bazar, May 29, 2016 Bakı vaxtı 23:07

    Verilişlər / AzadliqLive

    Azərbaycanda uşağa necə baxırlar?

    Foto: ArxivFoto: Arxiv
    x
    Foto: Arxiv
    Foto: Arxiv

    Bunu da oxu

    Dinlə Üçəmlər yemək və bez çətinliyi yaşayır

    ««Pampers»dir, yeməkdir, heç olmasa, 50 faizinə kömək eləsələr, onda camaat da məcbur olar, əhalinin sayı çoxalar»

    Multimedia

    Səs
    -
    «Rusiyada uşaq dünyaya gələn kimi dövlət onun adına banka 12 min dollar köçürür. Bundan başqa, hər ay pul verir. Bir də pulsuz ərzaq verir. Gedib süd, qatıq alırıq uşağa. Xəstələnəndə, səhiyyə pulsuz xidmət edir. Rusiyada uşağa yaxşı baxırlar».

    Bu, 3 ildir uşaqlarını Azərbaycan vətəndaşlığından çıxardıb Rusiyada qeydiyyata saldıran Rizvan Allahverdiyevin dedikləridir. O hesab edir ki, Azərbaycanda dövlət uşağa yetərincə qiymət vermir. 

    «Save The Children» beynəlxalq təşkilatının 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında yaydığı hesabatda Azərbaycan 141 ölkə arasında 87-cidir. Onun qonşuları Rusiya 37, Ermənistan 68, Gürcüstan 43-cü yerdədir. İran isə siyahı üzrə 60-cı pillədə qərar tutub.

    Uşaqlar üçün ən yaxşı və ən pis ölkələrin siyahısı məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilib.

    HESABATI KİM HAZIRLAYIB

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir ki, Azərbaycan uşaqların dünyaya gətirilməsi baxımından əlverişli ölkədir:

    «Azərbaycan hüquqi, demokratik bir ölkədir. Ölkəmiz günü-gündən güclənir, inkişaf edir. Buna görə də, Azərbaycan uşaqların dünyaya gətirilib böyüdülməsi, yetişdirilməsi baxımından əlverişli ölkədir».
    Hicran HüseynovaHicran Hüseynova
    x
    Hicran Hüseynova
    Hicran Hüseynova

    Hesabata gəlincə, Hicran Hüseynova deyir ki, bu cür hesabatlar onları kimin hazırlamasından asılıdır:

    «O baxır hesabatı kim hazırlayıb».

    QHT-LƏR TƏKLİFLƏR VERİR, AMMA...

    İqtisadçı Natiq Cəfərli deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı, BMT, yerli QHT-lər hökumətə dəfələrlə uşaq ölümünün azaldılması, onların yaxşı qidalanması üçün təkliflər veriblər. Amma təəssüf ki, bir çox bu kimi təkliflər qəbul olunmayıb:

    «Uşaqların sosial vəziyyətinin, uşaq hüququnun, ərzaq təminatının yaxşılaşdırılması üçün «Ana kapitalı» və sair bir çox kompleks proqramlar mövcuddur. Məsələn, Rusiyada, Qazaxıstanda, Gürcüstanda belə proqramlar həyata keçirilir. Uşaqların yaxşı qidalanması üçün Rusiyada ayrıca proqram qəbul olunub. Azərbaycanda belə bir proqramın olmaması dövlətin bu sahəyə çox zəif diqqət yetirməsinin göstəricisidir. Bu da təbii ki, belə hesabatlarda Azərbaycanın aşağı yerlərdə qərarlaşmasına gətirib çıxarır».
    Natiq CəfərliNatiq Cəfərli
    x
    Natiq Cəfərli
    Natiq Cəfərli

    VƏSAİT TƏYİNATI ÜZRƏ XƏRCLƏNƏRSƏ...

    Natiq Cəfərli hesab edir ki, dövlət belə proqramlara vəsait ayırsa, bu sahədə irəliləyişə nail olub reytinqini yaxşılaşdıra bilər. Amma bir şərtlə ki, həmin vəsait təyinatı üzrə xərclənsin və düzgün idarə olunsun. Pulları dolayısı yolla məmurların mənimsəməsinə şərait yaradılacaqsa, heç bir effekt əldə olunmayacaq. Ekspert deyir ki, bu iş bir çox QHT-ləri də cəlb etməklə böyük bir kampaniya şəklində aparılmalıdır.        

    Hesabatda bildirilir ki, son 10 ildə ilk dəfə olaraq dünyada aclıq çəkən uşaqların sayı artıb.

    Uşaqlar üçün ən pis ölkə Somalidir. Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölüb.

    Uşaqlar üçün ən yaxşı ölkələr siyahısının ilk onluğu belədir - Yaponiya, İspaniya, Kanada, İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveç.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Ofelya Haradan: Rusiya
    06.08.2012 00:31
    Men de Rusiyada yahsyiram, 3 ovladimin uchu de burada anadan olub ve Rusiya vetendashlaridirlar. Meqalenin evvelinde yazilan 12 min dollari hech birine vermeyibler. O mebleg butun anadan olanlara yox, ikinci ve ya novbeti ushaga verilir. Ayliq pul 1,5 il verilir ve onun da meblegi texminen texminen 250 dollara yaxindir.Bunu almaq uchun de 6 ay sened topladiq, o da minbir musibetle. Pulsuz erzaq-filan da verilmir.

