Cümə axşamı, Fevral 11, 2016 Bakı vaxtı 01:58

    Rubrikalar / Media icmalı

    Vəkil müstəntiqi tapa bilmir

    Osman KazımovOsman Kazımov
    x
    Osman Kazımov
    Osman Kazımov
    -
    «Bizim yol» qəzetinə müsahibəsində hüquqşünas Əyyub Kərim deyir ki, Zakir Qaralov ABU-nu korrupsiyada ittiham edəndə, bilmir ki, əmisi Zahid Qaralov da həmin universitetdə işləyib.

    Əyyub Kərim bir çox akademik, professor və deputatların adını çəkir:

    «...hamısı bu gün korrupsiyada ittiham olunan Elşad Abdullayevin  universitetində çalışıb və onu müdafiə edib. Bu adamların hamısının Elşad Abdullayevin etdiklərinə ortaqlıqları var».

    VƏKİL MÜSTƏNTİQİ TAPA BİLMİR?

    «Yeni Müsavat» qəzeti yazır ki, «Nigar Yaqublunun vəkili müstəntiqi tapa bilmir». Qəzetə müsahibəsində vəkil Osman Kazımov deyib ki, o, müstəntiqlə sonuncu dəfə danışanda, ona istintaqı 2-ci günə yekunlaşdırıb məhkəməyə göndərəcəyinin deyibmiş.

    «Amma son bir neçə gündür o, telefon zənglərimə cavab vermir. Onu tapa bilmirəm», - deyə vəkil bildirib.

    «GÜLƏR ƏHMƏDOVA 5 SAATLIQ SÖHBƏTDƏ DAHA NƏLƏRDƏN DANIŞIB?»

    «Azadlıq» qəzeti yazır ki, «Söhbət zamanı İlham Əliyevlə Kəmaləddin Heydərovun da adı çəkilib».

    Qəzet xatırladır ki, Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı video yayandan sonra bildirmişdi ki, Gülər Əhmədova ilə yaydığı video 5 saatlıq söhbətin kiçik bir hissəsidir:

    «Görüşdə həmçinin hələ seçkidən xeyli əvvəl  konkret siyahı müəyyənləşdirildiyi, kimin hansı dairədən namizəd olacağına qərar verildiyi qeyd edilib. İlham Əliyev, Ramiz Mehdiyev, Kəmaləddin  Heydərov və digərlərinin hər birinin deputatlarının  ayrıca siyahısı olduğu vurğulanıb. Söhbət əsnasında, hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də adı çəkilib. Qeyd olunub ki, Fərhad Əliyev həbsdə olsa da, siyahıda onun da adamlarının adı var».

    «Yeni Azərbaycan» qəzeti İsa Qəmbərlə Əli Kərimli arasında savaşın yeni mərhələyə qədəm qoyduğunu yazır.

    Qəzetə görə, indi «keçmiş müttəfiqlər Klassik Xalq Cəbhəsi Partiyasını ələ keçirmək üçün mübarizəyə başlayıblar».
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Anonim
    05.10.2012 14:14
    oppozisiya bir kütle deyil, ve bir chox partiyalardan ibaretdir, kim deyir ki, oppoz. nin bir nümayendesi olmalidir, chox böyük sehv edir, ya da aragatishdirandir. Onlar müxtelif egidelere gullug eden partiyalar kimi, hökümet partiyasindan bashga, bir-biri ile de yarisha bilerler, sechkilerden sonra öz koalisiyalarini yarada bilerler, ki, sözleri bir olsun. Sechki gabagi birleshme, mes. Almaniyada anjag var, o da iki xristian partiyalarinin birliyidir. Bu bir taktiki xoddur ki, iki partiya bir yerde daha chox ses alir. Teklikde onlardan biri belke de hech 5% baryeri keche bilmezdi. onda xristian partiyalari choxlu itki vererdiler. Anjag bunun bashga jeheti de odur ki, eger onlar sechkilerden sonra bir-biri ile dil tapmasalar, hökümet dagilir.
    Bele ki, bu partiyalarin öz sechimidir, bir yerde evvelden, ya sechkilerden sonra olsunlar. Birlikde bir defe olublar Xalg jebhesinin vaxtinda. Indi de ayriligda gede bilerler sechkilere.
    Prinsip gerek gorunsun, bu da partiyanin hakimiyyete gelmesi meselesidir.
    Mobil əlavə
    Başqa sorğulara da bax Sorğu arxivi

    FORUMLAR

    640 milyon dollarlıq stadiondan toyxana kimi istifadə ediləcək

    «Yayda da Schumacher-in maşınını prokata götürərsiniz, gəlin maşını kimi…».

    17 şərh

    Niko: Analoqu olmayan toyxana!! davamı

    İcarə

    Rəssamın ifadə etmək istədiyi fikrə münasibətini sən də yaz, polemikaya qoşul.

    14 şərh

    DERDLİ: Azerbaycanın bir hissesi 23 ildir ki, icarededir. Yeqin ki, özüne ticaret üçün tikib, ... davamı

    Azərbaycanın hansı rayonu özü-özünü dolandıra bilər?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz!

    13 şərh

    Zeyd: Imislide Şeker Zavodu, Broyler, Kanyak zavdu, Yem Zavodu var. Imişli dolandira biler. davamı

    Ən çox...