Çərşənbə, Avqust 20, 2014 Bakı vaxtı 13:47

Siyasət

Elşad Abdullayev: «Mən Heydər Əliyevə heykəl qoymuşam»

Elşad AbdullayevElşad Abdullayev
x
Elşad Abdullayev
Elşad Abdullayev
-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev AzadlıqRadiosuna danışıb.

Sentyabrın 25-də deputat Gülər Əhmədovanın Elşad Abdullayevdən rüşvət tələb etdiyi ehtimal olunan video yayılıb.

- Elşad bəy, Gülər Əhmədova videogörüntünün montaj olunduğunu deyir. Sizin onu şantaj etdiyinizi bildirir.

- Mənim kimisə şantaj etməkdə marağım yoxdur. Mən qardaşım oğurlanana qədər Gülər xanımı tanımamışam. Qardaşım Mahir Abdullayev – MTN mayoru 2002-ci ilin 13 oktyabrında oğurlanıb. Oktyabrın 14-də isə işə gələndə, Gülər Əhmədova və Sevinc Babayevanı qəbul otağında görmüşəm. Hələ qardaşımın oğurlandığını bilmirdim. Gülər Əhmədova dedi ki, nə işin, problemin olsa deyərsən, Ramiz Mehdiyevlə həll edərəm. İlk mənə xidmətini təqdim edən Gülər Əhmədova oldu. Bunlar notariusla pul alırlar, bunu da etiraf etmirlər. Dövlət orqanının rəsmi sənədinə də etiraz edirlər, şantaj adlandırırlar. Özü də pulu ona hər şeydən qabaq qardaşımın geri qaytarılması üçün vermişəm.

- Amma bu pulu həm də deputat olmaq üçün verdiyinizi demisiz...

- Özüm hər il deputat seçkilərində iştirak etmişəm. Hüquq elmlər doktoru kimi parlamentdə olmaq istəmişəm. Amma gördüm ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən mənə qarşı istifadə edir. Baxmayaraq ki, özüm dövlətin içində olmuşam, müəyyən vəzifələr tutmuşam. Amma bunlara heç bir şey sübut etmək mümkün olmur. Buna görə də, kamera ilə 9 ildə hər şeyi qeyd etmişəm. Adam oğurluğu ilə məşğul olan təşkilat dövlət içində, dövlət strukturlarında oturub. Hacı Məmmədovun dövründə onlar çayxanalarda otururdular. Ona görə bu işi açmaq çətindir. Ona görə cəsarətlə deyirlər ki, video montaj olunub. Montaj olunmayıb, bunu hüquqşünas kimi deyirəm. Yalan deyirəmsə, məsuliyyətə cəlb etsinlər. Montajdır? Qoy, ekspertlərə versinlər. Azərbaycandakı ekspertlərin durumu aydındır. Ancaq beynəlxalq ekspertlər asanlıqla müəyyən edə bilərlər ki, burda videomontaj yoxdur.

- Siz deyirsiz ki, Gülər Əhmədovaya 2 milyon manat pul vermisiz. Dərhal bir sual gündəmə gəldi ki, haradandır ABU rektorunda bu qədər pul? Elə Gülər Əhmədova da bu sualı səsləndirib. Sual edir ki, bu pulları leqal biznesdən qazanıbsa, vergisi hanı? Daha sonra deyir: «Orqan mafiyasının başçısı daha neyləməlidir ki?».

Azərbaycan Beynəlxalq UniversitetiAzərbaycan Beynəlxalq Universiteti
x
Azərbaycan Beynəlxalq Universiteti
Azərbaycan Beynəlxalq Universiteti
- Mən birincisi, qardaşımın oğurluğu ilə bağlı kimə nə vermişəm, prokurorluqda dindirmə protokolunda hamısı var. Qohum-əqrəbam mənə kömək edib, bu bir. İkincisi, mənim Bakıda tikinti şirkətlərində payım olub, mənzil payım. Bunu da satmışam. Bununla bağlı alqı-satqı müqavilələrim var. Yəni, hamısının mənbəyi var. Mən onlar kimi camaatı təhdid edib var-dövlətini almamışam. Mənim əlimdən alıblar. Azərbaycanda 10 mindən çox sahibkar var, hamısı lal olub, kar olub. Eləsi var məndən betər müsibətlərlə üzləşib, biri də ağzını açıb danışmır. Bu nə ölkədir? Mən ləyaqətimin tapdanmağındansa ölkəmi tərk etmişəm.

- Siz bu ölkənin vəziyyətindən danışırsız, amma özünüz də son 20 ildə iqtidar partiyasının üzvü olmusuz. Yəni, Sizin də baş verənlərdə günah payınız yoxdurmu?...

