Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:57

Qadın ona «açıq geyinmə» deyən mollanı döyüb [Fotolar]


İranda əxlaq polisinin əməkdaşları (solda başı örtülü qadınlar) qızlara geyimlərinə görə xəbərdarlıq edir.
İranda əxlaq polisinin əməkdaşları (solda başı örtülü qadınlar) qızlara geyimlərinə görə xəbərdarlıq edir.
.
AÇIQDI, SƏN DƏ BAXMA...

AzadlıqRadiosunun əməkdaşı Gülnaz Esfandiari İranın Şamirzad şəhərində höcətülislam Əli Beheştinin başına gözləmədiyi bir qəza gəldiyini yazır. İranın yarı-rəsmi «Mehr» agentliyinə istinadla müəllif yazır ki, höccətülislam şəhərdə başını yaxşı örtməmiş bir qadına irad tutub. Qadının cavabı isə sərt olub: «Başım açıqdısa, sən də baxma, gözünü yum».

Höccətülislam iddia edir ki, qadın bununla da kifayətlənməyib, onu yerə yıxaraq əzişdirib:

«Yerə yıxılmışdım. Nə baş verdiyini anlamırdım, yalnız qadının mənə yumruqlarını və təhqirlərini hiss edirdim. 3 gün xəstəxanada yatdım».

DİNDARLAR ÖZLƏRİNİ QADINLARA ƏMR VERMƏK VƏZİFƏSİNDƏ HİSS EDİRLƏR

İranda 1979-cu il İslam İnqilabından sonra dindarların çoxu hesab edir ki, İslam qaydaları ilə qadınların geyimi, necə görünmələrinə dair əmr vermək, qadağalar qoymaq onların öz səlahiyyətindədir. Bu düşüncədə olanlarla qadınlar arasında çəkişmələr isə son illər daha da çoxalıb.

Rəsmi olaraq isə hicab qadınları cəmiyyətdə «zorakılıqdan qoruyan» vasitə kimi təbliğ olunur. Amma qadınların çoxu üçün belə geyim sadəcə onları nəzarətdə saxlamaq cəhdi, azadlıqlarının boğulması, təhqirdir. Buna görə xüsusilə gənc qızlar axır vaxtlar İranı daha çox tərk edirlər.

Gülnaz Esfandiari qeyd edir ki, paytaxt Tehran və başqa şəhərlərdə əsasən də yay aylarında «başlarını yaxşı bağlamayan» qadınlar polisin təzyiqlərinə məruz qalırlar. «Başını yaxşı bağlamamaq» ittihamı ilə bəzən qadınlar zorakılığa məruz qalır, həbs edilir, cərimələnir, təhdid olunurlar.

GETDİKCƏ DAHA ÇOX MOLLA QADIN YUMRUĞU ALIR

İndi isə getdikcə daha çox qadın buna etiraz etməyə başlayıb. Onların bəziləri sadəcə qadınlara qarşı belə qaydaları tənqid etməklə kifayətlənir, bəziləri isə mənəviyyat polisi əməkdaşları ilə əlbəyaxa olmaqdan da çəkinmirlər. Belə toqquşmaları bəzən ətrafdan keçənlər çəkib «Youtube»a da yükləyirlər.

«Mehr» agentliyi də qeyd edir ki, Beheşti kimi din xadimlərinə hücumlar İranda artıq nadir hal deyil. Agentlik hətta İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisinin də qadınların hücumlarına məruz qaldığını yazır:

«Tehranda Höccətülislam Seyid Mahmud Mustafavi Möntəziri, Tehranın Tibb Elmləri Universitetində ibadət lideri Höccətülislam Farzad Farouzeş paytaxtın müxtəlif küçələrində yanlışlıqları düzəltmək kimi dini vəzifələrini icra edərkən qadınların hücumlarına məruz qalıblar. Bəzi hallarda ciddi yaralar alıblar».

Beheşti bildirir ki, ona hücum edən qadına qarşı şikayət etməyəcək. Amma «Mehr» agentliyi yazır ki, artıq prokurorlar bu hadisəni araşdırmağa başlayıblar. Semnan əyalətinin prokuroru bildirib ki, hadisə araşdırılır, amma o, əlavə heç bir məlumat verməyib. Prokurorluq hadisəni ictimai yerdə adam döymə kimi rəsmiləşdirib.

Prokurorlar polisin ictimai yerlərdə «başını yaxşı örtməyən» qadınları döyməsini isə adətən «geyim qaydalarının tətbiqi zamanı zəruri addım» kimi qiymətləndirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG