Cümə axşamı, May 23, 2013 Bakı vaxtı 07:04

Verilişlər / Oxu zalı

«Bu, sadəcə biabırçılıqdır, adam bundan sanki dəhşətə gəlir!»

Milli MəclisMilli Məclis
x
Milli Məclis
Milli Məclis

Əlaqədar yazılar

Dinlə Söyüş dolu lətifə nağıl kitabına necə düşüb? [Tərtibçi danışır]

Azərbaycan Folklor külliyyatının tərtibçisi Oruc Əliyev: «Bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb»
Şriftin ölçüsünü dəyiş - +
-
Kamilə Əliyeva dəhşətə gəlib, Jalə Əliyeva şoka düşüb, Gövhər Baxşəliyeva isə üzülüb


Xanım deputatlar Folklor İnstitutunun söyüş dolu nağılını tənqid edirlər.


"Üç nöqtə" qəzeti yazır ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən hazırlanan nağıl kitabında söyüş dolu  nağılın yer alması geniş müzakirələrə səbəb olub. (Həmin kitabı Azadlıq Radiosunun "Oxu zalı" ədəbiyyat portalı taparaq ictimai müzakirəyə çıxarıb)

Milli Məclisin xanım deputatları da buna sərt reaksiya verib. Folklor İnstitutunun çap etdiyi “Azərbaycan Folkloru Külliyyatı”nın VI cildində, “Nağıllar” kitabında yer alan “Arzuolunmaz kürəkən” lətifəsini «biabırçılıq» adlandıran Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, BDU-nun professoru Kamilə Əliyeva bu məsələdən dəhşətə gəldiyini söyləyib.

Nağıl bölgələrdən birinin ləhcəsi ilə verilib və qeyri-etik sözlərdən ibarətdir. Millət vəkili bu məsələdən yeni halı olduğunu və bu səbəbdən yalnız  həmin “əsərlə” tanışılıqdan sonra dəqiq fikir söyləyə biləcəyini qeyd etsə də, eyni zamanda onu bildirib ki, Folklor İnstitutu kimi rəsmi bir qurumun, elm müəssisəsinin belə bir işə qol qoyması heç cür başa düşülən və qəbul olunan deyil.

“Eyni zamanda, heç cür başa düşmək, anlamaq olmur ki, külliyyatın redaksiya heyətində xeyli sayda tanınmış simalar, ziyalılar təmsil olunduqları halda, onlar buna necə razılıq veriblər? Onların bu məsələdən məgər xəbərləri olmayıbmı? Olmayıbsa, pis, olubsa, daha da pis. Onlar heç cür bu məsələyə qol qoymamalıydılar. Bir ziyalı, bir millət vəkili və ən əsası bir valideyn, bir ana kimi bu, şəxsən mənə çox pis təsir bağışlayır, ağır gəlir. Kim bunun lehinə ola bilər, kim bunu dəstəkləyər ki? Şəxsən mən də bunu pisləyirəm».

Deputatın bildirdiyinə görə, uşaqlar üçün yazılan nağıllar və ya digər əsərlər, o cümlədən, folklor nümunələri sırf onların yaş səviyyəsinə uyğun olmalıdır: “Ancaq elə 
Kamilə ƏliyevaKamilə Əliyeva
x
Kamilə Əliyeva
Kamilə Əliyeva
adından da göründüyü kimi, tərbiyəsizliyi aşılayan bu “nağıl”ın uşaqlara heç bir aidiyyəti yoxdur, axı, uşaqlar hara, kürəkən hara? İkincisi də, açıq-aşkar bir regionun ləhcəsində yazılan bu “əsər” əslində onların aşağılanmasıdır. Ləhcə ilə də nağıl olar? Üçüncüsü isə başdan-ayağacan söyüşlə, təhqirlə hansısa bir “əsər” qələmə alınar, özü də uşaqlar üçün?! Əgər məsələ həqiqətən belədirsə, buna münasibət bildirməyə də söz tapmaqda acizlik çəkirsən. Adam sanki dəhşətə gəlir ki, bu axı, nə deməkdir?!”

Digər millət vəkili, MM-in Mədəniyyət komitəsinin üzvü, filologiya elmləri doktoru Jalə Əliyeva da eşitdiklərindən və oxuduqlarından az qala şoka düşdüyünü bildirib. O qeyd edib ki, bu addıma, hərəkətə qiymət verməyə söz belə tapmır.

