şənbə, Oktyabr 25, 2014 Bakı vaxtı 16:10

Siyasət

Prezident Ramil Səfərovu əfv etdi [Video]

-
Avqustun 31-də Prezident İlham Əliyev Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Prezidentin bu sərəncamından əvvəl xəbər saytları və sosial şəbəkələrdə isə artıq Ramil Səfərovun Bakıya gətirildiyi barədə xəbərlər yayılmışdı.

RAMİL SƏFƏROV BAKIDADIR

Ramil Səfərov avqustun 31-i səhər 8-də Macarıstandan yola salınıb və artıq Bakıdadır.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev məlumat verib.

Səfirin dediyinə görə, bu əməliyyatı Ədliyyə Nazirliyi həyata keçirib:

«Bu hadisə qəflətən baş verməyib. Biz bunun üzərində aylarla işləyirdik. Bu proses əvvəldən axıra kimi Azərbaycan prezidentinin tapşırığı ilə səfirlik tərəfindən həyata keçirilib. Buraya danışıqlar, Macarıstanın rəsmi orqanları ilə əlaqə saxlanması, ekstradisiyanın detallarının aydınlaşdırılmasını daxildir».

«O GÜNƏ DÖNMƏK İSTƏMƏZDİM»

Beləliklə də, Ramil Səfərov Hava Limanından cəza çəkmək üçün həbsxanaya yox, birbaşa ata evinə yollandı. Burda onu qohumları, dostları və jurnalistlər gözləyirdi. Jurnalistlərə müsahibəsi isə qısa oldu: 

- 8 il yarım qürbətdə, təkadamlıq kamerada, hər halda özünüz də təsəvvür edə bilərsiniz. Çox söz deməyə ehtiyac yoxdur.  

- Geri dönəndə o gün barədə nə düşünürsünüz?

- O günə dönmək istəməzdim.

Ramil Səfərov deyib ki, azadlığa buraxılacağı və Bakıya ekstradisiya olunacağı onun üçün gözlənilməz olmayıb:

- Dövlətimizin, xalqımızın qayğısını hər an hiss edirdim. Hər şeyi demək olmurdu. İşlər gedirdi, hər şeyi açıqlaya bilmirdik. Hər halda, bu, anlayışla qarşılanmalıdır. Bir də qeyd etmək istəyirəm ki, dövlətimizin qayğısını hər an hiss edirdim.

«RAMİL AZAD OLUNACAĞINA İNANIRDI»

Deputat Qənirə Paşayeva:

«Gözlənilən idi. Dövlət əlindən gələni edirdi ki, Ramil azadlıqda olsun. Cəmiyyət hər zaman maraqlanırdı ki, o, nə vaxt Bakıya gətiriləcək. Ancaq bu uzun bir prosedur idi, aparılan işlər var idi. Ramillə hər zaman telefonla danışırdıq. Mən onu həbsxanada ilk ziyarət edən insanlardan biri idim. Özü də inanırdı ki, Azərbaycan onun azadlığa çıxması üçün əlindən gələni edəcək. 4-5 gün əvvəl danışmışdıq. Deyirdi inanıram ki, azadlığa qovuşmağıma lap az qalıb. İndi o, artıq evindədir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (10)
Kimdən: Sabihə Humbətova Haradan: Bərdədən
31.08.2012 17:35

Yaşasın, Azərbaycanın qəhrəman oğlu, Ramil Səfərov!!!! Onun azad olmasında müstəsna xidməti olan İlham Əliyevə və digər şəxslərə ailəmiz və Cəbrayil qaçqınları adından təşəkkür edirik. Onun bu hərəkəti biz qarabağlılarda tezliklə Vətənimizin geri qaytarılmasına əminlik yaratdı. Əlbəttə ki, ermənilər çox çalışdılar ki, Ramili omürlük həbsdə saxlasınıar, amma Azərbaycan Prezidenti də sag olsun ki, onların bu arzusunu gözündə qoydu. Gözün aydın, Azərbaycan! Allah Ramilin anasına rəhmət eləsin, yeri behişt olsun. Bele oğul dunyaya gətirən ana hər cür mukafata, alqışa layiqdir.
Cavab

