Çərşənbə, İyun 19, 2013 Bakı vaxtı 12:15

Siyasət

Christoph Strasser 89 nəfərlik siyahının hələ ki, tam olmadığını deyir

Christoph StrasserChristoph Strasser
x
Christoph Strasser
Christoph Strasser

Əlaqədar yazılar

Dinlə Strasser Azərbaycanda 89 potensial siyasi məhbus olduğunu deyir

Məruzəçi bildirib ki, tərtib etdiyi siyahıdakı adamlardan kimlərin «siyasi məhbus» kriteriyasına uyğun gəlmədiyini yoxlamaq üçün Azərbaycana səfərinə imkan verilməyib

Əli Həsənov: «Biz Strasser'in hesabatı ilə razı deyilik»

«Strasser'in yanaşması subyektivdir, münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq»
Şriftin ölçüsünü dəyiş - +
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser 89 nəfərlik siyahıya münasibət bildirib.

O AzadlıqRadiosunun müxbirinin sualına cavabında deyib ki, dəqiq olsaq, demək olar ki, bu siyahı nə tamdı, nə də ki, onların hamısını siyasi məhbus hesab edə bilməz.

O qeyd edib ki, komitənin 1-ci hesabatında 59 adamdan söhbət gedirdi.
Onlardan 9-u ötən cümə günü azad olundu.
Qaldı 50 nəfər.

Onlara da 8 nəfər əlavə olunmalıdır və bu adamlar onun izlədiyi siyahıda olanlardır.
Cünki onların həbsi və onlarla rəftar hakimiyyətin motivləri ilə bağlı şübhələr doğurur.

Christoph Strasser deyir ki, bu 58 nəfər mümkün qədər tez azad olunmalıdır.
Ancaq indiyə qədər eşitmədiyi və ya gec məlumat aldığı adamlar da ola bilər və
hesabatı tamamlamaq üçün lazımi araşdırma apara bilməyib.

Christoph Strasser deyir ki, hesabatın bu ilin oktyabrında AŞPA-nın plenar iclasında mümkün müzakirəsinədək hələ ki, vaxt var və o bu problemin Avropa Şurasının prinsiplərinə uyğun  həll olunması üçün hər an hakimiyyətlə dialoqa hazırdır.

Avropa rəsmisi sonda qeyd edib ki, iyunun 26-da keçirilmiş səsvermə Bakıya güclü siqnal olmalıdır və ümid edir ki, bu siqnal eşidiləcək.

İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi deputat Christoph Strasser'in Azərbaycanda siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.

Qeyd edək ki, Christoph Strasser Azərbaycanda siyasi məhbuslara dair hesabatı Azərbaycana gəlmədən hazırlayıb. Belə ki, 2009-cu ilin martında məruzəçi təyin olunduqdan sonra o, bir neçə dəfə Azərbaycana səfər etmək istəsə də, ona viza verilməyib.

Bu səbəbdən də o, hesabatı Azərbaycandakı ayrı-ayrı mənbələrdən aldığı məlumatlar əsasında hazırladığını və yenə də Azərbaycana səfər edib məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Siyahını Azərbaycan hökumətinə göndərdiyini bildirən cənab Strasser Azərbaycana getməyə ümidini hələ də üzməyib.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya bildirib ki, hazırda müvafiq qurumlar Christoph Strasser’in hesabatını təhlil edirlər və biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, konkret əməllərinə görə həbs olunmuş insanlar var.

Əli Həsənov deyib ki, baxmayaraq ki, bu insanların bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır.

O qeyd edib ki, Strasser Azərbaycanda siyasi məhbus kriteriyasına 89 nəfəri aid edir, amma bu subyektiv mövqedir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Haşım Ashurbeyli Haradan: Baki
29.06.2012 12:04