“Heç özüm də bilmirəm ki, buna nə deyim? Buna axı, nə deyəsən?  Axı, biz böyüklər hər zaman  ağızdolusu uşaqlarımızın, övladlarımızın milli ruhda, əxlaqlı, tərbiyəli, vətənpərvər, savadlı nəsil kimi böyüməsini arzulayırıq və hər yerdə də bunu deyirik. İndi sual olunur ki, biz məgər bu cür “sənət nümunəsi” ilə uşaqlarımızı böyüdür, tərbiyə edir və sabaha hazırlayırıq? Axı, bu işə qol qoyan adamlar bunu düşünmürlər, daha doğrusu, düşünməyiblər, görəsən? Axı, necə ola bilər ki, onlar belə bir hərəkətə, işə açıq-aşkar göz yuma biliblər? Axı, buna nə ad vermək olar? Bizə milli ruhda, vətənpərvərlik ruhunda olan əsərlər lazımdır, yoxsa, əxlaqsızlığı, tərbiyəsizliyi, insanların, regionların aşağılanmasını təlqin edən “əsərlər”? Yaxşı olardı ki, buna ilk növbədə həmin  cavabdehlik daşıyan şəxslər özləri cavab versinlər, verəydilər və məsləyə aydınlıq gətirsinlər, gətirəydilər... Bununla belə, hesab edirəm ki, tezliklə bu məsələ araşdırılmalı və ciddi ölçü götürülməlidir. Biz sabahımız, gələcəyimiz olan övladlarımızın, uşaqlarımızın bu şəkildə korlanmasına heç cür razı ola və buna dözə bilmərik”.

MM-in Elm və təhsil komitəsinin başqa bir üzvü, professor Gövhər Baxşəliyeva öz növbəsində bu məsələdən böyük üzüntü keçirdiyini, lakin burada məsələyə ucdantutma tənqidi yanaşmanın ortaya qoyulmasını da düzgün hesab etmədiyini qeyd edib.

G.Baxşəliyeva deyib ki, o, məsələyə elmi nöqteyi-nəzərdən yanaşmağın tərəfdarıdır:

“Məsələyə elmi baxımdan yanaşsaq, daha doğrusu, elmi prinsip budur ki, istənilən 
Gövhər BaxşəliyevaGövhər Baxşəliyeva
x
Gövhər Baxşəliyeva
Gövhər Baxşəliyeva
məsələ ilə bağlı ilkin mənbə dəqiq göstərilsin. Hətta, elmdə “elmi vicdan” deyilən  bir anlayış var və o tələb edir ki, ilkin mənbə təhrif olunmasın. Təsəvvür edin, əgər alimlər, elm adamları sabah götürüb müəyyən məqamları əsərlərdən ixtisar etməyə başlasalar, o zaman 20 nəsil bundan sonraya heç nə qalmaz və ya qalanlar tam təhrif olunmuş variantlar olar. Ona görə geniş elmi ictimaiyyət üçün nəzərdə tutulan əsərlərdə təhriflər olmamalıdır, elmi yanaşma tələb edir ki, orada ilkin mənbə olduğu kimi göstərilsin. Söhbət əgər uşaqlar üçün nəzərdə tutulan əsərlərdən gedirsə, burada da məhz məsələyə elmi yanaşma olmalıdır. Lakin bugünkü təfəkkürlə, düşüncə ilə qeyri-etik sayılan ifadələr həmin əsərlərdən götürülə bilər, o şərtlə ki, ikin mənbə göstərilsin, o, təhrif edilməsin. Yəqin ki, uşaq vaxtlarınızda siz də məşhur “Min bir gecə” nağıllarını oxumusunuz. Ancaq orada məhz indiki təfəkkürlə, düşüncə ilə qeyri-etik sayılan ifadələr olduğu kimi öz əksini tapıb, heç nə çıxarılmayıb. Yaxud, keçmiş SSRİ-nin Əlyazmalar Fondunda saxlanılan əsərlərdə xeyli sayda həmin sərt, ağır, təhqir sayıla biləcək ifadələr vardı. İndiki düşüncə ilə yanaşsaq, gərək onlar da saxlanılmayaydı, çıxarılaydı, ancaq burada bir elmi yanaşma varıydı. Ona görə indi bu məsələyə ucdantutma tənqidi mövqe sərgiləmək də düzgün deyil. Sadəcə, bir daha belə hesab edirəm ki, uşaqlar üçün nəzərdə kütləvi nəşrlərdə, ədəbi məhsullarda indiki düşüncə tərzinə zidd olan ifadələr yığışdırılmalıdır, amma ilkin mənbə göstərilmək şərti ilə”.