Kimdən: Anonim
31.08.2012 18:17
Siz tərəflərdə yatan adamı doğrayan peşəkarlar çoxdur?
Cavab

Kimdən: Anonim
02.09.2012 02:06
Səbinə! Gələcək Etirazlar Tez Susmasını İstəyirsənsə Kinini Doğru İstiqamətdə Rahatla. Bu da mənim cavabım, sənin stilində.
Cavab

Kimdən: Səbinə Humbətova Haradan: Bərdə
01.09.2012 12:03
Anonim Ğanqaraldıcı Zınqıltılarınla İnsanların Nəşəsini Azdırma, Sən İnsanları Çirkin İşlərinə Mal etmə!!!!! Ya Xocalıdakı ana-bacılarımızı qanına qaltan edəndə qatill söze hələ mövcud deyildi??? İçiniz yanır həəə, Azərbaycan xalqının prezidenti İlham Əliyevdəki kişilik ermənilərin suratsıq prezidentində yoxdur, ona görə??? Həəə, hələ içiniz çox yanacaq, Azərbaycanlılar öz torpaqlarını geri qaytarmağa hazırdılar. Sizin kimilər isə rusun dalında gizlənəcəklər. Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, diktə etməyi bacaran güc kimi qəbul olunur. Azərbaycanca yazmaq hələ azərbaycanlı olmaq demək deyil. Indi isə qayıt birinci cümlənin sözlərinin baş hərflərini oxu. Bu da mənim sənə hədiyyəm!!!!!!
Cavab

Kimdən: anar Haradan: baki
31.08.2012 20:03
sen ermenistanin harasindansan?
Cavab

Kimdən: Nicat Haradan: Baki
31.08.2012 18:55
Anonim ürək bulandirma...
Cavab

Kimdən: Anonim
31.08.2012 18:06
Sabihə, elə sənin arzuların arzu olaraq qalacaq. Arzu, arzu həyatdır.
Cavab

Kimdən: ovod
31.08.2012 20:04
Butun xalqi tebrik edirrem duzu men de anlamadim nece oldu bu ish kimi ne ile ele aldilar,nece etdiler ancaq esas neticedir. Yeqin Qarabagi da bele azad edecekler olsun ne deyirem teki torpaqlarimiz qayitsin qaldiki qanunlara ay Avropa ne deyecek guya onlar chox durustrurler hamisi ermeniperestdirler bizim zabite omurluk 77 neferin qatili Breyvike 20 ol budur edalet

Kimdən: Soltan Haradan: baki
31.08.2012 17:27
Salam Ramil . Xow gelmisen yurdumuza, Kiwi kimi addim atdin kiwi kimi de qayitdin torpaqimiza. Allah anana rehmet elesin. Allah Vetenimizi Milletimizi Bayraqimizi Ve SENIN KIMI KIWI OGLU KIWILERI QORUSUN. TORPAQ YOLUNDA SINAQDAN CIXDIN. ALLAH SENE BUNDAN SONRA YAR OLSUN . SHEREFIMIZSEN BIZIM.

Kimdən: Orxan Haradan: Baki
31.08.2012 17:27
Aydaaa neter adamlar varee,indi alinib ki,indi de qaytara bilibler dee.oturub bos-bos danisirlar ay isteseydi Prezident coxdan getirerdi.hami ozun coxbilmis sayir daa??basa dusmek olmur da bu ne xasiyyetdir bele bizde??her seye bir banka qoyurlar daa..Anasinin olmeyi de Allahin isidir.

Kimdən: OrxanDagli Haradan: Uk
31.08.2012 17:27
Qardash hemishe evinde eshiyinde Veteninde!!!Bu ishde senin Vetene qayitmaqinda kim komey edibse Allah onada komey olsun.Amin.Senin ananin ellerinden opurem...