- Heydər Əliyev Bakıya gələndə biz həqiqətən də qurban kəsmişik. Demişik ki, Allaha şükür, biz bu problemlərdən qurtulduq, Qarabağımızı da qaytaracaqlar. Bu işlərə də canla-başla kömək eləmişəm. Mən qısa müddətdə böyük işlər qurdum. Uşaq bağçası açdım, orta məktəb, kollec açdım, universitet, akademiya açdım. Bunu da qısqandılar. Qardaşımı girov götürüb bunları bir-bir geri tələb etdilər. Mən bununla bağlı bütün instansiyalara, Avropa Məhkəməsinə müraciət etmişəm ki, bu özbaşınalığa son qoyulsun. Bu boyda özbaşınalıq olar? Mən elə YAP-ın üzvü kimi danışıram. Ən böyük ziyanı da Azərbaycan müxalifətindən çox YAP-çılar çəkib. Ziya Bünyadov, Fərəməz Maqsudov qətlə yetirilib.

- Necə bilirsiz, bütün bunlardan sonra YAP hakimiyyətdə qalmalıdırmı? Deyirsiz ki, vəziyyət pisdir, cinayətkarlar hakimiyyət başındadır və s...

- Nə partiyası olur olsun, xalqın etimadını itirməməlidir. Onu itirdinsə qalmaq şansı da azalır. Mən Heydər Əliyevə heykəl qoymuşam, onun adına mərkəz yaratmışam. Mən dövlətimizə xidmət etmişəm. Amma mən dövlətimdən
Gülər ƏhmədovaGülər Əhmədova
x
Gülər Əhmədova
Gülər Əhmədova
dəstək görmədim.

- Siz universitet rektoru olmusuz. Gülər Əhmədova da Sizi rüşvətdə, ali məktəbə saxta yolla qəbul aparmaqda ittiham edir. Bu yöndə Sizinlə mübarizə apardığını bildirir.

-  Məndə Gülər xanımla 5 saatlıq danışığımızın çəkilişi var. Orda bu söhbətlərin biri də olmayıb. Tam iftiradır. ABU universitetlərin reytinq göstəricisinə görə özəl universitetlər arasında birinci yerdə olub. Son illər Ermənistanda 72, Gürcüstanda 75, Azərbaycanda isə 77 özəl universitet yarandı. Qonşu ölkələrdə bu universitetlər yenə də fəaliyyət göstərir, amma Azərbaycanda 77 universitetin hamısı bizimki kimi sıradan çıxarıldı və birləşdirildi son yaranmış ailə universitetlərinə. Səbəb budur. Mən iki ildir gəlmişəm, gündə bir müəllim tuturlar. Xarici Dillər Universiteti dəbdədir, onun əleyhinə kampaniya gedir və s. Əsas problemi yaradanlar kənardadır. Kənardan baxıb millətə gülürlər.   

- Yəni universitetdə rüşvət olmayıb?

- Hələ mənim dövrümdə bir nəfər rüşvətə görə məhkəməyə cəlb olunmayıb. Mən gedəndən sonra rüşvət məsələsi çıxdı, qara transplantasiya məsələsi gündəmə gəldi. Mən universitet nəzdində xəstəxana açmışam və onu icarəyə vermişəm. Baş həkim cinayət edirsə... Hesab edirəm ki, bu da saxta işdir. Mən Bakıdan çıxandan bir il sonra baş prokuror deyib ki, Azərbaycanda qara transplantasiya yoxdur. Sadəcə, bu yolla mənə təzyiq edirlər. Hələ universitet fəaliyyət göstərəndə qardaşımın işiylə bağlı Avropa Məhkəməsinə müraciət etdim. Mənim ərizəm artıq qeydiyyata götürüldü. Bundan sonra təzyiqlər başlandı. Dedim ki, qardaşımı qaytarın, ərizəmi geri götürüm. Olmadı.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: lokum Haradan: baki
23.10.2012 00:10
siz diplonlarinizi dovletden isteyin... cun ki elshad abdullayeve imkan verseydiler, hami oxumushduda bitirmishdide ... pisdik eleyib goturub sizi universitete? baki bashdan ayaga rushvettdide rushvet vermesen surunersen eee bir tiki corek vermezler sene bu Azerbaycanda... onun hesabidiki oz iqtisadiyyatini qoruyub infilyasiyaya ugramayib... bir elshad abdullayevdi ki milyonu olan ? aciq aydin genclikde millyanerler mehlesi var hamisi siraya duzulub orda beyem onlari gormurler ? beyem millet kordu? merdekanda buzovnada o boyda analoqu olmayan villalar var bunlari guya hec kes gormur? yayda denizde cimmeye bir bosh yer tapmirsan hami orani alib ozelleshdirib o milonnlar deyl onlar hamisi bucceye gedir ki? kim bilir 3 ay erzinde nece minnlerle adamlar gelir ? bu boyda yollar cekilir orda millimetr sohpeti gedir bu haramciliq deyil beyem, millimetrinde milyon var? beyem Abdullayev haramciliq eleyib indi?