Elməddin
Üç nöqtə
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Tədqiqatçı Haradan: Bakı
16.07.2012 22:16
Elmlər Akademiyasının İNstitutunun nəşri kimi buraxılmış bir topluda (6-cı cild !) belə bir üzdəniraq "nağıl" yaxud "lətifə"nin yer alması qətiyyən yol verilməzdir və Akademiyanın elmə və özünə hörmət edən bütün alimləri üçün təhqirdir. Həmin yazının kitaba daxil edilmısindən başlamış nəşrinə qədər bir "yol keşməsinin" isə çox təəssüf ki, sadə bir səbəbi var: İNDİ HEÇ KİM HEÇ KİMİN KİTABINI OXUMUR ! Belə ki, burada hec bir təxribat-filan axtarnmayın. İndiki zamanda hətta kitabda adları gedən, dissertasiyalara rəy verən, oppanent olan alimlər belə öz imzasının məsuluyyətini hiss etmirlər. İddiaçinin özü tərəfindən yazılan tərif dolu rəylərə oxumamış imza atırlar, elmi şuralar da həmin dissertasiyaları oxumamış müzakirə edir və "alımlər" yetişdirir. Sonra da həmin alimlər belə "nağillar" buraxırlar. Bəlkə hələ özləri də onları uydurur və tərtib edirlər. 6 cild nağıl necəsə toplanmalıdır axı..
Bu tərbiyəsiz və ikrahedici yazını heç bir halda nə folklor, nə də çapa layiq bir nümunə kimi qiymətləndirmək olmaz və ümid edək ki, bizim elmdən olan çinivniklərimiz nəhayət ki, belə hallara qiymət verəcəklər.
Həmin məsələni gündəmə gətirən insanlara isə yalnız təşəkkür etmək lazımdır. Ən azı "nağıl"ları OXUDUQLARINA görə...

Kimdən: Sevil Gültən Haradan: Bakı
15.07.2012 00:20
"Azərbaycan nağılları" adı ilə çap olunan nağıllarda çoxlarının fikir vermədiyi başqa detallar da var. Məsələn: " Göyçək Fatma" nağılında kişi arvadı öləndən sonra ikinci arvad alır. Onun diktəsi ilə kişi öz uşaqlarını meşədə azdırır. Bu nağılı oxuyan uşaq ordan nəyi əxz edəcək?
Cavab

Kimdən: Davud Haradan: Bakidan
16.07.2012 02:17
onlar bilmir ki neyle meşqul olsunlar vaxtların keçirlər özlərinə ayd qanu lahiyyəlri qutarıb ona gorədə qozum qozum deyrlər xalq kasıb çılıqdan qrılır onalr isə bimirlər ki ne etsinlər vaxtı ödürsünlər

Kimdən: Valideyin
14.07.2012 17:26
Govher xanim, hormetli millet vekili! Maraqlidir oxumusunuz? Eger oxumusunuzsa ne demek olar,dediyleriniz ondanda maraqlidir.Tertib edenler deyir fikir vermemishik,gormemisik,redaksiya heyyetininde hec kitabdan xeberleri yoxdur.Onda siz kimi mudafie edirsiniz.Ona gorede ssri vaxtindaki kimi QLAVLIT olmalidir.

Kimdən: İbrahim Mirzəyev Haradan: Ayxştett (AFR)
14.07.2012 16:08
Gövhər Baxşəliyeva ilə razıyam. Bu cür nağıllarda saxlanılmalıdır. Yəqin kitaba nağılın "təmizlənilməmiş" versiyası düşüb.

Diqər tərəfdən isə başa düşə bilmirəm. Yaxşı, nağıl əhlaqsızdır. Lakin KİV-lərin və ilk növbədə "Azadlıq"-ın sayəsində hər kəs bildi ki, belə nağıl var və onu harada tapmaq olar. Bu bir paradoksdur, bir tərəfdən deyirlər ki, nağıl əhlaqsızdır, diqər tərəfdən həmin o nağılın mətnini yayırlar. Day onda tərtibçilərin üstünə niyə düşmüsünüz?

Və ən xoşuma gələn isə Jalə Əliyevanın "az qala şoka düşməsi" oldu. Görəsən onun tam şoka düşməyinə nə mane oldu?
Cavab

Kimdən: Ashraf Haradan: Baku
17.07.2012 10:51
Ay Gövhər xanımın Ayxştett-dən olan tərəfdarı bir fikir ver söhbət nədən gedir "Nağıllar"-da qeyd olunan biabırçılıqdan.
Əgər hansısa yazının orijinal formada saxlanmasını istəyirsizsə şəxsi kaitabxananızda bu kimi yazıları saxlayın, amma AMEA-nin məqsəd məramı şəxsi subyektiv fikirlər ola bilməz. Elə bu səbəbdəndir ki, AMEA, Təhsil və Ziyalılarımız bu cür aşılanıb səviyyəsizləşiblər.
YARAMAZ! BELƏ YARAMAZ!
Cavab

Kimdən: Ibrahim Mirzəyev
17.07.2012 11:41
Ashraf, gəlin başlamayaq. Birincisi "arqo" (yəni söyüş) lüğətləri var.Hər dilin və onları kitabxanalarda tapa bilərsiniz. Və Siz bunu istəsəz istəməsəzdə bu folklorun bir nümunəsidir. Özü də bu nağıl hələ Hacı dayı haqqında olan hekayələrlə heç müqaisə edilə bilməz.

Diqər məqam isə odur ki, səviyyəli adamın göstəricisi odur ki, hər sözü yerinə düşəndə danışır. Sizin mənitiqinizlə Azadlıq da səviyyəsizidir, çünki onalr bu nağılı internetdə yayıblar

Kimdən: Teymur
14.07.2012 15:51
Bilərəkdən yazılan nağıl adlı ara qarışdırmaq planlarıdır. Burada savadsızlıq deyil.İndi ki, zamanda nə qədər savadsızlıq olsada bu qədər mədəniyyətsiz təfəkkürlü yazı olması mümkün deyil. Yalnız və yalnız bilərəkdən yazılıb cap edilməsi kimlər ücünsə mədəni təxribatın olub sıradan cıxarılmasıdır ki, var. Belə ki, məmləkətdə gücləri catmayanlara müasir əməllərrin yeni tərtib edilmiş üsullarını tətbiq etməklə ləkələyib biabır edilməsidir.Kitabda göstərilən müəlliflərin xəbəri olmadan bu adları yazıb cap edilib.Necə ola bilir ki, illərlə çalışdıqlar iş yerlərində belə kitabın cap edilməsi olmur, birdən-birə göstərilən adlarda kitab cap edilir.Eyni zamanda bu məsələ tez bir vaxtda deputat müzakirəsinə cıxarılır.Lazım olan problemlər illər boyu parlamentə təqdim olunsada haqq ədalət bərqərar ola bilmir,ancaq cap edilən kitabın təhqirləri müzakirəyə səbəb olur.

Kimdən: Halaypozan
14.07.2012 00:49
Adam sanki dəhşətə gəlir ki, bu axı, nə deməkdir?!
Cümləyə bax, mən ölüm. Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, BDU-nun professoru Kamilə Əliyeva elə belə də deyib? "Adam sanki dəhşətə gəlir ki, bu axı, nə deməkdir?"


Kimdən: elman
13.07.2012 22:00
Bir dostum diplom işinin içərisinə bir hissə nağıl yazıb beş almışdı. Bu nağıl kitabını da hansısa yuxulu elmi işçi hazırlayıb, bütün "sanballı" alimlər də oxumadan, redaktə etmədən öz adlarını doldurublar kitabın ön səhifəsinə.

Pen klub

Rövşən İsax (sağda) və Əyyub Qiyas

"Bu serial başdan-ayağa biabırçılıqdır və Azərbaycan tamaşaçısına təhqirdir"

"Pen klub" proqramındakı debata rejissor Rövşən İsax, ssenaristi Əyyub Qiyas, kinoşünas Aydın Dadaşov və kino tənqidçisi Sevda Sultanova qatıldılar. davamı

Pen klub

Ədalət Tahirzadə

«Nərimanov şəxsiyyətcə manyak idi»

"Pen klub" proqramındakı debata tarixçi Ədalət Tahirzadə, araşdırmaçı yazar Xaliq Bahadır və tarixçi Firdovsiyə Əhmədova qatıldılar. davamı