    Kimdən: Anonim
    30.07.2012 15:29
    «Azərbaycan hüquqi, demokratik bir ölkədir. Ölkəmiz günü-gündən güclənir, inkişaf edir...». həyasızlığın dərəcəsinə baxın eee. adam artiq iqtidar məmurlarının çıxışlarından da iyrənir. ..

    Kimdən: Veten dashi Haradan: VETEN
    22.07.2012 04:39
    hicran mellim,sizde statistik melumat olar-Azerbaycanda hansi berk geden muzdlu memurun zuriyyeti Azerbaycanda doqulur ve hansinin cocuqu Azerbaycanda tehsil alir?

    Kimdən: Adil Haradan: Almaniya
    20.07.2012 02:29
    Hicran xanim, bir oz simaniza guzgude baxin.
    Ushaq var, et, shekeri ayda bir defe dadin gorur.
    Ushaq var geyim ucbatindan evden bayira chixmir.
    Ushaq var, bu dunyaya gelmeden mehv olur AZERBAYCANDA.

    Sizin de oz ovladiniz var. Oz ovladinizin bir gun ac-susuz qalmasina dozersinizmi? Ve ya Ilham Eliyev dozermi buna?

    Kimdən: menden Haradan: vetenden uzaqda hardasa
    20.07.2012 00:07
    Hesabata gəlincə, Hicran Hüseynova deyir ki, bu cür hesabatlar onları kimin hazırlamasından asılıdır)) -bawqa cavab gozlemirdim. belke buna bawa salmaq lazimdir ki, guclu dovletimizin guclu bawcilari bir az da bu korpelere yardim elini uzadsa yaxwi olar.. valideynleri wad gune cixardiblar, sag olsunlar.. here bir derede corek axtarir..

    Kimdən: sahin Haradan: baki
    19.07.2012 22:05
    UNVANLI SOSIAL YARDIM ALMAQ UCUN, AVROPA MEHKEMESINE MURACIET ETSEM XEYRI OLAR. AYRI CUR MUMKUN DEYIL.

    Kimdən: shok
    19.07.2012 19:44
    Yene de beyenmediyimiz Ermenistandan (hele men Gurcustani demirem) chox-chox gerideyik.
    Cavab

    Kimdən: Anonim
    30.07.2012 15:35
    biz elə ermənistanı bəyənmədiyimizə görə həmişə onlardan geri qalmışıq. Azərbaycan öz maddi imkanlarına görə ermənistandan həmişə üstün olub. amma maddi üstünlük mənəvi üstünlüyə çevrilməyib. məhz ona görə də azbaycan xalqı erməni millətindən geri qalır.

    Kimdən: ushag
    19.07.2012 19:43
    Vaxt gelecek, bize ve genefonda bele agir zerbe vurdugu ucun Eliyev ve onun muzdurlari cavab verecek.

    Kimdən: oxucu
    19.07.2012 19:41
    Elbette Azerbaycanda bu Hicran Huseynova kimiler ucun her shey "elverishlidir".
    Cavab

    Kimdən: ne ferqi var Haradan: hardan geldi
    20.07.2012 12:49
    Hicran xanim Huseynova esl ombusdmanlara oxsayir....
    Cavab

    Kimdən: mən Haradan: rasiya
    08.08.2012 23:07
    mənim uşağıma azərbaycanda həkimlər səhf diaqnoz qoyub qrija adı ilə müalicə edib bədbəxt etdilər təsadüfən rasiyaya 1aylıq gəldiy burda uşağın halı pisləşdi.həkimlər rak olduğunu bildirdilər.bizim sənədimiz olmadığı üçün pullu müalicəyə məcbur olduq.saq olsun yaxşı insanlar bizə polis düzəltdilər artıq pulsuz müalicə alırıq.onu demək istəyirəm ki rasiyada uşaqlara qayğı çox böyükdü.mənə həkimlər deyir niyə azərbaycanda müalicə olunmursuz.mən gərəy onda nəslimində ev eşiyini satım.yaşamalı yer deyil
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

    AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şərti cəza ilə azad edildi.

    18 şərh

    наджибулла: Tarixi sexsiyyet mehz bele yaranir. davamı

    Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb

    "Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik, dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin”.

    17 şərh

    Dj amil: Duzdu muellimler yaIglar neynesin iyunun axirina kimi mektebe gedmeli olurlar men deyerdimki butun ... davamı

    Cümhuriyyət qurucularına dövlətin münasibəti səni qane edirmi?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz.

    12 şərh

    ELÇİ Bey-eskeri: Cümhuriyyetin qurucularına iqtidarın münasibeti bizi nece qane ede biler?
    Quzey Azerbaycan hakimiyyetini 23 ildir ... davamı

    Ən çox...