Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:09

Azərbaycanlı Adilin «hərbçi» ceyranı...


Bu
Freddy Mutombo
Freddy Mutombo
günlər Qız Qalasının qarşısındakı meydan daha hay-küylü, daha rəngarəngdir.
Hay-küyü yaradan böyüklü - kiçikli tamaşaçılar, rəngarəngliyi yaradan isə öz işi ilə məşğul olan, arada tamaşaçıların suallarını cavabsız qoymayan rəssamlardır. Dünyanın müxtəlif ölkələrindən gələn 18 rəssamın hər biri qarşısına qoyduğu Qız Qalası maketlərində öz dünyalarını, düşüncələrini təsvir edirlər.

Konqodan olan Freddy Mutombo Bakıya ilk dəfə gəlib. Deyir ki, əvvəl Qız Qalası haqqında heç bir məlumatı olmayıb. Bakıya gələndən sonra abidənin tarixi haqqında öyrənib:

«BU QALA MÜXTƏLİF ÖLKƏLƏRİN İNSANLARINI BİR ARAYA GƏTİRİR»

«Görürsünüz, çəkdiklərim gənclərin əlləridir. Müxtəlif rənglərin fonunda əllər uzanır. Onu demək istəyirəm ki, bu qala müxtəlif ölkələrin insanlarını bir araya gətirir».

Çexiyadan olan Katerina Stenclova da Bakıda ilk dəfədir. Onun Qız Qalasında açıq rənglər – açıq yaşıl və sarı üstünlük təşkil edir. Rəssam deyir ki, yəqin Bakının günəşi də əsərə təsir edib:

«BURDA MƏN AZADLIĞI ÇƏKMƏK İSTƏYİRƏM»

«Burda mən azadlığı, ruh azadlığını çəkmək istəyirəm. Görünür, buranın günəşi təsir etdiyindəndir ki, açıq rənglərdən istifadə etmişəm. Azadlığı çəkirəm. İş hələ bitməyib, sabah bura insan hərəkətlərini təsvir edən komponentlər də daxil edəcəyəm».

İraqdan olan rəssam Ali Jamal isə deyir ki, o, müxtəlif şəhərlərdə olub. Dediyinə görə, Bakıda az qala bu şəhərlərin hamısı
Qız Qalası Beynəlxalq İncəsənət Festivalı
Qız Qalası Beynəlxalq İncəsənət Festivalı
birləşib:

«MƏN İÇƏRİŞƏHƏRDƏKİ BALKONDAN İRAQDA DA GÖRMÜŞƏM»

«Burda Uzaq, Orta və Yaxın Şərqdən, Avropadan da nəsə tapmaq olar. Mən İçərişəhərdəki balkondan İraqda da görmüşəm. Bu, mənim üçün sürpriz oldu. Öz Qız Qalamda isə mənzərə çəkəcəyəm. Əsərdə sərt fiqurlardan istifadə etsəm də, sonda mənzərə alınacaq».

Almaniyadan olan rəssam Maria Dierker isə Qız Qalası maketində qəzet parçalarından istifadə edib. Bir də müxtəlif dillərdə sülh sözü yazıb:

«MƏNCƏ, DÜNYANIN İNDİ SÜLHƏ DAHA ÇOX EHTİYACI VAR»

«Burada sülhü çəkməyə çalışıram. Yapışdırdığım qəzetlər də bunu göstərir. Alman, Azərbaycan, ingilis, rus dillərində sülh yazmışam. Məncə, dünyanın indi sülhə daha çox ehtiyacı var».

Builki sərgidə rəssamlar əsərlərini təkcə Qız Qalası maketlərinin üzərində deyil, ceyran maketlərində də təsvir edirlər. Məqsəd də nəsli kəsilməkdə olan ceyrana diqqəti cəlb etməkdir.

Adil Yusif
Adil Yusif
Azərbaycanlı rəssam Adil Yusifin ceyranı hərbi formadadır. Rəssam deyir ki, o, ceyrana hərbi forma «geydirməklə» diqqəti işğal altında olan ərazilərdəki ekoloji problemə cəlb etməyə çalışıb:

CEYRAN HƏRBİ FORMADA...

«Adamlar gəlib, baxır. Bəziləri fikirləşir ki, ceyrana hərbi paltar geyindirib onu döyüşə göndərmək istəyirəm. Heç də belə deyil. Əksinə, ceyran ona görə hərbi forma geyinib ki, o, özünü qorumaq istəyir».

Adil Yusifin İtaliyadan olan həmkarı Alberto Loro'nun ceyranı isə rəngarəngdir:

«Bu ceyran İtaliyada Arlekinonun rəmzidir. Yeddi rəngdən istifadə edirəm. Bu ceyran da, rənglər də azadlığın, sülhün rəmzidir».

Qız Qalası qarşısındakı bu rəngarənglik mayın 19-na, axşama qədər davam edəcək. Çəkilən əsərlər isə mayın 29-a qədər nümayiş olunacaq.

Qız Qalası Beynəlxalq İncəsənət Festivalı Bakıda üçüncü dəfədir keçirilir.
XS
SM
MD
LG