Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

Gürcü müxalifətçinin bank hesabı dondurulub


Kakha Kaladze Tbilisidə mitinqdə, 27 may 2012
Kakha Kaladze Tbilisidə mitinqdə, 27 may 2012
-
Gürcüstan hakimiyyəti müxalif siyasətçi və sabiq futbol ulduzu Kakha Kaladze'nin bank hesablarını dondurub.

Onun vəkili Shalva Tadumadze deyib ki, bu, pul yuyulması ilə əlaqədar aparılan istintaq əməliyyatının bir hissəsidir.

K.Kaladze indiyə qədər bu kimi hallarda ittiham edilməyib.

Müxalifətdə olan «Gürcüstan arzusu» koalisiyasının sözçüsü Maya Panjikidze bildirib ki, bu addımla Kaladze’yə qarşı siyasi zərbə endirməyə çalışırlar.

İtaliyanın «Milan» klubunun 34 yaşlı müdafiəçisi Kakha Kaladze oktyabrda keçiriləcək parlament seçkilərində milyarder Bidzina Ivanishvili'nin rəhbərlik etdiyi «Gürcüstan arzusu» koalisiyasının namizədi kimi iştirak edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG