Cümə, Noyabr 28, 2014 Bakı vaxtı 18:22

Verilişlər / Kontekst

Əvəz Zeynallı: «Bir daha məlum olur ki, Gülər Əhmədova bunların işlərini görür»

Əvəz ZeynallıƏvəz Zeynallı
x
Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi xoş ovqatla başladı.

Əvəz Zeynallı məhkəmə zalına daxil olan hakimə:

- Ramella xanım, üzünüz gülür, deyəsən Siz də videoya baxmısınız.

Hakim Ramella Allahverdiyeva:

- Bizim başımız elə qarışıqdır ki... Hələ heç nəyə baxmamışıq. 

Sentyabrın 25-də deputat Gülər Əhmədovanı rüşvət almaqda ittiham edən video yayılıb.

«GÜLƏR ƏHMƏDOVA GƏLİB İFADƏSİNİ VERİB»

Sonra Xətai rayon İcra Məmurları Şöbəsinin rəis müavini Fuad Nəbiyev şahid qismində dindirildi. İfadəsində göstərdi ki, 2003-cü ildə Nərimanov rayon Məhkəməsində icra məmuru işləyib. Həmin vaxt məzuniyyətdə olan rəisini əvəz edərkən media ilə bağlı icra materiallarını hesabat üçün toplayıb. Həmin materialların arasında «Xural» qəzeti ilə bağlı çıxarılmış bir neçə məhkəmə qətnaməsinin icra olunmadığını görüb. Əvəz Zeynallını çağıraraq məhkəmə qərarlarını icra etməsini xahiş və tələb edib. Əvəz Zeynallı redaksiyanın maliyyə imkanları olmadığına görə məhkəmə qərarlarını icra edə bilmədiklərini deyib. Şahid dedi ki, 2011-ci ildə onu istintaqa çağırıb «Xural» qəzetinin hələ də məhkəmə qərarlarını icra etmədiyinə görə cinayət işi başlandığını bildiriblər və ondan şahid kimi ifadə alıblar.

Sonra məhkəmə katibi elan etdi ki, çağırılmış şahidlər məhkəməyə gəlməyib. Hakim dindirilməmiş 19 şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etdi. Əvəz Zeynallı deputat Gülər Əhmədovanın da həmin siyahıda olub-olmadığını soruşdu.

«SİFARİŞLƏ TUTULMUŞAM»

Hakim:

- Gülər Əhmədova gəlib və ifadəsini verib. Ona görə də, qanun onun məhkəməyə məcburi gətirilməsini tələb etmir.

Əvəz Zeynallı:

- Necə yəni qanun tələb etmir? Mənim ona suallarım var. Mən ona suallarımı verməmişəm hələ.

- Xahiş edərik və çalışarıq ki, o da gəlsin.

Əvəz Zeynallı:

- İstintaq hazırda iki sübut üstündə tanıyır. Gülər Əhmədova deyir ki, guya səsimi yazıb, xahiş edəcəyəm ki, onu da dinləyək. İkincisi də guya ki, bizim telefondan mesaj gedib gəlib. İttiham aktı bu iki saxta sübutun üstündə dayanıb. 5 aydır burda deyirəm ki, mən sifarişlə tutulmuşam, məni filankəs tutdurub, Gülər də burda vasitəçidir. Mən həmin telefonlarla və həmin mesajlarla Gülər Əhmədovaya gələn mesajların və gələn zənglərin kimlər tərəfindən gəldiyini və kimlər tərəfindən getdiyini bilmək istəyirəm. Çünki son vaxtlar bir daha məlum olur ki, Gülər Əhmədova bunların işlərini görür. Bunların parlamentlərinə Gülər Əhmədova deputat təyin etdirir.

MESAJLARIN SİYAHISI TƏQDİM OLUNSUN

Hakim:

- Bu, bizim məhkəməyə aid məsələ deyil.

Əvəz Zeynallı:

- Necə yəni? Birbaşa bizim məhkəməyə aid olan məsələdir. Mənim səsimi gəlib mənim otağımda xəlvətcə yazan və mənasız bir sübutu gətirib bura çıxardan adam açıq-aşkar deyir ki, deputat seçilmək üçün 1 milyon verməlisən. İndi cənab prokuror deyir insan hüquqları-filan, Gülər Əhmədovanın birbaşa Əli Həsənovla SMS alveri olub.

Əvəz Zeynallı məhkəmədən tələb etdi ki, Gülər Əhmədovaya məxsus nömrədən gedən və gələn mesajların siyahısı məhkəməyə təqdim olunsun və elan edilsin.

- Biz bunu edə bilməyəcəyik.

Hakim bildirdi ki, şahidlər olmadığına görə hazırlıq iclasında Əvəz Zeynallının və onun vəkillərinin verdikləri vəsatətlərə münasibət bildirməyə vaxt qalıb. O, həmin vəsatətləri bir-bir elan edəndən sonra heç birinin təmin olunmadığını söylədi.

Əvəz Zeynallı ibtidai istintaqdakı şahid ifadələri ilə tanış olmaq üçün bütün ifadələrin surətlərinin ona verilməsini tələb etdi.

İSTİNTAQDA KİM NƏ DEYİB

Əvəz Zeynallı:

- Mən bilmək istəyirəm ki, istintaq vaxtı kim nə deyib. Bu, mənim hüququmdur.

Hakim:

- Biz Sizə iş cildlərini verə bilərik ki, siz ordan lazım olan ifadələrdən çıxarış edəsiniz. Ancaq qanun bütün ifadələrin surətlərini Sizə verməyə icazə vermir. 

Məhkəmə iclası sentyabrın 27-də davam edəcək.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: otello
30.09.2012 17:31
Gordunde Evez, sene "ish verenin" ozune torba "tikildi". Ozude nece torba!? Super torba!

Kimdən: Fikrət Hacıyev Haradan: Göygöl
27.09.2012 02:17
Mənə elə gəlir ki, məlum videogörüntülər Əvəz Zeynallının dərhal azadlığa buraxılması üçün kifayətdir. Əgər mütəxəssislər bunun montaj olmadığını sübut etsələr (əminəm ki, bunu sübut etmək o qədər də çətin deyil), deputat Əhmədovanın özünə qarşı cinayət işi qaldırılmalıdır (təbii ki, MM-in icazəsi ilə). Məhkəmənin ədalətli qərarını gözləyək.

Kimdən: Shampuncik
26.09.2012 22:20
bu haqqesabdan sora berke Əvəz Zeynallı azadliqa buraxildi yani bu ishden ancaq o oz azadliqini qazanacaq bexti getirdi

Kimdən: YAP-çı
26.09.2012 21:21
Əvəz bəy sözlərinə fikir ver.Necə yani "bunların işlərini görür"