Cümə, Dekabr 19, 2014 Bakı vaxtı 18:18

Verilişlər / Kontekst

«Tı kto takoy? Davay, do svidaniya!»

Vladimir PutinVladimir Putin
x
Vladimir Putin
Vladimir Putin

Bunu da oxu

Dinlə "Davay, dosvidaniya!"nın müəllifləri tənqidlərə meyxana ilə cavab verdilər

AzadlıqFM-in canlı efirində meyxanaçılar Rüstəmov qardaşları rus dilinin təhrifi ilə bağlı Rusiya auditoriyasına "Tebe mnoqo citat nado!" dedilər.

Multimedia

Səs
Astara rayonunun Təngərüd kəndində, toyda səslənən bir meyxana Rusiya mediasının gündəmində özünə əməlli-başlı yer edib. Meyxananın «Tı kto takoy? Davay, do svidaniya!» qafiyəsinin əvvəlinə «Putin» sözünü də əlavə edən ruslar onu siyasiləşdirərək Twitter istifadəçiləri arasında xeyli populyarlaşdırıblar. «Putin, tı kto takoy? Davay, do svidaniya!» sözləri hesabına hamının marağına səbəb olan meyxananın videoçarxı da artıq Rusiya mediasının saytlarında yerləşdirilərək reklam edilir.

FİLİN İFADƏNİ MAŞINININ ÜZƏRİNƏ YAZIB

Kommersant.ru qeyd edir ki, «Tı kto takoy? Davay, do svidaniya!» ifadəsinin əvvəlinə «Putin»i  Rusiyanın Avtomobil Sahibkarları Federasiyasının Moskva bölməsinin koordinatoru Aleksey Filin əlavə edib. Filin bu ifadəni öz maşınının üzərinə yazıb və əksəriyyətin marağına səbəb olub. 

Videoçarxda bu qafiyə ilə ilk olaraq meyxanaya başlayan Sumqayıt sakini İntiqam Rüstəmov deyir ki, onu tez-tez Rusiyaya meyxana demək üçün dəvət edirlər. Buna görə də o, hərdən rus dilində meyxana deyir. Məqsədi də odur ki, Azərbaycanda belə bir sənətin olmasını Rusiyada da bilsinlər. Amma Astarada çıxışlarının bu qədər populyarlaşacağını gözləmirmiş. Dediyinə görə, «Tı kto takoy? Davay, do svidaniya!» qafiyəsini də meyxanada söz gətirən ifadə kimi seçib və onu söyləyərkən Putini yox, sadəcə, toydakı rəqiblərini nəzərdə tutub: 
  


«SİYASƏT MƏNLİK DEYİL»

«Mən şair adamam. Siyasət aləmi mənlik deyil. Meyxananı da siyasət üçün yox, rəqiblərimə görə demişəm. Vladimir Putin də gözəl prezidentdir. Xətrini çox istəyirik. İlham Əliyev də bizim gözəl prezidentimizdir. Mən xalqın şairiyəm, xalqın nəbzini tutmaq istəyirəm».

İntiqam Rüstəmovun dediyinə görə, müsahibə götürmək üçün ona Rusiya mediasından müraciətlər də var. Artıq Rusiya radiolarından biri iyunun 2-də onu canlı yayımda efirə çıxarmağa hazırlaşır. Zəng edib razılığını alıblar. Deyir ruslar meyxananı rep hesab ediblər və azərbaycanlıların onu Avropadan götürdüyünü düşünürlər. Söhbət əsnasında ona belə deyiblər:

MEYXANA AVROPADAN GƏLİB?

«Zəng elədilər ki, Sizdən meyxana haqqında, bu sənət barədə canlı yayımda müsahibə götürmək istəyirik. Soruşdular ki, bunu Avropadan götürmüsünüz? Dedim bunu biz Avropadan götürməmişik. Bu, bizdə dədə-babadan var. Muğamatdır, sazdır, meyxanadır - bunlar bizdə «starinnıye obıçaidir». Bu, bizim canımızda, qanımızda var. Sonra dedilər biz elə bildik bu, repdir. Dedim yox. Biz bunu bədahətən deyirik. Bu, Allah vergisidir bizdə».

İntiqam Rüstəmovİntiqam Rüstəmov
x
İntiqam Rüstəmov
İntiqam Rüstəmov
Meyxanaçı deyir ki, nə vaxtsa siyasi meyxana oxumaq fikri yoxdur. Yəni, içində belə bir istək də hiss etmir. Amma bu hadisədən sonra qərara gəlib ki, Azərbaycanın, Qarabağın haqqında rus dilində bir meyxana desin. İstəyir ki, bu yolla Rusiyaya, eləcə də bütün dünyaya Qarabağın Azərbaycan torpağı olduğunu çatdırsın:

«Mən də bu torpağın oğluyam. İstəyərəm ki, imkan daxilində, nəyə gücüm çatırsa, o cür mən də vətənimi yaxşı təbliğ edim. Yəni, eşitsinlər, bilsinlər ki, Azərbaycana qarşı haqsızlıq olub. Qarabağ həqiqətən də bizim torpaqdır. Bu, bizim ən ağrılı yerimiz, özünü azərbaycanlı sayan hər kəsin ən böyük dərdidir».

MEYXANA DÖVLƏT DUMASINDA

Kommersant.ru da digər KİV-lər kimi qeyd edir ki, «Putin, tı kto takoy? Davay, do svidaniya!» ifadəsi Rusiyanın Twitter-də ən populyar haştaqı olub. Ondan yarım milyon adam istifadə edib. Bu ifadə Azərbaycanın Astara şəhərindən olan videoçarxın internetdə görünməsindən sonra məşhurlaşıb:

«Həmin videoçarxda bir qrup kişinin bədahətən ifa etdikləri satirik improvizələr adıçəkilən deyimlə bitir».

Rusiya KİV-lərinin yazdığına görə, Azərbaycan meyxanasından götürülmüş bu ifadə Dövlət Dumasının yığıncaqlarında da deputatlar arasında qeyri-rəsmi dillər əzbəri olub. Bəzi deputatlar hətta bu sözləri öz mikro-bloqlarında yerləşdiriblər.

Bu qafiyəyə İntiqam Rüstəmovla yanaşı, həmin toyda onun qardaşı Aydın Rüstəmov və bir neçə başqa meyxana ustası da söz deyiblər. «Tı kto takoy? Davay, do svidaniya!»nin bir neçə bəndi həmçinin türk və talış dillərində də səslənib.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ramin Haradan: baki
01.06.2012 00:57
mence kimlerse birlesib rusiya medyasi ucun, rus xalqinin seve bileceyi daha seviyyeli rusca bir meyxana yarada biler .
Cavab

Kimdən: Nevada
01.06.2012 10:48
Hard rok, küçə repi, metallistlər səviyyəli oldu, bizim meyxana və meyxanaçılar səviyyəsiz?

Kimdən: ramin Haradan: baki
01.06.2012 00:54
siyaseti mutleq ve mutleq her bir kes basa dusmelidir! eger bizim xalq vaxtinda siyaseti bilseydi basa duserdiki ermenistanla muharibede Elcibeyden prizident olardi yoxsa yox...

Kimdən: Naile Haradan: Baki
01.06.2012 00:16
Siz meyxanacilari cox qinamayin meyden cox icibler yeqin, yoxsa cox seviyyeli olardilar.

Kimdən: Nicat
31.05.2012 19:23
Siz bir fikir meyxanal deyenlerin etrafindaki genclerin simalarina davranishlarina hamisinin gozunde simasinda savadsizliq.Bunlarin dunya gorushlerine baxib teessuf edirem.Ona gore teessuf edirem ki azerbaycan gencliyin 80% bax bu cur dushunce sahibidir.Bu cur dushunen genclernen Azerbaycanin geleceyinin vay halina.

Kimdən: Halaypozan
31.05.2012 19:07
Bu nə məntiq oldu ki? Meyxana Bakı kəndlərindən gəlir deyə, onu heç kim deyə bilməz? Onda gərək Nokianı da finlərdən başqa heç kim işlətməsin.

Kimdən: Düzgün Haradan: Bak kəndlərindən
31.05.2012 18:44
Meyxanadan çox lazımsız, mənasız sözlərin yığınağıdır bu. Bu gün çox təssüf ki hər yerindən duran siyasətlə məşğul olduğu kimi, kim istəyir özünü meyxanaçı adlandırır. Ta qədimdən ötən əsrin 90-cı illərinədək meyxana ancaq və ancaq Bakı kəndlərində deyilib və bu gözəl şifahi xalq yaradıcılığının görkəmli ustadları olub. Rayon camaatı inciməsin, heç vaxt Astaradan nə bilim Mingəçevirdən, Zərdabdan nə bilim tay haradan meyxana deyənlər olmayıb. Bu kadrlara baxanda insanların həddən artıq mənasız, düşüncəsiz, maraqsız sözlərdən bu qədər həzz almağının səbəbini düşünürsən. Meyxana sırf Bakı kəndlərinə və bu kəndlərdə yaşayanlara məxsusdur və digər həmyerlilərimizin ona müdaxilə etməsi məqsədəuyğun deyil. Müdaxilə edilən meyxanada buyurun göz qabağındadır. Atalar demişkən:"çörəyi ver çörəkçiyə, birini də üstəlik ".
Cavab

