Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:12

Dünyada Heydər Əliyev heykəlləri – [interaktiv xəritə]


Mexikoda Heydər Əliyevin heykəli.
Mexikoda Heydər Əliyevin heykəli.
.





Associated Press agentliyi bugünlərdə yazıb ki, Meksika paytaxtında sakinlərin bir qrupu Heydər Əliyevin heykəlinə etiraz edirlər:

«Onlar sual edirlər ki, nə üçün Qafqazın avtoritar liderinin abidəsi Meksikanın müstəqilliyinin 200 illiyini təcəssüm etdirən abidənin qarşısında və Reform Avenue’da Mahatma Gandhi’nin heykəli yaxınlığına ucaldılmalıydı?» - deyə agentlik yazır.

Meksika paytaxtı Mexikova Azərbaycanın keçmiş prezidentinin heykəli avqustun 23-də açılmışdı.


2005-ci ildə Rusiya paytaxtında da Heydər Əliyevin heykəlinin qoyulması planlarına etirazlarla bağlı mediada məlumatlar səslənmişdi.


Buna qədər dünyanın 10-dan çox ölkəsində Azərbaycanın keçmiş prezidentinin heykəl və büstləri ucaldılıb.


Aşağıdakı xəritədə onların haqqında qısa məlumatlar toplanıb. Xəritənin üzərindəki heykəl işarəsinə vurmaqla məlumatları görmək olur.


Əlbəttə, bu tam xərityə deyil. Başqa ölkələrdə də keçmiş prezidentin heykəlləri, büstləri olmamış deyil.


Əgər səndə bu barədə məlumat varsa, aşağıdakı foruma yazmaqla məlumat göndər, xəritəni birlikdə tamamlayaq. Məlumatlar gəldikcə, xəritə də yenilənəcək.



View Heydər Əliyevin heykəlləri in a larger map
XS
SM
MD
LG