Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

İlham Əliyev: «İslamı terrorla bağlamaq cəhdləri böyük günahdır»


İlham Əliyev
İlham Əliyev
«İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərin təməlində İslam dəyərləri dayanır». Prezident İlham Əliyev ötən gün Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə deyib.

AzərTac-ın məlumatına görə, dövlət başçısı Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının ildən-ildə artdığını da vurğulayıb: «Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir».

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir.

Azərbaycan prezidenti deyib ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə də məhz müsəlman ölkəsi - Pakistan olub. Pakistan rəhbərliyinə minnətdarlığını bildirən prezident deyib ki, ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərib, onlar da ermənilərin məscidləri və digər müqəddəs abidələri məhv etdiklərinin şahidi olublar.

AZƏRBAYCAN İSLAM HƏMRƏYLİYİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR

Azərbaycan prezidenti bütün müsəlman ölkələrinə sülh arzulayıb, Yaxın Şərqdə gedən proseslərlə bağlı rəsmi Bakının Ərəb Liqasının mövqeyini dəstəklədiyini vurğulayıb.

Dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın önəminə də toxunan prezident İslamı terrorla bağlamaq cəhdlərinin böyük günah və böyük cinayət olduğunu qeyd edib.

Qəbula İranın Azərbaycandakı səfirliyindən qatılan olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG