şənbə, Avqust 01, 2015 Bakı vaxtı 14:44

Dünya

Gürcü müxalifəti «Mişa, davay, do svidaniya!» deyir

Bidzina IvanishviliBidzina Ivanishvili
x
Bidzina Ivanishvili
Bidzina Ivanishvili

Bunu da oxu

Gürcü müxalifətçinin bank hesabı dondurulub

Gürcüstan hakimiyyəti müxalif siyasətçi və sabiq futbol ulduzu Kakha Kaladze'nin bank hesablarını dondurub.

Gürcü arzusu

Gürcüstan hətta indiki vəziyyətində belə insanı təəccübləndirməkdə davam edir.
-
“Onlar müxalifətçiləri döymək üçün qoluzorluları səfərbər edirlər. Onlara 1000-1500 lari boyun olurlar (600-900 dollar)”

Bu, Gürcüstanda oktyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifətin hakimiyyətin ünvanına səsləndirdiyi çoxsaylı ittihamlardan biridir.

Milyarder Bidzina İvanishvili`nin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası iddia edir ki, onların sentyabrın 9-da Zuqdididə keçirmək istədikləri mitinqi hökumət bu cür dağıtmaq istəyir.

Bu parlament seçkiləri hakim partiya üçün də, müxalifət üçün də həlledicidir, çünki seçkidən sonra prezidentin səlahiyyəti azalacaq, parlamentin seçdiyi baş nazirin səlahiyyətləri isə əksinə artacaq.

Seçki yaxınlaşdıqca bəzi xırda müxalif qurumlar İvanishvilinin koalisiyasının xeyrinə seçkidə iştirakdan imtina edir və tərəfdarlarını həmin koalisiyaya səs verməyə çağırırlar.

Son olaraq keçmiş xarici işlər naziri Salome Zurabishvili`nin “Gürcüstanın yolu” partiyası belə bir addım atıb.

İvanishvili seçicilərə nə vəd edir?

İlk növbədə Avropa Birliyi və NATO-ya inteqrasiya, pulsuz müalicə paketi və əlyetərli təhsil:

“Biz mütləq ədalətli dövlət quracağıq. Elə bir dövlət ki orada hökumət işlə məşğul olacaq, indiki kimi görüntü yaratmayacaq. “Gürcü arzusu” hakimiyyətə gələndən sonra onun üzvləri ölkədə biznesin inkişafına çalışacaqlar” – deyə İvanishvili bildirib.

Ivanishvili bu vədlərini ölkənin regionlarını gəzərək seçicilərlə görüşlərdə də səsləndirir.

Xristian demokratlar isə kasıb təbəqənin ehtiyaclarını önə çəkməyi qarşısına məqsəd qoyublar.

Onlar deyirlər ki, hakimiyyətə gəlsələr kommunal xərcləri də azaldacaqlar.

Müxalifətçilər hesab edirlər ki, hazırkı prezident Mikheil Saakashvili siyasi səhnədən getməlidir. Çünki Rusiya ilə düşmən olub, ölkə isə arzuolunan səviyyədə inkişaf etmir.

Hakimiyyət isə bildirir ki, əksinə Gürcüstan xarici sərmayəçilər üçün cəlbedici olub, korrupsiya isə xeyli azalıb.

Müxalifətçilər hətta Azərbaycan meyxanası “Davay do svidaniya”nı da Saakashviliyə “get” demək üçün istifadə edirlər

Müxalifət ehtiyat edir ki, Saakashvili prezidentlikdən getsə də (onun iki dəfədən çox seçilmək haqqı yoxdur), yenidən baş nazir qismində hakimiyyətə gələ bilər. 

Seçkidə 20-dən çox siyasi qüvvə iştirak edəcək

Onlar parlamentə düşmək üçün 5 faizlik barajı keçməlidirlər.

Hələ ki ən yüksək reytinq hakim partiyaya – “Vahid milli hərəkat”a məxsusdur.

Daha sonra “Gürcü arzusu” və xristian demokratlar gəlir.

Amma ekspertlər hesab edirlər ki, vəziyyət seçkiyə bir neçə gün qalmış dəyişə bilər.

Politoloq Vasil Chkoidze isə deyir ki, hakimiyyətin əas rəqibi İvanishvilinin “Gürcü arzusu” koalisiyasıdır:

“Mənim fikrimcə, müxalifət arasında sadəcə 2-ci yer uğrunda mübarizə gedir. Əsas da “Gürcü arzusu” və xristian demokratlar arasında. Qalan partiyalar xeyli geri qalırlar”.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Murad Haradan: Ardabil
31.08.2012 12:53
Bunların ağzı isti yerdədir. Saakaşvilinin Gürüctan üçün elədikləri onların gözünü tutacaq. Bir rusbaş gəlib onların göstərər "qde raki zimuyut"!!!!

FORUMLAR

Heydər Əliyev, yoxsa, İlham Əliyev (Forum)

Ata-oğul bu iki prezidentin hakimiyyət illərini necə müqayisə edərdiz?

43 şərh

TEYMUR: DOGUM EVINDEN TUTMUW QEBRISTANLIGA QEDER AZERBAYCANDA RUWVETDIR. BUKUN IWSIZLIK EVSIZLIK BAW ALIB GEDIR ... davamı

Sizcə, məmurlar İlham Əliyevin sözünü eşidirlər?

«O boyda Ukrayna Saakashvilini öz ölkəsinə çağırıb vəzifə verib, bunlar da bacarmırlar. Bacaran adam çağırsınlar ən azından»

38 şərh

Zaur MİNGƏÇEVİRLİ: Hamısı eyni bezin qırağıdır. Əgər sözü keçirsə sistemi yeniləsin... su başdan bulanan unutmayaq ... davamı

İlham Əliyev: «O məmurlar bilsinlər ki...»

«Hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin».

24 şərh

esmira: Bizim m'murlar ancaq kabinet ucun yaradiliblar.onlar cemiyyetden qacirlar.Xalqin icerisinde olamq lazimdir ki,bu yaziq ... davamı

Xədicə İsmayılova yüksək azadlıq mükafatı aldı- [video]

Beynəlxalq jurnalistikada böyük nüfuza malik ABŞ Milli Mətbuat Klubu tanınmış təhqiqat jurnalisti Xədicə İsmayılovanı özünün ən yüksək mətbuat azadlığı mükafatı ilə təltif edib.

20 şərh

Akif: Bakıdan Həsən Hüseynzadə adlı qorxaq "vətəndaşa" müraciət edirəm: sənin bütün suallarını daim cavablandırıram. ... davamı

Azərbaycanda hara şikayət daha çox təsirli olur?

Online səsvermədə iştirak et, ya da foruma fikirlərini yaz, şikayətlər üçün daha təsirli ünvanın müəyyənləşməsində sən də iştirak et.

17 şərh

Anonim: Boş söhbətdi davamı

Adını sən qoy

Sən bu karikaturanı necə adlandırardın? Foruma yaz, ən yaxşı başlıq və müəllifinin adı ilə karikatura günün sonunda yenidən dərc olunsun.

16 şərh

Səbinə: Uşaq təfəkkürünün inkişafı şəxsiyyətə pərəstiş çərçivəsində. davamı

Məhkəməcik

Rəssamın karikaturayla çatdırdığı fikrə münasibətini «Şərhlər» bölümünə yaz!

13 şərh

Eldar: Efsane xanim siz haqilisiz,bunlar qanunsuzluqlara oyresibler davamı

Ən Çox...