Cümə axşamı, Noyabr 27, 2014 Bakı vaxtı 03:51

Siyasət

Ağ ev Ramil Səfərovun əfvindən narahatdır

Ağ evAğ ev
x
Ağ ev
Ağ ev
-
Bu barədə Ağ evin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, ABŞ prezidenti Barack Obama Azərbaycan zabiti Ramin Səfərovun Azərbaycana qayıtdıqdan sonra evf olumasınından narahatdır:

«Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və Macarıstan qanunlarına əsasən ömürlük həbs cəzası alıb. Ramil Səfərovun əfvi ilə bağlı biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışığa ziddir».

ABŞ Ramin Səfərovun Azərbaycana köçürülməsi ilə əlaqədar Macarıstandan izahat tələb edir.

Avqustun 31-də Prezident İlham Əliyev Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

ABŞ-IN BƏYANATINA 2 FƏRQLİ YOZUM


ABŞ hökumətinin Ramil Səfərovun əfvi ilə bağlı bəyanatına fərqli münasibətlər gəlir.

«ƏDALƏT TƏMİN OLUNUB VƏ RAMİL SƏFƏROV AZADLIQDADIR»

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hesab edir  ki, ABŞ-ın bu bəyanatı ədalətsizdir:
Rasim MusabəyovRasim Musabəyov
x
Rasim Musabəyov
Rasim Musabəyov

«Bu bəyanat Azərbaycan üçün nə istidir, nə soyuq. İş işdən keçib. Ədalət təmin olunub və Ramil Səfərov azadlıqdadır. Bu haqda bəyanat verən Dövlət Departamenti, Ağ ev Qarabağda əlləri cinayətlərə bulaşmış Serzh Sargsyan'ı, Robert Kocharyan'ı prezident kimi qəbul edirlər və onlara heç gözün üstə qaşın var demirlər. Onların Azərbaycana hansısa irad bildirməsi ədalətli deyil və buna elə də böyük reaksiya vermək lazım deyil. Regionda sabitliyi pozan Ermənistanın işğalı və bu işğala göz yumaqdır. Ramil Səfərovun 8 il öncə törətdiyi hadisə də bu işğala biganə yanaşmanın nəticəsidir».

«RAMİL SƏFƏROVUN AZADLIĞA BURAXILMASINDA NƏ SİYASİ İRADƏ, NƏ HÜQUQA HÖRMƏT, NƏ DƏ MÜNAQİŞƏNİN HƏLLİ İSTƏYİ VAR»

Politoloq Zərdüşt Əlizadə isə bəyanatdakı fikirlərlə tam razı olduğunu bildirir. O, hesab edir ki, Prezident İlham Əliyev əfv sərəncamı ilə hüquqa hörmətsizlik nümayiş etdirib:

«Bu bəyanatdakı fikirlərlə mən tamam razıyam. İlham Əliyevin bu əfv sərəncamı münaqişənin həllinə, bölgədəki əmin-amanlığa, sabitliyə xidmət etmir.
Zərdüşt ƏlizadəZərdüşt Əlizadə
x
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Ermənilər qanunsuz hərəkət edib Azərbaycanın torpaqlarını işğal edibsə, Azərbaycan da qanunsuz hərəkət edib cinayət törədən birini azadlığa buraxır. Özü də vətəninə qayıtdığı gün. Heç olmasa gözləyirdilər, 1-2 il Azərbaycanda həbsdə saxlanaydı. 2-3 ildən sonra deyərdilər ki, tövbə etdi, səhvini anladı və bundan sonra azad olunaydı. Ramil Səfərovun dərhal azadlığa buraxılmasında nə siyasi iradə, nə hüquqa hörmət, nə də münaqişənin həlli istəyi var. Burada yalnız və yalnız ucuz şöhrət var. Qanunun aliliyini anlamayanlar sevinib, bayram edəcəklər. Bu addımı üçün prezidentə təşəkkür edəcəklər».

PREZİDENT ADMİNİSTRASİYASI ABŞ-IN AÇIQLAMALARINA MÜNASİBƏT BİLDİRİB

«Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan beynəlxalq Konvensiyanın tələblərinə tam əməl edib».

Fuad ƏləsgərovFuad Ələsgərov
x
Fuad Ələsgərov
Fuad Ələsgərov
Bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

O qeyd edib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası ilə tənzimlənir:

«Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir. Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi prosedurasına dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: Soltanhəmid Haradan: Bakı
08.09.2012 21:37
Ramil Səfərovun həbsi haqqında
Əvvəla Azərbaycan zabiti Ramil Səfərov haqqında Macarıstan Ali məhkəməsinin çıxardığı yerli qanunvericilikdə nəzərdə tutulmuş ən ağır- ömürlük həbs cəzası hökmü normal məntiqə sığmır. Doğrudan da, ya Ali məhkəmə zabitin öz təhlükəsizliyini nəzərə almadan belə ağır cinayəti törətməsini onun hadisə zamanı anlaqsız olması qənaətinə gələrək onu məsuliyyətdən azad etməli, ya da öz həyatını qurban vermək bahasına olsa belə məqsədli şəkildə qisas almış tərəfin motivini başa düşməli, onu bu cinayəti törətməyə sövq edən səbəbləri məhkəmə hökmündə mütləq nəzərə almalı və ona maksimal cəza verməməli idi. Əks halda məhkəmə (ittiham tərəfi) Ramil Səfərovun peşəkar cinayətkar olmasını və heç bir səbəb olmadan belə ağır cinayət törədə bilməsini inandırıcı şəkildə sübut etməli idi.
Təsadüfi deyil ki, həbsdə olduğu 8 il müddətində Ramil Səfərov öz nümunəvi davranışı və ibrətamiz fəaliyyəti ilə ictimaiyyətdə özünə qarşı formalaşdırılmış mənfi fikri dəyişməyi bacardı və ona qarşı ədalətsiz məhkəmə hökmü çıxarıldığını bir daha sübut etdi.Bioqrafiyasında zabitin şəxsiyyətinə kölgə sala biləcək və baş vermiş cinayətlə səsləşən heç bir şübhəli məqamın olmamasına baxmayaraq məhkəmənin Ramil Səfərova qarşı belə son dərəcə ədalətsiz mövqeyinin səbəbi müəmmalıdır. Lakin belə hökmün çıxarılmasını təəssüf doğuran təsadüf və ya erməni lobbisinin fəaliyyəti ilə bağlamaq sadəlövhlük olardı.
Ramil Səfərovun doqquz ilə yaxın müddətdə həbsdə saxlanıldıqdan sonra Azərbaycana təhvil verilməsi və Azərbaycan hakimiyyəti tərəfindən dərhal əhv edilməsi hadisəsi əslində mahiyyət etibarilə gec də olsa buraxılmış məhkəmə xətasının aradan qaldırılması və ədalətin bərpası hesab oluna bilər.
Doqquz ilə yaxın bir müddət həbsdə qaldıqdan sonraRamil Səfərovun Azərbaycana təhvil verilməsi və azadlığa buraxılması tamamilə gözlənilən bir hadisə olmasına baxmayaraq keyfiyyətcə yeni proseslərin başlanmasına start verdi. Amerika və Avropadakı güc mərkəzləri sayılan ölkələrdə Azərbaycana qarşı total təbliğat maşını işə düşdü.
Maraqlıdır, Ramil səfərova Azərbaycan dövləti tərəfindən göstərilən münasibət doğrudanmı qeyri-adi və görünməmiş hadisədir? Əlbətdə yox! Əslində bunun əksi, yəni ölkəsinin namusunu düşməni öldürərək həbs olunmaq hesabına olsa da qorumağa çalışmış zabiti öz ölkəsində həbsdə saxlamaq həqiqətən qeyri adi və nankor bir əməl olardı. Sonuncuya hər hansı nümunə tapmaq qeyri-mümkündür. Bunu Azərbaycan xalqından gözləyənlər onu mənəvi cəhətdən şikəst və heç bir hörmətə layiq olmayan xalq hesab edənlər ola bilər. Bu Azərbaycan xalqını mənəvi cəhətdən tərksilah etməyin birbaşa yoludur. Yeri gəlmişkən, Sovet dönəmində Azərbaycanlıların daim düşmən qarşısında həm fiziki, həm də psixoloji cəhətdən tərksilah edilməsi bu gün torpaqlarımızın erməni işğalı altında olmasına, Ermənistan ərazilərindən azərbaycanlıların qorxudularaq çıxarılmasına səbəb oldu. O vaxt bu planlı şəkildə, Moskvanın rəhbərliyi və yerli nadan məmurların əli ilə aparılırdı. Bəs indi bunun sifarişçiləri kimdir?

