Bazar, İyul 27, 2014 Bakı vaxtı 00:13

Siyasət

Azərbaycan və erməni əsgərləri arasında atışmalar səngimir

Ermənistan Qarabağda yeni itkilər verdiyini, Azərbaycan bütün gecə təmas xəttinin hər yerində atışma getdiyini bildirir. Atəşkəs pozuntuları barədə Ermənistan mediasının yazdıqları.

Arxiv foto, Qarabağdakı erməni əsgəri.
Arxiv foto, Qarabağdakı erməni əsgəri.

Bunu da oxu

Azərbaycan və Ermənistan ordularının müqayisəsi

Beynəlxalq Araşdırmalar İnstitutunun «Hərbi Balans 2011» adlı hesabatında dünya orduları haqqında məlumatlar əksini tapıb

Azərbaycan və Ermənistan ordularının daha bir müqayisəsi

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu «Hərbi Balans 2012» adlı növbəti hesabatında Azərbaycan və Ermənistan silahlı qüvvələri haqqında detallı məlumat verir.

Ermənistan 3 əsgərinin öldürüldüyünü bildirir

Ermənistandan yayılan rəsmi məlumata görə Azərbaycanla sərhəddə atışmada 3 əsgəri ölüb, xeyli də yaralanan var.

Clinton Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma haqda xəbərdarlıq edib

Yerevanda səfərdə olan ABŞ Dövlət Katibi deyib ki, gücdən istifadə Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Ona görə də güc tətbiq olunmamalıdır.

Ermənistan hərbi büdcəsini artırır

Bu barədə “Eurasia View” yazıb. AzadlıqRadiosu məqaləni oxuculara təqdim edir:
-

YENİ ATIŞMA, ERMƏNİSTAN İTKİ VERDİYİNİ DEYİR


Erməni mediasının məlumatına görə iyunun 6-da səhər saatlarında Füzuli rayonun Horadiz qəsəbəsi istiqamətindən Azərbaycanın əsgərlərindən ibarət qrup erməni əsgərlərinin mövqelərinə hücum ediblər.

Qarabağdakı erməni qüvvələri Azərbaycan əsgərlərinin itkilər verdikdən sonra geri çəkilməyə məcbur olduğunu, erməni əsgərlərdən isə 1 nəfərin həlak olduğunu, 2-sinin də yaralandığını bildirir.

Azərbaycan tərəfdən Füzuli istiqamətində hansısa insident haqqında bir məlumat yoxdur. Amma Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-i axşam saatlarından 6-ı səhərə qədər qoşunların təmas xəttində bütün istiqamətlərdə atəşkəs pozulub. Azərbaycan tərəfdən itki olmayıb.

Yada salaq ki, iyunun 4-də Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu istiqamətində döyüşdə 3 əsgərinin öldürüldüyünü, bir neçəsinin də yaralandığını bildirmişdi.

Bundan bir gün sonra Azərbaycan həmin istiamətdəki döyüşlər haqda xəbər yayararq  5 Azərbaycan əsgərinin həlak olduğunu açıqladı. Azərbaycan Müdafiə nazirliyi erməni qüvvələrinin hücumunun qarşısını itkilər hesabına olsa da aldığını bildirdi.

ERMƏNİ EKSPERT: “AZƏRBAYCANA QEYRİ-SABİTLİK LAZIMDIR, MÜHARİBƏ YOX”

Atəşkəsin pozulması Ermənistanda geniş müzakirə mövzusudur. Politoloq Sergey Minasyan tert.am saytına deyib ki, “Azərbaycan atəşkəsi pozmaqla Qarabağ münaqişəsinin həlli ətrafında siyasi vəziyyəti və hazırkı status-kvonu qəbul etmədiyini nümayiş etdirir: “Ermənistanda yüksək səviyyəli qonağın olduğu bir vaxtda belə atəşkəs pozuntusu ilə Bakı həm də göstərmək istəyir ki, hərbi hədələr təkcə siyasi blef deyil.”

Ermənistanda hərbçi ekspert David Camalyan isə yerli jurnalistlərə bildirib ki, Bakı dünya ictimaiyyətinə müharibəyə hazır olduğunu, amma buna əl atmamasını böyük güzəşt kimi təqdim etmək istəyir: “Amma hamı bilir ki, Azərbaycan belə müharibəyə hazır deyil. Əgər hazır olsaydı, müharibə üçün heç bir dövlətdən razılıq gözləməzdi.

Azərbaycana təmas xəttində gərginlik lazımdır, müharibə yox. Rejim qeyri-sabitlik yaratmaqla bəzi məsələlərini həll etmək istəyir.”

YEREVANDA DANIŞIQLARDAN ÇIXMAQ TƏLƏBİ

İyunun 7-də Ermənistandakı bir qrup qeyri-hökumət təşkilatı da Yerevanda prezidentin iqamətgahı qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
Ermənistan mediasının xəbərinə görə aksiya iştirakçıları prezidentə və xarici işlər nazirinə məktub çatdırmaq istəyirlər.

