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-dən oğurlanıb, onun axtarışlarını davam etdirən kiçik qardaşım Eldəniz Abdullayev zəhərlənib, hazırda o, danışa bilmir. Yəni, demək istəyirəm ki, bu, dələduzluq məsələsi deyil, daha ciddi cinayətdir».  

Bir neçə gün əvvəl Prezident İlham Əliyevə də müraciət etdiyini bildirən E.Abdullayev adam oğurluğu ilə məşğul olan dəstənin zərərsizləşdirilməsini və qardaşının tapılıb ailəsinə qaytarılması istəyir.

Fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin rektoru E.Abdullayev sentyabrın 25-də YAP-dan olan deputat Gülər Əhmədovanın ondan deputat seçilməsi üçün rüşvət tələb etdiyi iddia olunan 16 dəqiqəlik video yayıb.

Video ilə əlaqədar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə iş açılıb.

Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası G.Əhmədovanın Milli Məclis rəhbərliyinə müraciəti əsasında onun deputat mandatının ləğv olunması haqda qərar çıxarıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə hələ ki, istintaq getdiyini xatırladır. Bu baxımdan da o, növbəti rəsmi açıqlamanı gözləməyi məsləhət görür.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: haqq de Haradan: Boğəli
05.10.2012 09:01
Gələn kimi 180 dərəcə dönüb,Sizi əfsanələrlə ittiham edəcəklər və haqqsız 12 il alacaqsız.Bu ölkədə prezidentin imzalarına, fərmanlarına, qanunlara ... Məs. Ərizə və şikayətlərə bax. haq-da qanunun 7-vi maddəsində şikayətin şikayət edilənə göndərilməsi yasaqlanıb, 1997-ci ildə H.Əliyev imzalayıb, ancaq bütün idarələr bu imzaya ... və saymır, ərizələr şikayət edilənə gedir. İstintaqda iştirak edənlərin müdafiəsi qanunu da elə. Qız-şikayətçi qaralovun yanından çıxandan 3 gün sora qətlə yetirildi. Sizi də bu aqibət gözləyir bu haqqsız (hələ ki) ölkədə.

Kimdən: Avropadan
05.10.2012 05:36
Elshad muellimin gorduyu bu ish,bu vidio material sade Azerbaycan xalqinin,elm adamlarinin,incesenet adamlarinin,dishle dirnaqla ailelerini dolandiran zehmetkesh insanlarin kesile kesile qalib, lakin, subut ede bilmediyleri tapdanmish haqlarinin subutudur,ve azi 80 faiz insanlarimiz Elshadi destekleyir,Sivil devletlerde hakimiyyet bele insanlara, Elshad kimilere sagol deyir.Adi qadin olan insanin bele emeli,bu terzde danishigi bagishlanmazdir./Hezer, arvad sifet kishiden,kishi sifet arvaddan./Allah gostermesin.

Kimdən: Hafis Qulusoy Haradan: Almaniya
05.10.2012 05:14
Elşad bəy bu hökumətə nəbadə inanasan. Səni və səndən nəqədər olan varsa hamınızı fəlakət gözləyir əgər dönsən Azərbaycana. Otur Fransada bütün kontrol əlindəki video yazılardadır. İndisə bir başqa termoyader video yazı qoy hər kəs izləsin. AĞILLI OL, İndi oyunu quran sənsən oyunçu isə iktidar. Əgər bu fürsəti əldən verərsənsə səni doğulduğuna peşman edərlər.MƏHKƏMƏ DƏYİŞİB. QARALOVUN QOHUMUNU TƏYİN EDİBLƏR. OTUR FRANSADA BAKIDAKILARI SİRKƏLƏ

Kimdən: Sherlok
04.10.2012 22:07
Herif olma, Elik, chatan kimi tutub basacaglar icheri. ya daki, tepene bir gulle. Ya duz gardashin Mahirin yanina.
Cavab