Kimdən: Senuber Lacinli Haradan: Almaniya
31.08.2012 17:23
ramili tebrik edirem atasina gözün aydin deyirem Ramilin cixisina sebeb olan her kese can sagligi arzulayiram I: äLIYEVÄ tesekkürler.Siz indi prezidentliyä layigsiz

Kimdən: Anonim
31.08.2012 17:23
Dirənmiş toplumun şou proqramı davam edir. Şeyx Nəsrullah : Eehey, qalxın ey ölülər! Allah prezidentin canını sağ eləsin, allah korrupsiyanı bol eləsin, evlərinizi uçursunlar, kompensasiya verməsinlər!!! İnşallah!

Kimdən: demadim Haradan: SSRI
31.08.2012 17:23
Ramilin azadliga cixmasi Azarbaycan xalqi ucun cox sevindirici haldi amma Macar qazeti yazir ki, bu havayi basa galmayib Azarbaycana. Azarbaycan hokumati Macarstanin olu iqtisadiyyatina 2 mld dollardanartiq guzastli dovlat borcu vermaya boyun olub.. Bunlar har seydan xeyir gudurlar.
Cavab

Kimdən: Cahandar
31.08.2012 18:15
Macarıstan iqdisadiyyatı hal-hazırda böhran dövrünü yaşayır. Təbii ki, Ramil Səfərovu qəşəng gözlərinə görə buraxmayıblar. Hər şeyin qiyməti var.
Cavab

Kimdən: Anonim
31.08.2012 18:18
Halaldır Avropaya, həmişə sorublar neft rejimlərini ucuz muncuq-oyuncaq əvəzində, indi də sorurlar, halaldır Macarıstan!

Kimdən: bakili Haradan: bakidan
31.08.2012 17:21
gelin bir defe bizde bir olag daa.cetin meseledir??burda ele yazilar oxuyuram ay PR ele,seckiler bele.Atalarin yaxsi sozu var,Duz duzdaqda Essek naxirda.hele seckiye 1ilden de cox var.bos-bos fikirler yurutmekdense hami kimi durub Ramilgile getmek lazimdir.qoy gorsun xalq onu nece gozleyirmis...

Kimdən: Senuber Haradan: Almaniya
31.08.2012 17:16
Cahandar bos bos danisma äyär sen azerisense buna sevinmelisen
Cavab

Kimdən: Cahandar
31.08.2012 17:22
Bura Azadlıq radiosudur, mənim də hamımızın kimi fikir azadlığına haqqım var. Göstərişinizi Almaniyada verin.

Kimdən: Ramil Haradan: seferov
31.08.2012 17:15
azadliqda olmagina cox sevinirem ancaQ BUNU prezidentimiz codan ede bilerdi...niye mehs indi etdi ?!cavabi 2013 prezident seckileri
Cavab

Kimdən: XƏYYAM Haradan: BAKI
31.08.2012 18:07
RAMİL ƏSAS ODUKİ AZAD ETDİ.BİRDƏ SƏNİ KİMİ SAVADSIZLAR MACARISTAN KANSTUTSİYASIN OXUSANIZ GÖRƏRSİZKİ BU ÇOX BÖYÜK İŞDİ.
Cavab

Kimdən: Bayram Haradan: Baki
31.08.2012 17:29
Szi axi niye bu qeder pessimist ruhlusuz. Demek ki indi buna imkan yaranib ki indi edib bunu. Cenab Prezidentimiz Ilham Eliyev her zaman vetenperverliyi yuksek qiymetlendirir. Siz deyesen yadinizdan cixartmisiniz rehmetlik Mubarizin defnnindeki prezidentin goz yaslarini....
Cavab

Kimdən: Nasionalist Haradan: Anonime
31.08.2012 19:01
Anonim muellim, Defn deyende Bayram qebirstanligi nezerde tutmayim. Merasimi nezerde tutub...
Cavab

Kimdən: Anonim
31.08.2012 18:03
Karbon qazı buraxanda qazını bir az az elə! Prezident dəfndə yox idi. Gözlərini sil.
Səhifə (10)

Oxuyan gərək...