Azərbaycanda siyasi məhbus problemi mütəmadi olaraq qaldırılır. Halbuki, bunun üçün heç bir əsas yoxdur. Bir çox QHT-lər Azərbaycanda siyasi məhbus problemi ilə bağlı Avropa Şurasına həqiqətə uyğun olmayan məlumatlar verir və Avropa Şurası da bunun əsasında Azərbaycana qarşı hansısa formada təzyiqlər göstərir.
Azərbaycanda siyasi mədəniyyət Avropanın, o cümlədən Amerikanın tarixindən daha çoxdur. Azərbaycanda qadınlar seçkidə iştirak edəndə Amerikada qadınlar heç səsvermə hüququna da malik deyildi. Avropa Şurasının siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqedədir, Avropa Şurası, o cümlədən bir çox Avropa ölkələri Azərbaycanın siyasi və iqtisadi cəhətdən inkişafında maraqlı deyillər.
Avropa Şurasına daxil olan ölkələrin əksəriyyəti, o cümlədən Amerika özü Azərbaycanın iqtisadi inkişafına hər vəchlə zərbə vurmaq istəyir. Avropa Şurasında təmsil olunan bəzi ölkələrinin parlamentariləri açıq şəkildə deyirlər ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsini qaldırması daha çox Azərbaycanın müsəlman ölkəsi olması ilə əlaqədardır. Hətta bəzi səfirliklər Azərbaycanda səahiyyətlərini yerinə yetirmək əvəzinə agentura xidmətiylə məşğuldur. Həmin səfirliklər Avropa Şurasına və digər beynəlxalq təşkilatlara siyasi məhbus problemini şişirdərək məlumat göndərirlər.
Kristof Ştrasser də bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq niyyətindədir. Görəsən, 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçiriləndən seçkinin nəticəsinə etiraz etdiyinə görə öldürülən insanlarla bağlı həmin məruzəçi niyə bir dəfə də olsun, səsini çıxarmadı? Ermənistanda hazırda bir çox adam siyasi dünyagörüşünə görə həbsdədir, ancaq Ştrasser bu barədə qətiyyən danışmır.
Avropa Şurasının məruzəçisi Kristof Ştrasser iddia edir ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Bundan əlavə, onun iddialarına görə, bu məhbuslarla bağlı hesabat hazırlamaq onun səlahiyyətindədir. Axı niyə hamı Azərbaycanın daxili işlərinə burnunu soxmaqla karyerasinda yüksəlmək istəyir? Cavab aydindir. Bundan həm yerli QHT nümayəndələri, həm də Ştrasser kimilər faydalanırlar.

Kimdən: Həsrət Hənifəzadə Haradan: Bakı
29.06.2012 11:43
Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalı və bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır.
Strasser Azərbaycanda siyasi məhbus kriteriyasına 90 nəfəri aid edir. Amma kriteyasını əsaslandırmır. Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Strasserin yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Axı hüquq müsdafiəçılərinin hazırladığı siyahılar özləri də ziddiyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyiblərç heş gələ də bilməyəcəklər. Çünki konsensius yoxdur aralarında. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Strassern ziddiyyətli hesabatı Azərbaycan əleyhinə anti dövlət təbligatı aparanların, 3-5 qurusha az qala vətənini satanların separatçı qüvvələrin ürəyincədir. Axı nə vaxtdan xalqın malını talayanlar, cezalanan nazirlər və ya məmurlar siyasi məhbus olublar, bu adın onlara verilməsi bir sıra qeyri-hökumət təşkilatlarının özfəaliyyətinin nəticəsidir. Qeyd edək ki, artıq bəzi hüquq müdafiəçiləri sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin siyasi məhbus olduğunu iddia etməyə başlayıblar. Onları belə statusla mükafatlandıran həmin hüquq müdafiəçiləri "siyasi məhbus" termini üzərində biznes münasibətləri qururlar.
Hələ məhkəmə prosesi keçirilməyən, cəzası müəyyənləşməmiş insanların siyasi məhbus hallandırılması ən azı həmim hüquq müdafiəçisinin hüquqdan xəbərsiz olduğunu göstərir. Ona görə də düşünürəm ki, Azərbaycanda siyasi məhbusların mövcudluğu məsələsi bəzi hüquq müdafiəçilərinin spekulyasiyasından başqa bir şey deyil. Təəssüf ki, son zamanlar bu məsələ ətrafında yenidən oyunların başlayıb. Siyasi məhbus statusunu verənlər çörəyini bununla qazanır, özü də təkcə çörəyini yox, həm də onun üstünə çəkməyə qırmızı kürüsünü də... Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra eyni anda Avropa hüquq məkanına da daxil olub. Bu isə o deməkdir ki, ölkə məhkəmələrinin qərarları ilə razılaşmayanlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. Məncə bu cür müraciətlər normal qəbul olunur.Bu səbəbdən də bəzi şəxslərin Azərbaycanda siyasi məhbusların olması ilə bağlı iddiaları əsassızdır.