Kimdən: Amir Haradan: Bakı
05.10.2012 07:29
Oğurlanan təkcə Mahir Abdullayev deyildir.Minlərlə Azərbaycanlı oğurlanıbdır. Vəkil Adil İsmayılov prokurorluğun qiymətini tam düzgün veribdir. Artıq şərhə ehtiyac yoxdur.Bəlkə də Zakir Qaralov daxilən hüquqşünas kimi Adil İsmayılovla razıdır. Lakin vəzifə onu başqa cür bəyanat verməyə vadar edir.Mən üzümü tuturam Azərbaycanda adam oğurluğu ilə məşğul olanların başçılarına və onlara bildirirəm ki,hələ gec deyildir,özünüzü düşünmüesünüzsə övladlarınızı düşünün Elşad Abdullayevə və Azərbaycan xalqına cavab verin Mahi Abdullayevi və digərlərini kimlər oğurlayıbdır?? Bizə cavab verməsəniz dünya ictimayətinə cavab verməli olacaqsınız. Ədalət elə bir məvhumdur ki,onu görməyənin gözünə soxurlar.

Kimdən: Yetim Haradan: Yetimxana
04.10.2012 19:38
Elshad mellim siz eyer Azerbaycana donseniz bu hayatinizda buraxdiqiniz en boyuk sehvlerden biri olacaq hetda ABU universitetinin baqlanmasi ve Mahir Abdullayevin musibetindende beter olacaq bu defe size qiyacaqlar ve ailenize herbe-zorba gelib diger video goruntuleride ellerinden alacaqlar ve neticede uduzan siz ve qardashiniz ve aileniz olacaq...amma bu oyundan qalib kimi cixmaqin bir yolu var bashqa video goruntuleri asta asta aramla yutuba yerleshdirin ve neticede shaxmat meydanindaki kimi regiblerinizi pis veziyyete salib mehv eder ve Fransada otura otura hem berke Mahir Abullayeve ulasharsiz ve itirdiyiniz pullarida geri qaytarmaq shansi daha cox olar.ne bade inanib Bakiya gelmeyin ele Fransadan oskara layiq video materiallari yerleshdirin ve xalgin gozunde bir qehremana cevrilin size uqurlar arzulayiram siz menim gozumde Graf Monte Kristoya cevrilmisiz zefer sizinledi

Kimdən: Azad Haradan: Obbalardan
04.10.2012 17:03
Canavar ise baslayib)))))))etini yeyib sumuklerini getirecek????????

Kimdən: Ənvər Paşa Haradan: Oğuz Elindən
04.10.2012 16:46
Elşad müəllim bilmirəm uzaq Fransada nəyə and içirsiniz, amma and olsun bizim rüşvətxor və korrupsioner məmurların qızıldan qiymətli başlarına ki, sizin peşəkarlıqla çəkdiyiniz videogörüntüləriniz bu gün Azərbaycanda WikiLeaksın məlumatlarından məşhurdur. Siz bizim hüquq-muhafizə və prokurorluq orqanlarının şirin dillərinə və yağlı vədlərinə əsla inanmayın. Özünüz çox yaxşı bilirsiniz ki, onlar bu dəqiqə hansı şəxsin imicini qorumaq üçün özlərini oda-külə vururlar. Bu səbəbdən siz bizim "gül kimi, sudan təmiz" məmurlarımızı intizarda qoymayın. Əlinizdə olan digər videogörüntüləridə işıqlandırın qurtarsın getsin. Əks halda hərləyib-fırlayıb sizi salacaqlar zibilə. Azərbaycanı zibilə saldıqlarından bu işi çox əla bacarırlar. Sizin "Oscar" mükafatına layiq filminizin növbəti seriyalarının davamını həsrətlə gözləyirik. Siz göndərin, Azərbaycan xalqı bu xeyirxaq əməlinizə görə sizə öz mükafatını verəcək. Mütləq verəcək.
Cavab

Kimdən: Cabrayil
04.10.2012 22:43
Anvar Pasa ay qardas kisini niya qorxudursan?Hakimiyyat adamyeyandir?Krayni alinda olan gostarmadiyi video roliklari qaytarsin va uzr istasin hokumatimizdan gedib kef elasinda.Indi bilmayib sahv edib,indi bilirki sahv edib buna korada silahi tahvil verib kecacak lazim olan tarafa.

Kimdən: hazer baycan Haradan: baki
04.10.2012 16:23
ferqli motivi olsa da 20 il bundan qabaq en yuksek seviyyede teminati Suret Huseynov alib bash nazir olmushdu...ordan da novbeti unvani hebsxana barmaqliqlari arasi oldu...

Oxuyan gərək...