Yerli medianın xəbərində deyilir ki, həmin məktubda Ermənistan rəhbərliyindən Azərbaycanla hər hansı formada olur-olsun danışıqlardan imtina etmək, vasitəçilərin ərazi güzəştlərinə gətirib çıxara biləcək təkliflərini rədd etmək və son əsgər itkilərinə uyğun cavab vermək tələb edilir: “İndi baş verənlər Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1994-cü ildə azadlıq müharibəsini başa çatdırmamalarının, uzun müddətdir nəticəsiz danışıqları davam etdirməsinin nəticəsidir” – deyə məktubda bildirilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Eli Haradan: Bakı
07.06.2012 21:29
Belə zamanlarda hər kəs hökumətin və məmurların bütün vicdansız əməllərini unutmalı, öl deyəndə ölümə, hücum deyəndə hücuma hazır olmalıdır!

Kimdən: Mübariz Haradan: Almaniya
07.06.2012 13:47
Cesaret insanı zafere, qerarsızlık tehlükeye, qorxaqlık ise ölüme götürür. Sultan Selim - Osmanlı padişahı

Kimdən: Ra.4 Haradan: Gence
07.06.2012 13:47
Məncə ön cəbhə də, daha təcrübəli əsgərlər xidmət etməlidir. Mən şəhdimiz Mübarız İbrahimovun əsgər yoldaşları ilə şəklinə baxdım, baxan kimi bu adam seçilir digərlərindən yani ki, orda da seçilən əsgərlər xidmət etməlidir ki, itki az olsun!

Kimdən: patriotka Haradan: musavatdan
07.06.2012 13:44

Əsgərlərimiz Vətən qorusun, can versin, qan toksun, şəhid olsun.... Bəxtiyar kimilər də Hillariylə görüşməyi ilə qürür duysun... Mənə çatmır eee... belələrini qəhraman kimi təqdim etmələriniz. Əgər Bəxtiyar türmədən çıxanda birbaşa orduya getsəydi.... baş əyərdim qarşısında. O isə ancaq karyera üçün canfəşsnlıq edir.... Müxalifətin isə tükü də tərpənmir eeeee. Hələ Avrovijn zamanı ara qarishdirmaq üçün aldıqları pulları həzm-rabedən keçirməklə məşguldurlar.Niye küçələrə çıxıb ermənilərin hamilərinə qarşı da etiraz etmirsiniz, he????? chunki ne ermenini destekleyen Qerb, nə də ABŞ bunun üşün müxalifətə pul ayırmır, həəəəə)))))))))))))))))))))))))))))

Kimdən: Xirmanci Haradan: Sumqayit
07.06.2012 10:53
uc ermeni esgeri oldurulub deye baxin yerevanda mitinqe ozude kimler edir mitingi.Bes Azerbaycan balasi sehid oldu ,bir serefsizin tuku terpenmedi.Dunen Aeroport yolunda suretle hereket ederken qeza toretmis Porshe Kayen avtomobilin sahibini gordum......Ay didi dunya..

Kimdən: Rafiq Ismailov Haradan: Baki
07.06.2012 09:37
Cox hormetli hemvetenler bezi sherhleri oxuyuram mende cox narahatliq yaranir ,Boyuk Ata Turk demishdir Varlilar Varini Kasiblar canini veten uqrunda verende Veten veten olur,Menim oqlumda hemin Qazaxda veten borcunu yerine yetirir dunen yeni 6-da hemin bolgede olmusham ve o esger ve zabitlerde olan vetene sevgi mehebbet mende ele eshq yaratdiki inanin men her an onlarla ciyin -ciyine vurushmaqa haziram.Ezizlerim indi hokumeti soymeyin vaxti deyil onlarla ishimiz sonraya qalmali her bir Azerbaycan vetendashi mueyyen komekliyini veten yolunda xerclemeyi bacarmalidir butun dunyada yashayan hem vetenlerimize seslenirem sakit durmayin sizde qoshulun bu yardima .Menim bir oqlum eshgeri xidmetini Qarabaqda Aprelde basha vurub eve teze donmush.Boyuk oqlum inistitu qurtarib bir basha cebhe bolgesine Qazaxa xidmete getmish ele bilmeyin menim imkanim olmayib bashqa semte gondermeye esla shukurler olsun allahima. Indi ise o shehid olanlar menim oqlumun dostlari idi postlari cox yaxin idi o valideyinlere muraciet edirem hecde narahat olmayin ele hemin gun Azerbaycanin shanli esgeri onlarin qanini yerde qoymadi ... men size bir qehraman sengerde gunlerdir gozunu yummayan bir esger atasi olaraq deyirem. Komandiri Seki balasi sene canim qurban ele bilirdim oz balasi ucun yanir.Sengerdeki Shamaxi balasi men fexr ediremki,menim oqlum sizin kimi qehreman oqullarimizin rehberliyi altinda qulluq edirler. Eshq olsun Azerbaycan Esgerine veten sizinle fexr edir ve hemishe edecek.Menim oqlumsa gorende indi tamam bashqa idi ezamiyyete gelmeli idi ozu etiraz etdiki ata indiki bu hessas cetin anda sengeri terk edenler veten xainidirler men orada olan butun Zabit ve esgerlerle fexr edirem.
Cavab