Kimdən: gulu Haradan: tiflis
16.10.2012 21:57
hamisi yalandir .balig bashdan iylener.

Kimdən: ədalətdən Haradan: bayıldan
29.09.2012 01:19
I.İşə bax ki,korrupsiya qarşı mübarizə komissiyasının sədri Ramiz Mehdiyevdir.Ha,ha ha!!!!!!!!

Kimdən: Gulnar Huseyin Haradan: Baki
29.09.2012 00:36
Bu hadise her kesin basina gele biler. Cunki biz Azerbaycanda yasayiriq ve burda bas veren her seyi goruruk. Rusvet bas alib gedir. Bu jurnaldir, filmi izlesek, o, daha dehsetlidir.
Dovletimiz, qanunlarimiz ve dovlet bascimiz cox demokratik ve muasirliye cavab verir. Memurlar ise basimiza oyun acir, ozu de hec kimden qorxmadan edirler butun bu isleri.
Men bir sey deye bilerem Elsad Abdullayev esl azerbaycanlidir, cunki ozu ile beraber bataqliga basqa birini de cekib. Ozu de dehsetlisi budur ki, qadin xeylagini.
Ne olar, yaxsi nedirse, onu da edek. Insan kimi yasayaq ve yasadaq.

Kimdən: creeper
28.09.2012 11:33
hec biri normal adam deyil, birinin rehberlik etdiyi universitetden de xxeberimiz olub o birinin de eldiyi hereketlerde

Kimdən: Cavid Quliyev Haradan: Baki
27.09.2012 14:34

Indi hamı rüşvətdən, korrupsiyadan danışır. Lakin elə korrupsiya ilə bəzi nazirlər və məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək geninə-boluna məşğul olurlar. Rüşvət və korrupsiya kimisə harasa vəzifəyə təyinetmə və ya kiminsə işini aşırtmaq məqsədi ilə həyata keçirilir. Özü də, bu işlə daha çox yüksək çinli məmurlar məşğul olur. Yadımdadır, hazırda deputat olan bir hüquq müdafiəçisi, keçmiş general bir məhbusun əfv olunması üçün 2009-cu ildə hər ilə 5 min manat istəmişdi. Prosesin uzun çəkdiyini görən məhbusun qohumları işi məhkəmə vasitəsiylə yoluna qoydular. O zaman verdikləri 10 min manatı həmin hüquq müdafiəçisi - hazırkı deputatdan istəyəndə o da demişdi ki, mən Ramiz Mehdiyevdən pulu geri ala bilmərəm. Amma öz cibimdən sizə pulun yarısını verə bilərəm. Məhbusun qohumları isə buna da şükür edib, donuzdan 1 tük çəkməyi də qənimət hesab elədilər. Yəni Gülər Əhmədova belə işlərlə məşğul olan ilk və son millət vəkili deyil. Azərbaycanda geniş yayılmış korrupsiya kiçik bir qurupun zənginləşməsini təmin edirsə, bütövlükdə xalqımızı kütləvi yoxsulluğa məhkum edir. Qiymətlərə baxın. Deputat olmaq üçün, Gülər əvvəlcə 300 min, sonra 500 min daha sonra isə 1 milyon istəyir. Amma aldığı pulun müqabilində heç işi də yarıtayıb. Nə deputat ola bilib Elşad Abdullayev, nə də qardaşını azad etdirə bilib. Belə quduz qiymətlər korrupsiya, inhisarlaşma və geniş yayılmış rüşvətlə bilavasitə bağlıdır. Görəsən, bu yolla deputat olmaq istəyən adamlar həqiqətənmi təki parlamentdə otursunlar deyə, bu qədər ağlagəlməz məbləğdə rüşvət verirlər. Axı 1 milyon pul qoyan adam gərək onu çıxara da bilsin. Azərbaycanda vəzifə və mandat almaq üçün qoyulan qiymətlərin belə yüksək olması, əhalinin gəlirləri ilə tərs gəlir. Təbii ki, bu cür məbləği ancaq korrupsiya ilə məşğul olan adam verə bilər. Ölkədə isə mövcud olan bütün gəlirli sahələrin demək olar ki, bütövlükdə hamısına yüksək vəzifəli məmurlar nəzarət edir. Rəsmi dairələr bilməlidir ki, ölkədəki real vəziyyət heç də onların elan etdikləri, əsası olmayan rəqəmlərdəki kimi rəvan deyil. Onlar əsil həqiqəti Prezident İlham Əliyevdən gizləyərkən belə bunu rüşvət müqabilində saxtalaşdırırlar. Nə yoxsulluğun səviyyəsi, nə əhalinin gəlirləri, nə işsizliyin səviyyəsi haqqında elan olunan rəqəmlər real həyatdan çox uzaqdır. Az qala sünü şəkildə bir milyona çatdırılan yeni iş yerlərinin açılması haqqında iddialar sadəcə, Prezidenti əhalinin xoş güzaranda yaşamasına inandırmağa xidmət edir. Təəsüf ki, korrupsiyanın ölkənin bütün sosial-iqtisadı göstəricilərinə saxta məzmun verməsindən Prezident İlham Əliyev xəbərsizdir. İndi korrupsiya bizim üçün Qarabağdan da böyük bəlaya çevrilib. Hakimiyyətdəkilər bəzən deyirlər ki, bizim Qarabağ kimi böyük problemimiz var, gərək bir olaq. Niyə bu problem korrupsiyaya ilə məşğul olanda yada düşmür? Niyə demirlər ki, bizim Qarabağ boyda problemimiz var və belə problemi olan ölkədə korrupsiya ilə məşğul olmaq ikiqat cinayətdir. Odur ki, Gülər Əhmədovanın alver söhbəti mütləq ciddiyə alınıb tədbir görülməlidir ki, başaqalarına dərs olsun. Hələ bilmək olmaz başqa hansı ağıllıda nə qədər bu kimi məmur alverçilərin videogörüntüləri var. Bu tip adamlar özləri də yəqin indi xof işərisindədirlər. Görəsən, nöbədə kimin görüntüləri gələcək?