Kimdən: Men Haradan: Azerbaycan
31.05.2012 21:08
Tefekkurunden "Baki kendlerinin ufuneti" yagir. Meyxana orta sherqde hemishe olub. Sufiler adeten bedaheten deyirdiler. Baki kendlerinde meyxana lokal seviyyede gunumuze kimi yashayib. Musteqillikden sonra ise yeniden genish yayildi.
Indi ise muxtelif yerlerden de deyenler var.
Eger bele yerliperestsense onda xaricilerin keshfi olan komputeri istifade etme, zerdushtlerin mugamina qulaq asma, avropolaliran popuna qulaq asma, amerikanin televezorunu istifade etme ve s.
Gorduyun kimi talishca da meyxana deyilirdi yuxaridaki videoda. Indi senin aqrar tefekkurunle talish meyxana dememelidir ? :))
Cavab

Kimdən: vacib Haradan: deyil
01.06.2012 21:56
nece yeni Baki kendlerinin ufuneti ? yaltaqliq isverenlik erizebazliq yerliperestlik hemise Baki kendlerinde az olub neinki basqa yerlerde . iman eqide ise cox olub . neyse qalstuklu myellim . do svidaniya .
Cavab

Kimdən: Düzgün Haradan: Bakı kəndlərindən
31.05.2012 22:15
Mənim yazdıqlarımı anlamadınsa avamlıq üfunəti sən və sənin kimi düşünənlərdən gəlir. Mən özüm şirvan zonasındanam amma indiyəcən görməmişəm ki, Bakı kəndlərindən əlinə saz götürüb aşıq çixsın. O qədər avam insansan ki, yazdıqlarımın mənasını anlamadan popa, repə istinad edirsən. Sənin düşüncənlə belə çıxır ki, erməni istəsə bizim muğamı bizdən yaxşı oxuyar? Ola bilməz belə şey. Necə ki, əsil meyxana Baki kəndlərində yaranır və deyilir, muğamatıda necə lazimdır oxumaq üçün AZƏRBAYCANLI olmalısan. Sən ise get " Tı kto takoy, davay do svidaniyaya " qulaq as və feyziyab ol.

Kimdən: Qabil Haradan: Moskva
31.05.2012 18:35
Evela haminizi salamlayiram . Men cox tessuf ediremki son illerde bizim televiziya kanallarinda meyxanaya bele genis yer ayiriblar . Xususende seviyyesiz meyxanalara . Min illiklerle inceseneti ve tarixi olan bir xalqin bele bir dusuy janiri reklam elemeyini milletime yarasdirmiram .( Sohbet bu tip seviyyesiz meyxanalardan gedir ) Indi bu deyqe butun Moskvada o cumleden regionlarda debdedi bu meyxana . Azerbaycanlilarda kuceye cixmaga utanir . Cunki her yerde mezelenirler bu vidio rolike gore . Allah sebr versin )))
Cavab

Kimdən: Rasim Haradan: Sankt Peterburq
31.05.2012 19:06
Qabil senin nece yasin var?
Cavab

Kimdən: Nahid Haradan: Qurbetden
01.06.2012 09:59
Rasim bey bes sizce bu meyxananin populiyar olmasina sebeb nedi ??? Sintizatorda ifa olunan musiqinin zenginliyi ve heyratamizliyi ??? Yoxsa rus dilinde sozlerin duzgun tellefusu ve edebi ifadeler ???
Cavab

Kimdən: Qabil Haradan: Moskva
01.06.2012 08:38
Men cox ax meyxanaya qulag asiram . Men bu tip seylernen fexr elemey istemirem. Men klassik musiqimizle, cake musiqimizle fexr elemey istiyirem. Qaldiki lag elemey sihbetine inanmirsuzsa girib youtubda serhleri oxuyun, konrakda qruppalara baxin . Inanmiramki bundan sonra kimse buns gore qurur hissi kecirsin....
Cavab

Kimdən: Rasim Haradan: Sankt Peterburq
01.06.2012 00:46
Onda deyirsen bu meyxananin popular olmasinin esas sebebi biznen lag elemekdi? Men sen ozuvun meyxanadan xosun gelmir ve bu cerciveden baxirsan ve herseyi bu cerciveden analiz eleyirsen
Cavab

Kimdən: Qabil Haradan: Moskva
31.05.2012 19:47
Hormetli Rasim bey menim kifayet qeder yasim ve dunya gorusum var !!! Bilmirem yasimi niye sorusursuz ama men dusunduyumu ve gorduklerimi yazmisam .