Təbii ki, Ramil Səfərovun Azərbaycan hakimiyyəti tərəfindən həbsdən azad etməsi faktını mən ermənistanın öz peşəkar qatil terrorçularına sayğılı münasibətilə müqayisə etmək fikrindən çox-çox uzağam və belə müqayisə hərbçi zabitə hörmətsizlik olardı, lakin ən yaxın tariximizdə bir çox demokratik ölkələrin, o cümlədən ABŞ və digər ölkələrin əsgərləri tərəfindən Yaxın Şərqdə dinc vətəndaşlara qarşı törədilmiş və heç cür izah edilə bilməyən cinayətlərin, vandalizm nümunələrinin olmasını mətbuatdan bilirik. Həmin şəxslərin dərhal azad olunması və ölkəsinə təhvil verilməsi üçün ABŞ, Rusiya və başqa ölkələrin necə aktiv səylər (hərbi şantaj da daxil olmaqla) göstəməsi hamımıza bəllidir və çoxları buna anlaşıqlı yanaşır.


Kimdən: Menden Haradan: Ordan
04.09.2012 18:22
Zərdüşt müəllim çox səhv düşünürsüz.

Kimdən: Naile Haradan: Baki
04.09.2012 11:56
Biz de cox seyden narahatiq , ag ev bize ehemiyyet verir?
Cavab

Kimdən: oxucu
05.09.2012 21:28
Ozunuz secdiniz de bu hakimiyyeti , indi de oturun dozun ."--ay xanim sen sherh yaza bilirsen, amma hele indiyedek bilmirsen ki, bu hakimiyyeti hech kes sechmir, ozleri-ozlerini teyin edir??

At kimi seni sururler, moderator hara baxir? "---ay xanim sen yegin ki, kinoya baxmisan. Azerbaycanda insanlari at kimi surmurler, Gerb olkelerinden heya edirler, chunki guldarlig gurulushu chox-chox iller bundan onde galib.

senin kimiler hemise noker olublar , noker qalacaqlar , cunku savadin ve aglin buna catir ,"--bu olkede hami 1 neferin nokeridir. Avtokratiyadir, bes sen hele bunu bilmirsen?

Ele korrupsiyanin destekleyen senin kimilerdir de , hara gedirsiniz birinci rusvet vermeye hazirsiniz , qanunlari yada da salmaq istemirsiniz ."---ay xanim, pul ne gezir ki, rushvet verim??

ABS seni ozune noker secib ay yaziq ? "---Xeyir, avtokratik sistem meni noker "sechib" amma men gurtulmaga chalishiram. Senin kimiler ise hele de nokerchilik elemekden yorulmayiblar, hele bir hamini nokerchiliye sesleyirler, noker psixologiyasi ile, noker sherhleri yazirlar.
hormetle oxucu
Cavab

Kimdən: Ag evden
04.09.2012 16:52
Ehemiyyet Verir. Ag ev, umumiyyetle dunya birliyi olmasa Aliyev rejimi ve onun korrupsiya burulganina rehberlik eden guldur gullari daha beter guldarlig gurulushu yaradar ve senin kimilerin boynuna (at kimi, 16-ci esrde oldugu kimi) minib gezer. Bunlari indi ede bilmir chunki saxta demokratik dovlet goruntusu yaratmaga chalishir. Basha dushdun xanim (ve ya gadin adi ile yazan kohne muzdlu)?
Cavab

Kimdən: Naile Haradan: Baki
05.09.2012 18:56
senin hec terbiyen yoxdur . Ozunuz secdiniz de bu hakimiyyeti , indi de oturun dozun . At kimi seni sururler, moderator hara baxir? senin kimiler hemise noker olublar , noker qalacaqlar , cunku savadin ve aglin buna catir , Ele korrupsiyanin destekleyen senin kimilerdir de , hara gedirsiniz birinci rusvet vermeye hazirsiniz , qanunlari yada da salmaq istemirsiniz .ABS seni ozune noker secib ay yaziq ?

Kimdən: bakili Haradan: baki
04.09.2012 10:16
zerdusht muellim,demeli torpaqlarin qaytarilmasi uchun ermenilerin tovbesini gozlemeliyik?

Kimdən: bakili Haradan: baki
04.09.2012 10:06
ag ev ermeni lobbisinden narahatdi.demokratiya deyir,amma sechkileri fikirleshir.sonra da haqqdan danishir.bele yaramaz.Allah boyukdur....

Kimdən: Samed Haradan: Masallı
03.09.2012 18:44
Azadliq Radiosu, Niye Amerkanı tenqid eden şerhleri vermirisiniz? Sizlere verilen maliyye vesaitlerini kesecekler deye?!
Ağ Ev evvela getsin dünyada töretdiyi qetliamlara göre özünü bir vicdan hesabına çeksin!!! Oradakı insanlar son 50-60 ilde dünyada o qeder mesum insanın nahaq qanını Amerikanın siyasi, iqtisadi-herbi maraqlarına göre tökübler ki (ki bu günde tökmeye davam edirler), bu haqqda danışmağa heç haqqları yoxdur!!! Bu günde buna davam edirler. Dünyadakı mövcud münaqişelerin hammısının temelinde Amerika, Rusya başda olmaqla Qerb ölkelerinin marağı durur.
Milyonlarla insanın qanını axmasına sebeb olan siyasetleri aparan bu ''prezidentler'', dünyaya bir de ''demokrat ve sülh sever'' olaraq tanıtılır!!! BES İRAQDAKI, SİVİL İNSANLARI KEFLERİ ÜÇÜN ÖLDÜREN AMERİKAN ESGERLERİNİN NEÇESİ GÖRESEN HEBS OLUNUB, HE?
Amerikaya yerleşdiklerinde yüz minlerle Hindunu öldüren dede-babalarının elleri ve vicdanları qanlı neve-neticeleri,torpağları işğal edilen ve minlerle vetandaşı öldürülen Biz Azerbaycanlıları nede ittiham edecekler? Niye Orli aeroportunda 6 Türkü öldüren ve Ermenistanda serbest buraxılıb qehreman elan edilen qatille elaqeli (eli Türk qanına bulaşıb bu şekilde Avropa ölkelerinde 9-10 il hebs heyatı yaşayıb daha sonra serbest buraxılan 10-a yaxın Ermeni terroristi var) bir şey demirler?! Ve ya ermeniler 2-3 ayda bir ateş açıb bizim sivil insanları öldürür, buna niye bir şey demirler?
Cavab

Kimdən: elektorat
03.09.2012 20:19
Samed, senin yerin Masalli deyil e, Prezident apparatidir! Sen gerek en Azi Artur Resizadeni evez edesen! Sen ise Masallidan sherh yazirsan..
Cavab

Kimdən: LW Haradan: Azerbaycan
04.09.2012 00:51
Samed bey sozunuze quvvet :)) bu sehifenin yazdiqlarini oxuyanda hemiwe dushunurem ki goresen bunlari yazan dogurdan oz qanimizdandi???ve hemiwe de teessufki cvb eyni olur: OLA BILMEZ..sozum tek

Kimdən: ezize Haradan: Baki
03.09.2012 16:55
her kese salam!!!meqaleni oxudum.Rasim bey iqtiar yonlu sehr verib,Zerdust bey muxalifet yonlu,Fuad Elesgerovda huquqi terefden cavab verib,amma ne oyana nede bu yana.eslinde iki terefde duz deyir.amma yerlerini deyisibler.fikirlerini nezerde tuturam,RAsim bey deputat olmasaydi deyecekdiki RAmilin azad olunmasi sehvdir(huquqi baximdan).eslinde Ramili azad olunmasi hem doqrudur hemde sehvdir.doqrudur bu qeder insan qani token Koceryan ,Balayan azadliqadir,sehv ise odurki Konvensiya qanunu pozulub.Eslinde ise Ramilin *ehv fermani* qarsida gelen prezident seckilerine 1 kozir olaraq istifade etmek ucundur.RAmilin azad olunmaqi butun Azerbaycani sevindirir.usaqdan-boyuye her kes sevinir.cox isterdim milletin sevincinden bu iqtidar basqa meqsedlerde istifade etmesin.в любом случае Рамили азад етмек iqtidarin borcudur.
Cavab

Kimdən: hugugshunas
03.09.2012 17:13
Hech muxalifet ve ya igtidarin yeridir?? Elesgerov ise hugug evezine "nagil" danishir, ay xanim!

Kimdən: eyforiyadan
03.09.2012 15:28
Artig "ramin" eyforiyasindan ayilmagin ve bu ganunsuzlugun cavabini vermek vaxtidir.

Kimdən: naxcione Haradan: Baki
03.09.2012 14:12
Sizin Xedice Ismayilova ne deyib? Deyiller ki cani deyib qatil deyib, bilen varsa desin mende bilim

Kimdən: ESEBI Haradan: ********
03.09.2012 13:24
AG EVDE OLDURUB E LAP GEDIN QARNINIZI QASIYIN BUNLAR OZLERINI AGILLI HESAB ELEMEKDEN YORULMADILARDA
Səhifə (6)
    Növbəti 

Oxumaq məsləhətdir...