Kimdən: ANTIYAP Haradan: MOSKVA
27.09.2012 12:42
Ilanin agina da lehnet,qarasinada,yani....Bunlar hamisi bir bezin qiragidi,bu bezin adi ise YAP-di.Bu partiyaya konullu olaraq, eqidesiz, ...pula satmaga hazir olanlar, uzv olurlar. Guler Ehmedova bunun bariz numunesidi. Kimse gozlemesin ki, ona qarshi bu hakimyyet bir tedbir gorsun. Guler bu hakimyyetin, peshka oyunchularindandi. Bu oyunun shahi ve veziri ise, "ulu onderin" yadigari ile Ramiz Mextiyevdi. Xalq ayaga qalxib bu rushvetxor rejimi yixmalidi ve ondan sonra qorecek ki, Guler Ehmedovanin bu firildagi, hakimyyetin boyuk firildaqlari qarshisinda bir yarpaqdi. ALLAH SEBRINI KESSIN AY MILLET!!!!!

Kimdən: mm Haradan: turkiye
27.09.2012 11:46
siz azad deyilsiz((

Kimdən: Adil Haradan: Almaniya
27.09.2012 11:23
Elshad Abdullayev, ABU da rushvetsiz gun olmayib. ABU da ders, tedris sohbeti olmayib, tehsil haqqinin bashqa ozel universitetlere nisbeten az olmasi, ABU nu bazara chevirib. Indi ise siz deyirsiz, rushvet olmayib. OLmayibsa, bes onda TQDK imtahanindan keche bilmeyen abituriyent nece ABU telebesi adini alib. Ve sonda, siz ele danishirsiz, guya qardashiniz Mahir Abdullayev saf bir insan olub. ABUnun erazisi genishlenen zaman, Mahir Abdullayev oz qochulari ile birlikde, milletin uzerine silah chekerek, onlari evden chixmalari ile qorxudurmush. Indi chixib deyirsiz guya siz temiz adamsiz.
Cavab

Kimdən: con
27.09.2012 14:08
Sohbet mence Elshad abdullayevin temiz olmasindan deyil Deputat xanimin rusvet almasidi
Cavab

Kimdən: ıı Haradan: tokyo
27.09.2012 21:13
rusvet verende alan qeder gunahkardı
orda hemcinin diger şexslerinde adı çekilir.

Kimdən: mm Haradan: turkiye
27.09.2012 11:13
Elshad abdullaev ne edibse edsin. onun gardashinin ogurlanmasi ve bashga ona garshi olan tezigler onu bildiriki o kimnense burun buruna gelib hacansa. bu kimsada bu gu olkeni idare edir ve onun metodlari Haci memedov metodudur. onun acigladiglarinda cox hegigetlar var. ve bu gun umimiyetle axir 5-10 il erzide sahibkarlarin zavodlari alinir ellerinen restoranlari alinir gucnen, ozlerinde lazim olanda oldururlar.ve ya yoxa cixarilir
Səhifə (2)
    Növbəti