Kimdən: Cabrayil
07.06.2012 12:49
Atin tokulsun-atim tokuldu bu maddah sarhi oxuyanacan.Ela bil korpa usaqlara nagil danisirsan.Insan yalan danisanda azda olsa xacalat cakmadisa ona na ad verildiyini bilmiram.
Cavab

Kimdən: Sabir Dadashov Haradan: Ukrayna
07.06.2012 14:14
Cabrayil senin kimilerin yazisini oxuyanda et tokulur... Senin kimi bosh chene doyenlerin sayesinde torpaq elden getdi. Senin kimileri yalani yalan ustune qoyub bawqalarini yalanci etdiler ve bu gun de chayxanalarda oturub qeybet edirler. Senden ferqli Rafiq Ismayilov familyasini yazib. Milletin milli ruhunu ezirsiniz. 18 yawli esger ne muxalifet ne iqtidar haqda duwunmur onun bir amali var VETEN! hakimiyyet namine ise hamini yalanci eden simasizlar olur. Besdir bu miileti alchatdiniz.
Cavab

Kimdən: Ezrayıl Haradan: Bakı
07.06.2012 13:25
Etin tökülmür neyin tökülür tökülsün.Burda meddahlıq ne var ki, insanı tehqir edirsen. Beyem bizde qeyretli oğullar ola bilmez? O şerefli atadır ki, bele oğullar böyüdüb.Besdir olur-olmaz yere öz milletimizi alçaltdıq. Esgerlerin de, komandirlerin de arasında qeyretli, namuslu oğlanlar kifayet qederdir.

Kimdən: Azeri Haradan: Baki
07.06.2012 00:10
Hakimiyyet Qarabaq munaqishesinin hellinde gucsuzluyunu numayish etdirir.

Kimdən: Mübariz Haradan: Çəbhədən
06.06.2012 23:49
Müharlbə başlayıb biz yatmışıq . 5 nəfər ölməyib 13 nəfər ölüb 7 yaralı var. Tele kanallar bütün günü kansert verir çamaatın başın qatır. Heydər Əliyevin ad günündə 116 ton gül gətizdirən hakimyyət 116 qram şəhidlərcün gül gətizdisində. Turistərə 1kq min manat olan qara ikra yedirdən hakimyyət 1 kq 1 manat olan badımçan ikrası verdə bizə yeyəy gedəy müharibəyə. Emin Ağalorovu evrovisyonda qabağı verdüz indidə çəphəyə yollayın gəlsin kansert versin...

Kimdən: elnur Haradan: bakı
06.06.2012 21:44
Beş əsgər itirdik. .. Ümumiyyətlə mən şəhid olanlari müntəzəm izləyirəm. Qaçqinlar ancaq dinc ərazilərdə xidmət edirlər. Əsilinə isə onla döyüş bölgələrində daha çox xidmət etməlıdirlər.
Burda nəhəg koorupsiya qrupu işləyir. Konkret adlar cəkilir. Məbləğ də əsasən məlumdur.
Niyə?
Şəhidlərimiz:
Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki ), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad ), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax ).
Allah bütün şehidlərə rəhmət eləsin...
Cavab

Kimdən: Xeyyam Haradan: Baki
07.06.2012 14:06
Bizim bədbəxtliyimiz ondadir ki,Azərbaycanı bölgələrə bölürük.Ermənistandan gəlib Azərbaycan torpağında Qarabağda ölürlər,amma onlar heç vaxt bölgü etmirlər.
Sənə də məsləhət görərdim ki,int.axtarış ver.rayonların şəhid sayına

Kimdən: menden Haradan: sene
06.06.2012 20:03
Hec ne olasi deyil qirilan bizimkiler olacaq , qaldiki o ermeni palitolqouna ve jurnalistlerki deyirler ki baki ates gahi pozur bele muhum bir qonagin ermenistanda olmasina baxmayaraq. ay ozunu tanimayanlar azerbaycanin torpaqlari o qonaqdan ustundu .
Cavab

Kimdən: ZERGER Haradan: SALONDAN
07.06.2012 00:44
"Hec ne olasi deyil qirilan bizimkiler olacaq" MUNECIM-EKSTRASENS ! MOSKVADA EKSTRASENS YARISHMASINDA ISHTIRAK ETSEN DAHA YAXSHIDIR)))
Cavab

Kimdən: bakilidan Haradan: bakidan
06.06.2012 20:21
her oldurulen Azeri askerine gore 5 dushmen askeri oldurulmelidir. Besdir artig.
Cavab

Kimdən: menden Haradan: yer kuresinden
07.06.2012 00:38
he sen gedib qutaracagsanda qarabagi