Cümə axşamı, May 23, 2013 Bakı vaxtı 01:50

Verilişlər / Kontekst

Söyüş dolu lətifə nağıl kitabına necə düşüb? [Tərtibçi danışır]

«Səmimi deyirəm ki, bu cür materialı mən verə bilməzdim. Elə o biri adam da. Səhv olub. Tək bir nəfərdən asılı deyil ki. Bu geniş oxucu kütləsi üçün deyil. O cür materiallar toplansa da, arxivdə saxlanır, çap olunmur».

Azərbaycan Folklor külliyyatıAzərbaycan Folklor külliyyatı
x
Azərbaycan Folklor külliyyatı
Azərbaycan Folklor külliyyatı

Əlaqədar yazılar

«Bu, sadəcə biabırçılıqdır, adam bundan sanki dəhşətə gəlir!»

Xanım deputatlar Folklor İnstitutunun nağıl kitabını sərt tənqid etdilər. Kamilə Əliyeva dəhşətə gəlib, Jalə Əliyeva şoka düşüb, Gövhər Baxşəliyeva isə üzülüb.

Bu lətifənin “Azərbaycan nağılları” kitabına salınması düzgündürmü? (OXU)

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun çap etdiyi “Azərbaycan Folkloru Külliyatı”nda yer alan bu "nağıl"da...

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
-
Lüğətə düşməyən sözlər, ifadələrlə zəngin, bayağı bir əhvalat – «Arzuolunmaz kürəkən» nağılı Azərbaycan Folklor külliyyatının 6-cı cildinə necə düşüb? Külliyyat AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Onun tərtibçisi iki nəfərdir: Hüseyn İsmayılovOruc Əliyev. Oruc Əliyevin AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

- Oruc müəllim, lüğətə düşməyən sözlərlə zəngin, dərin mənası olmayan bu nağılmı deyim, əhvalatmı deyim, necə olub həmin kitaba düşüb?

- Vallah bu, bir az mürəkkəb məsələdir. Mən özüm tərtib elədiyim hissədə beynəlxalq nağıl süjet göstəricisi verilib. Bir də toplayıcı və söyləyici dəqiq göstərilib. Ordasa qeyri-müəyyəndir.

- Oruc müəllim, amma həmin nağılı ora Siz salmısız, tərtibçi Sizsiz...

- Vallah mən salmamışam.

- Bəs kim ora salıb?

- Mən bildiyimi deyirəm ki, siz orda baxsanız... Birinci deyim ki, bizim məqsədimiz o tipli şeylər vermək deyil, başqadır. Əsas məqsəd odur ki, ən yaxşı mənəvi keyfiyyətlər orda əks olunsun. 99 faiz də belədir. İndi bir dənə şey düşüb, necə düşüb, qeyri-müəyyəndir.

- Bəs onda o nağılı ora kim daxil edib? Digər tərtibçi Hüseyn İsmayılov?

- Mən heç kimi günahlandırmaq istəmirəm. Məqsədimiz o deyil ki, bu cür şeyləri verib özümüzü biabır edək. Biz Azərbaycan Folkloru külliyyatı, Azərbaycan Folkloru antologiyası seriyasından kitablar buraxmışıq. Bir də ilkin nəşrlər seriyasından. İkinci tərəfdən bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb. Məhdud dairə üçün hesablanıb. Yəni, azyaşlı uşaqlar, yeniyetmələr üçün nəzərdə tutulmayıb. Sırf mütəxəssislər üçün hazırlanıb bu toplular.

- Amma istənilən halda maraqlıdır. Tərtibçi deyir bilmirəm, o nağıl ora necə düşüb, Redaksiya Heyətinin üzvü Qara Namazov deyir ki, o nağılı oxumayıb. Bəs o zaman kim nəzarət edib? Kitab Elmi Şuranın qərarı ilə çıxmayıbmı? Bu nağıl bu qədər gözdən necə yayına bilərdi?

- Mən elə demirəm ki... Deyirəm ki, bu cür nağıl tərtib vermək bizim məqsədimiz deyil. Necə düşüb Allah bilir.

- Bəs kim bilir?

- Mən də bilmirəm demirəm ki... Orda məntiqsizlik var ki, söyləyici və toplayıcı haqda məlumat yoxdur. O nağıldan başqa orda maraqlı bir şeyə rast gəlmədinizmi?

- Kitabı açırsan və belə bir nağılı görəndə çaşırsan. Nə uşaq oxuya bilir, nə özün…

 

- Uşaqlar üçün deyil o kitab.

- Amma Azərbaycan nağılları külliyyatıdırsa, uşaq da kitabı aça, oxuya bilər.

- Uşaqlar üçün çap olunan folklor nümunələrində yaş xüsusiyyəti, nağılın xüsusiyyəti nəzərə alınmalıdır. Hər nağılı uşaqlara vermək olmaz.

- Mən bildiyim qədər o kitabın üstündə və ya girişində yazılmayıb ki, 18 yaşdan yuxarı uşaqlar üçündür.

- O satış üçün nəzərdə tutulmayıb.

- Ədəbiyyatda bəzən çılpaq, ədəbsiz ifadələrdən, jarqon və söyüşdən istifadə olunur. Amma bu hansısa məqsədə xidmət edir, yerinə düşür. Bu hekayədəsə ümumiyyətlə, məna yükü yoxdur, mesaj yoxdur. Və ya ibrətamiz əhvalat deyil ki, deyəsən oxucu oxuyub nəticə çıxaracaq. Onu çap etmək nə qədər məntiqə uyğundur?

- Bilmək istəyirsizsə, mən elə şey haqda düşünmürəm. Elə nümunə toplamaq ağlıma da gəlməyib, toplamamışam.

- Bəs tərtibçi olaraq onu çıxarmaq istəmədizmi?

- Tərtibçi tək mən deyiləm.

- İki nəfərsiz. Siz çıxarılması ilə bağlı etiraz edə bilərdiz.

- Beş-altı il əvvəl nəşr olunub.

- O doğrudurmu ki, həmin nəşri yığıb ləğv etmək istəyirlər?

- Nə deyim vallah. Nəşr olunan kitabda yüzlərlə nağıl var. Biz Azərbaycan folkloru seriyasından Borçalı, Qarabağ, Dərbənd, Ağbaba folkloru haqda antologiyalar hazırlamışıq. Bu cür işləri yaymaq, təbliğ etmək daha yaxşı olardı, nəinki hər hansı xoşa gəlməyən şeyi müzakirə etmək, yaymaq. Çox pis təsir edir bu mənə.

- Gördüyünüz işlərin üstündən heç kim xətt çəkmir. Yəqin mütəxəssislər də qiymətini verəcək. Sadəcə, belə əhvalatın kitaba düşməsinə aydınlıq gətirmək istəyirik.

- Səmimi deyirəm ki, bu cür materialı mən verə bilməzdim. Elə o biri adam da. Səhv olub. Tək bir nəfərdən asılı deyil ki. Olub da, təsadüfdür. Bu geniş oxucu kütləsi üçün deyil. O cür materiallar toplansa da, arxivdə saxlanır, çap olunmur.

- Amma yenə də demədiz ki, o nağıl ora necə düşüb və onu nağıl sayırsızmı?

- Məndən asılı olsaydı, əlbəttə verməzdim. Necə düşməyini bilsəydim, ora düşməzdi axı... 

- Bir də Azərbaycan nağıllarının ləhcəylə nəşri nə qədər lazımlıdır, düzgündür?

- Bizim ünlü folklorçularımız Məmmədhüseyn Təhmasibi, Nurəddin Seyidovu, Əhliman Axundovu və başqalarını həmişə tənqid ediblər. Təhmasib müəllim «Koroğlu» dastanını bir neçə dəfə çap etdirib. O, həmişə folklor materialını təmizləyib, belə qeyri-etik şeyləri çıxarıb, üzərində işləyib, folklor mətnlərinə müdaxilə edib. Və ləhcədə, şivədə verməyib. Söyləyicinin dilində yox, ədəbi dildə verib. Təhmasib müəllim özü də yazır ki, bəzi Azərbaycan nağıllarını ədəbi dil normalarına uyğunlaşdırıb nəşr etmişik. Çünki bunu uşaqlar da oxuyur. İndi biz bunu 5 min tirajla çap edirik. O zaman 40-50 min tirajla çıxırdı. Ona görə ədəbi dilə uyğunlaşdırıblar. Buna görə də həmin folklorçular tənqid olunublar. Buna görə «Koroğlu» dastanının Moskvada nəşr olunmadığı da deyilir. İnstitut işə başlayanda, biz də bu amili nəzərə aldıq. Folklorşünaslıqda tələb olunur ki, mətnə müdaxilə etmək olmaz. Ancaq kütləvi nəşrlərdə üzərində işləmək lazımdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ləman Haradan: Bakı
19.07.2012 14:31
Əhvalat bele olub:
- Hörmətli "professor", mənim topladığım folklor nümunələrini yoxlayıb rəy yaza bilərsinizmi?
- Hə, əlbəttə ??? manat"
-Bəlkə bir yoxlayasınız.
-Vaxtım yoxdur, daha vacib işlərim var. Sənə rəy lazım deyil? Al (ver) bu da rəy. Xeyirli olsun!
Sag olun, Sizə də =)))

Bu qədər sadə.....
Yəqin bu biabırçı və heç bir əxlaq normalarına sığmayan "folklor nümunəsi"ni külliyata salmaqda bu şəxsin məqsədi dəməhz bu idi. Bir ordu "professor" bu kitaba "rəy yazır" amma içindəkilərdən xəbərləri belə yoxdur.

Kimdən: Ashraf Haradan: Baku
17.07.2012 10:25
Bu kimi biabırçı hallara gələcəkdə yol verməmək və rəsmi məsul kəslərin cəzalandırılması əvəzinə boş, səviyyəsiz, mənasız bir müsabiqə vermək olmaz. YARAMAZ! BEIƏ YARAMAZ!

Əgər AMEA-da bu kimi hallar olursa gör onda təhsil necə nəzarədən çıxıb. Allah ölülərə rəhmət etsin!

Kimdən: Ilkin Haradan: London
16.07.2012 21:26
Bəyəm Hüseyn İsmayılov və Oruc Əliyevdən kitabin "əlyazmasını" tələb edib və tərkibini tutuşdurmaq olmazdımı? İndi belə bir biyabırçılq yazılıb sabah isə ermənilər nə istəsələr oraya soxuşdura biləllər. Bu okitabda adı çəkilən hər kəsin günahıdır çünkü əziyyət çəkib onu heç kim oxumayıb!
Cavab

Kimdən: Asraf Haradan: Baku
17.07.2012 10:33
Ilkin demişkən bu kimi yazılar ermənilərin əlinə düşəndə car çəkəcəklər ki, "Ay dünya görürsüz deyəndəki biz yazıq erməniləri bu vəhşilər (nağıllarında pozqun yazıları ilə uşaqdarı tərbiyə edənlər) necə blokadada saxlayırlar"

YARAMAZ!!!BELƏ YARAMAZ! Təcili bu kitabıdakı nağılları yığışdırmaq, rəsmi günahkarı (çapa yığan metrompaşı yox) cəzalandırmaq, AMEA və Təhsilə ciddi nəzarət yaratmaq lazımdır. Amma heç bir şey təsadüfən olmur bu günümüzün zərurətindən və təhsilimizin və "Ziyalılarımızın" necə bərbad olmasından xəbər verir.

Kimdən: Roma Haradan: Baki
16.07.2012 19:34
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qebrin nurla dolsun SABIR!

Kimdən: hediyye Haradan: wekiden
16.07.2012 18:17
Beli, baxin, bu gun adi folklor inistutu bu gundedir? Bu da size Azerbaycan elmi! Bilirsiniz, men deqiq bilirem ki, o kitablari cox zaman adi iwciler tertib edir, bezilerinin hec folklordan xeberi de olmur, hec onlari maraqlandirmir ki, bunun sonrasi ne olacaq, adi ora salinan dirnaqarasi elm fedailerimiz de adimiz duwsun deyib dava salirlar, salmayanda da bunu boyuksuzluk hesab edirler. Bilirsinizmi ki, bezen elmi meqaleni yazan adam bawqasi olur, altinda adlari yazilanlar ise bawqalari?
Ele yaxwi oldu, bundan sonra bir az yigiwdirarlar ozlerini!

Kimdən: Yusif Haradan: Bakı
15.07.2012 13:23
Hər kəs öz ailəsində gördüyünü ortaya qoyar.
Qoy mütəxəssislərdən qabaq ailənizin kiçikyaşlı üzvləri bunu yaxşı-yaxşı oxusunlar.Mənə elə gəlir ki,ən yaxşı rəyi onlar sizlərə verəcək.
Əgər xəbərin varsa deməli ən mədəni formada yazılmış bu sözlər sənə çox gözəl yapışacaq,yox xəbərim yoxdur deyirsinizsə onda, orda nə edirsiz ???Deməli o vəzivəyə layiq deyilsiniz.
Bəs müvafiq qrumlar hara baxır görəsən???

Kimdən: Anonim
14.07.2012 16:22
Bu ne sozdu, ozunu alim sayir, adi ushagin bildiyini de bilmir, ya da ozunu bilmezliye qoyub, NAGIL USHAQLAR UCHUN OLUR, bunu hami bilir. deyir 10 defe ki, bu nagil kitabi ushaqlar uchun deyil...
Ikincisi, lehceyle umumiyyetle kitab neshr olunmamalidir, sabah biri cixib qiji-qiji danishacaq TV-de orda-burda, deyecekler bu Azerbaycan dili deyil, senin evinin, maksimum kendinin dilidir, Azerbaycan dilinde danish teleb eleyecekler, o da esaslanacaq bu cur axmaq kitablara ki, bax bu kitabda bele yazilib, gormushem, oxumusham, oyrenmishem bu kitabdan, demeli bele lehceyle her yerde, resmi cixishlarda da danisha bilerem. Bu indi hokumetde vezife tutanlarin taktikasidir, Azerbaycan dilini bele neshrlerle 20-30 ile tehrif eleyib oz lehcelerini resmileshdirmek isteyirler.

Kimdən: Vetendash Haradan: Baki
14.07.2012 10:13
Jurnalistin mövqeyi çox yanlışdır. Alim, bu kitab uşaqlar üçün deyil, deyir, o da israrla sözünə davam edir - "amma uşaq da açıb oxuya bilər". 1-cisi hələ ortada bir uşağın bu nağıla görə "pozulma" faktı yoxdursa bu nə ittihamdır. 2-cisi, uşaq evdə bilgisayarı və ya tv-ni açıb pornoya da baxa bilər... 3. Dünya təcrübəsində xalqın dilindən alınmış bütün folklor nümunələri ayıb-qeyri ayıb demədən toplanıb külliyyat şəklində nəşr olunur, elmi məqsədlər üçün. / Maraqlıdır ki, alim də öz mövqeyini müdafiə edə bilmir, savadsız jurnalistin qabağından qaçır cavablarıyla
Cavab

Kimdən: Anonim
14.07.2012 13:56
Bu kitabın heç yerində yazılmayıb axı bu uşaqlar üçün deyil. Kitabı da böyü tirajla buraxıblar. Mən də deyim ki Roma papasıyam nə olsun.

Kimdən: Avropadan
14.07.2012 00:29
10,15 deqiqelik sual cavabda 4,5 defe VALLA MEN BILMEMISHEM deyir.Sen bilmirsen,reyaset heyyeti bilmir, alan bilmeliydi? Bashsoyuqluq lazimi seviyyede.Birde NAGIL ushaqlar ucun olur,boyukler ucun yox.

Kimdən: Hüseyn Haradan: Bakı
13.07.2012 23:26
Tərtibçinin, Oruc Əliyevin, yəqin ki, "folklorşünas alimdir" sözünə bax. "Naxıl uşaq və yeniyetmələr üçün deyil", bəs kimin üçündür?
Bu pozğun nağıl o, kitapın içərisindəki bütün qiymətli folklor nümunələrini kölgədə qoyur. Mən bu kitabı oxumamışam, amma əgər alıb ilk oxuduğum hissə həmin əcaib, pozğun uydurma olsaydı, bir daha o kitaba baxmazdım, yandırardım onu, zibil yeşiyinə atardım...
Səhifə (2)
    Növbəti