Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Olimpiadada hansı məmur neçə medal aldı? [İnfoqrafika]


-

Azərbaycan idmanda məmurlar, nüfuzlu dövlət adamlarının hərəsi sanki idmanın bir sahəsinə təhkim olunublar. Prezident İlham Əliyevin özü Milli Olimpiya Komitəsinə rəhbərlik edir, xanımı Mehriban Əliyeva Gimnastika Federasiyasına.

Nazirlərin də demək olar hərəsi bir idman federasiyasının prezidentidir. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında da həmin nazirlərin dəstəyi ilə yetişdirilmiş 53 idmançı Azərbaycanı təmsil edib. Onlardan 10-u, yəni, az qala hər 5 idmançıdan 1-i Azərbaycana medalla qayıdır: 2 qızıl, 2 gümüş, 6 bürünc.

London Olimpiadasına hansı məmurun nə qədər idmançı göndərdiyi, onlardan neçəsinin hansı medallar ala bildikləri ətraflı burada:
Your browser does not support inline frames or is currently configured not to display inline frames.
Yerli medianın yazdıqlarına iddialara inansaq, bu dövlət adamları rəhbərlik etdikləri idman sahəsinə pul xərcləyəndə xəsislik də etmirlər. Məsələn, Azərbaycanı təmsil edən 53 idmançıdan yarıya qədəri müxtəlif ölkələrdən alınmış legioner idmançılardır. Medal alan 10 idmançıdan da 6-ı legionerdir.

Son 5 Olimpiadada Azərbaycan idmançılarının göstərdikləri nəticələr aşağıdakı kimidir:
Olimpiada Qızıl Gümüş Bürünc Cəmi

1996 Atlanta

0 1 0 1

2000 Sidney

2 0 1 3

2004 Afina

1 0 4 5

2008 Pekin

1 2 4 7

2012 London

2 2 6 10
XS
SM
MD
LG